Please Wait
6235
Bu hədis Əli (əleyhis-salam)-ın təlimlərindən olan uzun hədisin cüzi bir hissəsidir və o hədis dörd hissədən ibarətdir. Bu uzun hədisdə Əli (əleyhis-salam) müsəlmanların din və dünya məsləhətləri ilə əlaqədar 400 incə nöqtəni bəyan etmişdir.[1] O hədisin bir hissəsi belədir:
انْتَظِرُوا الْفَرَجَ وَ لا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ فَإِنَّ أَحَبَّ الْأَعْمَالِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ انْتِظَارُ الْفَرَجِ
“(Ali-Məhəmmədin) fərəcinin (İmam Zamanın zühurunun) intizarında olun və Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah dərgahında əməllərin ən sevimlisi fərəcin intizarını çəkməkdir.”[2]
[1] Şeyx Səduq (rəhmətullahi əleyh), “Xisal”, 2-ci cild, səh. 611-637, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1403-cü qəməri il
[2] Yenə orada, 2-ci cild, səh. 616