Ətraflı axtarış
Baxanların
18583
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
Sual
Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
Qısa cavab

Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli (əleyhis-salam) zərurətin tələbi ilə öz qanuni istəklərindən müvəqqəti olaraq əl çəkməli oldu. İmam Əlini, Müaviyə ilə aparılan müharibəyə son qoymağa vadar edənlərdən bir qrupu sonralar öz səhvlərini başa düşdülər və Əli (əleyhis-salam)-a təzyiq göstərdilər ki, Müaviyə ilə bağladığı müqaviləni pozsun. Həzrət qəbul etmədikdə onlar Nəhrəvan müharibəsini törətdilər.

Ətreaflı cavab

Əli (əleyhis-salam) özünün qısa müddətli (beş illik) xilafəti dövründə üç böyük müharibə apardı. Cəməl müharibəsi adlanan birinci müharibə o həzrətin xeyrinə tamam oldu, lakin bu fəth və qələbə onu həmişəlik nigarançılıqdan çıxartmadı. Çünki Əbu Süfyanın oğlu Müaviyə kimi bir mənfur şəxs Şamda xilafət iddiası edirdi. O, Ömərin xilafəti dövründən etibarən Şamda hakimiyyətdə idi və istəyirdi ki, ömrünün axırına qədər orada müstəqil şəkildə hakimiyyətdə olsun. Əli (əleyhis-salam) islam cəmiyyətini azğınlıqdan qoruyub saxlamalı, belə bir ağır vəzifənin tələbi ilə bu hiyləgər rəqib və onun tərəfdarlarının fitnəsini aradan qaldırıb dəf etməli idi. (Onlara qasitin – zülmkarlar deyirdilər).

Əli (əleyhis-salam) mühacir və ənsarın israrı ilə Mədinədə xilafətə seçildi. O həzrət şamlıların törətdiyi fitnə odunu söndürməklə islam cəmiyyətində ittihad, nəzm-intizam və asayişi bərqərar etmək istəyərkən Bəsrə nahiyəsində baş qaldıran Cəməl fitnəsi ilə qarşılaşdı. Bəsrədə əhd-peyman pozanlar imamın nümayəndəsini şəhərdən çıxarıb iğtişaş yaratdılar. Buna görə də imam ilk qərarından dönərək Bəsrəyə yola düşdü. Şama doğru ona görə hərəkət edirdi ki, Müaviyə imamın yazdığı məktublarda beyətə boyun əymədi, üstəlik Cəməl səhabələri kimi imam Əlini Osmanın qətlində müttəhim edərək Osmanın qatillərindən intiqam alınmasını özləri üçün bir bəhanə seçmişdilər.[1]

Diqqət yetirmək lazımdır ki, o günlərdə Osmanın intiqamı məsələsi hər bir zalım şəxs üçün fitnə salmağa dair bir bəhanə idi. Qəribədir: elə Osmanın qatilləri onun intiqamını almağı iddia və elə bir şəxsi müttəhim edirdilər ki, Osmanın qətlində ümumiyyətlə onun əli olmamışdı, üstəlik xeyirxahlıq məqsədi ilə ona nəsihət edir, xəlifənin evi inqilabçılar tərəfindən mühasirəyə alındığı zaman imam Həsən (əleyhis-salam)-ın vasitəsi ilə evin içinə su göndərirdi.[2]

Əli (əleyhis-salam) Müaviyəyə məktubunda yazdı: “Mənə beyət ümumi bir beyətdir və bütün müsəlmanlara aiddir: istər beyət zamanı Mədinədə olsunlar, istərsə də Bəsrədə, Şamda və başqa şəhərlərdə. Sən güman edirsən ki, Osmanın qətlində məni müttəhim etməklə mənimlə beyətdən imtina edə bilərsən. Hamı bilir ki, onu mən qətlə yetirməmişəm ki, məndən qisas almaq lazım gəlsin. Osmanın varisləri atalarının intiqamını almaqda səndən irəlidirlər. Sən özün onunla müxalifət edənlərdən birisən: o səndən kömək istəyəndə kömək etmədin, nəticədə qətlə yetirildi.”[3]

Əli (əleyhis-salam) bir çox hallarda camaata aydınlıq gətirir və Müaviyənin hiylələrini ifşa edirdi. Bu barədə əlavə məlumat almaq üçün “Nəhcul-bəlağə”nin şərhlərinə və bu barədə yazılan başqa kitablara müraciət edə bilərsiniz.

Əli (əleyhis-salam)-ın müharibə apardığı üçüncü qrup xəvaric idi. Onlar əvvəlcə Əli (əleyhis-salam)-ın əsgərləri olsalar da, o həzrət Siffeyn müharibəsində  həkəmiyyət hadisəsi ilə müxalifət etdiyinə görə ondan ayrılaraq itaətsizlik etdilər və onun əleyhinə qiyam elan etdilər. Buna görə də onlara mariqin deyilir.

Əli (əleyhis-salam)-ın xəvariclə müharibəsinin səbəbləri barəsində əlavə məlumat almaq üçün aşağıdakı suallara müraciət edin:

Sual 7299 (sayt: 7555), “Müaviyənin icad etdiyi fitnə odunu söndürmək üçün Əli (əleyhis-salam)-ın tərəddüdü və xəvaricin azğınlığı”; sual 1587 (sayt: 2440), “Müaviyənin küfrü və imam Həsən (əleyhis-salam)-ın sülhü”

 


[1] İbni Əbil-Hədid, “Nəhcul-bəlağə”nin şərhi, 3-cü cild, səh. 88, Ayətullah Mərəşinin kitabxanası, Qum, 1404-cü qəməri il.

[2] Müfid, Məhəmməd ibni Məhəmməd, “Əl-fusulul-muxtarə”, səh. 228, Şeyx Müfid konfransı, Qum, 1413-cü qəməri il

[3] “Nəhcul-bəlağə”nin şərhi, 3-cü cild, səh. 89

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vanilin tozundan istifadə etmək haramdırmı?
    8169 خوراکی های صنعتی 2012/04/17
    Həzrət ayətullah uzma Xameneinin dəftəri: Əgər spirt məsd edici növdən və adi halda maye şəklində olmazsa, halaldır. Həzrət Ayətullah uzma Məkarim Şirazinin dəftəri: Yukskək faizə malik olmasına diqqət etməklə ondan istifadə edilməməlidir. Həzrət Ayətullah uzma Sistaninin dəftəri:
  • Həsədi necə müalicə etmək olar?
    8998 Əməli əxlaq 2011/07/28
    Həsəd insanın özündə xarlıq və həqarət hissi keçirməsindən irəli gəlir. Bunun da ardınca insan “başqalarına verilən nemətlər ümumiyyətlə olmasın!” deyə arzu edir.Bu ruhiyyənin müalicəsi üçün çoxlu yollar ...
  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    6701 Nizamlar hüquq və əhkam 2011/10/11
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • " İmam Zamanın (ə.c.) zühuru əsrində elmdən iyirmi beş hərf yayılar" cümləsindən İmam Sadiqin (ə) məqsədi nədir?
    7876 Hədis elmləri 2012/02/07
    İmam Zamanın (ə.c.) zühur əsrində mühüm olan məsələlərdən biri madi və mənəvi elmlərin inkişafı və çiçəklənməsidir. Elm, bu zamanda inkişafın ən uca həddinə yetişət. Rəvayətlər aşkar şəkildə bunu bəyan ediblər necə ki, sualda zikr olan hədis kimi. Gərək diqqət oluna ki, bu və buna oxşar rəvayətlər demirlər ki, camaatın ...
  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    17671 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Ulduzlar və səma cisimləri insanların səadət və əzabını və nəticədə cənnət və cəhənnəmə daxil olmalarını təyin edirlərmi?
    7867 آسمان و زمین 2012/09/01
    Bir çox ayə və rəvayətlər mövcuddur ki, cənnət və cəhənnəmə daxil olmanı müəyyən edən ən mühüm səbəb insanların əməlləri olduğunu bəyan edir. Siz şiə mütəkəllimlərinə müraciət etsəniz görərsiniz ki, onların heç biri insanların səadət və əzabında ulduzlar və səma cismlərinin təsirli olduğunu hesab etməmişlər. Hətta əgər bu ...
  • Allah taala insanı nə üçün yaratmışdır?
    11535 Qədim kəlam 2011/01/02
    A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın. B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur. C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən ...
  • Meyqunun halal və xərçəngin haram olmasının fəlsəfəsi nədir? Halbuki hər ikisi bir növdəndir?
    11998 بیشتر بدانیم 2012/09/24
    Bütün şəriət hökmləri məsləhət (fayda) və məfsədə (zərər) əsasındadır. Hər hökmün də müəyyən bir fəlsəfəsi, səbəbi vardır. Lakin bütün incəliklərinə qədər hökmlərin səbəblərinin kəşf edilməsi çox çətin məsələdir. Sadəcə hökmlər üçün külli qayda-qanunlar bəyan etmək olar. Əlbəttə, burada “külli” dedikdə əksəriyyət mənasıdır və onda da istisna halları ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6756 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...
  • Bunu nəzərə alsaq ki, insan üçün təsəvvür olunan ən axırıncı məqam Liqaullah məqamıdır, nə üçün Məsumlardan (ə) bəzisi daha seçilmiş və yüksək məqama sahibdirlər?
    9039 Nəzəri əxlaq 2012/09/13
    İnsanın yaranmasının əsl hədəfi kamala çatmaqdır. İnsanın kamalı Allaha yaxınlaşmaqla olur ki, ona vilayət və Liqaullah məqamı deyirlər. Bu arada Peyğəmbərlər və Məsumlar (ə) insanlar arasında ən bariz kəslər hesablanırlar. Amma bunların arasında hansı kəslər daha üstün dərəcəyə sahibdirlər, bu nöqtəyə diqqət etmək lazımdır ki, vilayət məqamı ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    169073 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166844 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122305 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116066 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115477 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96843 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61345 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56805 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49636 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47596 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...