Ətraflı axtarış
Baxanların
6434
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Ayə və rəvayətlərə diqqət yetirməklə buyurun görək, imamların şən və fəziləti üstündür, yoxsa Quranın?
Sual
Ayə və rəvayətlərə diqqət yetirməklə buyurun görək, imamların şən və fəziləti üstündür, yoxsa Quranın?
Qısa cavab

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu müxtəlif rəvayətlərdə, o cümlədən “Səqəleyn” hədisində İtrət (Əhli-beyt) Quranın bərabəri kimi bəyan edilir. Bu hədisin bəzi nəqllərində olduğu kimi, Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi təqdim olunur.

İtrətin nə üçün “kiçik siql” və Quranın “böyük siql” adlandırılmasına gəldikdə isə, demək lazımdır: Quran Allahın kəlamıdır və onun etibarı zatidir, yəni başqası tərəfindən təsdiqlənməyə ehtiyacı yoxdur. Amma başqalarının sözünə Quran kimi zatən mötəbər olan bir mənbə tərəfindən etibar verilib təsdiq olunmalıdır. Yəni isbat məqamında İtrətin etibarı məhz Quranın etibarı səbəbi ilədir. Belə ki, Quran Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözünə etibar verərək buyurur: “Rəsulun əmr etdiyi şeyləri əxz edin, sizi çəkindirdiyi şeylərdən çəkinin!”

Quran bu sözlə Peyğəmbərin sözünə etibar verir və o həzrət də buyurur:

اِنِّى تَارِکٌ فیِکمُ ُالثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِى

“Həqiqətən mən sizin aranızda iki (ağır və dəyərli) əmanət qoyub gedirəm: Allahın kitabı və İtrətim.” Deməli, İtrət də eynilə Quran kimi mötəbər sayılır. Bu fərqlə ki, Peyğəmbərin sözü Quran tərəfindən təsdiqləndiyinə görə etibarlı sayılır. Buna görə də Quran “böyük siql”, İtrət isə “kiçik siql” adlandırılmışdır. Bu təbir Quranla İtrətin hər ikisinin həqiqətinin eyni səviyyədə olması ilə müxalif deyildir.

Ətreaflı cavab

Müqəddimə olaraq qeyd etmək lazımdır ki, müxtəlif rəvayətlərdə İtrət Allahın Kitabının şəriki, onun tayı-bərabəri kimi təqdim olunur. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur:

إِنِّی قَدْ تَرَکْتُ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ أَهْلَ بَیْتِی فَنَحْنُ أَهْلُ بَیْتِهِ

“Həqiqətən mən sizin aranızda iki əmanət qoyuram: Allahın kitabı və Əhl-beytimi.” İmam (əleyhis-salam) buyurur ki, “Biz də onun Əhl-beytiyik.”[1]

Ziyarətlərin birində İmam Hüseyn (əleyhis-salam)-a xitabən deyirik:

اَلسَّلاَمُ عَلَیْکَ یاَ اَمِینَ الرَّحْمَانِ، اَلسَّلاَمُ عَلَیْکَ یَا شَرِیکَ الْقُرْآنِ، اَلسَّلاَمُ عَلَیْکَ یاَ عَمُودَ الدِّینِ...

“Salam olsun sənə, ey Rəhman Allahın əmanətdar şəxsi! Salam olsun sənə, ey Quranın şəriki! Salam olsun sənə, ey dinin sütunu...”[2]

Bu kimi hədislərin zahiri mənasına əsasən bu ikisi (İtrət və Quran) əslində vahid bir həqiqətdən ibarətdir, heç birinin digərinə üstünlüyü yoxdur. Halbuki, bəzi rəvayətlərdə Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi qeyd olunur. Aşağıdakı rəvayətdə olduğu kimi:

إِنِّی قَدْ تَرَکْتُ فِیکُمُ الثَّقَلَیْنِ مَا إِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا بَعْدِی وَ أَحَدُهُمَا أَکْبَرُ مِنَ الْآخَرِ کِتَابُ اللَّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِی أَهْلُ بَیْتِی أَلَا وَ إِنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, onlara sarıldığınız vaxta qədər məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Onların biri digərindən böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş bir ipdir, digəri isə Əhli-beytim olan İtrətimdir. Agah olun, bu ikisi “Kövsər” hovuzunda gəlib mənə qovuşana qədər bir-birindən ayırmazlar.”[3]

İmam Əli (əleyhis-salam) buyurur: “Sizin aranızda öyük siql”ə, yəni Qurana əməl etmədimmi və “kiçik siql”i sizin aranızda qoymadımmı?!”[4]

Hamının zehnində yaranan “bu təbirlər Quranın İtrətdən üstün olmasına dəlil deyildirmi? Bu kimi rəvayətlər Quranla İtrətin bir-birinə bərabər olması ilə ziddiyyətli deyildirmi?” kimi suallarla əlaqədar bəzi böyük alimlər demişlər: “İmam natiq Quran və (samit – sükut edən) Quranın zahirindən üstün olsa da, belə üstünlük sadəcə olaraq camaatın ixtiyarında olan zahiri Qurandan üstünlükdür. Amma imam həqiqi Quranın və ilahi kəlamın qarşısında boyun əyir, onun müəllimi və yayanıdır. Yəni Quran ilahi kəlam olduğundan, Əhli-beytdən irəlidir.

Başqa sözlə desək, iki şeyə Quran deyilir: birincisi camaatın əlindəki çap olunmuş Quran nüsxəsi, digəri isə Cəbrəilin vasitəsi ilə Peyğəmbərə nazil olan, həmin zahiri çap nüsxələrindən hekayət edən ilahi vəhydir. Bu ikincisi də həmin “böyük siql”dir ki, onun əbədi qalaraq əməl edilməsinin müqabilində imamlar öz canlarını qurban etmişlər və onun bəzi nüsxələrinin qalması ilə də qalar. Əhl-beyt isə, “kiçik siql”dir. Quranın bütün nüsxələrə aid edilə bilən birinci mənasını Əhl-beytin məqamı ilə müqayisə etmək olmaz. Əksinə, imam “Natiq Quran”dır, kağız üzərində  çap olunan bu nüsxə isə samit (sükut edən) Qurandır. Əgər imamın canını qorumaq və onun göstərişlərinə əməl etməklə Quranın çap olunmuş kitab şəkilindəki nüsxələrinin hansı birini qorumağı istəsək, qəti olaraq imamın qorunmasını irəli salmalı, onun göstərişlərinə əməl etməyi Quranın yazılı nüsxələrindən irəli keçirməliyik. Quranın ehtiramına riayət etmək bəhanəsi ilə imamın fərmanından imtina etmək olmaz. Amma təəssüflər olsun ki, bu məsələ Siffeyn müharibəsində baş vermişdi.[5]

Bəziləri inanırlar ki, Quran Allahın kəlamı olduğuna görə “böyük siql”dir və bütün peyğəmbərlər və övliyalar buna görə məbus olmuşlar ki, Allahın sözünü, əmr və fərmanını insanlara çatdırsınlar, onun əməli hökmlərini icra etsinlər. Təbiidir ki, bu, Allahın böyük höccəti olacaqdır. Bəzi rəvayətlərdə “Səqəleyn”in yanaşı olan iki barmağa oxşadılmasında məqsəd budur ki, onların arasında heç vaxt ayrılıq düşməz.[6]

Bəziləri deyirlər ki, Quran İtrətsiz, İtrət də Quransız insanı yekun məqsədə – həqiqi səadətə və xoşbəxtliyə çatdıra bilməz. Quran və İtrət bir ünvanın iki təbiridir və həqiqətdə iki şəkildə təcəlli etmiş olan vahid bir həqiqəti çatdırır. Quran və İtrət hər ikisi Allahın vəhyi və sözüdür ki, gecə-gündüz camaatla danışır. Yəni İtrət təməssül etmiş (aşkar olunmuş) Qurandır. Quranın sözləri höccət və mötəbər olduğu kimi,[7] İtrətin də sözləri höccət və mötəbərdir,[8] hər ikisi “urvətul-vusqa”, “sirati müstəqim” və hər ikisi haqqın mehvəridir.

Başqa sözlə, bu təbir Quranın İtrətdən üstün olmasını çatdırmaq məqamında deyildir. Çünki Quran və İtrət hər ikisi ilahi maarifin mənbəyi olaraq eyni səviyyəli xüsusiyyətlərdən bəhrələnmişdir. Üstəlik, Quranı “böyük siql” adlandırılan təbir İtrətdən nəql olunan rəvayətlərin etibar və sənədi barəsindədir. Quran Allahın kəlamı olduğuna görə onun etibarı zatidir, başqasının dəstəkləməsinə və təsdiqləməsinə ehtiyac duymur. Amma başqalarının sözünün etibarı zatən etibarlı olan bir mənbə tərəfindən dəstəklənməyə ehtiyac duyulur, o da Qurandır. Yəni isbat məqamında İtrətin sözlərinin etibarı Quranın etibarına istinad verilir. Çünki Quran

مَا آتَیکُمُ الرَّسُولُ فَخُذُوهُ وَ مَا نَهَیکُمْ عَنْهُ فَانْتَهُوا

“Rəsulumuzun gətirdiyi (əmr etdiyi) şeyləri alıb əxz edin, çəkindirdiyi şeylərdən də çəkinin!”[9] deyə buyuraraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözünə etibar verir, Peyğəmbər də buyurur:

اِنِّى تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِى

“Həqiqətən mən sizin aranızda iki əmanət qoyuram: Allahın kitabını və İtrətimı.” Bu iki müqəddimədən belə nəticə alınır ki, İtrət Quranın bərabəri kimi mötəbərdir. Bu fərqlə ki, Peyğəmbərin sözü Quranın təsdiqləməsi ilə etibar qazanır. Buna görə də Quran “böyük siql”, İtrət isə “kiçik siql” kimi ünvan olunur. Lakin bu təbirlər Quranla İtrətin fəzilət baxımından eyni səviyyədə olması ilə təzadlı deyildir.[10]

Amma bu zəmində mövcud olan rəvayətləri düzgün başa düşmək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Şübhəsiz, Quranın və Əhli-beytin həqiqəti Allah yanındadır və bir növ ittihaddan bəhrələnmişlər. Bu həqiqət Peyğəmbərin vücudunda əmanət qoyulmuş, zahirdə fərqli görünən iki qalibdə təcəlli etmişdir. Onlardan biri Quran, digəri isə Əhli-beyt ünvanı ilə təbir edilir və hər ikisi də “Peyğəmbərin özündən sonra yadigar qoyduğu şey” ünvanı ilə deyilir. Bəzi rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər “Səqəleyn”i təqdim edərkən buyurdu:

أَنَّهُمَا لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ کَإِصْبَعَیَّ هَاتَیْنِ وَ جَمَعَ بَیْنَ سَبَّابَتَیْهِ وَ لَا أَقُولُ کَهَاتَیْنِ وَ جَمَعَ بَیْنَ سَبَّابَتِهِ وَ الْوُسْطَى فَتَفْضُلُ هَذِهِ عَلَى هَذِهِ

“(Allah mənə xəbər vermişdir ki,) o ikisi hovuzda mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Bunlar mənim bu iki barmağım kimidir (hər iki əlinin şəhadət barmağını bir-birinə yapışdırdı). Mən demirəm ki, bu iki barmağım kimidir (şəhadət barmağı ilə orta barmağını göstərdi), çünki bu ikisi bir birindən fərqlidir.”[11]

2. Bəzi rəvayətlərdə birinci məsələyəyə işarə olunması mümkün olsa da, Quranın “böyük siql” olmasına işarə edən digər rəvayətlərdə elə şahidlər vardır ki, bu Quranla İtrətin (Kamil insanın) vilayətinin həqiqətini bir-biri ilə müqayisə etmək məqamında olmadığını göstərir.[12] Həmçinin, o rəvayət Əhli-beytin ünsür vücudu ilə Quranın yazılı vücudu (Quranın həqiqət və məfhumlarını hekayət edən və kağız üzərində yazılan Quran) və ləfzi vücudu (qiraət olan Quran) arasında müqayisə aparmaq istəməmişdir. Çünki bu ikisindən birinin digərinə üstünlüyü yoxdur. Bundan əlavə, rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özündən sonra yadigar qoyub getdiyi şeyləri bəyan etmək istəyir ki, onlar həmin vaxt Peyğəmbərin hüzurunda idilər. Şübhəsiz, Quranla vilayətin həqiqəti, eləcə də Quranın ləfzi (şifahi) vücudu ilə Əhli-beytin ünsür vücudu bir mənada “o həzrətin qoyub getdiyi tərəkə” hesab olunur. Amma Peyğəmbərin bu ikisini bir yerdə bəyan etməklə məqsədinin belə dəqiq məna olduğu uzaq ehtimaldır. Əksinə, Peyğəmbər aşağıdakı məsələlərə işarə etmək məqsədində idi:

a) Ləfzi Quranın hekayət etdiyi və Əhli-beyt tərəfindən təfsir olunan Quran təlimlərindən ayrı düşməyin;

b) Əhli-beytin təlimlərindən ayrı düşməyin.

Bu müqayisədə də Quranın sözü Əhli-beytin sözü ilə bir rütbədə qərar verilmişdir. Hər ikisi vahid bir natiqdən baş verən sözlər kimidir.[13] Amma Əhli-beytin sözü Quranın vasitəsi ilə etibarlı olduğuna görə “kiçik siql” hesab olunur. Yəni isbat məqamında Quran məsumları təqdim edir və onların sözlərinə höcciyyət bağışlayır. Digər tərəfdən də məsumların kəlmələri üçün istinad qərar verir. Buna görə də Quranı “böyük siql” hesab etmək olar.

3. Kətbi və ya ləfzi (yazılı) Quran ilə Əhli-beytin arasında müqayisə baş verən zaman – dini təlimlər əsasında və yəqin olaraq – məsumların Quranın ləfzi (şifahi) və ya kətbi (yazılı) vücudundan üstün olmasında şəkk-şübhə yoxdur. Bu hesabla “böyük siql” hesab olunurlar. Çünki onlar ləfzi (şifahi) və ya kətbi (yazılı) Quranda gizlənmiş olan həqiqətləri şərh etməlidirlər. Belə ki, əgər onlar olmasaydı, Quranın həqiqətləri camaata çatmazdı. Bu da Əli (əleyhis-salam)-ın Siffeyndə nizəyə vurulan Quranlarla necə rəftar etməsini sirrini göstərir.[14]



[1] Səffar, Məhəmməd ibni Həsən ibni Fərrux, “Bəsairud-dərəcat”, səh. 414 (bir cildlik), Ayətullah Mər’əşi Nəcəfinin kitabxanasının nəşriyyatı, Qum, 1404-cü hicri qəməri ili.

[2] İbni Tavus, “İqbalul-ə’mal”, Cavad Qəyyumi İsfahaninin tədqiqi ilə, 3-cü cild, səh. 341, Qum, “Ə’lamul-İslami” nəşriyyatı, Məhərrəm, 1416-cı il

[3] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 23-cü cild, səh. 106, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü hicri-qəməri il. Başqa bir rəvayətdə imam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbər özünün son xütbəsində Qurana və Ali-Muhəmmədə iqtida etməyə dair fərman verərək buyurdu:

إِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ الثَّقَلَ الْأَکْبَرَ وَ الثَّقَلَ الْأَصْغَرَ فَأَمَّا الْأَکْبَرُ فَکِتَابُ رَبِّی وَ أَمَّا الْأَصْغَرُ فَعِتْرَتِی أَهْلُ بَیْتِی فَاحْفَظُونِی فِیهِمَا فَلَنْ تَضِلُّوا مَا تَمَسَّکْتُمْ بِهِمَا

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, biri böyük, digəri isə kiçik siqldir. Böyük siql Rəbbimin kitabı, kiçik siql isə Əhli-beytim olan İtrətimdir. O ikisi barəsində mənim tövsiyələrimə əməl edin! Bu ikisinə sarıldığınız vaxta qədər heç vaxt yolunuzu azmazsınız.” Əyyaşi, Əbu Nəsir Məhəmməd ibni Məsud, “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 5, Seyid Haşim Rəsuli Məhəllatinin tədqiqi ilə, “Elmiyyə” çapxanası, Tehran, 1380-ci hicri qəməri; Təbərsi, “Əl-ehticac əla əhlil-licac”, 1-ci cild, səh. 60, 1-ci çap, “Mürtəza” nəşriyyatı, Məşhəd, 1403-cü il; Şeyx Müfid, “Əmali”, səh. 135 (1 cildlik çap), “Beynəlxalq Şeyx Müfid konfransı”nın nəşriyyatı, Qum, 1413-cü hicri qəməri il; Nömani, Məhəmməd ibni İbrahim, “Əl-ğeybət”, səh 43 (1 cildlik çap), “Səduq” çapxanası, Tehran, 1397-ci hicri qəməri ili; Məclisi, "Biharul-ənvar", 74-cü cild, səh. 277

[4] "Nəhcul-bəlağə", 87-ci xütbə səh. 120:

أَنَا أَلَمْ أَعْمَلْ فِیکُمْ بِالثَّقَلِ الْأَکْبَرِ وَ أَتْرُکْ فِیکُمُ الثَّقَلَ الْأَصْغَرَ...

[5] Ayətullah Təbrizinin (rəhmətullahi əleyh) “Siratun-nəcat fi əcvibətil-istiftaat” kitabındakı təliqəsi, 2-ci cild, səh. 566 və 567, Qum, “Darul-e’tisam” nəşriyyatı, 1417-ci hicri qəməri ili; “İntizari Mov’ud” məcəlləsi, 19-cu nömrə, “Quranda Məhdəviyyət”

[6] “Sübhani, Cəfər, “Böyük və kiçik siqldən məqsəd”

[7]

مَا یَنْطِقُ عَنِ الْهَوَى اِنْ هُوَ اِلاَّ وَحْىٌ یُوحَى

“O (Peyğəmbər) həvayi-nəfs üzündən danışmır; onun dedikləri ilahi vəhydən başqa bir şey deyildir.” “Nəcm surəsi, ayə: 4

[8] Quran haqqın mehvəridir və onda batilə yer yoxdur:

لاَ یَاْتِیهِ الْبَاطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَ لاَ مِنْ خَلْفِهِ

“Fussilət” surəsi, ayə: 43. İtərt də haqqın mehvərdir, onların danışıq, əməl, rəftar və mövqe seçməsində heç bir batilə yer yoxdur:

عَلِیٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِیٍّ یَدُورُ مَعَهُ حَیْثُ مَا دَار

“Əli haqq ilə, haqq da Əli ilədir, o (Əli) hər tərəfə dövr etsə, haqq da onunla dövr edər.” Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 28-ci cild, səh. 369

الْحَقُّ مَعَ عَلِیٍّ وَ عَلِیٌّ مَعَ الْحَقِّ ، لَا یَفْتَرِقَانِ حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ

“Haqq Əli ilə, Əli də haqq ilədir, onlar hovuzda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.” Yenə orada, 29-cu cild, səh. 17. Həmçinin bax: Əllamə Əmini, Əbdül-Hüseyn, “Əl-ğədir fil-Kitabi vəs-sünnəti vəl-ədəb”, 3-cü cild, səh. 177, 1-ci çap, “Əl-ğədir lidirasətil-islamiyyə” mərkəzi, Qum, 1416-cı hicri qəməri il.

[9] “Həşr” surəsi, ayə: 7

[10] Əhmədi, Həbibullah, “İmam Əli (əleyhis-salam) – həyat örnəyi”, səh 73, “Fatimə” nəşriyyatı, Qum, 1-ci çap, 1378-ci hicri şəmsi ili

[11] "Biharul-ənvar", 23-cü cild, səh. 130

[12] Kamil insan və onun həqiqətindən agah olmaq üçün bax: Tərxan, Qasim, “Mehr mah”, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1389-cu şəmsi il.

[13] Biz inanırıq ki, məsumların (əleyhimus-salam) Allah-taalanın Qurandakı ciddi kəlamının məqsədinə, dini həqiqətlərə dair elm və bilikləri birbaşa Allahın Öz nahiyəsindən və heç bir kəlmə vasitə olmadan hasil olur. Yəni onların elmi lədünni elmdir. Bu cəhətdən məsumların sünnəti və Quran ayələrinin hər ikisi vahid bir natiqin kəlamı hesab olunur və dini düzgün başa düşmək üçün onlara istinad etmək olar.

Əlavə məlumat üçün bax: Tərxan, Qasim, “İmam Hüseyn (əleyhis-salam)-ın şəxsiyyət və qiyamı”, səh. 150, 1-ci çap, “Çilçıraq” nəşriyyatı, 1388-ci hicri şəmsi

[14] Müaviyə tərəfindən Quranlar nizəyə vurulan zaman həzrət Əli (əleyhis-salam) buyurmuşdu:

إِنَّهُمْ لَمْ یُرِیدُوا الْقُرْآنَ فَاتَّقُوا اللَّهَ وَ امْضُوا عَلَى بَصَائِرِکُمْ إِنْ لَمْ تَفْعَلُوا تَفَرَّقَتْ بِکُمُ السُّبُلُ وَ نَدَمْتُمْ حَیْثُ لَا تَنْفَعُکُمُ النَّدَامَه

“Onlar Quranı istəmirlər! Allahdan qorxun və gözlərinizi açın! Əgər agah olmasınız, pərakəndə vəziyyətə düşərək yolunuzu itirər və sonra peşman olarsınız. Amma peşmançılığın sizə heç bir faydası olmaz.” Deyləmi, Şeyx Həsən, “İrşadul-qulub iləs-səvab”, 2-ci cild, səh. 225, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1412-ci hicri-qəməri il, birinci çap.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Һәгиги дини неҹә әлдә етмәк олар? Изаһ един!
    6705 Din fəlsəfəsi 2009/06/18
    Бу ишдә үч јол тәсәввүр олунур:1) Вәһј2) Нәгл3) ӘглАди инсанлар јалныз, нәгли вә әгли јолла динин һәгигәтинә вара биләрләр. Хүсуси ...
  • Qadının şəxsiyyəti və məqamı İslam məktəbində hansı həddədir? Görəsən onlar da kişilər kimidirlər?
    9581 Əhkam və hüquq fəlsəfəsi 2011/02/14
    İslam dini nöqteyi nəzərində qadın və kişi arasında yaradılışın əsil hədəfinə (kamil və insanlıq nöqtəsi) çatmaqda heş bir fərq qoyulmamışdır. Belə ki, hər iki cins yaradılışın təkamül nöqtəsinə çatmaq üçün nə qədər çox çalışsalar bir o qədər də insanlıq aləmində uca məqama yiyələnəcəkdir. Amma bu məqama yiyələnmək üçün cinsiyyət heç ...
  • Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
    10534 Əməli əxlaq 2012/04/19
    Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq: Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik ...
  • Mən səkkiz ildir ki, evliyəm və indiyədək xüms ödəməmişəm, xahiş edirəm mənə yol göstərin.
    6331 Nizamlar hüquq və əhkam 2012/04/18
    Həzrət Ayətullah uzma Sistaninin dəftəri: İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş ...
  • Bidət nədir və İslamda onun meyarı nədir?
    12639 Qədim kəlam 2012/07/22
    Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni ...
  • Axirət aləmində cismi dəyişikliklərdən əlavə ruhi vəziyyətdə (sadizmin cinsi meyli kimi) dəyişiləcəkmi?
    6112 Qədim kəlam 2012/03/11
    Quran ayələrindən alınan nəticə budur ki, ruhi dəyişikliklər behişt əhli üçün baş verəcək və onların ruhi xəstəliklərinin çoxu müalicə olunacaq. Həmçinin insanın axirətdə mənəvi inkişafını nəzərə alaraq bu dünyada onun arxasınca olduğu, rəzilliyə səbəb olan istəklərdən çoxu orda olmayacaq və nəfsani istəklərindən daha uca ləzzətlərə yetişəcək. ...
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in son vəsiyyətinin yazılmağına maneçilik törədilən zaman nə üçün Əli (əleyhis-salam) müxalifət etmədi?
    9096 Qədim kəlam 2011/11/24
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in axırıncı vəsiyyətinin yazılmasına maneçilik törədilməsi məsələsi məşhur tarixi hadisələrdən biridir (o həzrət öz vəfatından qabaq əbədi vəsiyyətini yazmaq üçün kağız-qələm və mürəkkəb gətirilməsini istəmişdi). Belə ki, bu hadisə “cümə axşamı hadisəsi”, “kağız-qələm və mürəkkəb hadisəsi” kimi müxtəlif adlarla qeyd olunur. Əli (əleyhis-salam)-ın bu hadisədə sükutu ...
  • Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
    9528 Əməli əxlaq 2010/11/10
    Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün ...
  • Teyyul- ərz nədir?
    13709 Nəzəri irfan 2011/06/19
    Teyyul ərzin həqiqəti barəsində bir çox nəzəriyyələr verilmişdir ki, onlardan biri İbni ərəbinin "edam və yaratmaq (və ya hazır etmək) nəzəriyyəsidir. Bu nəzəriyyə əsasında, şəxs özünü ilk yaranış yerindən "edam" və istədiyi yerdə "icad" hazır edir. Başqa bir nəzəriyyəyə görə Təyyul- ərz bədənin ən tez bir zamanda köçürülməsidir ...
  • Imam Hüseynlə (ə) birgə Yezid ibni Müaviyənin Abdullah ibni Salamın həyat yoldaşı Ərinəbdən elçiliyi düzgündürmü? Onun Kərbəla hadisəsində təsiri olubdur?
    9005 تاريخ بزرگان 2011/12/25
    Bəzi tarixi kitablarda yazılıbdır: Baxmayaraq ki, bütün şəhvətpərəstlik, qürurlanmaq və arzusuna çatmaq istədikləri vasitələr onun ixtiyarında idi, amma yenə də xəbis (çirkli) gözlərini Abdullah ibni Salamın həyat yoldaşı, İshaqın qızı, Ərinəb adında iffətli, ərli qadına dikmiş və onunla evlənməyə çox əlaqədar olmuşdu. Atası Müaviyə də hiylə ilə istədi pak, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164345 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    162056 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119387 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112877 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    108910 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93427 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    52646 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45671 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45312 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...