Ətraflı axtarış
Baxanların
6955
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İstehsal məhsullarının satış qiymətini şəriət hakimi təyin edirmi?
Sual
Ticarət və ya istehsal məhsullarının satış qiymətini şəriət sahibi təyin edir, yoxsa istehsal-tələbat bazarı?
Qısa cavab

İslam iqtisad sistemində bazarda qiymət istehsal-tələbat əsasında təyin olunur, lakin bu bazar hökumətin dəyişkən, şəriətin isə sabit qanunları tərəfindən məhdudlaşdırılır və dövlət tərəfindən ona nəzarət edilir. Əlbəttə, əgər dövlət müəyyən hallarda xüsusi bir qiymət təyin edilməsinin islam və müsəlmanların mənafeyini təmin etdiyini ayırd edərsə, onlara qiymət qoya bilər.

Ətreaflı cavab

İslamın iqtisad əsaslarından biri azad iqtisadiyyatlar. İslam nəzərindən hər bir fərd islami qayda-qanunlara və hüdudlara riayət etməklə istədiyi iqtisadi fəaliyyət növlərində çalışa bilər. Buna əsasən, islam nəzərindən iqtisadi fəaliyyətlər sahəsində ilkin prinsip azadlıq olsa da, bu azadlıq bəşərin səadətə, həqiqi kamala çatması üçün ilahi çərçivədə məhdudlaşır. Bu, tamamilə əqli və məntiqi bir işdir. Çünki azadlıq nəticəsində insan özünün bəyənilən inkişafına nail ola bilər. Bəşər əksər hallarda özünün həqiqi və gerçək məsləhətlərini təyin etməkdə aciz olur, yalnız qısa müddətli mənfəətini fikirləşir, uzunmüddətli mənfəətindən qafil olmağına səbəb olan tamahkarlıq və hərisliyə qapılır. Əgər ilahi hidayət və şəriət qanunları tərəfindən onun azadlığına düzgün istiqamət verilməzsə, həqiqi səadət imkanlarının məhv olmasından, başqalarının mənafeyini ələ keçirməyə səy etməsindən və mənəvi işlərə daha artıq diqqətsiz olmasından başqa bir nəticəsi olmayacaqdır. Buna görə də islam nə sosializmdə olduğu kimi iqtisadı azadlıqla tamamilə müxalifət edərək onu bəşər cəmiyyətinin vəziyyətinə zərərli hesab edir, nə də kapitalizm kimi qeydsiz-şərtsiz azadlıq təqdim etməklə insanların fəsada çulğalaşmasına şərait yaradır. Əksinə, Şəhid Sədrin təbirinə uyğun olaraq, İslam dini bu iksinin arasında orta mövqe seçmişdir; o, azadlığı tənzimləyir, onu lazımsız şeylərdən təmizləyir və onu insanların məsləhəti və xeyri üçün bir vasitəyə çevirir.[1] Kapitalizm iqtisadiyyatında bazar qiymətləri istehsal-tələbat qüvvələri əsasında təyin olunur. Kapitalist iqtisadçılarının etiqadına əsasən, əgər insanlar tam azad şəkildə və dövlət tərəfindən heç bir dəxalət və xarici nəzarət olmadan alver etsələr, bu bazarlarda mövcud olan istehsal-tələbat qüvvələri müəyyən bir qiymət təyin edir ki, tələbatçıların istəyi və istehsalçıların qazancını son həddə çatdırır. Maksimal bəhrə kapitalizmin əsas hədəfi olduğuna görə həmin qiymət istənilən və bəyənilən hədəfin təmin olunması meyarı kimi təqdim olunur.

İslam iqtisad sistemində bazar qiymətlərinin təyin olunması istehsal-tələbat qüvvələrinə əsaslandığına baxmayaraq, bu bazar qiymətləri şəriətin sabit və hökumətin dəyişən qanunları vasitəsi ilə və dövlətin nəzarəti ilə həyata keçirilir. Əlbəttə, dövlət müəyyən hallarda hər hansı bir şeyə (əmtəəyə) qiymət təyin olunması ilə islam və müsəlmanların məsləhətinin təmin ediləcəyini ayırd etsə, bu zaman həmin mallara özü qiymət qoya bilər.

Qiymətin bəyənilən olması da müsəlmanların və islamın mənafeyinə, eləcə də qanunlarla həmahəng olmağının meyarına bağlıdır. Buna əsasən, möhtəkirlik nəticəsində qiymətlərin qalxması, yaxud qeyri-qanuni şəkildə idxalat nəticəsində qiymətlərin azalması (bu,  daxili istehsala ağır zərbə vurur) heç biri bəyənilən iş deyildir.[2]

Bu nəzəriyyə, yəni xüsusi şəraitlərdə şəriət hakiminin qiymət qoymağa haqlı olması fəqihlərin bir çoxu tərəfindən qəbul olunur. O cümlədən, bu məsələ Şeyx Mufidin “Muqniə” kitabında,[3] Şəhidi Əvvəlin “Lümə” kitabında və Şəhidi Saninin ona yazdığı şərhdə[4], İmam Xomeyninin “Təhriril-vəsilə” kitabında, onun oğlu Ağa Mustafanın həmin kitaba yazdığı şərhdə,[5] Ayətullah Gülpayqaninin “Vəsilətun-nəcat”a yazdığı şərhdə[6] mövcuddur.[7]



[1] “İslamın iqtisadi sistemi və məktəbi”, Məhdi Hadəvi Tehrani, səh. 140-141; Seyid Məhəmməd Baqir Sədr, “İqtisaduna”, səh. 298

[2] “İslamın iqtisadı sistem və məktəbi”, Ustad Məhdi Hadəvi Tehrani, səh 207

[3] Şeyx Mufid, “Əl-muqniə”, səh. 616

[4] Şəhidi Sani, Zeynuddin ibni Əli ibni Əhməd Amili “Ər-rovzətul-bəhiyyə”, yeni çap, 3-cü cild, səh. 299, 1-ci cild, səh. 502; “Məkasib və mətacir” kitabı, məsələ 23

[5] Xomeyni, Seyid Mustafa Musəvi, “Müstənədu təhriril-vəsilə”, 1-ci cild, səh. 483

[6] İsfahani, Seyid Əbul-Həsən, “Vəsilətun-nəcat”, Ayətullah Gülpayqaninin haşiyəsi ilə, 1-ci cild, səh. 17

[7] Qeyd etmək lazımdır ki, bu, elmi bir bəhsdir və təbii olaraq müxtəlif alimlərin bu barədə digər nəzərləri də ola bilər. Buna əsasən, fəqihlərdən bir qrupu inanır ki, heç kəs, hətta məsum imam belə, mallara qiymət qoya bilməz, insanlar qiymət qoymaqda tam azaddırlar. O cümlədən aşağıdakı alimlər bu nəzəri qəbul etmişlər: Şeyx Tusi, “Məbsut”, 2-ci cild səh. 195, “fəslun fi hökmi təs’ir”; İbni İdris Hilli, “Səraye”, 2-ci cild, səh. 239; Əllamə Hilli “Təzkirə”, 1-ci cild, səh. 585; Şeyx Ənsari, “Məkasib”, yeni çap, 4-cü cild, səh. 373.

Mərhum Ayətullah Behcət “Camiul-məsail” kitabında yazır: “Möhtəkir (hökumət tərəfindən) mallarını satmağa məcbur edilir, lakin bir kəs ona qiymət qoya bilməz. Əgər baha satarsa (bu da digərlərinə zərər vurulmasına səbəb olur), ona əmr edilir ki, qiyməti ucuzlaşdırsın və o qədər azaltsın ki, “başqalarına zərər vurmaq” hesab olunmasın. (Baha satmaqda) ona heç bir qiymət təyin edilmədən bu iş görülür. Çünki hər iki tərəfə zərər vurulmasının qabağı alınmalıdır. “Camiul-məsail”, 2-ci cild, səh. 472

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Quran necə kitabdır?
    7606 Təfsir 2011/08/23
    Qurani-Kərimsonilahixəbərolaraq, Allah-TaalatərəfindənMəhəmmədibnƏbdullahınvasitəsiiləinsanlarıhaqq
  • Höccətiyyə təşkilatının əqidəsi nədir? Bu günkü gündə fəaliyyət göstərirmi?
    8405 Fiqh tarixi 2011/11/20
    Höccətiyyə təşkilatı, şəmsi iliylə 1332- ci il mordad ayının 28- ci tarixində Şeyx Mahmud Zakirzadə, hələb şəhərində dünyaya göz açmış bir şəxs tərəfindən Bəhaiyyə məzhəbiylə mübarizə məqsədiylə təsis olunmuşdur. Bu təşkilat bir baxımdan qarşılıq ümumi bir təşkilat və şöbələrdən ibarətdir: Tədris, tədqiq, yazıçılıq, hidayət, xarici ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11464 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Şiələrin nəzərində on ikinci imamın qeybdə olmasına etiqad bütün imamət nəzəriyyəsində şübhə yaradırmı?
    7125 Qədim kəlam 2010/11/10
    Sualda ümumi şəkildə və konkret nümunənin təyin edilmədiyi halda “qeybət dövrünün imamət nəzəriyyəsi ilə təzadı” irəli çəkildiyinə görə, imamın vəzifələrində müəyyən ünvanları zikr etməli, sonra onun qeybət dövrü ilə uyğun gəlib-gəlməməsini təhlil edəcəyik.İmamət – nübüvvətin ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7292 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    7098 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Cismani məadın baş verməsi üçün Yerdə yaşayan bütün insanların cisminə çatacaq qədər torpaq vardırmı?
    7122 Qədim kəlam 2012/04/19
    Məad həm cismani, həm də ruhanidir. Cismani məad – bədənin əsl (birinci dərəcəli) hissələrinin bədənə qayıtmasıdır. Bu əsl hissələr bəzi rəvayət mənbələrində “tinət” kimi təbir olunur. Bu təriflə, rəvayətlərə uyğun olaraq bütün insanlar ölüb çürüdükdən sonra qalan şey tinət və ilkin hissələridir. Axirət aləminə gedən şey də ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    8464 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    7063 سرنوشت حدیث 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...
  • Təvəllüs bayramı keçirmək haramdırmı?
    7123 Nizamlar hüquq və əhkam 2012/02/15
    Təvəllüd bayramı İslami sünnətlərdən deyil. Və İslami təlimatlarda sifariş olunmayıb ki, insan öz doğum gününü bayram etsin. Biz bu təzə sünnnəti məhkum etmək istəmirik, baxmayaraq ki, əcnəbilərin kor- koranə daxil olan (adət) sünnətlərini bəyənmirik; çünki etqadımız var ki, sünnətlərin gərək xalqın zehnində dərin kökləri olsun. Amma belədir (adət) ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168412 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166352 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121736 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115774 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114782 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96380 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60309 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56426 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49019 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47178 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...