Ətraflı axtarış
Baxanların
8022
İnternetə qoyma tarixi: 2011/06/25
Sualın xülasəsi
İnsanı Allah-taalanın düzgün yolundan (siratul-müstəqim) azdıran nədir? Bu inhiraf ixtiyarlıdır, ya yox?
Sual
İnsanı Allah-taalanın düzgün yolundan (siratul-müstəqim) azdıran nədir? Bu inhiraf ixtiyarlıdır, ya yox?
Qısa cavab

İnsanı sirati müstəqimdən (düzgün yoldan) inhirafa çəkən amilləri tanımaqdan ötrü ilk növbədə “sirat” və “müstəqim” anlamları ilə yaxından tanış olmalıyıq. “Sirat” sözü lüğətdə geniş və böyük yola deyilir. “Müstəqim” sözü isə “q”v”m” hərflərindən olub, heç bir əyriliyi olmayan bir şeyə deyilir. Ona görə də düzgün yol sözü məna cəhətdən əyri yolun müqabilində istifadə olunur. Əmirəl-möminin Əli (əleyhissalam)  buyurur: “Sağ və sol azdırıcıdır, orta yol isə həmin düzgün yoldur.”

Düzgün yolun nümunəsi Quranda açıqlanan həmin “möhkəm dindir”. Baxmayaraq ki, düzgün yolun digər nümunələri, məsələn, Quran və məsum İmamlar (əleyhissalam)  da ola bilər. Düzgün yol birdən artıq deyildir. Amma Allah yolları (yəni, Allaha çatmaq üçün olan yollar) çoxdur. Bu yolların  müqabilində inhirafa aparan yollar da çoxdur. Düzgün yol elə bir yoldur ki, Allaha tərəf aparan digər yollar onda birləşir. Yaxud, düzgün yol öz genişliyi ilə Allaha tərəf gedən bütün digər yolları özündə birləşdirir.

Müxtəlif aldadıcı amillər təklikdə və ya birlikdə hər an insanı düzgün ilahi yodan azdıra bilər. O cümlədən, cəhl və şəkk, fikri vəsvəsə və şübhələrdə giriftar qalmaq, qəflət, qeyri-səhih tərbiyə və ya yanlış təbliğatların təsirinə düşmək, pis mühit, müsəlmanlar arasında əmr be məruf və nəyh əz münkərin tərk olunması, fərdi inhirafların müqabilində cəmiyyətin böyük şəxsiyyətlərinin susması, ədalətsizlik və zülm, cəmiyyətin böhran içində boğulması və fəqirlik, tamahkarlıq və dünyatələblik, uzun arzularla ölümün yaddan çıxması, özünü öymək və təkəbbür, şeytanın nəfsi, fitrəti və ağılı öz əsarətində saxlamaqdan ötrü vəsvəsələrin tam yayılması , xalis və pak rəhbərdən öz çevirmək və başqalarına kor-koranə tabe olmaq, iradə və nəfsin zəifliyi, düzgün yolda möhkəm olmamaq və səbrsizlik, günahın təsirindən qəlbin pas atması və Allahı yaddan çıxarmaqla insanın özünü insan olaraq unutması və sair kimi səbəbləri qeyd etmək olar. Əlbəttə, qeyd etmək lazımdır ki, bütün bu amillərin hər birinin təsir və mühiti nə qədər çox və geniş olsa insanın iradə və ixtiyarı ilə haqq yoldan çıxmasında bir o qədər möhkəm təsir qoyur. Başqa sözlə desək, insan elə xəlq olunmuşdur ki, özünün ağıl və təfəkkürü ilə ona qarşı yönəlmiş bütün inhiraflara və həlakedici amillərə sinə gəlib azad şəkildə düz yolda qərar tuta və səadətə nail ola bilər. Bütün bu inhirafçı həmlələr insana nə qədər şiddətli olsa, insanın əksüləməli də daha dəqiq və qüdrətli olub onların hamısına qalib gələ bilər və bu mübarizə insan üçün daha dəyərli və böyük hesab olar. Amma dahilərin dediyi kimi bütün bu müqavimətlər yüksək səviyyədə dözüm və qəsd istəyir. Çünki, məsəl va istəmək bacarmaqdır.

Ətreaflı cavab

İnsanı düz yoldan azdıran amillərdən söz açmaqdan əvvəl “sirat” (yol), və “düz” (müstəqim) kəlmələrinin mənalarına diqqət etmək lazımdır. Sirat sözü ərəb dilində böyük və geniş yola deyilir. Bəzi alimlər onu əslinin sin hərfi ilə olduğunu və sirat sözünün udmaq mənasında işləndiyini deyirlər. Çünki, geniş yol sanki, öz genişliyi ilə yolçusunu udmaq və qabağa aparmaq kimi qabiliyyətinə malikdir. Bu vəziyyətə “sirat” deyilir. Amma bəzi mühəqqiqlər bu sözün Quranda olan mənasını ayrıca olduğunu qeyd edərək sirat sözünün müstəqil və dəyişməz bir mənasının olmasını qeyd etmişlər.

Müstəqim sözü isə ərəbcədən q.v.m. hərflərindən ibarət olub möhkəm olmağı tələb etmək mənasındadır. İstiqamət - yəni, bir şeydən möhkəm olmağı tələb etməkdir. Bir şeyin möhkəm olmasını tələb etmək isə ondan həmiş şeyin zahiri təsirini, mənafelərini tələb etməkdir. Təsir və mənafelərin bərabər olması, yol gedənin əyri və inhirafda olmamasını təmin etdiyinə görə bu halətə möhkəm olmaq və durmaq deyilir. Beləliklə, düzgün yolun mövcudluğu üçün o yolda heç bir inhiraf və əyrilik olmaması tələb olunur və bu tələb də ancaq düzgün yolda hasil olur.[1]

Bu səbəbdən məlum olur ki, sirat müstəqimin, yəni düzgün yolun mənası həmin əyri yolun müqabilində qərar tutur. Əyri və inhirafi yol həmin yoldur ki, onda ixtilaf və azmalar var. Düzgün yol (sirat müsətqim) isə həmin yoldur ki, bu iki xüsusiyyətdən amanda qalsın.[2]  

Necə ki, düzgün yolun ən aşkar nümunəsi olan Əlmirəl-möminin Əli (əleyhissalam) [3] bu haqda buyurur: “Sağ və sol azdırıcıdır, orta yol isə həmin düzgün yoldur.”[4]

Quran baxımından düzgün yol həmin “möhkəm dindir”. Bu haqda Quranda oxuyuruq:      “(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"[5] Həqiqi din o dindir ki, özü möhkəmdir və başqalarını da möhkəm saxlayır. Düzgün yolun həmin möhkəm din olmasını açıqlamaqla həzrət İbrahimə (əleyhissalam)  nisbət verilməsinin sirri bundadır ki, dində ən yaxşı

Related Suallar
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168645 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166517 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121915 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115855 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115026 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96508 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60718 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56546 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49251 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47294 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...