Please Wait
6219
And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.
Amma dualarda qeyd olunan andlara gəldikdə isə, onlar yalan deyildir, əksinə duanın qəbul olunmasına dair israr, Allahdan istəyə təkidir və orucun batil olmasına səbəb olmur.
Orucu batil edən şeylər barədə daha artıq məlumat almaq üçün əvvəlcə bir neçə məsələni qeyd edirik:
“Tovzihul-məsail” kitablarında deyilir: “Doqquz şey orucu batil edir: 1-yemək və içmək, 2-cima (cinsi əlaqə), 3-istimna; istimna o şeydir ki, insan özündən məninin (sperma) xaric olmasına səbəb olan bir iş görsün, 4-Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmaq, 5-qatı tozu boğaza çatdırmaq, 6-başın hamısını suya batırmaq, 7-sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq, 8-maye şeylərlə imalə etmək, 9-qusmaq.”[1]
Dördüncü bəndin izahında deyilir: “Əgər oruc tutan şəxs deməklə, yazmaqla, işarə etməklə və sair kimi şeylərlə Allahın, Peyğəmbərin və onun canişinlərinin adından qəsdən yalan danışsa, hətta dərhal “yalan dedim” desə, yaxud tövbə etsə də, orucu batil olur. Ehtiyat-vacibə görə həzrət Zəhra (əleyha salam), sair peyğəmbər və onların canişinləri də bu məsələdə eyni hökmə malikdir.[2]