Ətraflı axtarış
Baxanların
8824
İnternetə qoyma tarixi: 2012/11/12
Sualın xülasəsi
Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
Sual
Bəzən bir nəfər dostla əlaqələr tam şəkildə aşiq-məşuqluğa çevrilir. Az bir diqqətlə başa düşmək olur ki, bu dostluq Allaha xatir deyil və bu məsələnin ən mühüm dəlillərindən biri qarşı tərəfin zahiri gözəlliyinin mühüm olmasıdır. İş o yerə çatır ki, dostundan ayrı qalmağa təqəti olmur və hətta günün ən çoxunu onun haqqında fikirləşir. Sizin fikrinizlə belə dostluğu necə kənara qoymaq olar və ya ən azı orta səviyyəli etməli və gələcəkdə belə ifrat dosluğun qarışısını almaq olar?
Qısa cavab
İnsan  ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın.
Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və bağlılığın olması eşqdir. Bu eşq üç qismdir: 1) həqiqi eşq; elə bir eşqdi, insanın canına hopmuş olur, əvvəli və sonu Allahdır. Belə eşqdən “Böyük eşq” kimi də ad aparırlar. 2) məcazi eşq; elə bir eşqdir ki, Allah-Taalanın yaratdıqlarının zahirinə, məsələn, insana və onun kamal sifətlərinə olur. Belə eşqdən “kiçik eşq” kimi də ad aparılır. 3) mənşəyi şəhvət və cinsi hissiyyat olan yalan olan yalançı eşq; bu eşq insanın nəfsinin və şəhvət qüvvəsinin onun ağlı üzərində tam hakimiyyətinə səbəb olur və sonda, insanın məhv və həlak olması ilə nəticələnir. Beləliklə, Allaha və məsum İmamlara (ələyhimussalam) olan eşqdən başqa bütün eşqlər yalançı eşqdir.
Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın və yolları bunlardan ibarətdir:
A) dostları seçməkdə istər cinsi cəhətdən yəni, qız-oğlan münasibətində şəri qanunları nəzərə almaq (məsələn, naməhrəm oğlanla qızın dostluğu olmaz)
B) ifratçı dosluğun mənfi nəticələrini və əsərlərini nəzrə almaq;
C) Əsl həqiqi ilahi eşqi gücləndirmək. Əgər insanda əsl həqiqi ilahi eşq güclənsə yerdə qalan yalançı eşqlər öz-özünə aradan gedəcəkdir;
 
Ətreaflı cavab
Bu sualın cavabında üç məsələ çox mühümdür.
1.Dostun məqamı və seçilməsinin əhəmiyyəti; İnsanda ictimai ruhiyyənin olmasına xatir hər bir fərd öz yaşayışında müxtəlif insanlarla dostluq və əlaqələrə möhtacdır. Həmçinin, təzə həyata daxil olan cavanlar və yeniyetmələr özlərinə gələcək həyat yoldaşı və layiqli dostlar tapmaqda çox israrlıdırlar. Amma, onu da bilmək lazımdır ki, əksər əxlaqi inhiraflar və ictimai çətinliklər yersiz və ləyaqətsiz dostlar vasitəsi ilə meyda gəlir. Ona görə də insanın yaxşı dostları və layiqli yoldaşları onun gələcək həyatında və şəxsiyyətinin formalaşmasında, əxlaq və mənəviyyatının möhkəmlənməsində çox mühüm təsir qoyur.
Başqa sözlə desək, əgər dostluq və məhəbbət məntiq, ağıl, Quran və Əhli-Beytin (əleyhimussalam) buyurduğu göstərişlər və çərçivələr əsasında olsa, hər cür ifrat və təfritçilikdən uzaq olsa, insan üçün ən gözəl qızıl fürsət olar və nəticə verər. Əgər belə olmasa, çox acı nəticələr verəcək.
Allah-Taala Qurani-Kərimdə buyurur: “O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;  Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; . And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman gətirməkdən) o sapdırdı....”[1]
İslam Peyğəmbəri (s) dostluğun məqamı haqqında buyurur: “İnsan dinində dost olur. Bəs, diqqətli olun ki, kiminlə dost olursunuz.”[2]
Bəs, insan diqqətli olmalıdır ki, dünya və Axirətdə xoşbəxtliyinə təsir edən, insani əxlaqına təsir edən yaxşı dost və yoldaş seçməkdə çox diqqətli olmaq lazımdır.
2. Dostluqda hədd və orta səviyyəni gözləmək: dostluqda ən mühüm məsələdən biri də dostluq vasitəsində hədd-hüdud, ilahi hökmləri gözləmək, ifrat və təfritlərdən qorunmaq lazımdır; Çünki, bəzən dostluqlar öz adi səviyyəsindən xaric olur və inhirafa aparan eşqbazlığa səbəb olur. Dostluğun hədd və hüdudunan qorunması və ifratdan qaçmaqdan ötrü eşq və eşqin növləri haqqında biliyimiz olmalıdır.
Lüğət kitablarında eşq şiddətli dostluğ və məhəbbət mənasında gəlib.[3]-[4] Həmçinin, eşq sözü ərəbcədən əşəqə kəlməsindən alınıb. Əşəqə sözünün mənası sarmaşıq bitkisi mənasındadır.[5] Sarmaşıq elə bir bitkidir ki, başqa ağaca dolaşır. Bu mənada, insanın dostluğu bir şeylə və kəslə şiddətli olduqda onun vücudu bu dostluqda ram olur və ruhuna mütləq hakim kəsilir. İnsanın belə halətinə eşq deyilir. Eşq özü isə üç qismdir:
Birinci: Həqiqi eşq; İslam mədəniyyətində həqiqi eşq yəni, Allah-Taalaya pərəstiş etmək. Əmirəl-möminin Əli (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, Allaha ibadətə aşiq olsun və qəlbən bu əmələ bağlana və bədəni ilə yerinə yetirə!”[6] Əllamə Təbatəbai eşqin tərifində yazır: “ eşq yəni, kamal ardınca olan mövcudun (insanın) mütləq kamal sahibinin (Allah-Taalanın), gözəl və ehtiyacsız Pərvərdigarın cazibəsində qərar tutmaqlıq......və bütün varlığın Ona tərəf olması və Onu tələb etməsi məşuqun ardınca olmaq....”[7] Beləliklə, həqiqi eşq, gözəlliyə və ya müthəq xeyrə olan eşqdir. Buda eşqlərin ən üstün və uca mərtəbəsidir.  Bu eşq elə bir eşqdi ki, insanın canına hopmuş olur, əvvəli və sonu Allahdır. Belə eşqdən “Böyük eşq”, ilk və ya üçüncü məhəbbət  kimi də ad aparırlar.[8]
İkinci: məcazi eşq; alimlər və filosoflar həqiqi eşqlərin müqabilində iki eşq növü tərif edirlər ki, məcazi və yalançı eşq adlanır.
Məcazi eşq, Allah-taalanın yaratdıqlarının zahirinə məsələn, insana və onun kamal sifətlərinə, yəni, Allahın varlıq aləmində yaratdığı və haqqdan xəbər verən kamal sifətlərinə olan eşq. Bu eşqdən “kiçik eşq” adı ilə də ad aparırlar. Bununla belə, insanda eşq olmamaqdansa belə eşqdə qalması daha münasibdir. Amma belə eşq, həqiqi eşqin nəticəsini verməz.[9]  Pak və iffətli məcazi eşq həqiqi eşq aləminə yetişməkdən ötrü nərdifan, yol və vəsilədir.
Yalançı eşq, elə bir eşqdir ki, əsli şəhvət və cinsi meylə qayıdır. Bu eşqdə aşiq, məşuqun zahiri şəklində, rəng və ətrində məhv olur. Belə bir eşq (ki, onu cəfa edib eşq adlandırıblar) səbəb olur ki, əmmarə nəfsinin qüdrəti və şəhvət hökuməti ağıl qüvvəsinə qalib gəlsin. Nəticədə, insanın həlak və məhv olması ələ gəlir. Yalınçı eşq, şəhvətin tüğyanınıdan başqa bir şey deyil. O da qeyd etdiyimiz kimi cinsi və heyvani köklərdən sərçeşmə alır.[10]
Ustad şəhid Mütəhhəri belə eşq haqqında yazır: “Gözəl surət və bəzənmiş saç görməklə bədəni lərzəyə düşən və zərif bir əli tutmaqla özünə burulan cavan bilməlidir ki, bu halda məddi və heyvani hisslərdən başqa bir şey yoxdur. (yəni, əsl həqiqi eşqdən xəbər yoxdur) Belə eşqlər sürətlə gəlir və sürətlə ötüb keçir. Etimad olunmalı və vəsf olunmaq qabiliyyətinə malik deyil və xətərlidir. İnsan, belə ehtiras və hisslərin müqabilində iffət və təslim olmamaq ruhiyyəsi ilə iman saxlayıb əsl həqiqi eşqə çata bilər.”[11]
Bu səbəbə görə insan,  heyvani hisslərdən mənşələnən belə yalançı eşqlərdən və məhəbbətlərdən çəkinməlidir. Ona görə ki, belə eşqlərin sonu qəzəbə, cinayətə, giriftarçılıq, ayrılıq və həsrətlə sona yetir. Yalançı eşqlərdən nicat tapmağın ən yaxşı rolu insanda həqiqi ilahi eşqin möhkəmlənməsidir.  Əgər insanda həqiqi eşq vücuda gəlsə və möhkəmlənsə, belə yalançı eşqlər öz-özünə aradan gedər və insan başa düşər ki, Allahdan başqa bütün eşqlərin dəyəri yoxdur. Qara qaş, qara göz və qara xal ardınca gedincə həqiqi gözəllik, yəni, onları yaradanın ardınca olmaq lazımdır.
İnsan özündə və qəlbində həqiqi eşqə çatmaqdan ötrü bəzi özündə şəraitləri yaratmalıdır. Əgər bu şəraitlər insanda yaranmasa təbii ki, insanda əsl həqiqi eşq olan Allah məhəbbəti yaranmayacaq. Şair demişkən;
Naz əhli, naz əhlini cəzb edər,             Nur əhli, nur əhlini tələb edər.
Göyərçin göyərçinlə, bayquş bayquşla,    Həmcins öz həmcinsi ilə uçar
Əlbəttə, yalançı eşq, ifrat məhəbbət və qeyri-ilahi eşqlərin qarşısını almaqdan ötrü aşağadakı məsələlərə diqqət etmək lazımdır.
1.Dost seçməkdə çox diqqətli olmalıyıq;   Elə şəxsləri dost seçməliyk ki, etiqad, əxlaq, elm və sair cəhətdən bizdən üstün olsun. İslam Peyğəmbərinin (s) buyurduğu kimi “Dostunuzu görmək sizə Allahı yada saldırsın, danışığı sizin elminizi artırsın, əməlləri Axirəti sizin yadınıza salsın.”[12]  İmam Həsən Müctəba (ə) övladına buyurur: “Oğlum! Kiminlə oturub kiminlə drumasını, hara gedib hara gəldiyini bilmədən heç kimlə dostluq etmə. Əgər yaxından tanıdın və rəftarları xoşuna gəldisə, onunla dostluq elə. Onunla dostluğun bu niyyətlə olsun ki, onu yolunu azmağdan saxlayasan və çətin vaxtında ona kömək olasan.”[13]
Başqa sözlə desək, dostluğda şəri həddləri gözləmək (qarşı tərəfin həmcins və qeyri-həmcins olmasını) nəzərə almaq və dostluğun hədlərini qorumaq lazımdır. Bu hədlərin bəzilərini qeyd edirik:
A) Dostluqlar Allaha xatir və Allaha görə olsun (əgər belə olsa möhkəm olar), Dünya, nəfsi istəklərə və həva-həvəsə görə dost olmayın;[14]
B) Dostluğda orta səviyyəni qormaq, ifrat və təfritdən çəkinmək lazımdır;[15]
C) Təhqiq və imtahan etməmiş dost seçməmək;[16]
D) özünün ən mhüm sirr və gizlin sirlərini hətta ən yaxın dosta açmamaq;[17]
H) Dostların şəxsi işlərində və həyatına həddən artıq daxil olmamaq;
V) Açıq-aşkar günah edib, o günahı sənə gözəl göstərmək istəyənlərlə dost olmamaq;[18]
Z) yalançı, fasiq, paxıl, axmaq, nadan, qohumlarla əlaqəni kəsən, dili zəhər, cahil, şərəfsiz və şər insanlarla dostluq etmə;[19]
2.İfrat dostluğun mənfi təsirlərinə həqiqətlə baxmaq; çünki;
A) Ən yaxşı dostlarımız da inhiraf yola düşə bilər. Əgər bu zaman onlardan çəkinə bilməsək bizim də yolumuz xətərə düşəcək;
B) İnsan həyatında bir çox hadisələr ola bilər ki, insanını dostlarını bir-birindən ayrılmasına səbəb ola bilər. Əgər bu halda dostluq ifratçılqla olubsa, ayrılıq da çox çətin, sağalmaz şiddətli ehtiraslı zərbələrla olar; Bəzi ifrat dostçuluqda insan öznünü ən dərin sirrini dostuna açır və zaman keçdikcə belə halın çox mənfi nəticələri müşahidə edirlər; [20]
C)  Bəzən belə ifrat eşq o həddə qədər çatır ki, bir tərəf yaxud hər iki tərəf bir-birindən elə pis məqsədlərlə istifadə edirlər ki, hər iki tərəfə əxlaqi cəhətdən sağalmaz yaralar vurulur;
D) İfrat dostluqlar bəzən şəxslərin, xüsuslə cavanların və yeniyetmələrin ictimai təfəkkürlərinin inkişafına maneçilik törədir və onlarını ailələləri və sair ictimai mərkəzlər o cümlədən, məktəb və məscidlərlə yaxşı və sıx əlaqələrinin aradan getməsinə səbəb olur. Bu da onları dərs, ibadət, mənəviyyat kimi mövzulardan geri atır və onları Allahdan qafil edir.[21]
H) Diqqət etmək lazımdır ki, Allaha və Məsum İmamlara (əleyhimussalam) olan eşqdən başqa hər hansı bir eşq yalançı və davamsız eşqdir.[22]
Daha çox məlumat üçün müraciət edin:
  1. Mövzu: Hesabçı əql, qəlb, iman və eşq, sual-10758;
  2. Mövzu: İrfan və fəlsəfi cəhətdən eşq, sual-14935.
 

[1] Furqan surəsi 27-29
[2] Biharul-Ənvar, c.74; səh.192
[3] Əqrəbul-məvarid, c.2; səh.786
[5] Cubran Məsud, Ər-Raid, tərcümə edən, Rza Ətrabinicat, c.2; səh.1190; ikinci çap, 1376 şəmsi ili, Qüds Rəzəvi adanı nəşriyyat və müəssisə,
[6] Usul Kafi, c.2; səh.38
[7] Təbatəbai Əllamə, Məhəmməd Hüseyn, səh.411
[8] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233
[9] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233- bir az dəyişikliklə
[10] Tələbələrin sual və cavabları; İrfan və təsəvvüf, c.12; səh.231-233- bir az dəyişikliklə
[11] Mürtəza Mütəhhəri, İmam Əlinin (əleyhissalam) cazibə və dafiə qüvvəsi, Qum, Sədra nəşriyyatı, səh.56
[12] Biharul-Ənvar, c.74; səh.186
[13] Məhəmməd Cavad Təbəsi, Əhli-Beyt (ə) məktəbində övladların hüququ, səh.176
[14] Ğürərül-hikəm, c.2; hədis-1795-1796
[15] Nəhcül-Bəlağə, hikmət-268
[16] Ğürərül-hikəm, c.2; səh.86; səh.810
[17] Biharul-Ənvar, c.4; səh.177
[18] Biharul-Ənvar, c.74; səh.190
[19] Xisal Səduq, c.1; səh.244; Usul Kafi c.4; səh.453; Kənzul-ümmal, c.9; hədis-24844
[20] Nəhcül-Bəlağə, Hikmət-268
[21] Səbah elmi-təhqiqat  jurnalı, 7, 8, saylar, 1382 şəmsi ili, səh.24-26
[22] İnsanın eşq və əqli, mövzusundan köçrülüb; sual-1822 (2935 sayt)
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11557 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Paxla sousunu hazırlayarkən, əgər istehsal zamanı paxlalı bitkilərdən spirt xaric olarsa, caizdirmi?
    6256 خوراکی های صنعتی 2012/05/19
    Böyük mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Əgər məsd edici olmasa, eybi yoxdur. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Əgər spirt elə miqdarda olarsa ki, məsdə səbəb olarsa, həmçinin əgər öncədən məsd edici ...
  • Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
    7677 Təfsir 2010/10/03
    Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar ...
  • Qibti bir kişinin Musa (əleyhissalam) tərəfindən öldürülməsi onun isməti ilə necə uyğun gəlir?
    8950 Qədim kəlam 2011/10/24
    Bütünilahipeyğəmbərlər (müxtəlifdərəcələrlə) məsum, kamalhəddindəvəAllahaənyaxıninsanlardır. Onların
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8571 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9665 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Kamala yetişmək yolu
    6376 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    10912 دستور العمل ها 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
    9402 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur. Amma bunun fəlsəfəsi ...
  • Nə üçün bəzi namazları uca səslə qılmaq lazımdır?
    9540 Nizamlar hüquq və əhkam 2020/02/03
    Sübh namazı uca səslə qılınmalıdır deyildikdə nə nəzərdə tutulur?Nə dərəcə uca? Əgər yatmış şəxsləri nəzərə alaraq aram səslə qılsaq, nə müşkülü olacaqdır?Ana və ya balaca körpə ola bilsin ki,bizim uca səsimizdən oyansınlar.Ümumuyyətlə, uca səslə qılmaq vacibdirmi? Mən kiminsə mənim namaz qıldığımı anlamamasını üstün tuturam. Çünki,belə olan halda, ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168805 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166625 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122039 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115926 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115172 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96622 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60987 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56655 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47394 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...