Ətraflı axtarış
Baxanların
6558
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
Sual
Lütfən, Quran və hədislərdə Ramazan ayının orucunun əhəmiyyətini bəyan edin.
Qısa cavab

Mütəal Allah Quran-kərimdə Ramazan ayının barəsində buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olmasını istəmişdir ( şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”

Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir xütbədə Ramazan ayının fəzilətlərini belə bəyan edir: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması) ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmışsınız... Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Bu ayda ən yaxşı əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir...”

Ətreaflı cavab

Quranda Ramazan ayı

Mütəal Allah Qurani-kərimdə Ramazan ayının barəsində belə buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olması- istəmişdir ( şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”

Oruc tutmaq üçün məhz Ramazan ayının seçilməsinin səbəbi bu ayın sair aylardan fəzilətli olmasıdır, çünki onda nazil olan ilahi kitab – Quran  bəşəriyyətə yol göstərmək və hidayət etmək üçün gəlmişdir, özünün ilahi qayda-qanunları və göstərişləri ilə düzgün yolu başqasından seçib ayırıb, insanların səadətinə zəmanət verir. Quran belə bir şərafətli ayda nazil olmuşdur.[1] Deməli, Ramazan ayının əhəmiyyət və dəyəri Quranın onda nazil olmasına görədir.[2]

Mübarək Ramazan ayının məqam və əhəmiyyəti barəsində məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərdən birini qeyd etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir gün bizim üçün xütbə oxudu və buyurdu: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması)  ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmış, onda Allahın kəramət əhlindən olmuşsunuz. Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Belə isə, Allahı düzgün (saf) niyyətlə, günah və rəzil sifətlərdən pakizə qəlblərlə çağırıb istəyin ki, onun orucunu tutmağı, onda Quran tilavət etməyi sizə nəsib etsin. Həqiqətən, bədbəxt və bəd aqibət o kəsdir ki, bu əzəmətli ayda (günahlarından) bağışlanmaqdan məhrum olsun. Öz aclıq və susuzluğunuz ilə qiyamət günündəki aclıq və susuzluğu yad edin. Fəqir və miskinlərinizə sədəqə (ehsan) verin, qocalarınızı təzim edin, uşaqlarınıza rəhm edin, qohumlarınıza nəvaziş edin. Dillərinizi deməməli olduğunuz sözlərdən, gözlərinizi nəzər etməyiniz halal olmayan şeylərdən örtün, qulaqlarınızı qulaq asmaq halal olmayan şeyləri eşitməkdən saxlayın. Camaatın yetimlərinə mehribanlıq edin ki, camaat da vəfatınızdan sonra sizin yetim övladlarınıza mehribanlıq etsinlər. Öz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın, namaz vaxtları dua etmək üçün əllərinizi qaldırıb dua edin. Çünki, namaz vaxtları ən yaxşı anlarıdır, bu vaxtlarda Allah-taala Öz bəndələrinə rəhmət nəzəri salır, Onunla minacat (raz-niyaz) etdikləri vaxt (müsbət) cavab verir, Onu nida etdikləri vaxt “ləbbeyk” deyir, çağırdıqları vaxt (duaları) müstəcab edir. Ey insanlar! Həqiqətən sizin canlarınız əməllərinizin girovundadır, (onu) Allahdan bağışlanmaq istəməklə girovdan çıxarın. Sizin kürəklərinizə günah yükü ağırlıq edir, səcdələri uzatmaqla onun yükünü yüngülləşdirin və bilin ki, Allah-taala Öz izzət və cəlalına and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəm odu ilə qorxutmasın. Ey camaat, sizlərdən hər kəs bu ayda oruc tutan bir möminə iftarlıq versə, onun savabı Allah yanında bir qul azad etmək və keçmiş günahlarının bağışlanması qədər olar...”

Səhabələrdən bəziləri dedilər: “Ya Rəsuləllah, axı bizim hamımızın iftar verməyə imkanımız yoxdur?!”

Həzrət buyurdu: “Oruc tutanlara hətta yarım xurma qədər, yaxud bir içim su olsa belə, iftar verməklə, cəhənnəm odundan uzaq olun! Həqiqətən, Allah bu işi görən adama, bundan artığına qadir olmasa da, həmin savabı verər. Ey camaat, hər kəs bu ayda əxlaqını gözəlləşdirsə, qədəmlərin əsdiyi bir gündə (Qiyamətdə) Sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayda xidmətçilərinin (qulam və kənizlərin) işini yüngülləşdirsə, Allah qiyamətdə onun hesabını yüngül edər. Hər kəs bu ayda Öz şərini camaata çatdırmayıb qabağını alsa, Allah da qiyamətdə Öz qəzəbini ondan dəf edər. Hər kəs bu ayda bir yetimi əzizləyib nəvaziş etsə, Allah da onu qiyamətdə əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbasına sileyi-rəhim və ehsan etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Hər kəs bu ayda qohum-əqrəbasından ehsanını kəssə, Allah da qiyamətdə Öz rəhmətini ondan kəsər. Hər kəs bu ayda sünnət olan namazı qılsa, Allah onun üçün Cəhənnəm odundan uzaq olmaq bəratı (icazənaməsi) yazar. Hər kəs bu ayda vacib namazları əda etsə, Allah ona sair aylarda qılınan yetmiş namaz savabı əta edər. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, əməl tərəzilərinin yüngül olduğu bir gündə Allah onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Quran oxusa, sair aylarda bütöv bir Quran oxuyanın savabını qazanar. Ey camaat! Həqiqətən bu ayda behiştin qapıları açıqdır. Pərvərdigarınızdan istəyin ki, onu sizin üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır. Rəbbinizdən istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirləyiblər, Allahdan istəyin ki, onları sizə müsəllət (hakim) etməsin.”

Əli (əleyhis-salam) buyurur: Mən ayağa qalxıb dedim: “Ey Allahın Rəsulu! Bu ayda ən yaxşı əməl nədir?” Həzrət buyurdu: “Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl Allah-taalanın haram buyurduğu şeylərdən çəkilməkdir.”[3]

 


[1] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 634, "Darul-kutubil-islamiyyə", Tehran,  1-ci çap, 1374-cü şəmsi il

[2] Qiraəti, Möhsün, “Nur” təfsiri, 1-ci cild, səh. 289, “Quran dərslərindən” mədəniyyət mərkəzləri, Tehran, 1383-cü şəmsi il

[3] Şeyx Səduq, “Əmali”, səh. 93, “İslamiyyə” kitabxanasının nəşriyyatı, 1362-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
    6342 Təfsir 2010/11/10
    Bəzi ayələrdə "kitabi mubin" qeyd olunub və ondan məqsəd Qurani kərim olmasına baxmayaraq, amma bu ayə və buna oxşar ayələrdə ki, ilahi elmin sənədini açıqlayırlar, "kitabi mubindən" məqsəd, varlıqlar yaranmamışdan qabaq, ilahi elmin mərhələsidir ki, onun özü digər kitab və lövhələrə şamildir, onun keyfiyyət və miqdarı, bizə məlum deyil.
  • Qəbrdə müsəlman və qeyri-müsəlman üçün sual-cavab necədir?
    9442 Qədim kəlam 2014/05/20
    Bərzəx sözü ərəbcədən lüğətdə pərdə və iki əşyanın arasında qərar tutan maneəyə deyilir; amma məşhurlar kalamında bərzəx dünya ilə Axirət arasında Allah-taala tərəfindən yaradılmış bir aləmdir. İnsanın ölümündən sonrakı ilk mənzili də oradır. Bərzəx aləmindən məqsəd həmin qəbr aləmidir. Elə bir aləm ki, insan ölümdən sonra Qiyamətə ...
  • منظور از «ادبار النجوم» در قرآن چه زمانی از شبانه‌روز است؟
    1512 Təfsir 2022/11/01
    خدای متعال در بخش پایانی سوره‌ی طور، به بیان احوال مشرکان و عذاب اخروی آنها پرداخته و پس از آن به پیامبر(ص) دستور می‌دهد تا در اجرای فرامین الهی صبر پیشه کند و به عبادت و تسبیح و تقدیس او بپردازد. در آیه ...
  • Modern dünyada dinin yol göstərməsi necə təsəvvür olunur?
    7189 Təzə kəlam 2011/06/12
    "Din" kəlməsi bütün dinlərə istər səmavi olsun istərsə də olmasın, təhrif olmuş olsun və yaxud təhrif olmamış (İslam) olsun, şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini yalnız buna malikdir ki, bütün dövr və əsrlərdə müsbət yol göstərməyə malikdir; Çünki İslam bütün dinlərin sonuncusu və ən kamil İlahi ...
  • Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
    9737 Əməli əxlaq 2010/11/10
    Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün ...
  • Haram yoldan əldə edilmiş və sahibi də məlum olmayan pulun xumsu ödənməlidirmi?
    6494 Nizamlar hüquq və əhkam 2012/10/15
    Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, Maliki məchul malın hökmündədir. Və xumsu yoxdur. Bəlkə o pulun bütövü Camiuş- şərait bir mərcəi təqlidin ixtiyarında olmalıdır və ya onun icazəsi ilə sahibinin niyyətinə ...
  • Төвбә сурәсинин ики сон ајәсинин сәнәд вә әһвалаты нәдир?
    6853 Təfsir 2010/04/22
    Үмуми олараг суалда гејд олунан “сәнәд”дән мәгсәдин нә олдуғу там ајдын дејил вә заһири белә олан суалларын мүәјјән ҹавабы јохдур. Амма, ола биләр бу сөздән мәгсәд, ајәнин назил олма сәбәби вә ја тәфсири олсун. Јахуд, Гуранын охунушларында олан бәзи ихтилафлара ҝөрә мәсум Имамлардан ...
  • Bəni İsrailin dana pərəstişinin cəzası hikmətli idi?
    6925 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayədə Allahın öldürmək əmrindən məqsədində üç ehtimal veriblər: 1. Bu əmr, imtahan əmri olub və onların tövbəsiylə bu əmr onlardan götürülübdür. 2. Bu ayədə qətldən məqsəd şeytani vəsvəsələri və nəfsani şəhətlər kəsməkdir. 3. Ayədə qətldən məqsəd, həqiqi qətldir yəni bir- birinizi öldürüb həlak ...
  • Fəlsəfə, irfan, ağıl və hikmət arasındakı fərq nədir?
    14299 İslam fəlsəfəsi 2012/04/19
    Fəlsəfə – ən xüsusi mənada varlıq aləmindəki gerçəklikləri dərk etmək üçün zehni, əqli və istidlal yönlü səylər mənasınadır. Hikməti fəlsəfədən fərqli bir məsələ hesab etdiyimiz halda o, fəlsəfədən yüksəkdədir və ilahi və lədünni mənşəyə malikdir. Quranda da “ilahi bir əta və nemət” kimi qeyd olunmuşdur. Belə ki, ...
  • Müsəlmanlar arasında müxtəlif firqələrin yaranmasının səbəbləri nədir?
    10696 Qədim kəlam 2010/12/07
    Müxtəlif məzhəblərin yaranmasında, çoxlu səbəblər var. məsələn, bir dəstənin peyğəmbər (s)- in həzrət Əli (ə)- nin imamlığı barəsində olan vəsiyyət və əmrlərinə diqqət etməmələri, digər dinlərin ardıcıllarinin müsəlmanların içinə yol tapması və mədəniyyət cəhətdən onlarla qarışmaları, islamın əsl təlimlərindən və Əli- beyt (ə)- in maarifindən uzaq düşmək bir əsrə yaxın ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164847 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164435 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119909 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113977 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94257 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54933 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54704 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46349 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45943 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...