Ətraflı axtarış
Baxanların
7504
İnternetə qoyma tarixi: 2010/01/19
Sualın xülasəsi
Bunu nəzərə alsaq ki, insan üçün təsəvvür olunan ən axırıncı məqam Liqaullah məqamıdır, nə üçün Məsumlardan (ə) bəzisi daha seçilmiş və yüksək məqama sahibdirlər?
Sual
Bunu nəzərə alsaq ki, insan üçün deyilən ən axırıncı Liqaullah məqamıdır və İlahi övliyalardan və Peyğəmbərlərdən bəzisi bu dərəcəyə yetişiblər. Axcırıncı dərəcəyə yetişən böyüklərdən bəzisi başqalarına nisbət üstünlüyə sahibdirlər. Əgər axırıncı və sonuncu dərəcəyə getişiblərsə necə olur ki, bir- birləriylə fərq edirlər və biri digərinə üstünlük tapır? Çünki daha yuxarı dərəcə yoxdur ki, ona yetişsinlər!
Qısa cavab

İnsanın yaranmasının əsl hədəfi kamala çatmaqdır. İnsanın kamalı Allaha yaxınlaşmaqla olur ki, ona vilayət və Liqaullah məqamı deyirlər. Bu arada Peyğəmbərlər və Məsumlar (ə) insanlar arasında ən bariz kəslər hesablanırlar. Amma bunların arasında hansı kəslər daha üstün dərəcəyə sahibdirlər, bu nöqtəyə diqqət etmək lazımdır ki, vilayət məqamı nübüvvət məqamından üstündür.

Vilayət məqamına sahib olan Məsumlar arasında da vilayət məqamında ixtilaf fərz oluna bilər. Amma mümkündür deyilə ki, fəzilətə sahib olmaq həmişə vilayət məqamında üstünlük və Allaha daha yaxın olmaq mənasına deyil. Yəni mümkündür ki, vilayət məqamında bərabərçilik fərz olunan haldada biri digərindən əfzəl olsun nübüvvət və... kimi fəzilətlərdən bəhrələnsin.

Bütün sözümüz budur ki, qəbul edirik Məsumlardan biri məxsusən İmam Hüseyn (ə) üçün rəvayətlərdə bir sıra imtiyazlar bəyan olubdur. Amma qəti şəkildə demək olmaz ki, bu imtiyazlar İmamların (ə) təkvin vilayət məqamındakı ixtilafa görədir, həqiqətdə bu imtiyazlar bəzilərinin Allaha yaxın olmaq cəhətindən üstünlüyünə dəlil ola bilməz.

Ətreaflı cavab

Aydındır ki, hər ölçünün xüsusi bir meyara ehtiyacı var. dini təlimatlara əsasən Allahçı olmaq və İlahi sifətlərlə bəzənmək, insanların biri digərinə üstünlük meyarıdır;[1] bu məqam ki, ona vilayət [2]Məqamıda deyilir, yaradılışın son hədəfi və insanların biri digərinə üstünlük ölçüsü hesablanır. Amma vilayət məqamı iki növdur; təşrii vilayət ki, qanun qoymaq hüququna sahib olmaq mənasınadır. Təkvini vilayət ki, nəfsin (ruhun) kainat maddəsində Allahın təkvini icazəsiylə, iqtidarı mənasındadır.[3] Əlbəttə bunu bilmək lazımdır ki, vilayət məqamı Allaha yaxın olmaqla və Allahda fani olmaqla ələ gəlir. Allaha yaxın olmaqda Allaha itaət etməklə hsil olur.[4] Başqa sözlə desək insan Allaha yaxınlaşmaqla Allahçı olur, Allaha yaxın olmaqda itaətin nəticəsidir. Buna əsasən aydındır ki, vilayət məqamıda Allaha yaxınlıq və Allahda fani olmaq dərəcələri miqdarındadır,[5] şiddətlənir və zəifləyir dərəcələrə sahibdir,[6] vilayət məqamına sahib olan iki insan müqayisədə bir dərəcədə deyillər. Yəni hər nə qədər İlahi mənbəyə bağlanıb daha yaxın olsa Allahın sifətləri və adları onda daha çox təcəlla edər nəticədə biri digərinə üstünlük tapır.

Şübhəsiz bütün Əhli- beyt (ə) vilayət məqamına sahib olublar və sahibdirlər. Həzrəti Əli (ə) Əhli- beytin (ə) xüsusiyyətlərinin bəyanında buyurur:

«وَ لَهُمْ خَصَائِصُ حَقِّ الْوِلَايَة»

Vilayətin xüsusiyyətləri Ali Muhəmmədə (s) məxsusdur.[7]

Digər tərəfdən vilayət məqamıyla nübüvvət məqamının fərqlərini araşdırarkən bu nəticəyə yetişirik ki, vilayət məqamı nübüvvət məqamından üstündür. Buna əsasən asanlıqla demək olar ki, on dörd Məsum onların vilayət məqamlarının üstünlüyünə görə Peyğəmbərlərdən üstündürlər.[8] Amma Məsumların biri digərinə üstünlüyü haqqında düşünmək lazımdır.

Bilməliyik ki, on dörd Məsum bir həqiqətdirlər, başqa sözlə desək bir nurdandırlar Əhli- beytin (ə) bu nurani ittihadı bir çox rəvayətlərdə aşkar şəkildə gəlibdir. Əlbəttə bu nurani ittihad təkcə nurani dərəcə itthad mənasına deyildir, nuraniliyin fərqli dərəcələrini qəbul etmək dərziylə ona mültəzim olmaq olar.[9]

Əhli- beytin (ə) birinin digərinə üstünlüyü barədə bəzi dini mənbələrdə bu üstünlük Peyğəmbər (s) həzrəti Əli (ə)[10] Fatimə (s)[11] və İmam Hüseyn (ə)[12] üçün təyin olubdur. Amma bu üstünlük İslam Peyğəmbəri (s) və Əhli- beytin (ə) vilayət dərəcələrində ixtiyarlı fərqi çatdırır? Mümkündür deyilsin ki, imtiyaza və fəzilətə sahib olmaq həmişə vilayət məqamında və Allaha yaxınlıqda üstünlük mənasına deyil; yəni mümkündür ki, vilayət məqamında bərabərçilik olunan halda biri digərindən əfzəl olsun nübüvvət və... kimi fəzilətlərdən bəhrələnsin. Bu mətləb o zamandır ki, şəraitin və zəmanənin bu cür tələbləri olsun. nübüvvət bir fəzilət idi ki, həzrəti İsanın (ə) zəmanəsində və şəraitində ona verilmişdi və İmam Zaman (əc) fəzilətdən bəhrələnməyibdir. Amma hamımız bilirik ki, İmam Zaman (ə) vilayət məqamı cəhətdən həzrəti İsadan (ə) üstündür. Amma sözümüzün canı budur ki, bu fəzilət və o diqqət, İmamların vilayət dərəcəsinin bərabərliyinə ziddiyyəti yoxdur. Başqa sözlə desək; biz bilirik ki, Məsumlardan biri məxsusən İmam Hüseyn (ə) üçün rəvayətlərdə bir çox imtiyazlar bəyan olubdur, amma qəti şəkildə demək olmaz ki, bu imtiyazlar İmamların (ə) təkvini vilayət məqamındakı ixtilafa görədir. Baxmayaraq ki, bu ixtilafı sübut məqamında qəbul etmək mümkündür, amma sözümüz budur ki, isbat məqamında bu barədə aşkar dəlillər tapa bilmirik. Hər halda bu qədər yəqinimiz var ki, bütün Məsumlar bir nurdan cilvələniblər və hamı təkvini vilayətə sahibdirlər.

Əgər onlardan hər biri digərinin yerində olsaydı, həmin digərinin etdiyi işi edərdi.[13]

 


[1] - Hucurat surəsi, ayə 13

«إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقاكُمْ»

[2] - İrfanda "Məqam" termini "hal" termininin qarşısındadır. "Məqam" o dərəcəyə deyilir ki, arif neçə il zəhmətdən sonra onu əldə edir. Buna əsasən zəhmət və çətinliklə ələ gələn şey adətən asanlıqla əldə çıxmır və sabit qalır. Amma "hal" məqamın əksinədir, bir növ dəyişiklik və keyfiyyətdir ki, ixtiyarsız və bir dəfəlik arifin qəlbinə girir. Bir dəfəlik getmıyi də mümkündür, "hal" sabit keyfiyət deyil və daim dəyişir. Sədi deyir:

Misirdən köynəyin iyin hiss etdin

Amma kənan quyusunda görmədin

Dedi bizim halımız dəyişilir

Bəzən payidar bəzəndə gizli.

[3] - Başqa sözlə desək: Təkvini vilayət sahibi öz himməti və iradəsiylə bir şeyi yerindən qıraqda, xəlq edir. Buna əsasən; İlahi övliyaların bütün möcüzələri və kəramətləri təkvini vilayətin vasitəsiyləsir.

[4] - Buna əsasən: İmam Müctəba (ə) buyurub:

«من عبد الله عبد الله له کل شیء»

Hər kəs Allaha bəndə olsa, Allah bütün şeyi onun bəndəsi edər. İmamın sözünün mənası budur ki, təkvini vilayətin kökü Allaha bəndəçilikdir.

[5] - Fəna neçə dərəcəyə sahibdir: Bir zahiri fanilik ki, feillərin faniliyidir. İki batini fanilik ki, sifətlərin faniliyidir. Üç zatın fanili. Müraciət olunsun: Danişgər, Əhməd, Hafizin divanının irfani şərhi, səh 144- 145; İbni Sina, Əbu Əli Hüseyn ibni Əbdullah, Əl- işarat və tənbihat, Xacə Nəsrəddin Tusinin şərhilə, cild 3, Məqamatul- arifin, səh 390; İmam Xumeyni (rəh) qırx hədis, səh 382.

[6] - Deyilməlidir ki, İrfani suluk (gedişat) dörd səfərdə olur. A: Xəlqdən həqqə tərəf həqq ilə; B: Həqdən həqqə tərəf; C: Həqqdən xəlqə tərəf həqq ilə; D: Xəlqdən xəlqə tərəf həqq ilə. Bu barədə Müraciət edin: Molla Sədra Şirazi, Sədruddin, Əl- hikmətul- mütəaliyə fil- əsfaril- əqliyyətil- ərbəə, cild 1, səh 13. Vasil ariflər deyirlər: Baxmayaraq ki, vilayət məqamı birinci səfərin sonunda salik üçün hasil olur, amma ikinci səfərdə vilayətin dayirəsi kamilləşir. Buna əsasən saliklər (ariflər) hansı mərhələdə olmaqlarına baxmayaraq vilayət məqamının bir dərəcəsinə sahib olacaqlar.

[7] - Nəhcül- bəlağə, xütbə 2.

[8] - Rəvayətlərdə gəlib ki, həzrəti Məhdinin (əc) zühurundan sonra həzrəti İsa (ə) ona iqtida edər. Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 9, səh 195;Məkarim Şirazi, Nasir, Təfsiri nümunə, cild 4, səh 205; Kaşani, Seyyid Əbbas, Əlməxazin, cild 1, səh 286.

[9] - Yəni Əhli- beyt üçün də bir- birlərinə nisbət üstünlük təsəvvür etmək olar.

[10] - O zaman ki, İmam Baqir (ə) İmam Səccaddan (ə) istədi ki, Allah ibadət etməkdə özünə az zəhmət versin, O həzrət İmam Əlinin (ə) ibadətlərini xatırlatdı və buyurdu: Kimdə Əlinin (ə) ibadət qüvvəsi ola bilər ki, onun kimi ibadət etsin. Əl- irşad fi mərifəti höcəcullah ələl ibad, cild 2, səh 142.

[11] - Bəzi dəlillərdən istifadə olur ki, bu üstünlük həzrəti Fatiməyə (s) məxsus olubdur. İmam Həsən Əsgəriyə (ə) nisbət verilmiş hədisdə gəlibdir:

«نحن حجج اللَّه على خلقه و جدتنا فاطمة حجة اللَّه علينا»

Biz Allahın bəndələrinə höccətləriyik və nənəmiz Fatimə bizə Allahın höccətidir. Teyyib, Seyyid Əbul Hüseyn, Ətyəbul- bəyan fi təfsiril- Quran, cild 13, səh 225; Bəhrani, Əbdullah, Əvalimul- vəl- məarif vəl- əhval, cild 11, səh 5.

[12] - Rəvayət mətnlərində İmam Hüseyn (ə) üçün bir çox imtiyazlar nəzərdə tutulubdur. Nümunə olaraq onlardan bəzisinə işarə olunur:

A: İmamət məqamının İmam Hüseynin (ə) nəslinə keçməsi,

B: İmam Hüseynin (ə) türbətində şəfa,

C: İmam Hüseynin (ə) qəbrinin kənarında duanın qəbul olmaz.

D: İmam Hüseyni Hairdə namaz

«إِنَّ اللَّهَ تَعَالَى عَوَّضَ الْحُسَيْنَ (ع) مِنْ قَتْلِهِ أَنْ جَعَلَ الْإِمَامَةَ فِي ذُرِّيَّتِهِ وَ الشِّفَاءَ فِي تُرْبَتِهِ وَ إِجَابَةَ الدُّعَاءِ عِنْدَ قَبْرِه...»

Məclisi, Məhəmməd Baqir, Bəharul- ənvar, cild 44, səh 221.

[13] - Artıq məlumat əldə etmək üçün müraciət edin Tərxan, Qasim, İmam Hüseynin (ə) qiyamına və şəxsiyyətinə irfani, fəlsəfi və kəlami bir baxış. Naşir çıl- çıraq, birinci çap, Qum, 1388.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...