Ətraflı axtarış
Baxanların
9425
İnternetə qoyma tarixi: 2011/11/09
Sualın xülasəsi
Şiə alimlərinin "Əbdullah ibni Səba" hadisəsinin "Seyf ibni Ömərin" vasitəsiylə qondarılması haqqında dəlili nədir?
Sual
Tarixdə Əbdullah ibni Səba haqqında bəyan olanlara istinad edərək, şiə alimlərinin münasibətinə əsasən hər hansı bir rəvayətdə, rəvayət edənlər arasında "Seyf ibn Ömər" olarsa, o rəvayəti rədd edir və onu məşhur yalançı tanıtdırırlar. (Adlandırırlar).
Xahiş edirəm bu qondarmalardan ki, onun bu sifətlə məşhur olmasına səbəb olub, bir neçə nümunə mənbələri qeyd etməklə yanaşı bəyan edəsiniz.
Qısa cavab

Həqiqi İslam həmin şiəçilikdir ki, həzrəti Əli (ə) onun maarifin əziz Peyğəmbər (s)- dən alıb və öz tabeçilərinə ötürübdür. Şiə təfəkkürünü "Əbdüllah ibni Səba" adlı yəhudi bir şəxsə nisbət vermək çoxlu əqli və nəqli dəlillərə görə xalis yalandır. Seyf ibni Ömərin bu dastanın ravisi olması bu nisbətin mənasız və əbəs olmasının dəlillərindən biridir. Hər çənd bu dəlil təklikdə bizim iddiamızın doğru olmasına şahid ola bilər: Çünki Seyf ibni Ömər nəinki təkcə şiə alimlərinin arasında etibarsızdır, bəlkə sünni alimlərindən bir çoxu onun hədislərini zəif sayıb və onu yalançı kimi tanıtdırıblar. Bəziləri də onu zindiq (mənəvi məzhəb) bilib ki, hədisləri saxtalaşdırırmış. Bu şəxsin alimlərin yanında etibarsız olmasını nəzərə alsaq, onun rəvayətləri və kitabları da dəyərsizdir.[i]



[i] - Müraciət olunsun Əbdullah ibni Səba və tarixin başqa əfsanələri, kitabına yazan Əllamə Seyyid Mürtəza Əsgəri.

Ətreaflı cavab

Şiəçilik bir məktəbdir ki, Quranla bir doğulubdur çünki əsiz Peyğəmbərə (s) ən yaxın şəxs həzrət Əli (ə) idi ki, Quran ayələri nazil olan həmin ilk günlərdə Quranın maarifin bir başa Peyğəmbərdən alıb başqalarına ötürübdür. Qərəzli və məlumatsız yazılçılardan bəziləri, şiənin, yaranma tarixini Osmanın xilafət dövrünün sonuna təsadüf etdiyini bildiriblər. Onlar "Əbdüllah ibn Səba" adlı bir nəfərdən yad edibdeyiblər: O həqiqətdə yəhudi dinində olub amma Osmanın xilafət dövründə zahirdə İslama gəlib həqiqətdə İslam dininə zərər vurmaq dalınca olub. Bu məqsədlə Əli (ə)- mın birbaşa İmamətinə və xilafətinə əqidəni bəyan etdi və isməti (günahsız olmaq) İmamın şəraitindən bildi və İmamətə ki, əslində bir adi və siyasi məsələ idi müqəddəslik bağışladı. Habelə qabaqkı xəlifələrin xilafətinin nahaq və zorla alınma olduğunu bəyan etdi və xalqı xəlifənin əleyhinə çıxmağa təhrik etdi ki, onun nəticəsi qiyamçıların əliylə üçüncü xəlifənin qətli oldu. Buna əsasən şiə məzhəbi onun qondarmasıdır".[1]

Habelə ibni Səbanı Səbaiyyə adlı bir firqənin müəssisi bilirlər və Əbuzər Ğəffari, Əmmar ibni Yasir, Əbdur- rəhman ibni Ədis, Səsət ibni Suhan, Məhəmməd ibni Əbu Hənifə, Məhəmməd Əbu Bəkir, Malik Əştər kimi böyük şəxsləri bu qondarma firqənin üzvlərindən sayıblar.[2]

Amma əqli və nəqli dəlillərə müraciət edərkən aydın olur ki, bu nisbət böyük bir yalan və insafsız bir töhmətdir. Seyf ibni Ömərin bu dastanın ravisi olması onun qondarma olmasının dəlillərindən biridir ki gələcəkdə ona işarə edəcəyik.

Burada əqli və nəqli dəlillərdən bəzilərinə işarə olur:

1.             Şiənin təkyəgahı Allahın kitabı, Peyğəmbərin sünnəti və əqldən başqa bir şey deyildir.[3] Vilayət ayəsi (Maidə 55) təbliğ ayəsi (Maidə, 67) İkmal ayəsi (Maidə, 3) Xeyrul- bəriyəh (bəyyinəh, 7) kimi ayələr, habelə Səfinə rəvayəti və Səqəleyn rəvayəti kimi rəvayətlər, Qədir xum hadisəsi və başqa çoxlu ayələr və rəvayətlər yaxşıca yuxarıdakı sübut edir ki, mövzumuzun sualının tələbinə görə onları araşdırmaq fürsətimiz yoxdur, öz yerində və əlaqəli kitablarda bu mətləblər yaxşıca araşdırılıbdır.

2.             Şiə hədislərində və Meləl və nehəl kitablarında da Əbdullah ibni Səbadan ğali bir şəxs kimi ki, Əli (ə)- ın Allah olmasına inanırmış yad olub və deyilib ki, İmam (ə) onunla şiddətli rəftar edibdir. Əvvəl onu sürgün edib sonra onun qətl fərmanını veribdir.[4]

Habelə bir şəxs rəvayətlərdə İmamlar (ə) tərəfindən lənətlənibdir.[5] Aydındır ki, belə bir şəxs nəinki, bünövrəsini qoya bilməz.

3.             Şiə alimləri məsum İmamlardan tabeçilik edərək bu şəxsi həmişə lənətləyiblər. məsələn mərhum Kaşeful- ğita İbn Səba haqqında bu cür yazıbdır: Amma Əbdullah ibni Səba ki, onu şiəyə və Şiəni ona yapışdırırlar, bu şiə kitablarıdır ki, onu lənətləyib və ondan bizardı, şiənin rical alimləri ən kiçik kəlməki onun haqqında deyiblər budur ki, Əbdullah ibni Səba deyələndə də artıq məlundur.[6] Bir halda ki, əgər o şiəçiliyin binovrəsin qoyan olsaydı gərək şiə alimləri ondan böyük birisi kimi yad edəydilər.

4.             Bu fərziyə tələb edir ki, İslam xilafəti ya baş verən hadisələrdən xəbərsiz olub ya İslamın və müsəlmanların talehinə etinasız olub və yaxud bu fitnənin qarşısında aciz olubdur. Bunu nəzərə alaraq ki, xəlifə (Osmanın) və hökumət işçilərinin müxaliflərlə şiddətli rəftarını tarix xəbər verir. Baxmayaraq ki, onlar (müxaliflər) böyük səhabələr olublar, necə ki, Əbuzər Ğəffarini rəbəzəyə sürgün etdilər və Əmmar Yasiri bərk döydülər və onun cisminə zərər burdular. Belə bir halda bu cür böyük fitnənin qarşısında ki, tərəfdarları bəyan ediblər, xilafətin sakit və laqeyd qalması necə ola bilər?[7]

5.             Necə ki, işarə oldu, Əbuzər, Əmmar, Məhəmməd ibni Əbu Bəkr və ...kimi böyük şəxslər və seçilmiş səhabələr İbni Səbanın tərəfdarlarından və Səbaiyyə firqəsinin üzvlərindən sayılıblar ki, bunun özü bu əfsanənin yalan olmasına başqa bir dəlildir. Necə mümkündür Əbuzər kimi şəxslər yəhudi İbn Səbanın tabeyi olsunlar bir halda ki, Əbuzər dördüncü şəxsdir ki, İslama iman gətirib və Peyğəmbər onu haqqında buyurub: "Mavi göy bir danışana sayə salmadı və torpaq yerin danışanı olmadı ki, o Əbuzərdən düz danışan olsun".[8] Və başqa yerdə buyurub: "Allah mənə Əbuzəri və... sevməyə əmr buyurub:"[9] Əmmarla əlaqədar buyurub: "Əmmarın zatı imandan dolubdur"[10] və "səni ey Əmmar yağı dəstə öldürər"[11] və...

6.             Əgər qeyd olunan xüsusiyyatlarla Əbdullah ibni Səba adlı bir nəfər olubsa nə üçün o şəxslərin ki, Əbuzərlə düşmənçilikləri var onlar (ələvilərə) zərər vurmaq üçün hər cür çalışırlar və təbliğ edirlər, dediklərində və yazılarında belə bir kəsdən və bu cür dastandan ad çəkilməyib.

Şübhəsiz əgər bu dastanın həqiqəti olsaydı, hamıdan artıq Müaviyə və həvadarları şiələri və Ələviləri əzmək üçün o dastandan istifadə edirdilər. bir halda ki, tarixdə bu mətləbə heç bir işarə yoxdur.[12]

7.             İbn Səba əfsanəsin əsas və birinci nəql etmiş mənbə tarix Təbəri (vəfatı 310)- dur ki, o cür ki, İbn Əsir (630) İbn Kəsir (774) və İbni Xəldun (808) bu dastanı tarixi Təbəridən nəql ediblər Təbərinində yeganə sənədi Seyf ibni Ömərin nəqlidir.[13] Və bu bir haldadır ki, Təbəri öz kitabının girişində (müqəddimə) yazıbdır: "O yerləri ki, biz kitabımızda keçmişdəkilərdən nəql etmişik oxucu onu inkar etsə eşidən doğruluğuna bir dəlil olmadığı üçün və həqiqətlə uyğun olmadığı üçün ondan uzaqlaşsa, bunu bilmək lazımdır ki, bu mətləblər bizim tərəfimizdən deyil və... habelə biz bu mətləbləri bizə necə çatıbdırsa biz ancaq o cür nəql etmişik".[14]

Bu şəkildə o (Təbəri) tarixi xəbərlərinin bəzisinin doğru olmamasına etiraf edərək məsuliyyəti keçmişdəkilərin öhdəsinə qoyur.

Digər tərəfdən Təbəqatı İbni Səid və Ənsabul- işraq Bəlazəri və qeyrisi kimi mühüm mənbələr ki, Osmanın xilafət dövrünün hadisələrini və öldürülməsini nəql ediblər, İbni Səba dastanın nəql etməyiblər![15]

8.             Mərhum Əllamə Əsgəri kimi, böyüklərdən və mühəqqiqlərdən bəzisi, tarixi və rəvayi şahidlər və dəlilərlə istinad edərək, İbni Səba ilə əlaqəli rəvayətlərdə irad edib və İbni Səba adlı birinin tarixdə olmasını inkar ediblər və onu "Seyfibni Ömərin qondarması biliblər.[16]

9.             Necə ki, işarə oldu birinci tarixi mənbə ki, bu əfsanəni nəql edib tarixi təbəridir və bu bir haldadır ki, bu dastanın ravilərinin hamısı tanınmamış və qaranlıq insanlardır və yaxud rical alimlərinin yanında dəyərsiz və etibarsızdırlar. Bu rəvayətin silsiləsi bu cürdür. 1. Sirri. 2. Şüeyb. 3. Seyf ibni mər. 4. Ətiyyə. 5. Yəzid fəqəsi, ki, biz burada ixtisarla rəvayət edərək ancaq "Sərrin"nin şəxsiyyətin araşdırırıq ki, Təbəri bir başa (vasitəsiz) ondan rəvayət edibdir, sonra Tarixin bu yalançısının yəni "Sefyan" şəxsiyyətinə işarə edəcəyik.

"Sərri": Təbəri Sərridən rəvayət edərkən onun atasının və əşirəsinin adını yazmayıb. Təkcə bir yerdə şifahi olaraq deyib "Sərri ibni Yəhyadan" nəql edir.[17] Müəyyən olur ki, ondan "Sərri" məqsəd sayir yerlərdə o cümlədən İbni Səbanın dastanında "Sərri ibni Yəhyadır", buna baxmayaraq hələ bu şəxs qaranlıqdır. Çünki "Sərri ibni Yəhya" neçə nəfərin arasında şübhəlidir:

1.             Sərri ibni Yəhya ibni Əyas, amma bu şəxs 167- ci ildə vəfat edib, Təbəri isə 224- cü ildə doğulubdur. Bəs deməli Təbəri ondan nəql edə bilməz.

2.             Sərri ibni Yəhya ibni Sərri ibni Əxi Hinad ibni Sərri:

Bu şəxs Təbəriylə həmzəman olsada amma nə bir kəsdən rəvayət edib nə də bir kəs ondan rəvayət edib, habelə heç bir kəs onu mühəddis adlandırmayıb və tərcümə halında heç bir rical kitabında yoxdur. Qaranlıq olduğu üçün əgər Təbəri ondan nəql etmiş olsa, etimadsızdır.

Başqa bir tərəfdən bəziləri deyirlər ki, o şəxs ki, Təbəri ondan rəvayət edib Sərri ibni İsmail Həmədaniyi Kufi Şəbinin əmisi oğlu və katibidir, amma bu etiqad düzgün ola bilməz, çünki:

Birincisi: Şəbi 103 tarixində vəfat edib Təbəri necə ki, deyildi 224- cü ildə doğulubdur, deməli Şəbinin katibi yəni Sərri Təbərini görə bilməz.

İkincisi: Fərz etsək ki, Sərri ibni İsmail Təbərini görüb yenə də problemi həll etmir, çünki bu şəxs rical alimlərinin arasında etibarsızdır və onu etimadsız bilirlər.

Bəziləri deyirlər ki, Təbəri Sərri ibni Asim ibni Səhl Əbu Asim həmədanidən rəvayət edibdir, baxmayaraq ki, bu şəxs Təbəri ilə həmzaman olub, amma o da rical alimlərinin yanında etibarsızdır və bəziləri onu rəvayət oğrusu yalanşı və... kimi tanıtdırıblar".[18]

Nəticə budur ki, Sərrinin şəxsiyyət və kimliyi qaranlıqdır və qaranlıq şəxs rical alimlərinin yanında etimadsızdır. İbni Səba rəvayətinin silsiləsinin şəxslərinin vəziyyəti Sərriyə oxşardı, artıq məlumat üçün rical kitablarına müraciət edə bilərsiniz.[19]

Amma Seyf ibni Ömər:

Alimlər Seyfin tərcümə halında yazıblar ki, o Bağdadlı əsli Kufəli olub, hədisləri və sözləri zəif və etimadsızdır və deyilib ki, Seyf 170 ildə Harun- ər- rəşidin xilafəti dövründə dünyadan gedibdir. O iki kitaba sahibdir.

1. Əl- futuhul- kəbir və əlrəddə.

2. Əl- cəməl və məsuru Ayişə və... kitabların adlarıdır ki, birinci kitabda Osmanın xilafətinə qədər vəfata (rehlətə) yaxın tarixi hadisələri, ikinci kitabda isə Osmanın əleyhinə qiyamı onun öldürülməsi və cəməl döyüşün bəyan edibdir ki, bu şəxsin alimlər arasında etibarsız olmasını nəzərə alsaq, onun rəvayətləri və kitabları dəyərsizdir.[20]

Aşağıdakı nöqtələrə diqqət etmək Seyf ibni Ömərin mahiyyətini ağıllı insanlar üçün aşkar edir:

A: Seyflə əlaqədar rical alimlərinin və fənn əhlinin nəzərlərinə diqqət edərkən bizim üçün aydın olur ki, bu şəxs yalançıdan başqa biri deyil və İbni Səba əfasənəsi onun zehninin qondarmalarından biridir. Seyf haqqında əhli sünnət alimlərindən bəzisinin nəzəri aşağıdakılardan ibarətdir:

1.             Yəhya ibni Muin: Onun hədisi zəif və süstdür onun hədislərində heç bir xeyir yoxdur.[21]

2.             Nisayi səhih sahibi: Zəifdir onun hədisin tərk ediblər nə etimadlıdır nə də əmin[22]

3.             Əbu Davud: Dəyərsizdir, çox yalançıdır.[23]

4.             İbni Həmmad Əqili: Onun rəvayətlərindən tabeçilik olmur. Onun çoxlu rəvayətlərinin heç birisindən tabeçilik etmək olmaz.[24]

5.             İbni Əbu Hatəm: Səhih hədisləri xarab edirmiş ona görə hədislərinə etimad olmayıb, hədisin tərk ediblər.[25]

6.             İbni Həbban: Hədisləri özü düzəldib Müvəssəq şəxslərin dilindən nəql edirmiş və deyir. Seyf zindiqə olmasına müttəhimdir və deyiblər hədis qondarırmış.[26]

7.             Dar Qənti: Zəifdir hədisin tərk ediblər.[27]

8.             Hakim: Onun hədisin tərk ediblər, zindiqə olmağa müttəhəmdir.[28]

9.             İbni Ədi: Onun bəzi hədisləri çox məşhurdur amma mənim nəzərimcə onun bütün hədisləri etimadsızdır və bu dəlilə görə onun hədislərindən tabeçilik olunmur.[29]

10.          Firuz abadi Qamusun sahibi və İbni Həcər[30] və Seyfuddin:[31] Zəifdir.

11.          Zəhəbi: Bütün İslam alimlərinin icma və ittifaq varlarıdır ki o zəif və hədisləri tərk olunmuşdur.[32]

Başqa alimlərində onun haqqında oxşar fikirləri vardır. Amma bu qədərə kifayət olur.

B: Bu adam elə hadisələrdən, şəhərlərdən və şəxslərdən ad şəkir ki, heç biri olmayıb və hamısı onun qondarmalarıdır.

Əllamə Əsgəri (rəh) yüz əlli qonradma səhabə kitabında 4 cild də və Əbdul- lah- ibni Səba kitablarında 2 cild də, onların bəzisin araşdırıblar ki, biz cavabın uzun olmasının qarşısını almaq üçün onun iki nümunəsinə işarə edirik:

1.             Birinci nümunə:

Seyf, Ərmas, Əcvas, Əmas, Vəlus, Tavus və... şəhərlərdən ad çəkib ki, coğrafi kitablardan təkcə Həməvi (vəfatı 626) onları Seyfdən (vəfatı 170) Məcməul- buldan kitabında nəql edibdir, bir halda ki, başqa kitablarda bu şəhərlərin adı çəkilməyib, məsələn:

Səfəhs cəzirət- lərəb, İbni Haik Yəqubinin təlifi, futuhul- buldan. Bəzilərinin təlifi, müxtəsərul- buldan, İbnil- fəqihin təlifi. Əlasarul- baqiyəh ənil- qurunil- xaliyəh. Əbu Reyhan buruninin təlifi, Mocəm məstocəm Bəkrinin təlifi, Vəzir və təqvimul- buldan İsmail həmat sahibinin təlifi, ki bu kitablar şəhərlər haqqında yazılıb. Bu kitablarda o şəhərlərin adı yoxdur. Müasir yazılardan və şərqşunaslardan "Lostirenc" Boldanul- xilafət işrəqiyyəh kitabının sahibi və "Ömər Rıza kəhale" Şibh cəzireyi Ərəbistan kitabının sahibi".[33] Həməvinin mətləblərinə etina etməyib və bu şəhərləri öz kitablarında gətirməyiblər.

2.             İkinci nümunə:

Seyf günlərdən yəvmul- cərasim ya quruluq günü, yəvmul- nəhib, Ərmas, yəvmul- əbaqir (inəklər günü) və... adıyla ad çəkibdir və onun üçün bir dastan qondarıb ki, xülasəsi bu cürdür:

Səd ibni Əbu Vəqqas fars döyüşündə bir suyun kənarındakı onu əcibul- həcanat adlandırırdılar əyləşdi, Səd Asim ibni Əmrunu məmur etdi fəratın aşağısına getsin, o istəyir qoyun ya inək əldə etsin amma müvəffəq olmur. Bir müddətdən sonra bir nəfərlə raslaşır və ondan istəyir ki, ona inək ya qoyun olan bir yer göstərsin o kişi Asim üçün yalandan and içir ki, tanımıram bir halda ki, özü meşədə olan sürünün çobanı idi.

Bu vaxtda çəmənlikdən bir inək qışqırıb və deyir: " کذب والله و ها نحن اولاء" and olsun Allaha bu kişi yalan deyir və biz buradayıq... həccacın dövründə bu hadisənin xəbəri ona çatır və o bu günü inəklər günü adlandırır.

Əllamə Əsgəri bu əfsanənin nəqdində yazır: "Yəvmul- əbaqirin sənədində Əbdullah ibni Müslim əkli və kərb ibni Əbu Kərb Əkli vardır. Bu iki ravidən bir çox ravilər kimi ki, Seyf onlardan rəvayət edir sənəd şünasi və rical alimlərinin kitablarında ad və nişanə tapmadıq və bəlazəri (Fütuhul- bunldan kitabının 265- ci səhifəsində, fars döyüşündə Səd qoşununun dastanın) bu cür nəql edib: Hər vaxt Səd qoşununun azuqəyə ehtiyacı olsaydı bir dəstə atlını məmur edərdi ki, getsinlər fəratın aşağısına qarət edib azuqə gətirsinlər, Ömər də onlar üçün Mədinədən qoyun və inək göndərirdi".[34]

Bunlar təkcə "Seyf ibni Ömərin" qondarmalarından nümunələrdir. Sən özün geniş hədis oxu bu qısadan!

Deyilənlərə diqqət edərək necə belə bir şəxsin iddialarına və sözlərinə etimad etmək olar və necə Əbdullah ibni Səba ilə əlaqədar mətləbləri bir həqiqət bilmək olar?



[1] - Rəbbani Gülpayqani, Əli, Dər amədi bər şiə şenasi, səh 64

[2] - Müraciət olsun 1 (bir) saylı mənbəyə.

[3] - Etiqadı kitablara müraciət olunsun.

[4] - Rəbbani Gülpayqani, Dər amədi bər şiə şenasi, səh 66: İxtiyar Mərifətur- rical ricali kəmi tanınmış Mir Damadın təliqiylə, cild 323.

[5] - Həmin, səh 324.

[6] - Kaşiful- ğita, Əsluş- şiə və usuluha, səh 72.

[7] - Rəbbani Hülpayqani, li, Dəramədi bər şiə şenasi, cild 64.

[8] - Əl- isabəh, cild 4, səh 64 və Müsnədi Əhməd, cild 2, səh 163.

[9] - Bəharul- ənvar, cild 32, səh 326.

[10] - Bəharul- ənvar, cild 33, səh 25.

[11] - Həmin.

[12] - Rəbbani Gülpayqani, Əli, Dər amədi bər şiə şenasi, səh 65.

[13] - Əşşeyx Əsəd Heydər, Əbdullah ibni Səba min mənzurin axər, səh 40.

[14] - Tarixi Təbəri, cild 1, səh 5.

[15] - Əbdullah Fəyyaz, Peydayeş və qostəreşe təşəyyö, səh 124.

[16] - Müraciət olunsun Əbdullah İbni Səba və tarixin başqa əfsanələri kitabına, Əllamə Əsgəri.

[17] - Tarixi Təbəri, cild 3, səh 213.

[18] - Əbdullah İbni Səba min mənzurin axər kitabından tutulma, səh 52- dən 54- ə qədər.

[19] - Təhzibul- kəlam, cild 12, səh 324 və Əbdullah İbni Səba min mənzurin axər kitabı səh 54, 55, 56.

[20] - Müraciət olunsun: Əbdullah İbni və Tarixin başqa əfsanələri kitabına, yazan Əllamə Seyyid Murtəza Əsgəri.

[21] - Kitabuz- zuəfa, cild 2, səh 245.

[22] - Əzzuəfa vəl- mətrukin, səh 51, Rəqəm 215.

[23] - Təhzib- ut- təhzib, cild 4, səh 295.

[24] - Əzzüəfaul- kəbir, cild 2, səh 175.

[25] - Əlcərcu vət- tədil, cild 7, səh 136.

[26] - Əl- məhrucin, cild 1, səh 345.

[27] - Təhzibut- təhzib, cild 4, səh 296.

[28] - Həmin.

[29] - Həmin.

[30] - Təhzbut- təhzib, cild 4, səh 295.

[31] - Xülasət- təhzib, səh 126.

[32] - Əlməna fizzüəfa, cild 1, səh 292.

[33] - Əbdullah ibni Səba və tarixin başqa əfsanələri, səh 301.

[34] - Həmin, səh 283.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...