Please Wait
6489
İnsan ilk addımda lazımdır ki, şəriət hökümləri kitabındakı, müctəhidin təyin edilməsi üçün müəyyən hökümlər əsasında,[1] təhqiq edib ələm müctəhidi tanısın. Ələm müctəhidi təyin etdikdən sonra ondan təqlid etməlidir. Bunun üçün də əgər təqlid şəriət qanunları əsasında olmazsa düzgün deyildir.[2]
Başqa sözlə desək, əgər bu yollarla təhqiq etməzdən bir müctəhidi təyin etsə və bir müddətdən sonra o müctəhidin ələm olmadığı məlum olduqda, təqlid əsasında olmayan bütün əməllər əgər başqa müctəhidin ki, həyatdadır fətvasıyla uyğun olarsa ondan təqlid edin, ola bilsin ki, onun düzgün olmasına bais olsun, belə olmayan halda onların qəzadı sizə vacib olur.[3]
İndiki dövürdə ələm müctəhidi müəyyən etmək çətin olduğu üçün dini təhsil mərkəzlərinin müəllim və şagirdləri elmi cəhətdən yüksək məqama sahib olan on müctəhidi elan edir ki, elmi baxımdan müəyyən qədər bir məqamdadırlar. Onları tanıtdırıb elan edirlər ki, onların hər birindən təqlid etmək düzgündür.[4]
[1] - Tozihul- məsaili mərace, cild 1, səh 15, məsələ 3.
[2] - Tozihul məsail (Əl- muhəşşil imam əl Xumeyni) cild 2, səh 798, Müxtəlif mövzularda imam Xumeynidən istifta olunmuş məsələlər. Ayətullah Nurinin ona yazdığı şərhi ilə, sual 2.
[3] - Əcvibətul- istiftaat (bil farsiyyə) sual 32.
[4] - Əlavə məlumat üçün bax: Göstərici: İndiki mərcəi təqlidlər və onları təyin edən təşkilatlar, sual 678. (sayt: 725).