Ətraflı axtarış
Baxanların
8017
İnternetə qoyma tarixi: 2007/12/17
Sualın xülasəsi
Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
Sual
Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
Qısa cavab

1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır:

a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə);

b) Kəlami firqələr: Şiə və maturidiyyə;

v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə.

Əfqanıstanda fəaliyyətdə olan fiqhi məzhəblər:

a) Hənəfi fiqhi məzhəbi:

Əbu Hənifə Noman ibni Sabitin (150-ci ildə dünyadan gedib) ardıcılları. Əbu Hənifə şəri hökmləri istinbat edəndə öz səhabələri ilə məşvərət edirdi. Müəyyən bir rəy əldə etdiyi zaman onun yazılmasına göstəriş verir və ictihadda sırf fərziyyə üzündən olan məsələləri də tətbiq edirdi. Əbu Hənifə rəy əhlinin (şəxsi rəyə əməl edənlərin) başçısıdır. O, islami mənbələrdə əvvəlcə Qurana, sonra səhih sünnətə, daha sonra səhabələrin nəzəriyyəsinə müraciət edirdi. İbrahim, Şəbi və İbni Sirin kimi şəxsiyyətlərin nəzəriyyəsinə çatanda deyirdi: “Onlar da özlərinə görə ricaldır (elmi şəxsiyyət), biz də özümüzə görə ricalıq.” Bundan sonra qiyas, istihsan, icma və ürfə müraciət edirdi.[1]

b) İmamiyyə şiə məzhəbi.

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in özü və onun Əhli-beytindən olan on iki imam məktəbinin ardıcılları. Bu fiqhin tutduğu yol əksər hallarda imam Baqir  və imam Sadiq (əleyhiməs-salam)-ın nəzər və hədislərindən təsirlənmişdir. Şiə fiqhində mötəbər mənbələr aşağıdakılardır: Quran, sünnət (məsum şəxsin sözü, əməli və təqriri – başqasının əməlini görüb təsdiq ünvanı ilə bir söz deməməsi), məsumun sözündən hekayət edən icma – fikir birliyi, əql.[2]

Sələfilik. Bunlar özlərini sələflərə, yəni Peyğəmbər səhabələrinə və tabeinlərə mənsub edənlərdir. Bu firqə ilk dəfə dördüncü hicri əsrində zahir olan hənbəli qrupu idi. Onlar təsəvvür edirdilər ki, bütün rəyləri sələfin etiqadlarını dirçəldərək bu yolda mübarizə aparan Əhməd ibni Hənbələ gedib çatır. Sonra 7-ci hicri əsrində İbni Teymiyyə bu cərəyanı yenidən gücləndirdi, camaatı ona dəvət etməkdə daha artıq çalışdı, bu nəzəriyyəyə digər məsələləri əlavə etdi. Daha sonra on ikinci hicri əsrində Ərəbistan yarımadasında Məhəmməd ibni Əbdül-Vəhhab bu düşüncələri bir daha dirçəltdi ki, vəhhabilər indiyə qədər həmin fikirləri yaymaqdadırlar.

Sələfilərin tutduğu yol – öz gümanlarına əsasən – səhabə və tabeinin dövründə olan yoldur: Yəni guya onlar əqidələrini Allahın kitabından və Peyğəmbərin sünnətindən əldə edirlər. Əql ilə nəql arasında təzad yaranan zaman nəqlə üstünlük verirlər, təvildən və zahirin əksinə olan söz danışmaqdan ciddi şəkildə çəkinirlər. Sələfilər tövhidə, xüsusilə ibadətdə olan tövhidə həddindən artıq təkid edirlər, lakin bu barədə düzgün düşüncələri və təfəkkürləri olmadığına görə salehlərə hər növ təvəssül etməyi, onların qəbirlərini ziyarət etməyi tövhidlə zidd hesab edirlər.[3] Əfqanıstanda ciddi fəaliyyət göstərən, çox irticaçı və kobud rəftarlar göstərən, qaba və tünd qanunlar icra edən və dünya xalqlarının islama və müsəlmanlara bədbinliyinə səbəb olan taliban qrupu özlərini sələfilərə mənsub edirlər.

Əfqanıstanda fəaliyyətdə olan kəlam firqələri

a) Şiə (onun izahı yuxarıda verildi)

b) Maturidiyyə: Əbu Mənsur Məhəmməd ibni Məhəmməd Maturidinin (333-cü ildə dünyadan gedib) ardıcıllarına maturidilər deyilir. Bu məktəb Əşərinin kəlam məktəbi ilə eyni zamanda – dördüncü əsrin əvvəllərində vücuda gəlmişdir. Maturidi kəlami istidlal üslublarında əhli-sünnətin kəlam məktəbləri arasında şiələrə ən yaxın olanıdır. Bu məzhəbin əqidələrindən bəziləri aşağıdakılardır:

1. Allahın sifətləri barəsində təşbehin inkarı və bu barədə olan ayələrin təvili (başqa mənaya yozulması);

2. Əqli hüsn (gözəllik) və qübhə (qəbahətə) etiqad;

3. Qiyamətdə Allahın görünməsinin mümkünlüyü (şiələr bunu inkar edirlər);

4. Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etməsi. Baxmayaraq ki, onların bəziləri son dövrdə sifətlərin zata artırılmasına işarə etmişlər.[4]

Sufilik təriqətləri

a) Qadiriyyə: Hənbəli məzhəbində olan Əbdül-Qadir Gilaninin ardıcıllarıdır. Bu firqə bütün islam ölkələrində mövcud olan sufi firqələrinin ən geniş yayılmış növüdür. Qadiriyyə firqəsinin böyük şəxsiyyətləri – Əbdül-Qadir Cəzairi və Daruş-şikvədir.[5]

b) Nəqşbəndi. Məşhur nəzəriyyəyə görə bu firqənin əsasını qoyan şəxs 6-cı əsrdə yaşayan Əbdül-Xaliq Ğəcdəvanidir. Əlbəttə, hazırkı nəqşbəndilər 8-ci əsrdə yaşamış Bəhauddin Nəqşbəndə mənsub edilirlər.

Bu firqə qadiriyyə firqəsindən sonra  ən geniş yayılmış sufi firqəsidir və hər hansı bir məntəqə ilə hüdudlanmır. Bu firqəni birinci xəlifəyə çatdırırlar, lakin onun şeyxləri silsiləsində imam Cəfər Sadiq (əleyhis-salam)-ın da adı vardır. Xacə Məhəmməd Parsa, Əbdür-Rəhman Cami və Şeyx Əhməd Sərhəndi kimi ariflər bu silsilədə təlim görmüşlər. Deyilmişdir ki, əksəriyyətdə olan sufi firqələrinin əksinə olaraq nəqşbəndiyyə firqəsinin arasında şiəliyə olan meyllər yoxdur.

Nəqşbəndi firqəsinin əsas prinsipləri: daim zikr, müraqibə və itaət halında olmaq.[6]

v) Çeştiyyə: Xacə Muinuddin Çeştinin (663-cü ildə dünyadan gedib) ardıcıllarıdır. Onların təlimatları mürid-murad, zikr, müraqibə və simadır (eşitmək). Zikrdə mürid təsəvvür etməlidir ki, şeyxi şəxsən onun yanındadır. Onların ədəb qaydalarından biri qocaların ayaqlarını öpmək və onların qarşısında səcdə etməkdir.[7]

2. Pakistan ölkəsində də çoxlu firqələr, məzhəblər və sufi təriqətləri vardır ki, onların içində ən çox fəaliyyətdə olanları aşağıdakılardır:

a) Fiqhi məzhəblər: hənəfi, şiə, hənbəli (sələfi);

b) Kəlam firqələri: şiə və maturidiyyə;

v) Sufi təriqətləri: divbəndiyyə, bəriluyyə, çeştiyyə, qadiriyyə.

Pakistanda fiqhi məzhəblər

a, b, v) Hənəfi, şiə və hənbəli (sələfi) barəsində yuxarıda izah verildi. Lakin burada bir məsələni xatırlatmaq zəruridir: hal-hazırda ciddi fəaliyyətdə olan, çoxlu terrorist əməliyyatları keçirən, imam Hüseyn (əleyhis-salam)-ın əzadar dəstələrinə hücum edərək onları qətliam edən, çox ağır cinayətlər törədən və müsəlmanlar üçün çox quru, kobud və ifratçı qanunlar təqdim edən “səhabə ordusu” dinin həqiqətini və məğzini dərk etmək istiqamətində çalışmaq əvəzinə dinin zahiri ilə kifayətlənir, özlərini sələfilərə mənsub edir və bununla öyünüb iftixar edirlər.

Pakistanda kəlam məzhəbləri

Maturudiyyə və şiə (onun izahı yuxarıda qeyd olundu)

Sufi təriqətləri

a) Divbəndiyyə

1297-ci ildə Hindistanda vəfat edən Şeyx Qasim Nanituyun vasitəsi ilə Səharənpur şəhərinin ətrafında yerləşən Divbənddə təsis edilən “Darul-ülum” mədrəsəsində mənsub edilir. Bu mədrəsənin təsis edənlərin əsas hədəfi islamın əsaslarını hənəfi məzhəbi əsasında gücləndirmək kimi qeyd olunmuşdur. Deyilmişdir ki, bu mədrəsənin rəislərinin məzhəbi etiqadda maturidi, fiqhdə hənəfi, təriqətdə çeştiyyə olmuşdur. Eyni zamanda nəqşbəndiyyə, qadiriyyə və söhrəvərdiyyəyə ehtiram qoyurlar.

Divbəndiyyənin etiqadlarından bəziləri: 1. Vəhdəti-vücud, 2. Sufiliyə mənsub olunan ədəb qaydaları, 3. Peyğəmbərlərin və övliyaların qəbirlərini ziyarət etməyin caizliyi, 4. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək məhzərinə təvəssül etməyin caizliyi, 5. İlahi sifətlər bölməsində bəzi ayələrin zahiri mənasının təvili (yozumu).

b) Biriluyyə. Bu məktəb Əhməd Rza Xan Biriliviyə mənsub edilir (1272-1340). Bu firqə qadiriyyə silsiləsindən olan sufi firqəsidir. Həqiqətdə biriluyyə, qadiriyyə firqəsinin böyüklərindən olan pir və miyanmirdir ki, İbni Ərəbidən çox ciddi şəkildə təsirlənmişlər. Buna görə də biriluyyənin vəhdəti-vücuddakı etiqadlarını və maturidiyyə əqidələrinin əsaslarını, o cümlədən əqli hüsn və qübh, Allahın zatı ilə sifətinin eyniyyət təşkil etməsini qeyd etmək olar. Əlbəttə, hal-hazırda bu firqə sufilikdən daha çox hədisə meyl edirlər.[8]

Mühüm məsələ: İngilislər Seyid Əhməd Biriluyə vəhhabiyyət ləqəbi vermişlər. Buna görə də adətən, onların yolunu davam edənlərə vəhhabiyyət ləqəbi verirlər. Amma məqsədləri məşhur vəhhabilik deyil və vəhhabilərin divbəndiyyə və bıriluyyə ilə əlaqələri tam mənada yaxşı deyildir. Lakin son zamanlarda onlarda hədisə meyl çoxaldığına görə vəhhabiliyə yaxınlaşmışlar, amma yenə də onlarla vəhhabilər arasında müəyyən fərqlər vardır.

Çeştiyyə və qadiriyyə firqələrinin izahı yuxarıda qeyd olundu.

Bu barədə əlavə məlumat almaq üçün vərəq altı haşiyələrdəki mənbələrə müraciət edə bilərsiniz.

 


[1] Zəmiri, “Fiqhi məktəblərdə tədqiqat, hənəfi məzhəbi bölməsi”; İslami, Rza, “Fiqh elminə müqəddimə”, Qum elmiyyə hövzəsinin müdiriyyət mərkəzinin nəşriyyatı, 1384-cü il, 1-ci çap

[2] Əllamə Təbatəbai, “İslamda şiə”

[3] Fərmaniyan, Məhdi, “Sünnü məzhəbləri, sələfilər bölməsi”, “Ədyan” nəşriyyatı, 1386-cı il, Qum, 1-ci çap

[4] “Əhli-sünnət firqələri”, Cəlali, “Maturidiyyə” məqaləsi

[5] Qəni, Qasim, “Sufiliyin tarixi”, “Zəvvar” nəşriyyatı, Tehran, 1383-cü il, 9-cu çap

[6] Yenə orada

[7] Zərrinkub, Əbdül-Hüseyn, “Dər costocuyi təsəvvüf”

[8] Yenə orada

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...