Ətraflı axtarış
Baxanların
16864
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
Sual
Çox yerlərdə “ya Allah!”, “ya Məhəmməd”, “ya Əli!”, “ya Hüseyn!” və s. yazılır və ya deyilir. Bəziləri də deyirlər ki, Allahdan başqa şəxsi köməyə çağırmaq düzgün deyildir. Çünki bu iş Allahdan qeyrisindən kömək istəmək sayılır. Bu söz səhihdirmi?
Qısa cavab

Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın izni və qüdrəti ilə, habelə Allahın onlara verdiyi qüdrətlə yerinə yetirdiklərinə etiqad bəsləsələr, bu nəinki şirk deyildir, üstəlik eynilə tövhiddir və heç bir iradı yoxdur.

Ətreaflı cavab

Şirkin məfhumu

Şirk budur ki, insan zatda, xaliqiyyətdə (xəlq etməkdə), malikiyyətdə (malik və sahib olmaqda), rübubiyyətdə (rəbb olmaqda) və ibadətdə hər hansı bir şəxsi Allahın tayı-bərabəri qərar versin və bu işlərin hər hansı birində onu Allah üçün şərik qoşsun. Deməli, əgər Allahdan qeyrisindən kömək diləmək Allaha şərik qoşmağı lazım tutacaq bir səviyyədə olsa, misal üçün, hacətlərin rəva olunmasında Allahdan qeyri bir şəxs üçün müstəqil şən və qüdrət olduğuna inanmaq, bu şirk və haramdır. Amma əgər Allahdan qeyrisindən kömək istəyən zaman onlar üçün təsirdə müstəqil qüdrət olmadığına inansaq, əksinə onları Allahın qüdrətinin davamında və Onun izn və istəyi ilə olduğunu bilsək, bu nəinki şirk deyildir, üstəlik Quran şahidlərinə əsasən, ilahi övliyaların sünnəti və qəbul olunmuş bir rəftar növüdür.

Deməli, əgər Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən və Allahın digər saleh bəndələrindən Allahın izni ilə müəyyən işləri yerinə yetirməsini istəyiriksə, bu, şirk deyildir. Çünki onları Allahla bərabər və təsirdə müstəqil qərar verməmişik. Başqalarından kömək istəmək də onlara ibadət etmək mənasına deyildir.

Quranda duanın məfhumu

Mənasını Qurandan düzgün başa düşməmək nəticəsində bəziləri Allahdan qeyrisini çağırmağı və onlardan bir şey istəməyi şirk, bu işi görən şəxsləri isə kafir hesab edərək qanlarını hədər hesab etmişlər. Bu kimi şəxslər Quranın bəzi ayələrinə, o cümlədən, “Məscidlər Allaha məxsusdur, Onunla birlikdə başqasını çağırmayın!”,[1] ayəsinə istinad edirlər. Halbuki Quranda dua kəlməsi müxtəlif mənalarda işlədilmişdir:

1. İbadət mənasına; yuxarıda qeyd etdiyimiz şərif ayədə olduğu kimi.[2]

2. Hər hansı bir şeyə doğru çağırmaq. Burada həzrət Nuh (əleyhis-salam)-ın sözünü misal çəkmək olar: “Pərvərdigara! Mən öz qovmümü gecə-gündüz (haqqa) çağırdım, lakin mənim dəvətim onların (haqdan) qaçmasından başqa bir şey artırmadı.”[3] Bu “dua” onların haqqa və imana çağırışından, dəvətindən ibarətdir. Bu kimi dua nəinki şirk deyil, əksinə eynilə imandır və onu yerinə yetirmək peyğəmbərlərə vacib idi.

3. Hacət istəmək mənası. Bu, bəzən adi yollarla olur, misal üçün: “Şahidlər şəhadət vermək üçün dəvət edildikləri zaman gərək imtina etməsinlər.”[4] Adi işlərdə baş verən bu duanı bir şəxs əncam versə, əsla kafir olmaz.

Bəzən isə qeyri-adi və möcüzə yolu ilə baş verir. Bu da iki qisimdir:

a) Bəzən Allahdan qeyrisinin təsirdə müstəqil olmasına etiqadla yanaşı olur. Bu qisim şirkin bir növüdür. Çünki təsirdə müstəqil olan yalnız Allah-taaladır və Ondan qeyrisinin, hətta adi səbəblərin belə, malik olduğu hər bir şey Allah tərəfindəndir və Onun izni ilə təsir qoyur. Quran bu barədə buyurur: “De, Allahdan qeyri məbud hesab etdiklərinizi çağırın! Onlar sizin probleminizi həll edə və nə də onda dəyişiklik yarada bilməzlər.”[5] Heç bir imanlı, agah mömin peyğəmbərlərdən və ilahi övliyalardan hətta birinin barəsində belə bir etiqada malik deyildir.

b) Bəzən bir şəxsdən istəyirik ki, bizim üçün Allahdan bir şeyi diləsin. Bu növ istək kamil insanın tövhididir. Allah dərgahında şəfaətçi və vasitəçi qərar verilən belə bir böyük insan bütün səbəblərin səbəbkarının və həqiqi təsir qoyanın yalnız Allah olduğunu bilir. Lakin şəxs ilahi övliyalara təvəssül etməklə onlardan istəyir ki, Allah yanında hacətinin yerinə yetməsi üçün dua etsin. Bu, eynilə tövhid və yeganəpərəstlikdir. Quran buyurur: “Bəni-israil Musanın yanına gəlib ondan istədilər ki, Allahdan onlar üçün müxtəlif çeşidli yeməklər diləsin. Dedilər: “Ey Musa! Biz bir növ yeməklə qənaətlənə bilmərik, Allahından istə, bizim üçün yer üzərində cücərən şeylərdən – göyərtilərdən və s. yetirsin.”[6]

Musa (əleyhis-salam) da əsla onlara irad tutmadı və “nə üçün mənə “ya Musa” deyə xitab etdiniz?! Nə üçün özünüz birbaşa Allahdan istəmirsiniz?!” və “bu, şirk və küfrdür” demədi?! Əksinə, Musa onların istəyini Allahdan dilədi və onların hacətləri yerinə yetirildi.

Məxluqların təsir qoymaq, təsirlənmək, səbəb və nəticə olmaqdakı roluna inanmaq şirk deyildir. Tövhid dünyadakı səbəbləri inkar etməyi, hər bir təsirin heç bir vasitə olmadan birbaşa Allahın işi bilməyi, səbəblər üçün hətta Allahın qüdrətinin davamında olduğu halda belə heç bir rol olduğuna inanmamağı tələb etmir. Misal üçün inanaq ki, od müəyyən bir şeyi yandırmaqda heç bir rol ifa etmir, su susuzluğu yatırtmaqda, yağış damcıları toxumu cücərtməkdə heç bir rolu ifa etmir və yandıran, susuzluğu yatırdan və cücərdən birbaşa Allahdır. Deməli, məxluqun varlığına etiqad zatda şirkə və ikinci bir məbuda etiqad olmadığı, əksinə yeganə Allahın varlığına etiqadın təkmil edicisi olduğu kimi, səbəblərin təsirinə, məxluqların yaradılış aləmində ifa etdiyi rola inanmaq da şirik deyildir.

Diqqət yetirmək lazımdır ki, varlıqlar istisnasız olaraq nə öz zatda, nə də təsirdə heç bir müstəqilliyə malik deyildirlər. Deməli, tövhidlə şirikin sərhədi Allahdan qeyrisi üçün təsirdə heç bir rol olduğuna inanıb-inanmamaq deyildir; əksinə, şirk budur ki, Allahdan başqa səbəbləri Onunla eyni səviyyədə qərar verək, təsirdə onlar üçün müstəqillik olduğuna inanaq.

Başqa sözlə desək, mələk, peyğəmbər və ya imam kimi bir varlığın təbiətin fövqündə olan təsir və qüdrətinə etiqad, adi səbəblərin təsirinə olan etiqaddakı kimi, şirk deyildir, yəni onlar üçün adi amillər həddindən yüksəkdə olan bir rola inanmaq Allah qarşısında hər hansı bir müstəqil qüdrətin rolu olduğuna inanmaq deyildir. Onlar elə bir varlıqdır ki, bütün zatları Allahın iradəsinə bağlıdır, özündən heç bir istiqlaliyyət yönü və müstəqilliyi yoxdur. Onun malik olduğu fövqəltəbii təsiri də özünə istinad verilməzdən öncə Allaha istinad verilir. Həmin varlıq da ilahi feyzin əşyalara nazil olması üçün vasitədən başqa bir şey deyildir. Necə ki, Cəbrəilin vəhy feyzinin və elmin nazil olma vasitəsi, Mikailin ruzinin verilmə vasitəsi, İsrafilin həyat vermə vasitəsi, Mələkul-movtun ruhların qəbz olunma vasitəsi olmasına etiqad da şirk deyildir.

Bəhsin daha aydınlaşması üçün bəzi ayələrə işarə edirik:

1. Quran həzrət İsa (əleyhis-salam)-ın dilincə buyurur: “Allahın izni ilə anadangəlmə korlara, bərəs xəstəliyinə tutulanlara şəfa verirəm, ölüləri Allahın izni ilə dirildirəm.”[7]

2. Yəqub (əleyhis-salam)-ın oğlanları öz işlərindən peşman olduqdan sonra atasının hüzuruna gəlib dedilər: “Ey ata! Allahdan günahlarımızın bağışlanmasını istə, çünki biz xətakar idik.” Atası dedi: “Tezliklə sizin üçün Pərvərdigarımdan bağışlanmaq istəyəcəyəm, çünki O, bağışlayan və rəhm edəndir.”[8]

Gördüyünüz kimi, Yəqubun övladları “ey ata” ifadəsindən istifadə etmişdilər. Həzrət Yəqub (əleyhis-salam) da onları bu sözdən çəkindirmədi və “özünüz birbaşa Allahdan istəyin!” deyə buyurmadı. Deməli, bu işin tövhidlə heç bir ziddiyyəti yoxdur.

Əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:

1. “Təvəssül və vasitə olmadan Allahla əlaqə”, sual: 542 (sayt 590)

2. “Quran və sünnətdə təvəssül”, sual 2032 (sayt (2265)

3. “Əhli-beyt (əleyhimus-salam)-a təvəssülün fəlsəfəsi”, sual 1321 (sayt 1316)

4. Mütəhhəri, Mürtəza, “Tövhid dünyagörüşü”, Tehran, “Sədra” nəşriyyatı. 21-ci çap, 1384-cü il

5. Məkarim Şirazi, Nasir, “Vəhhabilik iki yol ayrıcında”, Qum, “İmam Əli ibni Əbi Talib (əleyhis-salam)” adına mədrəsə, birinci çap, 1384-cü il



[1] “Cin” surəsi, ayə: 18

[2] “Cin” surəsi, ayə: 18:

وَ أَنَّ الْمَساجِدَ لِلَّهِ فَلا تَدْعُوا مَعَ اللَّهِ أَحَدا

[3] “Nuh” surəsi, ayə: 5 və 6

[4] “Bəqərə”surəsi, ayə: 282:

وَ لَا یَأْبَ الشهَُّدَاءُ إِذَا مَا دُعُواْ

[5] “İsra” surəsi, ayə: 56:

قُلِ ادْعُواْ الَّذِینَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا یَمْلِکُونَ کَشْفَ الضُّرِّ عَنکُمْ وَ لَا تحَْوِیلا

[6] “Bəqərə” surəsi, ayə: 61:

وَ إِذْ قُلْتُمْ یَمُوسىَ‏ لَن نَّصْبرَِ عَلىَ‏ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّکَ یخُْرِجْ لَنَا ممَِّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا وَ قِثَّائهَا وَ فُومِهَا وَ عَدَسِهَا وَ بَصَلِهَا

[7] “Ali-İmran” surəsi, ayə: 49

[8] “Yusif” surəsi, ayə: 97-98

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • “Rəd” surəsinin 31-ci ayəsinin mənası nədir?
    10547 Təfsir 2012/02/13
    Yuxarıdakı ayədə məqsədin nə olması ilə əlaqədar təfsirçilərin arasında iki nəzəriyyə vardır:1. Ayənin mənası budur: “Əgər aləmdə oxunduğu zaman dağların hərəkətə gətirilərək yer üzərində seyr etməsinə səbəb olan, yaxud onun vasitəsi ilə yer parça-parça edilən, yaxud ölülərin dirilməsinə və danışmasına səbəb olan bir ...
  • Qeyri-ilahi ifrat eşqlərdən qurtarmağın və qarşısını almağın yolları nədir?
    8314 درمان رذائل اخلاقی 2015/08/01
    İnsan ictimai bir varlığ olduğuna görə yaşadığı həyatda başqaları ilə əlaqədə olmağı ehtiyaclıdır. Amma, dostun seçilməsində diqqətli olmaq lazımdır ki, ilahi hüdudular, ifrat-təfritlər və bəzi halətlərə düşülməsin ki, insanın dünya və Axirətdə səadət və xoşbəxtçiliyinə zərbə vurmuş olmasın. Hər hansı bir kəsə və şeyə şiddətli məhəbbətin və ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    17484 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • Namaz əsnasında salamı cavablandırmağın yolu necədir?
    7004 Nizamlar hüquq və əhkam 2012/02/13
    Namaz halında, insan başqasına salam verə bilməz. Əgər başqası ona salam versə, gərək o cür cavab versin ki, salam kəlməsi əvvəldə gəlsin;Məsələn desin: " السَّلٰامُ عَلَیْکُمْ" ya " سَلٰامٌ عَلَیْکُم" və lakin " عَلَیْکُمُ السَّلٰامْ
  • Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
    12255 Əməli əxlaq 2012/04/09
    Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik: 1. Ayın hilalını (birinci gecəsində) görmək. Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır. 2. İftar və obaşdanlıq ...
  • Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
    8640 دابة الأرض 2015/05/27
    “Dabbə” termini məna nöqteyi nəzərindən, hərəkət edən canlı mənasınadır. Həm insan həmdə qeyri insanda işlədilir. Amma mübarək ayədə “yerdəki hərəkət edəndən canlı”dan məqsəd nədir? Və onun proqramı və vəzifəsi necədir? Quran üstüörtülü şəkildə açıqlayıb, və deyir: Canlı və hərəkət edən bir canlıdır ki, Allah onu qiyamət günündən ...
  • Pişiyin tükünün hökmü nədir?
    38727 Nizamlar hüquq və əhkam 2011/05/31
    Əgər sizin bu sualı verməkdə məqsədiniz, pişiyin tükünün fiqh nəzərindən hansı hökmü olmasıdırsa, onda deməliyik ki, heyvanların arasında, yalnız quruda yaşayan it və donuz nəcisdirlər.[1] Ona görə də, diri pişik və onun tükü pakdır. Bəli onun fərləsi[2] nəcisdir və bu hökm pişiyə ...
  • Hubbul vətən minəl iman rəvayətinin mətni və sənədi düzgündürmü?
    12851 Hədis elmləri 2013/01/19
    Hədis adı ilə, Peyğəmbərə (s) nisbət verilən cümlələrdən biri, "Hubbul- vətəni minəl- iman"; yəni "vətəni sevmək, iman əlamətlərindəndir" cümləsidir. Bu cümlə, şiə və əhli- sünnənin əsas mənbələri və mötəbər kitablarında nəql olmayıbdır. Amma bəzi kitablarda, sənədi zikr olunmadan gəlibdir. Buna əsasən, onun rəvayət olması məsələsi qəti deyil ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9852 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Səbr və bölgü dəlili necədir və necə əməl edir?
    6404 İslam fəlsəfəsi 2012/03/11
    Səbr və bölgü dəlili müxtəlif elmlərdə, həmçinin fiqh üsulu elmində istifadə edilir və Baxmayaraq ki, həmişə ona istinad etmək olmaz, lakin bir çox hallarda höccətdir. Çünki məntiq kitablarında daha geniş yayılmış isbatların dördlü növləri qeyd edilmişdir. Amma bunun barəsində söhbət açılmır. İlk başda bu dəlillərin terminlərin mənasını ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167033 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165574 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120633 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115219 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113672 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95431 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56886 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55469 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47407 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46597 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...