Ətraflı axtarış
Baxanların
7778
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Mələklər həzrət Məhdi (əleyhis-salam)-ın köməkçiləridirsə, onda nə üçün qeybdə yaşayır və zühur etmir?
Sual
Nəql olunur ki, “Həzrət Məhdi (əleyhis-salam) dünyaya gələn zaman quşlar asimandan enərək qanadlarını onun mübarək surətinə və bədəninə sürtüb sonra uçub gedirdilər.” “Bunlar nədir?!” deyə atasından soruşduqda buyurmuşdu: “Bunlar asimanın mələkləridir, bu körpəyə təbərrük etmək üçün aşağı enmişlər. Bu mələklər o həzrət zühur edən kimi onun köməkçiləri olacaqlar.”
Əgər mələklər həzrət Məhdi (əleyhis-salam)-ın köməkçiləridirsə, onda nə üçün hal-hazırda qaibdir və zühur etmir?
Qısa cavab

Bu sual ilə əlaqədar iki məsələyə diqqət yetirmək lazımdır:

Birincisi budur ki, ilahi-qeybi yardım və köməklərin müxtəlif şərtləri vardır və bu şərtlər həyata keçməyincə baş verməsi mümkün deyildir. Misal üçün, “Bədr” müharibəsində müsəlmanlar lazımi şərtlərə malik idilər və Quranın buyurduğuna əsasən məlaikələr onlara kömək edirdilər. Halbuki, “Ühüd” müharibəsində onlara belə kömək olunması qeyd olunmur.

İkincisi, o həzrətin qeybdə olmasının fəlsəfəsi yalnız canı ilə əlaqədar təhlükə deyildir. Əksinə, digər məsələlər də, o cümlədən, insanların imtahan olunaraq sınaqdan keçirilməsi və s. də irəli çəkilir. Şiənin etiqadına əsasən, qeybətin əsas fəlsəfəsi ilahi sirlərdəndir və zühurdan sonra məlum olacaqdır.

Ətreaflı cavab

Şiə alimləri qeybət dövrünün hikmətlərindən biri kimi İmam (əleyhis-salam)-ın canına olan təhlükəni qeyd etmişlər. Möhtərəm sual verən şəxs də şiə kitablarında qeyd edilən hədislərdən birinə istinad etməklə deyir ki, əgər mələklər İmam Zaman (əleyhis-salam)-a kömək edəcəklərsə, onda həzrət nə üçün öz canı barəsində düşmənlərdən qorxmalıdır?! Başqa sözlə, İmam (əleyhis-salam)-ın canının qorunması üçün ilahi və qeybi yardımların varlığı ilə onun qeybdə və gözlərdən gizlin olmasının nə lüzumu vardır? Buna əsasən, bu sual qeybətin səbəbi və hikməti ilə əlaqəlidir. Bu suala cavab vermək üçün iki məsələni də izah etməliyik. Birincisi, bir cəmiyyətə ilahi köməklərin göndərilməsinin şərtləri nədir? İkincisi, qeybdə olmağın əsl səbəbi nədir? İmamın qeybdə olmasının yeganə səbəbi onun canına qarşı mövcud olan təhlükələrdirmi?

1. İlahi köməklərin qanun çərçivəsində olması

Sualda irəli çəkilən rəvayətin düzgün olub-olmamasını araşdırmadan bu məsələyə diqqət yetirməliyik: Rəvayətlərin məcmusundan aydın olur ki, həzrət Məhdi (əleyhis-salam)-ın qiyamının möcüzəli şəkildə, qeydi-adi vasitə və imkanlardan geniş şəkildə istifadə etməklə baş verməsi əsla qərara alınmamışdır. Amma rəvayətlərdə ilahi-qeybi köməklərdən istifadə olunması barəsində qeyd olunur ki, İmam Zaman (əleyhis-salam) zühur edən zaman məlaikələrdən bir qrupu o həzrətin və səhabələrinin köməyinə gələcəklər. [1]

Əlbəttə, qeybi yardımların da müəyyən şərtləri və həddi-hüdudu vardır. “Bədr” müharibəsində müsəlmanlara ilahi yardımların gəlməsi ilə əlaqədar “Ali-İmran” surəsinin 123-124-cü ayələrində deyilir: “Şübhəsiz, Allah “Bədr” müharibəsində bacarıqsız olduğunuz halda sizə kömək etdi. Belə isə, Allah qarşısında təqvalı olun, bəlkə şükür edənlərdən olasınız. O zaman ki, möminlərə deyirdin: “Pərvərdigarınızın sizə, nazil olan üç min mələklə kömək etməsi kifayət deyildirmi?!” Əlbəttə, bundan sonrakı ayədə Allah-taala mələklərin vasitəsi ilə möminlərə kömək göndərilməsini onların səbir və təqvaları ilə şərtləndirmişdir.

Quran ayələrinə diqqətlə nəzər saldıqda ilahi-qeybi yardımların bəzi digər şərtlərini də başa düşmək olar. Məsələn, “əgər siz Allaha (Onun dininə) kömək etsəniz, Allah da sizə kömək edəcəkdir.” [2] Bu kimi sair ayələrdən başa düşmək olar ki, Allahın qeybi yardımları təsadüf üzündən və qayda-qanunsuz deyildir, onun özünəməxsus çərçivəsi, meyarı vardır. “Bədr” müharibəsində möminlərə bir qrup məlaikə ilə kömək olundu, “Ühüd” müharibəsində isə belə imdad və köməklərdən xəbər yox idi. Bu da ilahi-qeybi köməklər üçün müxtəlif şərtlərin olduğuna dəlildir. Bir kəs irad tutaraq “əgər möminlərə kömək göstərmək üçün bir mələk vardırsa, onda nə üçün “Ühüd” müharibəsində müsəlmanların köməyinə gəlmədilər və onlar məğlubiyyətə uğradılar?” deyə bilərmi?! Şübhəsiz, müsəlmanlar “Ühüd”də əvvəlki ideal ixlas şərtlərinə malik deyildilər, bunun nəticəsində ilahi-qeybi yardımlardan məhrum qaldılar.

İmam Zaman (əleyhis-salam)-ın barəsində də vəziyyət eynilə belədir. Şübhəsiz, bu ilahi yardımlar müəyyən şərtlərin mövcud olduğu zaman baş verəcəkdir. Onlardan biri də “Bədr” səhabələri kimi tam ixlaslı köməkçilərin varlığıdır.

Rəvayətdə deyilir ki, əgər İmam (əleyhis-salam)-ın “Bədr” səhabələri qədər köməkçisi olsaydı, qiyam etməsi vacib olardı. Şeyx Mufid (rəhmətullahi əleyh) bu rəvayətin izahında yazır: “Mühüm məsələ budur ki, həmin sayda, həmin ixlas və iman keyfiyyətində köməkçisi mövcud olsun.” [3] Buna əsasən, hər vaxt “Bədr” səhabələrinin malik olduğu həmin ixlasla bu sayda köməkçisi tapılsa, İmam Zaman (əleyhis-salam)-a da qiyam etmək lazım gəlir. (Əlbəttə, bu o zaman mümkündür ki, qiyam və zühur üçün sair şərtlər də gerçəkləşmiş olsun. Bunu ikinci hissədə qeyd edəcəyik.) Belə olanda Allahın mələkləri də möminlərin köməyinə gələcək, onlara qeybi yardımlar nazil olacaqdır.

2. İmam (əleyhis-salam)-ın canına qarşı təhlükə qeybətin hikmətlərindən sadəcə biridir

Şiə alimləri demişlər ki, İmam Zaman (əleyhis-salam)-ın qeybdə olması Peyğəmbər (səlləllahu əleyhi və alih)-in gizlənməsi kimidir (bir dəfə “Əbu Talib” dərəsində, bir dəfə isə mağarada). Həzrət Peyğəmbərin canı təhlükəyə düşdüyü zaman gizləndiyi kimi, İmam Zaman (əleyhis-salam) da öz canına qarşı təhlükə yarandığı üçün məxfi şəkildə yaşayır. [4]

Əlbəttə, bu, qeybət üçün irəli çəkilən hikmətlərdən biridir. Şiə alimləri digər hikmətləri də qeyd etmişlər: 1. Camaatın sınağa çəkilib imtahan edilməsi, 2. İmamın hər hansı bir şəxsin beyətində olmasının qarşısının alınması. [5]

Bundan əlavə, şiənin etiqadına əsasən, qeybətin əsas səbəbi camaat üçün bəyan olunmamışdır. [6] İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğu nəql olunur: “Bu əmrin sahibi üçün mütləq bir qeybət dövrü olacaqdır.” Bunun səbəbini soruşduqda həzrət buyurdu: “Bunun (əsl) səbəbini deməyə icazəli deyiləm.” Amma bu işin (əsl səbəbi deyil) hikməti barəsində soruşduqda buyurdu:  “Hikməti keçmiş höccətlərin qeybəti ilə əlaqədar baş verən həmin hikmətdir. Amma əsl səbəbi yalnız zühurdan sonra aşkar olacaqdır. Necə ki, həzrət Xızrla Musanın hadisəsində gəminin deşilməsi, cavan oğlanın qətlə yetirilməsi və uçuq divarın düzəldilməsinin də hikməti yalnız bir-birindən ayrıldıqları zaman bəyan edilmişdi... Qeybət məsələsi ilahi sirlərdən biridir.” [7]

Belə nəticə almaq olar ki, əvvəla, Allahın qeybi yardımları dəqiq hesab-kitab üzündəndir, ikincisi, İmam Zaman (əleyhis-salam)-ın qeybdə olmasının yeganə səbəbi öz canına qarşı təhlükə deyildir ki, belə məlaikələrin varlığı ilə artıq qeybdə qalması əbəs bir iş olsun. [8]

Əlavə məlumat üçün aşağıdakı görünüşlərə baxın:

1. “İmam Zaman (əleyhis-salam)-ın diri olmasının əqli dəlilləri”, sual 12155 (sayt 13081)

2. “İmam Zaman (əleyhis-salam)-ın uzun ömürlü olmasının fəlsəfəsi”, sual 209 (sayt 1405)

3 . İmam Zaman (əleyhis-salam)-ın qeybi imdadlar vasitəsi ilə hifz olunması”, sual 18074 (sayt 17679)

4. “Qeybət dövründə İmam Zaman (əleyhis-salam)-ın vücud faydaları”, sual 13908 (sayt 13719)



[1] Əllamə Məclisi, "Biharul-ənvar", 52-ci cild, səh. 328, 361, 387

[2] “Muhəmməd” surəsi, ayə: 7

[3] Şeyx Mufid, “Səlasətun fil-ğeybət” risaləsi, Əla Ali Cəfər, səh. 12, birinci çap, “Şeyx Müfidin min illik yubiley konfransı”nın çapı

[4] Şeyx Tusi, “Əl-ğeybət”, Aqa Bozorg Tehraninin müqəddiməsi ilə, səh. 61, “Məktəbətu Sadiq”, Nəcəfi Əşrəf

[5] Əmini, İbrahim, “Dadgostəre cəhan”, səh. 147, onuncu çap, “Şəfəq” nəşriyyatı

[6] Yenə orada, səh. 146

[7] Əllamə Məclisi, "Biharul-ənvar", 52-ci cild, səh. 91, “Daru ehyait-turasil-ərəbi”, Beyrut

[8] İmam Zaman (əleyhis-salam)-ın qeybətinin fəlsəfəsi ilə əlaqədar əlavə məlumat üçün bax: “Ba qamhaye səbze intizar”, “Xaneye xerəd” nəşriyyatı

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məhrəmlərlə cinsi əlaqənin hökmü nədir?
    17664 Nizamlar hüquq və əhkam 2011/10/20
    İnsanın ən mühüm və güclü qərizələrindən (instinkt) biri olan cinsi qərizə nəslin davam etmə səbəbi və Allah-taalanın insanlara verdiyi böyük nemətlərdən biridir. Bu qərizə insanın həddi-buluğa çatdığı zaman – yeniyetməlik çağlarında müxalif cinsə (oğlanın qıza və qızın da oğlana) meyli ilə ...
  • Öz iradəmizi necə gücləndirək?
    14042 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Zinadan doğulan uşaq (vələduz- zina) barəsində olan hədislər hansılardır?
    10811 Hədis elmləri 2012/01/16
    Zinadan doğulan uşağın (vələduz- zina) xüsusi hökümləri var ki, Peyğəmbər (s)-dən və pak imamlar (ə)dan olan rəvayətlərdə açıqlanıbdır. O hədislərin bəzisinin ünvanı bunlardır: 1-     Vələduz-zinanın irsi: Vəsailuş- şiə, cild 26, səh 274:
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    10387 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
    14267 Qədim kəlam 2011/04/16
    Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir ...
  • Duanın təsir etməsi onu ərəb dilində oxumağa bağlıdırmı?
    8003 Əməli əxlaq 2011/06/27
    Duaların ərəb dilində oxunmasının lazım olmamasına baxmayaraq, hətta namazda duanın fars dilində deyilməsi icazəlidir, amma daha yaxşısı budur ki, İmamlar (ə)- dan olan dualar onların mənalarına diqqət etməklə, ərəb dilində oxusun. Aşağıdakı məsələ bu işin sübutunu bizim üçün aydınlaşdırır: Quran Allahın bəşərə olan sözü olduğu kimi, İmamlar (ə)- ın ...
  • Hər kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsini ziyarət etsə, sanki ərşdə Allahı ziyarət eymişdir? İfasdəsinin mənası nədir?
    10060 Qədim kəlam 2011/12/25
    Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü imamı), Allah yolunda gördüyü müsibətlər, fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər və hədəflərə görə Allah Taalanın yanında çox böyük məqama malikdir. Allah ona çox böyük mükafat varibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə ...
  • Бу ҝүн әлимиздә олан Гуран нә вахт топланмыш вә тәнзим олунмушдур?
    9089 Quran elmləri 2010/04/22
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин ...
  • İki bacıyla bir vaxtda həyat qurmağın haram olmasının fəlsəfəsi nədir?
    8879 Fiqh 2011/04/14
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    12958 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168489 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166404 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121790 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115797 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114874 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96411 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60434 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56457 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47216 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...