Please Wait
12011
Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir əməllər üstün olsa, insan namaz qılan olmasa da, nicat əhli olmalıdır. Qeyd etməliyik ki, namazı tərk etməyin iki səbəbi ola bilər. Bir. İbadət əməli olaraq onu inkar etmək. Bu inkar və tərk əzaba və cəhənnəmə səbəb olacaq. İki. Namazı inkar üzündən deyil, tənbəllik və səhlənkarlıq üzündən tərk etmək, bu müzakirə mövzusudur ki, ətraflı cavabda onu araşdıracağıq.
Yuxarıdakı sualı cavablandırmaq, neçə məsələni açıqlamaq və arağdırmağa bağlıdır ki, bu məsələ və mövzuları bəyan etməklə, məsələnin cavabını əldə etməyə ümid edirik.
- Hamımızın bildiyimiz kimi, bizim dini təlimlərə əsasən, dini əməllərimiz arasında namaz ilk ibadət əməli sayılır. Yəni, etiqadi əsaslardan (üsuli- din) sonra, dinin furusu adlanan əməl mərhələsində, ilk sayılan mövzu namazdır ki, ona dinin sütunu və dəyəri deyilir. Həmçinin hədislərdə gəlibdir ki, əgər insanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar.[1]
İbadət hökmlərində namaz elə bir mövqeyə malikdir ki, heç bir halda onu tərk etmək olmaz. Yalnız huşsuz halında olar, çünki orda təklifə yer yoxdur. Namaz haqq qarşısında təslim və xuzunun təzahürüdür. Şaytan da o cəhətdən zərbələnibdir. Çünki, İlahi əmr qarşısında səcdə etməyə... boyun əymədi.
- Digər tərəfdən Quran ayələrinin buyurduğuna əsasən kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq və pis iş görən şəxs, onun cəzasını görəcək. Məlumdur ki, nu ayələrə əsasən, ölçü tərəzisində, əgər xeyir əməllər üstün olsa, insan namaz qılan olmasa da, nicat əhli olmalıdır.
- Qurani- kərim buyurur:
«... ثُمَّ رَدَدْناهُ أَسْفَلَ سافِلينَ* إِلاَّ الَّذينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُون»[2]
Sonra da onu qaytarıb rəzillərin rəzili etdik. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onları minnətsiz (saysız- hesabsız) mükafat gözləyir".
Burada yaxşı əməllərdən danışıldığına diqqət etsək, o yaxşı əməllərdən biri namazdır. Ola bilsin ki, insan digər yaxşı əməllər görsün ki, mükafata layiq olsun.
- İbadət əməllərində, qəbul olmaq meyarı, İlahi olan niyyətdir. Yəni əgər insan ibadi və insani ən yaxşı əməlləri, hətta namazı və... İlahi niyyət və qürbət qəsdi olmadan, əksinə şirk və riya ilə yerinə yetirsə, İlahi dərgahda qəbul olmayacaq və ona heç bir mükafat və savab verilməyəcək.
bu məsələləri açıqlamaqla deyə bilərik: Namazın çoxlu təsir və bərəkəti olsa da o cümlədən, Allaha yaxın olmaq və namaz qılmayan insan bu İlahi nemət və lütfdən məhrum və faydalanmır. Namaz Allah yadı və zikridir. Namaz qılmayan şəxs, bu üstünlüklərdən faydalanmayacaq. Amma Allahın buyurduğu kimi, bütün günahları bağışlayır, hətta şirk günahını da, onun rubabi hüzurundan üzr istəmə və tövbədən sonra bağışlayacaq. Ona görə də, əminliklə demək olmaz ki, behiştə daxil olma meyarı namazdır və namaz qılmayan insanların hamısı, bütün xeyr əməlləri ilə, cəhənnəmə daxil olacaq.
Bu məqalədə deyilməsi zəruri olan məsələ budur ki, namazı tərk etməyin iki səbəbi ola bilər. Bir. İbadət əməli olaraq onu inkar etmək. Bu inkar və tərk əzaba və cəhənnəmə səbəb olacaq. İki. Namazı inkar üzündən deyil, tənbəllik və səhlənkarlıq üzündən tərk etmək. Bu müzakirə mövzusudur. Bu barədə mütaliə etsəniz, faydalıdır.
[1] - Kuleyni, Kafi, cild 2, səh 268, Darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.
«...إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ الصَّلَاةُ فَإِنْ قُبِلَتْ قُبِلَ مَا سِوَاهَا...»
[2] - Tin surəsi, ayə 5- 6.