Ətraflı axtarış
Baxanların
9317
İnternetə qoyma tarixi: 2013/12/25
Sualın xülasəsi
Aya rəvayətlərdə su pərisi yaxud dəniz pərisi və ya su və dəniz firiştəsi varmı?
Sual
Salamun əleykum. Su pərisi haqqinda məlumat verin zehmt olmasa cavab verin.
Qısa cavab
Bir dəstə mələklər ki, dünya varlığında məsuliyyət sahibidirlər su, dəniz və yağış mələkləriidirlər ki, Mikayıl onların rəhbəridir. Rəvayətlərdə bir dəstə mələklərə işarə olunmuşdur ki, onların vəzifəsi yağışın yağmasıdır, dəqiq və hesab olunmuş hərəkətlə buludları dünyanın hər bir tərəfinə hidayət  edirlər. Yağışın hər bir damcısı ilə bir mələk aşağı gəlir ki, Allahın əmr etdiyi yerdə qərar versinlər.
Ətreaflı cavab
Allahın böyük mələklərinin hər birinin məxsus vəzifəsi vardır[1], o cür ki, Həzrət Cəbrayıl və onun ixtiyarında olan mələklərin vəzifəsi vəhy və rəhmani ilhamları insanlara çatdırmaqdır[2]. Həzrət Mikayıl və onu ixtiyarında olan mələklərin vəzifəsi ruzi atdırmaq, külək və yağışın tədbir olunmasıdır.[3]
Həzrət Əzrayıl və onun xidmətində olan mələklərin vəzifəsi ruhu almaq və canlıların ölümündən ibarətdir.[4] Həzrət İsrafil və onun ixtiyarında olan mələklərin vəzifəsi isə dünyanın dəyişilməsindən ibarətdir.[5]
Bütün bunlar dünyanın qanun və nizam çərçivəsi daxilində olmasından xəbər verir ki, bunların hamısı Allahın iradəsiylə həyata keçir. Bəs Allahın hər bir sonsuz neməti, və o cümlədən hər bir iş ki, təbiətdə baş verir mələklərin vasitəsiylə icra olunur. Bu mələklərin hər birinin özünə məxsus vəzifələri vardır o cür ki, su, dəniz və yağış mələkləri və onların da rəhbəri Mikayıl mələkdir.
Bu nöqtəyə işrə etmək lazımdır ki, bir çox vxtlarda eşidirik  və yaxud şəkillərdə, manitorlarda və müşahidə edirik əsassız olaraq mələkləri qadın olaraq təsvir edirlər və bir çox insanlar mələk kəlməsi eşitdikdə, fikirlərində qanadlı, gözəl və... qadın kimi təsəvvür edirlər! Bu məsələ bundan qaynaqlanır ki, onlardan doğru və düzgün şəkildə məlumat əldə yoxdur. Lakin Allah Taala səmavi kitablarda xususiylə də Quranda onların varlığın idarəsində bərəkətli vücudlarından istifadə olunmasından xəbər verir; istər dünyada istərsədə axirətdə olsun.
Qeyd etmək lazımdır Quran bundan əlavə bu cür xurafatla ki, mələkləri Allahın qızları hesab edən cahillərlə də mübarizə aparmışdır. Onların qız, su pərisi və dəniz qızı kimi bir varlığı olmalarını inkar edir, çünkü mələklərin həqiqəti və onların dünyası maddi deyil, onlar mılıkut aləmindəndirlər.[6]
O cümlədən rəvayətlərdə də bir sıra mələklərə işarə olunmuşdur ki, su, dəniz və yağışın idarə olunması və hesab olunaraq dəqiq şəkildə buludlar dünyanın hər bir tərəfinə hidayət edilməsi onların ixtiyarındadır.
Nümunə olaraq bir neçə rəvayətə işarə olunur:
  1. Peyğəmbər (s)[7] «وَ أَنْزَلَ مِنَ السَّماءِ ماءً» ayəsinin təfsirində buyurur: məqsəd yağışın göndərilməsidir ki, onun hər bir damcısıyla bir mələk enir Allahın əmr etdiyi yerinde qərar versin.[8]
  2. İmam Əli (ə)- dan mədd və cəzr barəsində sual olundu, bunlar nədir? Həzrət buyurdu: Dəryalara vəkil olan mələk vardır ki, onun adı Rommandir ayağını dənizə qoyduğu zaman suyun səthi qalxar və mədd yaranır; və hər zaman ayağını dənizdən görürsə suyun səthi aşağı düşər və cəzr yaranar.[9] (Əlbətdə bu rəvayətdə mədd və cəzr mövzusu ay və günəşin cazibə təsiridir, və bu məsələylə heç bir müxalifəti yoxdur, çünkü həmin cazibə mələklərin tədbiri daxilindədirş).
»Yağışın hec bir damcısı yağmır yalnız mələklərin əllərində olan peymanələr vasitəsiylə nazil olur. Yalnız Nuh peyğəmbərin (ə) zamanında bir başa suyun özunə əmr olundu və su coşub tüğyan etdi, odur ki, Allah Taala buyurur: O zaman ki, su tüğyan etdi və çoxalmağa başladı.[10]«[11] Qeyd etmək lazımdır imam Əlinin (ə), mələklər əlində peymanə olmasından məqsəd, insanlar arasında hesab olunan maddi peymanə deyil.
  1. İmam Zeyəl Abidin (ə) Səhifeye Səccadiyənin üçüncü duasının bir hissəsində Allah dərgahına üz tutaraq buyurur: «Salam göndər buludları gəzdirən və yağış yağdıran mələklərə ki, buludlara səslənsələr buludların səsi qulaqlara çatar və buludlar onun qorxusundan hərəkət edər və ildırımlar parıldayar; və o mələklər ki, qar dənələri və yağış damcılarıyla (yer üzünə) enirlər və o mələklər ki, buludlar xəzinəsinin qorucusudurlar və o mələklər ki, dağların qorucusudurlar onları parçalanmaqdan qoruyurlar, o mələklər ki, suların miqdarını və yağışların peymanəsini onlara öyrətmisən»[12]
İmam Səccadın bu gözəl kəlamlarında ki, külək, yağış, bulud, ildırım, qar və dağlardan söz açmışdır, mələklərin hər birinin onların vücud və varlığında təsiri vardır, onları bu yazıda şərh etməyə macal yoxdur.
  1. İmam Baqir (ə) buyurur: «Həqiqətən Allahın küləklərdən qoşunu var hər kəs onun əmrlərindən sıxsa və günah etsə, onun vasitəsiylə əzab edər, və hər bir külək üçün bir mələk təyin olunmuşdur ki, onun göstərişlərinə əməl olunsun... və Allahın rəhmət küləyi vardır bahar kiləyi kimi, və o küləklər kimi ki, buludları sıxır və Allahın izniyləonları yağmağa  məcbur edir və yenə də bir- birindən ayırırlar, o rəhmət buludları ki, Allah Taala öz kitabında onların adına işarə etmişdir. Lakin dörd tanınmış küləklər həmin adları zikr olunmuş mələklərdir ki, ibarətdirlər: Şimal, Cənub, Səba və Dubur; bunların hər biri üçün  bir mələk təyin edilmişdir...»[13]
  2. Nəticədə imam Sadiq (ə) buyurur: Dənizlərdə bir damcı yoxdur məgər onun üçün bir mələk təyin olunmuşdur, çünkü hər zaman mələk dalğaların coşduğunu və onun səsini eşitsə qanadlarıyla onu vurubsakitləşdirər; onları həbs edər ki, bir- birinə qovuşsunlar.[14]
Bu rəvayətlərə əsasən dənizlərin hər bir damcısı üçün dəniz mələyi təyin olunmuşdur.
Əlbətdə mümkündür bu cür məsələlərdə mələkdən məqsəd, Allahın maddi qoşunları olsun; o cümlədən yerin cazibə qüvvəsi ki, rəvayətlərdə ondan mələk adı kimi istifadə olunmuşdur. O cür ki, mikrobu rəvayətlərdə şeytan dlndırmışlar.
 

[1] - Bax: Quranda mələklərin vəzifəsi və məqamı, sual 33694.
[2] - Bax: Bəqərə 97.
[3] Bax: Naziat 5, bax: Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 56, səh 258, Dare ehyaut- turas əl- ərəbi, Beyrut, ikinci çap, 1403 q. Bəhrani, Seyyid Haşim, Əl- borhan fi təfsiril- quran, cild 5, səh 200, Bonyade besət, Tehran, birinci çap, 1416 q.
[4] - Bax: Səcdə 11; rəvayətlərdə Əzrayılın adı ( mələkul movt) ölüm mələyi kimi qeyd olunmuşdur. Bax: Ölüm mələyi və həyat. Sual 1075.
[5] - Bax: Zümər 68; Qumi Əli ibni ibrahim, Təfsire Qumi, Təhqiq: Musəvi Cəzairi, Seyyid Təyyib, cild 2, səh 252, Darul kitab, Qum üçüncü çap, 1404 qəməri.
[6] -Bax: Mələklərin mücərrədliyi. Sual 93. Mələklərin ölümü və ömrü, sual 963. Mələklərin varlığının məqamı, sual 1853. Yaranmışlar və mələklər arasında bərabərlik, sual 17947.
[7] - Bəqərə 22 (və səmadan su nazil oldu).
[8] - Biharul- ənvar, cild 27, səh 99.
[9] - Şeyx Səduq, İləluş- Şəraye, cild 2, səh 554, Ketabfuruşiye Davəri, Qum, birinci çap, 1385 şəmsi.
[10] - Haqqə 11, «إِنَّا لَمَّا طَغَى الْماء»
[11] - Biharul- ənvar, cild 57, səh 20. Cəlaluddin Siyuti, Əbdulrəhman ibni Əbi Bəkr, Əl- həbaik fi əxbaril- məlaik, səh 115, Darul- kitab əl- elmiyyə, Beyrut, birinci çap, 1405q.
[12] - Əli ibni Hqseyn (ə) (dördüncü imam) Səhifeye Səccadiyə, səh 38, Dəftəre nəşre Əl- Hadi, Qum, birinci çap, 1376 ş. Səhifeye Səccadiyə, tərcümə: Ayəti, Əbul- Məhəmməd, səh 41, Suruş, Tehran, ikinci çap, 1375 ş.
«وَ خُزَّانِ الْمَطَرِ وَ زَوَاجِرِ السَّحَابِ (14) وَ الَّذِی بِصَوْتِ زَجْرِهِ یسْمَعُ زَجَلُ الرُّعُودِ، وَ إِذَا سَبَحَتْ بِهِ حَفِیفَةُ السَّحَابِ الْتَمَعَتْ
 صَوَاعِقُ الْبُرُوقِ. (15) وَ مُشَیعِی الثَّلْجِ وَ الْبَرَدِ، وَ الْهَابِطِینَ مَعَ قَطْرِ الْمَطَرِ إِذَا نَزَلَ، وَ الْقُوَّامِ عَلَى خَزَائِنِ الرِّیاحِ، وَ الْمُوَکَّلِینَ بِالْجِبَالِ فَلَا تَزُولُ (16) وَ الَّذِینَ عَرَّفْتَهُمْ مَثَاقِیلَ الْمِیاهِ، وَ کَیلَ مَا تَحْوِیهِ لَوَاعِجُ الْأَمْطَارِ وَ عَوَالِجُهَا»
[13] - Şeyx Səduq, Mən la yəhzuruhul- Fəqih, Təhqiq: Qəffari, Əliəkbər, cild 1, səh 545- 546, Dəftəre intişarate islamı, Qum, ikinci çap, 1413 q.
[14] - İbni Quləviyə, Cəfər ibni Məhəmməd, Kamiluz- ziyarət, Təhqiq: Əmini, Əbdulhüseyn, səh 82, Darul Murtəzəviyə, Nəcəfi Əşrəf, birinci çap, 1356 şəmsi.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Rəvayətlərə əsasən qeyri müsəlmanlar ilə necə davranmalıyıq?
    7012 Nizamlar hüquq və əhkam 2011/11/19
    İslam, insanlığın pak fitrət və sevgi- məhəbbət dinidir və bütün bəşəriyyətin hidayəti və səadəti üçün gəlmişdir. Dini seçmək ixtiyari bir iş olduğu üçün həmişə İslam cəmniyətində az- çox qeyri müsəlman şəxslər tapılmış olur. İslam dininin bütün insanlar, məxsusən başqa dinlərin ardıcılları ilə göstərişi hüquqların riayət olunması, xoş rəftarlıq və dinc ...
  • Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?
    18014 Əməli əxlaq 2012/04/19
    Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    13599 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərq nədir?
    14721 İslam fəlsəfəsi 2012/04/19
    Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, ...
  • İslam dininin sülh və barışıq və ya döyüş və narahatlıq dini olmasını açıqlayın.
    13575 Təzə kəlam 2011/06/21
    İslam dini barışıq, sülh və əmin- amanlıq dini olmasını təsdiq edərək buyurur: "Ey iman gətirənlər! Hamınız sülhə və barışığa tərəf gəlin. Şeytanın addımlarından uzaq olun. Oizin açıq aşkar düşməninizdir".Amma bunu da diqqət yetirmək lazımdır ki, bəziləri şeytanın yolunu gedərək özü zülm etməklə bərabər başqalarını da bu yola ...
  • Din olmadan mənəviyyata çatmaq olarmı?
    8718 Nəzəri əxlaq 2011/11/24
    Son zamanlarda irəli çəkilən “yeni mənəviyyat” bizim bir müsəlman ünvanı ilə zehnimizdə təsvir olunan mənəviyyatla tamamilə fərqlidir. Bizim nəzərimizdə mənəviyyatın dinlə qırılmaz əlaqəsi vardır. Dini mənəviyyat maddi aləmin fövqündə olan həqiqətlərdən söhbət açan maarifə və dini göstərmələrin məcmusuna əməl etmək əsasında hasil olur. İnsan o həqiqətlərin əsasında ...
  • İmam Zaman (ə.c) hər yerdə hətta qeyri İslami (yəhudi) ölkələrdə də hazır olurmu?
    6275 Qədim kəlam 2011/10/18
    Ağıl və məntiq baxımından Allahın hidayəti olmadan insanın ideal təkamülünə yetişməsi mümkün deyil. Allah- Taala İlahi höccətləri camaata göndərməklə insanların hidayətini ən yaxşı formada yerinə yetirmişdir. İmamlar və Peyğəmbərlər Allah- Taalanın izni ilə bütün kainatda qüdrət və nüfuz etməyə kifayət qədər imkana malik olublar və olmaqdadırlar ki, öz vəzifələrini yaxşıca ...
  • Möminun surəsinin 101- ci ayəsi ilə saffat surəsinin 27 və 50- ci ayələrinin ziddiyyətini necə həll edirsiniz?
    6747 معاد و قیامت 2012/07/16
    Quran ayələrində ümumi şəkildə və sualda qeyd olunan ayələrdə xüsusi şəkildə, heç bir ziddiyyət yoxdur. Çünki, "o gündə heç kəs digərindən kömək və sual xahişi etməz" buyuran ayələr, qiyamətin ilk mərhələlərinə işarə edir. Bu o günün qorxu və heyranlığının çox olması səbəbindəndir. Həmin qorxu və heyranlığın çoxluğu ...
  • İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
    18352 تاريخ بزرگان 2012/06/23
    İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.
  • Xums və onun xərclənməsinə dəlillər, şiə nəzərində nədir və nə üçün sünnülər ona payidar deyildirlər?
    18359 Nizamlar hüquq və əhkam 2011/07/02
    1.     Qurani- kərimdə onun hpkm ayələri (əhkam ayələri) Quranın digər ayələrinə nisbət daha azdır o cür ki, Quranda yalnız ən vacib məsələlərə təharət, namaz, oruc, həcc və ... işarə olunmuş və onun ətraflı açıqlaması isə Peyğəmbər (s) ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167282 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165619 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120695 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115316 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113862 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95547 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57090 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55528 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47491 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46676 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...