Ətraflı axtarış

Bu suala cavab vermək üçün əvvəlcə bu imamların zaman mövqeyinin fərdlərini və həmçinin şiədən başqa islamın digər məzhəblərinin onlara münasibətdə fərdli nəzərləri bilib və sonra İmam Əli (ə) üçün Nəhcül- bəlağə kitabının yazılması və digər imamlar üçün oxşar kitabların yazılmamasının səbəbini bilmək olar, Buna əsasən, aşağıdakı məsələlərə diqqət yetirək:

1)- Bildiyimiz ki, hər çənd az da olsa müsəlmanların hakimi və xəlifə kimi İslam cəmiyyətində hazır olan yeganə İmam Əmirəl möinin Əli (ə) idi ki, 5 il müddətinə müsəlmanların rəhbərlik işləri onun mübarək əlində idi. Təbiidir ki, hakimiyyət bu imamın əlində olanda, həm imamın uzun xütbələr oxuyub və camaatı hidayət etməkdə daha çox azadlığı olacaqdı, həm də ravilər və yazanlar O həzrətin buyurduqlarını yazıb və digərlərinin ixtiyarında daha rahat qoya bilirdilər. Digər bir tərəfdən, digər islami firqələr, şiələr kimi o həzrəti Peyğəmbərdən (s) bir başa xəlifə bilməsələr də, amma hər halda O həzrəti raşidin xəifələrdən biri sayıb və O həzrətin sözlərini də öz kitablarında yazırdılar.[1]

2)- İmam Baqir (ə) və İmam Sadiq (ə) ın dinin üsulunu açıqlamaq üçün ən çox çalışmalıarı, Əməvi hökumətinin zəifləməsi və hökumətin Abbasilərə ötürülməsi zamanında baş verdi. Bu müddətdə maarifi yaymaq və məharətli minlərlə şagird tərbiyə etmək üçün bu iki imam üçün münasib şərait yaratsa da və əhli sünnənin alimlərinin çoxu da onlardan faydalansalarda, amma hər haldı, onlar üçün İmam Əli (ə) ın mövqeyi kimi bir mövqe yaranmamışdı. Onlar özlərinin və şiələrin canının təhlükəyə süşməməsi və iki tərəfdən birinin sui istifadəsinə səbəb olmayacaq üçün, danışıq və rəftarlarında ehtiyatlı davranmalı idilər. Buna əsasən İmam Əli (ə) ın xütbələri kimi daha az uzun xütbələr oxuyur və çox vaxt camaatın suallarına cavab verirdilər. Bilməyiniz yaxşıdır ki, İmam Baqir (ə) çox vaxt İslamın digər firqələrinin də onları asanlıqla qəbul etmələri üçün, öz rəvayətlərini hətta Cabir kimi raviləri vasitə qərar verməklə Peyğəmbər (s) ya Əmirəl möminin (ə) buyuruşuna istinad edirdi.[2]

3)- Qeyd etmək lazımdır ki, bu həzrətlərin dedikləri, istər imam Əli (ə) istər bu iki İmam və istər digər İmamlar həyatları zamanında, mərkəzlənmiş bir məcmuə kimi, müəyyən bir kitabda yazılmamışdır. Əksinə hər ravi və müəllif bu sözlərin bir hissəsini göstərirdilər. Ravilərin bəzisi yalnız öz rəvayətlərini əsl adlı kitabında cəm edib və onları digərlərinin ixtiyarına qoyurdular ki, Qsuli Ərbəə miə adı altında yığılmışdır ki, Əllamə Məclisi (rh) bu üsulun bəzisinin adlarını Biharul ənvar kitabının əvvəlində qeyd edibdir. Bu kitab və usullara ilk rivayi məcmuə adı ilə xatırlanır ki, sonradan Kitabul ərbəə adı altında yığılıbdır ki, bu kitabların hədisləri bu iki amama məxsus deyil, əksinə bütün imamların ədislərinə də şamil olunur. Əlbəttə sizin sualınızda da ona işarə olunduğu kimi, bu əsllərdə yazılan hədislərin çoxu, beşinci və altıncı imamlardan (ə) dır. Onun səbəbidə bu iki imamın nisbi azad olmalarına görədir.

4)- Məsum imamlar (ə)ın hüzur zamanınakimi, bütün ravilərdən olan, bütün rəvayətlərə şamil olan geniş və came kitablara o qədər də ehtiyac duyulmurdu. Bu ehtiyac yalnız o zaman özünü göstərdi ki, ğeybət dövrü yetişməklə, məsum imamlar bir başa əlaqə yaratmaq təqribən qeyri mümkün oldu. Bundan sonra şiə alimləri bu sözləri cəm etmək fikrinə düşdülər. Buna əsasən belə məcmu kitablar üçüncü əsrdən beşinci əsrə qədər müddətdə yazıldığını görürük. Kitabul ərbəə, Töhəful üqul və ... və həmçinin Nəhcül bəlağə kimi kitabları bu istiqamətdə dəyərləndirmək olar. Onların çoxunda bütün məsumların sözləri var. Onların bəzisi nəhcül- bəlağə və Ğürərul hikəm kimi kitablar, bir imamın sözlərinə məxsusdur.

5)- Fəqih və araşdırmaçıların İslam elmlərində hazırda ehtiyac duyulan iş, məsumların hədis və buyurduqlarını mövzu əsasında tənzimləməkdir. Hər məsumun buyurduqlarını kitab şəkilində xüsusi məcmuədə qərar verməyə ehtiyac duyulmur, hər çənd bu da yaxşıdır. Amma məsumlar (ə)ın hamısının buyurduqları mötəbər olma baxımdan ali bir dərəcədə olduğu və bu cəhətdən heç bir fərqin olmamasına digər bir tərəfdən də çox vaxt (əgər həmişə deməsək) bizim alimlər fiqhi, kəlami və ... ibham və problemləri aradan qaldırmaq üçün, müəyyən mövzu və bölümlərdə hədis və rəvayətlərdən faydalanmaya görə, hazırda bizim əlimizdə olanlar, daha zəruri nəzərə çarpır.

6)- Həmin əsrlərdə qüdrəti tamamilə əllərinə alan Abbası xəlifələri, digər əhli sünnə kimi, Əmirəl möinin (ə) a o qədər həsas deyildilər, əksinəüzdə onun üçün xüsusi hörmət göstərirdilər. Ona görə də Seyyid Rəzi (rh) nin Nəhcül bəlağə adlı kitabla o həzrətin sözlərini cəm etməklə bağlı səyləri özü də Abbası xilafətinin mərkəzi sayılan bağdadda , etirazla qarşılanmadı. Çünki, bu gözəl kəlmələrin çoxu əvvəlcədən əhli sünnənin ktablarında da var idi.[3] Amma digər imamların hər birinin xüsusi ilə rəvayətlərin ən çox nəql olunduğu beşinci və altıncı İmamın sözlərini ayrıca və müstəqil şəkildə kitablarda yazmaq, Abbası xəlifələrinin həsaslığına səbəb ola bilərdi. Xüsusi ilə, nümunə olaraq, Altıncı İmam (ə), abbası xilafəti qurulan zamandan özünün müxalif olmasını aşkar edib.[4] Və sonrakı, imamlar da bir formada onlarla mübarizədə idilər. Birinci İmam (ə) dan başqa hər bir imamdan hətta Abbası zamanından əvəl yaşayan imamlardan yazilmış kitabların nəşri xilafətin Ali Əli (ə)yə məxsus olması nəzəriyyəsini təsdiqləyə bilərdi ki, belə bir iş Abbasilərin istəyinə uyğun deyildi. Ona görə də şiə alimləri həsaslığın qarşısını almaq üçün kafi, Təhzib Fəqih və... kimi kitablarda imamlardan nəql olunan rəvayətləri Peyğəmbər (s) və Əli (ə) dan olan rəvayətlərlə birgə yazdılar.

7)- Belə üslub sonrakı əsrlərdə yığılan məcmu kitablarda, Biharul Ənvar, vəsailuş- Şiə... kimi kitablarda da davam etdirildi. Baxmayaraq ki, bu rivayi məcmu kitablardakırəvayətlərin çoxu beşinci və altıncı imamla əlaqəli idi, amma hər hansı səbəblə onları digər rəvayətlərdən ayırmağa ehtiyac duyulmurdu. Lakin son illərdə hər məsum (ə) ın hədislərini ayrıca ələ gətirib və onu müstəqil bir kitabla yerləşdirmək üçün səylər olubdur ki, Cənab Əzizullah Ətaridinin bu iki imam barəsində yazdığı müstənədül İmam Baqir (ə) və müstənədül İmamus Sadiq (ə) kitablarına işarə etmək olar. Onların hər bir neçə cilddə çap olubdur.[5] Həmçinin icra halında olan çalışmalar var ki, tamamlanmadan sonra hər məsuma aid hədisləri ayrı şəkildə, hədis disklərində görmək olar.

Mənbə rəvayətkitablarına və həmçinin işarə olunan müstənədlərə müraciət etməklə, siz də bu nəticəyə yetişəcəksiniz ki, rəvayətlərin çoxu bu iki imam (ə) dan nəql olunubdur.

 

[1] - Əlbəttə zahirdə İslam cəmiyyətinin çox məhdud hissəsini təşkil edən və onlarla düşmən olan nasibi və xəvariclərin hesabı ayrıdır.

[2] - Ricali Kəşşi, səh 41, Məşhəd universitetinin nəşriyyatı, 1348, hicri şəmsi tarixi ilə

[3] - Bax: İbn əbil Hədid, Nəhcül- bəlağə şərhi, cild 1, səh 204, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404, Hicri qəməri tarixi ilə

[4] - Bax: Məclisi, MəhəmmədBaqir, Biharul Ənvar, cild 47, səh 162, bölüm 6, Vəfa müəssiəsi, beyrut, Lobnan, 1404 Hicri qəməri tarixi ilə

[5] - Bu hörmətli müəllif digər məsum İmmlar (ə)barəsində də belə kitablar yazıbdır.

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163824 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158959 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118703 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111839 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105521 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92546 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54109 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49313 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44898 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44348 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...