Please Wait
10397
- bölüşdürülməsi
Qüsl və dəstəmazın səhih olma şərtlərindən biri də budur ki, suyun dəstəmaz və qüsl üzvlərinə (dəriyə) çatmasına mane olan heç bir şey olmasın.[1] Bu şərtə riayət olunmasında qüsl ilə dəstəmaz arasında heç bir fərq yoxdur. Deməli, əgər bu üzvlərdə suyun bədənə çatmasına mane olan bir şey vardırsa, əvvəlcə onu aradan qaldırmaq lazımdır. Onun aradan qaldırılmasına yəqin etməzdən qabaq qüsl alarsa, qüslü batildir.[2]
Mərcəyi-təqlidlərə verilən suala (istiftaya) əsasən lak suyun bədənə çatmasına maneə hesab olunur.[3] Deməli, ayaq barmaqlarının bəzisində (baş barmaqdan başqa) lak olan halda dəstəmaz almaq olar. Bu barədə mövcud sualları oxumaq üçün aşağıdakı görünüşlərə müraciət edin:
1. “Dırnaqda lak olan halda dəstəmaz almaq”, sual 11846 (sayt: 12602)
2. “Dırnaqda lak olan halda dəstəmaz almaq”, sual 5779 (sayt: 6010)
[1] Xomeyni, Seyid Ruhullah Musəvi, “Tovzihul-məsail”, tədqiq və təshih: Bəni Haşimi Xomeyni, Seyid Məhəmməd Hüseyn, 1-ci cild, səh. 176 və 222, məsələ 377, “İslami” nəşriyyatı, Qum, 8-ci çap, 1424-cü qəməri il
[2] Yenə orada, 1-ci cild, səh. 222, məsələ 377
[3] Aşağıdakı suallardan istifadə etməklə: Sual 11846 (sayt: 12602) və sual 5779 (sayt: 6010)