Ətraflı axtarış
Baxanların
7772
İnternetə qoyma tarixi: 2011/10/17
Sualın xülasəsi
Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
Sual
Rəvayətlərə əsasən heç bir sərvət toplanılmır məgər məzlumun haqqı tapdalanır görəsən bu rəvayətlər düzdür. əgər düzdürsə necə sərvətli insanların hətta bəzi alimlərin pul və sərvətinin halal olmasına qarşı xatircəm olaq?
Qısa cavab

Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ödənilməyibdir.

İslamda şəri qanunlara riayət etməklə mal və sərvət toplamaq cayizdir. Bəyənilməyən malı və sərvəti almaq deyil. Bəlkə dünya pərəstlik və dünyanı axirətdən üstün bilməkdir. Mala və sərvətə axirət səadətinə çatmaq üçün vəsilə kimi yanaşmaq lazımdır ki, belə bir halda mal və sərvət yığımaq dünyanı tələb etmək yox bəlkə axirəti tələb etməkdir. Amma o ki qaldı dini alimlərin sərvətli olmasının heç bir eybi yoxdur. Amma bu alimlərin dünyanı sevib dünyapərəst olması bəyənilmir. İslam mətnləri xalqı dünypərəst alimlərdən uzaq olmağa çağırır nə inki sərvətin alimlərdən.

Ətreaflı cavab

1.             Rəvayəti araşdırmaq

Qeyd olunan rəvayət aşağıdakı şəkildə bəzi kitablarda həzrəti Əmirəl- möminindən nəql olunubdur:

1.            Çoxlu nemət görmədim məgər kənarında zay və tapdalanmş haqq.[1] Bu rəvayət mötəbər hədis kitablarında yoxdur qeyd olunmuş kitablarda da sənədsizdir bu cəhətdən sənədi zəifdir. Amma başqa rəvayətləri o cümlədən növbəti rəvayət ki, bu məzmundadır nəzərə alaraq rəvayətin sənədinin zəif olması düzəlir.

2.            Allah qüdrətlilərin varlarında kasıbların ruzisini vacib edibdir. Nəticədə kazıb ac qalmasın o vaxt ac qalar ki, varlı verməsin, qiyamət günündə Allah ki, böyükdür onun ehtiyacsızlığı onları bu işdən mühafizə edər.[2]

Bu rəvayət əvvəlki rəvayətə nisbət çox etibarlıdır və müxtəlif hədis kitablarında o cümlədən Nəhcül- bəlağə vəsailüş-şiə Biharul- ənvar Ğürərül- hikəm və irşadu- ğulub kitablarında zikr olunubdur. Bu rəvayətlər doğru olsalarda məqsədləri o mal və sərvətdir ki, onun xums və zəkat kimi mali təklifləri ödənməyibdir və camaatı onları ödəməyə dəvər edir.

2.İslamda sərvət və mal

İslam mənbələrində mal və sərvət barədə iki dəstə rəvayətlərlə rastlaşırıq: Bu rəvayətlərin birinci dəstəsində zahirdə mala və sərvətə mənfi münasibət var, Həzrəti Əli (ə) buyurur: Mən möminlərin rəhbəriyəm mal və sərvət günahkarların rəhbəri və rəisidir.[3] Yəni möminlər məndən tabeçilik edirlər amma günahkarlar mala və sərvətə tabedirlər. habelə buyurur: Mal şəhvətlərin köküdür.[4]

Hər kim dirhəm və dinarı sevsə o dünyanın quludur.[5]

Allahın Rəsulu (s) buyurur: Hər o kəski dirhəm və dinarın qulu olsa məlun və Allahın rəhmətindən uzaqdır.[6]

İslamın başqa mətnlərindən bəzisində yuxarıda deyilən rəvayətlərin qarşısında olaraq mal sərvət və dünya bəyənilib və təriflənibdir. Quranda oxuyuruq: Mal və övladlar dünya yaşayışının zinətidirlər.[7] Habelə Quranın neçə yerində sərvət "xeyr" adlandırılıb, aşağıdakı ayə kimi: " کتب علیکم اذا حضر احدکم الموت ان ترک خیرا.."[8] Habelə müfəssirlərdən bir çoxu aşağıdakı mübarək ayədə xeyirli mal və sərvət mənasına tutublar. " انه لحب الخیر لشدید"[9]

Allahın Rəsulu (s) buyurur: Nə qədər saleh mal saleh kişi üçün yaxşıdır.[10] İmam Baqir (ə) buyurur: Nə qədər dünyanın köməyi axirəti ələ gətirmək üçün yaxşıdır.[11]

Bu iki dəstə rəvayətlərdə diqqət edib fikirləşsək aydın olar ki, İslamda malın və sərvətin ki, axirətə yetişmək üçün vəsilələdir bəyənilibdir. Bu cəhətdəndir ki, həzrəti Əli (ə) gördü ki: "görəsən sən dünyada günaha bulaşıbsan yoxsa dünya sənə qarşı günah edibdir".[12] İslamda mal və mal qazanmaq bəyənilib və bir sıra yerlərdə vacibdir, amma mal və sərvətə pərəstliş etmək Allaha pərəstiş etməyin qarşısında pislənibdir. İslam dinində mal və sərvət axirət səadətinə yetişmək və Allaha yaxın olmaq üçün bir vəsilədir, nə hədəf və məqsəd.[13] Qurani kərimdə oxuyuruq: Ey o kəslər ki, iman gətirmisiniz! Malınız və övladınız sizi Allahdan qafil etməsin.[14]

Şəhid mütəhhəri buyurur: "İslamda mal və sərvət heç vaxt təhqir olmayıb, nə icadı nə dəyişməsi və nə də istifadəsi bəlkə bunların hamısına təkid və tövsiyə olubdur. Və onlar üçün şərait və ölçülər qoyulub və heç vaxt sərvət İslam nəzərindən atılası deyildir bəlkə onu atmaq israf və zay etmək qəti olaraq haramdır."[15] Maldan müdafiə cihad hökmündə bilinir və bu yolda ölməyin şəhid olmaq savabı vardır.[16]

3.            İslamda sərvətin icadı və qazancı.

İslamda müxtəlif yollarla həm fərdi həmdə ictimai sahələrdə sərvəti ələ gətirməyə dəvət edibdir. Allahın Rəsulu (s) buyurur: Halal ruzi dalıyca getmək hər müsəlam qadın və kişisinə vacibdir.[17] Bu hədisdən sərvət ələgətirmək və qazanmaqda qadın kişi bərabərçiliyi başa düşülür. Sərvət ələ gətirmək kişilərə məxsus deyil. Habelə halal ruzi qazanmaq əfzəl ibadətlərdən sayılıbdır.[18] Cəmiyyəyin həyatı müstəqil iqtisadiyyatda və əsarət və quldurluqla bərabərdir. Bu cəhətdən həzrəti Əli (ə) buyurur: Fəqir olmaq və kasıblıq ən böyük ölümdür.[19] İslam icazə vermir ki, qeyri müsəlmanın müsəlmana üstünlüyü olsun.[20]

Bu hədəf o vaxt təmin olar ki, müsəlmanlar əcnəbilərə əl açmasınlar və müstəqil iqtisadiyyata sahib olsunlar. Sərvət əldə etmək bu məqsədi təmin edir. Şəhid Mütəhhəri demişkən: "İslamın hədəfləri sağlam iqtisadiyyat və müstəqil iqtisadi qüvvə olmadan mümkün olası deyil".[21]

İslamda əkinçilik, maldarlıq, sənət və qeyri kimi müxtəlif sərvət ələ gətirmək tövsiyə olunubdur. Bu ki, Peyğəmbər əkinçinin qubar bağlamış əlini öpürdü islam cəmiyyətində qazancın əhəmiyyətinin əlamətidir.

Məsumların həyat tərzinə müraciət edərkən görürük ki, onlarda sərvət ələ gətirmək üçün çalışırdılar. Rəvayət olunubdur ki, Əmirəl- möminin (ə)- ın əkinçilik məhsullarından gəliri qırxmin dinar idi.[22] Başqa bir rəvayətdə nəql olubdur ki, fədəkin illik gəliri igirmi dörd min dinar olub. Başqa rəvayətdə yetmiş min dinar nəql edilibdir.[23]

4.            İslamda sərvət paylanması

Sərvəti ələ gətirəndən sonra bu sərvət ədalətli şəkildə cəmiyyətdə paylanmalıdır. İslam iqtisadi məktəbində iki iş əsl hədəf adıyla təqdim olunubdur:

1-             Cəmiyyətin daxilinə nisbət iqtisadi ədalət.

2-             Cəmiyyətin xaricinə nisbət iqtisadi qüdrət.[24] İmam Sadiq (ə) buyurur: Əgər xalqın arasında ədalər bərqərar olsaydı ehtiyacsız olardılar.[25] Qurani kərim buyurur: Sərvət təkcə sərvətlilərin arasında dövr etməli deyil.[26] Bəlkə kasıblarında əlinə çatmalıdır. Bu cəhətdən İslamda zəkat xums və sədəqə kimi müxtəlif mali təkliflər qoyulubdur ki, cəmiyyətin sərvəti fəqirlərə də yetişsin və cəmiyyətin fərdlərinin bir səvuyyədə iqtisadi inkişafları olsun və cəmiyyətdə təbəqələr arasında olan fərq azalsın və nəhayətdə aradan qalxsın.

5.            İslamda sərvət toplamaq

Əgər varlanmaq şəri yollardan olarsa İslam nəzərindən heç bir eybi yoxdur. İslamın mal və sərvəti kontrol etmək üçün qəbul etdiyi yol kasıb insanların uca sərvətlərə yetişməyinin qarşısını almaq deyil. Bəlkə onlar üçün maddi vəzifələr və təkliflər qoyur.[27] Quran həzrəti Süleyman həzrəti Davud və Zülqərneyn kimi sərvətli insanlardan ad çəkir ki, iman əhli olublar bunların qarçısında Qarun kimi kafir sərvətlidəndə yad edir. Quranda oxuyuruq artıq istəmək sizi özünə məşğul və Allahdan xəbərsiz edibdir. O yerə qədər ki, ölənləri saymaq üçün qərstanlığa getdiniz.[28]mal və sərvət toplamaq əgər insanın Allahdan xəbərsiz edirsə pisdir və İslamda ondan çəkinilibdir. Sərvətə ürək bağlamaq və axirəti dünyaya satmaq düzgün deyil. Amma bu çoxlu mal sərvət Allah yolunda istifadə olarsa çox bəyənilmiş və təqdirə layiq olar ki, həzrəti Xədicə (s) bu cür sərvətlilərdən idi ki, öz sərvətini İslamın inkişafı və yayılması üçün istifadə etdi. Quran da o şəxslər ki, mal və sərvət yığırlar və onu Allah yolunda sərf etmirlər dəhşətli əzaba bəşarət verir.[29]

Həmin ayə haqda Allahın Rəsulu (s) buyurur: Hər o mal ki, zəkatı verilsə bu ayə ona aid deyil. [30] Əgər sərvət yığmaq şəri yolla olarsa və ehtikar adlanmasa və zəkat xums kimi mali təklifləri gözlənilərsə heç bir eybi yoxdur.

6.            Sərvət və alimlər

Deyilən mətləblərə diqqət edərək aydın olur ki, əgər bir alim sərvətli olsa, heç bir eybi yoxdur. Alimin dünyaya bağlanması pislənibdir. Əgər dünya pərəstlik və lampərəstlik adi insanlar üçün rəva olmasa- ki, rəva deyil- alimlər üçün heç bəyənilməzdir. Bu cəhətdən həzrəti İsa (ə)- dan nəql olubdur ki, buyurub: Dinar dinin xəstəliyidir alim dinin təbibi və həkimidir. Bir zaman ki, gördünüz təbib xəstəliyi özünə yapışdırıb ona qarşı bədbin olun. və bilin ki, o başqalarına nisbət xeyirxah deyil.[31]

Müşahidə olunur ki, bu gözəl hədisdə dini alimlərin dünyanı sevməsi və dünyapərəstliyi pislənilibdir.



[1] - Şəmsəddin, Muhəmməd Məhdi, Derasət fi Nəhcül- bəlağə, cild 40, Beyrut, daruz- zəhra, ikinci çap, 1392, h. q. Curdaq, Corc; Rəvan Nəhcül- bəlağə bi ca, mərkəz əl ğədir mərdəsətul- islamiyyn, ikinci çap, 1375

«ما رآیت نعمة موفورة الاّ و بجانبه حق مضیع»

[2] - Seyyid Rəzi, Nəhcül- bəlağə, kəlimati qisar, hədis 32.

«ان الله سبحانه فرض فی اموال الاغنیاء أقوات الفقراء فما جاع فقیر الاّ بما متع به غنی و الله تعالی جده سائلهم عن ذلک»

[3] - Nəhcül- bəlağə, kəlimat qisar h 308

«انا یعسوب المؤمنین و المال یعسوب الفجار».

[4] - Məclisi, Muhəmməd Baqir, Biharul- ənvar, cild 69, səh 67

«المال مادة الشهوات».

[5] - Həmin, cild 2, səh 107.

«من احب الدینار و الدرهم فهو عبد الدنیا».

[6] - Kafi, cild 2, səh 270

«ملعون ملعون من عبد الدینار و الدرهم ».

[7] - Kəhf surəsi, ayə 46.

«المال و البنون زینة الحیاة الدنیا.»

[8] - Bəqərə surəsi, ayə 180.

[9] - Adiyat surəsi, ayə 8. ".

[10] - Biharul- ənvar, cild 69, səh 59,

«نعم المال الصالح للرجل الصالح».

[11] - Kafi, cild 5, səh 72,

«نعم العون الدنیا علی طلب الاخرة»

[12] - Nəhcül- bəlağə, Sübhi Saleh, x. 131

[13] - R. k. Məktəb və nizami iqtisadi İslam, Məhdi Hadəvi Tehrani, səh 108

[14] - Munafiqun surəsi, ayə 9

«یا ایها الذین امنوا لاتلهکم اموالکم و لا اولادکم عن ذکر الله.»

[15] - Mütəhhəri, Murtəza, İslam iqtisadi nizaminda bir nəzər, səh 17, Tehran, ədra, bəhar 68, birinci çap.

[16] - Biharul- əncar, cild 10, səh 100

«المقتول دون ماله شهید»

[17] - Camiul- əxbar, səh 139

«طلب الحلال فریضة علی کل مسلم و مسلمة»

[18] - Kafi, cild 5, səh 78

[19] Nəhcül- bəlağə, kəlimat qisar, x 154

«الفقر الموت الاکبر».

[20] - Nisa surəsi, ayə 141

«و لن یجعل الله للکافرین علی المؤمنین سبیلا.»

[21] - Mütəhhəri, Murtəza, İslam iqtisadi nizamına bir baxış, səh 26, Tehran, Sədra, bəhar 68 birinci çap.

[22] - Qumi Şeyx Abbas, Səfinətul bihar, cild 8, səh 137.

[23] - Həmin, səh 138.

[24] - R. k. Hadəvi Tehrani, Məhdi, İslam iqtisadi nizamı və məktəbi, səh 56, Qum, xanei xerəd, ikinci çap.

[25] - Kafi, cild 1, səh 541.

«لو عدل فی الناس لاستغنوا».

[26] - Həşr surəsi, ayə 7

«کی لایکون دولة بین الاغنیاء منکم.»

[27] - R. k. Hadəvi Tehrani, həmin, səh 74.

[28] - Təkasur surəsi 1- 2.

«الهاکم التکاثر حتی زرتم المقابر.»

[29] - Tövbə surəsi, ayə 34

«و الذین یکنزون الذهب و الفضة و لا ینفقونها فی سبیل الله فبشرهم بعذاب الیم.»

[30] - Vəsailüş- şiə, cild 9, səh 30

«الدینار داء الدین و العالم طبیب الدین فاذا رأیتم الطبیب یجر الداء الی نفسه فاتهموه و اعلموا انه غیر ناصح لغیره».

[31] - Biharul- ənvar, cild 2, səh 107

«کل مال یؤدی زکاته فلیس بکنز».

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7970 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Buda dini, ilahi din olubdurmu?
    8225 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    7007 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Rəhbərin fətvasına əsasən, məğrib və işa namazları nə vaxt qəza olur?
    32694 Nizamlar hüquq və əhkam 2011/05/05
    Rəhbərin dəftərinin cavabı: Məğrib və işa namazının axır vaxtı, şəri gecə yarısıdır (şəri zöhrdən 11/15 saat sonra). Ehtiyat budur ki, əgər o vaxta kimi namaz qılmayıbsa, sübh azanına kimi mafizzimmə [1] niyyəti ilə yerinə yetirsinş ondan sonra namaz qəza olur.[2] Gecə yarısından sonra ya ...
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    18269 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • Məskən faizsiz borc hesablarında yığılan pullara xums düşürmü?
    6479 Nizamlar hüquq və əhkam 2011/05/31
    Bir şəxsin yaşamaq üçün evi yoxdur və ev almaq ya ehtiyacı olduğu şeyləri almaq üçün əmanətə pul qoyubdur, bu pula xums düşürmü? Sualının cavabında Rəhbər buyurur: Qazanc mənfəətindən əmanətə qoyulan pul, əgər yaşayış xərclərini ödəmək üçün olarsa, xums ilinin əvvəlində, xumsu var. Yox əgər əmanətə qoyulan pul yaşayışın zəruri şeylərini ...
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    27870 Əməli əxlaq 2011/03/06
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    14549 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    6316 Cürbəcür 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
    10624 Qədim kəlam 2010/11/10
    Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq. O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168860 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166648 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122062 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115943 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115224 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96659 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61048 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56677 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49424 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47412 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...