Baxanların
6396
İnternetə qoyma tarixi: 2009/11/01
Saytın kodu fa6680 Arxiv kodu 27238
Sualın xülasəsi
İnsanın təkamülü ixtiyar yoluyla və ixtiyari əməllərdən başqa yolla ələ gəlmir?
Sual
İslamai ayələrdən və rəvayətlərdən istifadə olur ki, insanın təkümülü ixtiyar və ixtiyari əməllərdən başqa yolla ələ gəlmir. Bunun mənası olur ki, insanın təkamülü ixtiyar yolundan (ذاتا" و فی حد ذاته) qeyri bir işlə mümkün deyil? Əgər belədirsə, onun fəlsəfi cəhətdən qeyri mümkün olmasının dəlili nədir? Məsələn Əgər fərz etsək Allah insan da başqa məxluqat kimi ixtiyarsız kəmala yetişsə, bu təkamülün nə iradı ola bilər? Zəhmət olmasa fəlsəfi cəhətdən cavab verin.
Qısa cavab

Fəlsəfi cəhətdən varıqların təkamülü seyri ən aşağı həddən ən ali dərəcəyə yetişənə qədər, həmişə belədir ki, aşağı dərəcəyə tənəzzül edib, vücud kamalatı yuxarı dərəcədə olur. Bu yuxarı dərəcədə öz kamillik dərəcələrinə sahib olur. Bu silsilənin bir tərəfində mütləq vücud qərar tapıbdır ki, ümumi həddə bütün kamalata sahibdir. O cümlədən kamalatdan biri iradə və ixtiyar sifətidir ki, varlığın bütün dərəcələrində hər varlığın zərfiyyəti həddində tənəzzül tapıbdır. Bu nəzərdən iradə və ixtiyarın müxtəlif növləri onun müxtəlif dərəcələrində bütün varlıqların zatında və bütün dərəcələrdə, Allahın iradəsi məxluqun varlığı yoluyla sadir olur.

Buna əsasən bu sualın əsası ki, nə iradı var insanda digər varlıqlar kimi iradə olmadan təkamül etsin, fəlsəfi cəhətdən səhv ön fərziyyələr əsasında qurulubdur. Məcburi təkamülün qeyri mümkün olmasının dəlili budur ki, iradə və ixtiyar zatı olsa, bunun təsəvvürü ki, varlıq məcburi şəkildə təkamülə yetişir mənası budur ki, vücudi təkamülü əsnasında ixtiyarda təkamüli olmur. Bir halda ki, bu iki iş birdir və bir- birinin eynidir. İnsan haqqında da ki, ixtiyarın ən yüksək həddinə məxsusdur. Allahın

Xəlifəlik məqamı onun həmin ixtiyar məqamıdır ki, onun bütün məxluqlara üstün olmasına səbəb olubdur. Onun insandan alınması həqiqətdə həmin məqamın və dərəcənin alınması deməkdir. Bu da hədəfin və qərəzin ziddi hesablanır.

Başqa sözlə desək heç bir təkamül yoxdur məgər o təkamül varlığın dərəcələrində olsun və varlığın dərəcələrində olan təkamül, ixtiyar dərəcələrində olan təkamülün özüdür. Ariflər onu eşq adlandırıblar ki, Allahın əmanətidir və ixtiyarın əsl zatı hesablanır. Allah xəlifəliyi ki, insan təkümülünün zirvəsidir həqiqətdə İlahi eşqdə fani olmaq və Allahda (bəqa billah) qalmaqdır. Bu zatən ixtiyarın ən ali dərəcəsini tələb edir.

Ətreaflı cavab

İnsan təkamülündə ixtiyarın zəruri olması haqqında olunan sual, fəlsəfi olub və fəlsəfi cavablandırılmaqdan əvvəl, kəlami bir şübhədir ki, kəlami mövzulardan qaynaqlanıbdır. Amma əgər fəlsəfi baxışla bu məsələnin dərinliyinə getsək təkamül mövzuları haqqında gərək varlıq dərəcələrində ixtiyar və Allahın ədaləti haqqında düşünməliyik.

Mütaliə fəlsəfəsi və nəzəri irfan bu mövzu haqqında bir sıra mətləblər ixtiyarımızda qoyur. Bu mətləblər bir çox qaranlıqları və sualları cavablandırır. Çox vaxt varlıq aləminə nisbət dərin düşünəndə şübhələr öz- özünə həll olur.

Fəlsəfi cəhətdən təkamüldə ixtiyarın və iradənin yerini bəyan etmək üçün giriş etmək lazımdır. Giriş budur ki, təkamül yolunda varlıq hərəkəti maddi mərhələdən ayrılmaqdan başlanıb Allahın xəlifəlik məqamına yetişənə qədər davam edir ki, varlıq aləminin sonu və hədəfi hesablanır.

Təkamülün və vücudun hər dərəcəsi ən aşağı həddən ali dərəcələrə qədər əlaqəli vücuddan bir dərəcəyə sahibdir. Bu onun Həqq Taala dərəcəsinə yaxınlığını göstərir. Hər bir dərəcə öz kamalatına sahibdir. Ən aşağı dərəcədə yüksək kamalata sahibdir amma tənəzzül olunmuş həddədir. Beləliklə hər bir varlıqda onun varlıq şiddətinə əsasən müxtəlif varlıq kamalatı vardır. Hər dərəcədə tənəzzül tapmış kamallar onun qabiliyyəti həddə aşkar olur.

Bu varlıq kamalatından biri həmin iradə və ixtiyar sifətidir və hər bir dərəcədə ondan xüsusi bir hədd zahir olur.

Ariflər bəzən bu ümumi məfhumdan ki, bütün xilqətdə var, eşq adlandırıblar.

Quranda da məxluqların təsbihi və cəzası təbiri olubdur.

Bu nəzərə əsasən heç bir varlıq hətta camadat və otlar bu qaydadan müstəsna deyillər.

Necə ki, Molla Hadi Səbzvari varlıq aləmində ixtiyar dərəcələrinin olması aləmində ixtiyar dərəcələrinin olması haqqında belə yazıbdır: "Bütün əşyalar ixtiyarlı qadirin zahir etdikləridirlər buna görə hamı ixtiyarlıdır, hətta camadat öz zərfiyyətinə görə. Nəticədə bəndə ixtiyarlı (muxtar) qadirin zühurudur bu yolla onda qüdrət və ixtiyar var".[1]

Buna əsasən o zaman ki, iradə sifətin bəlkə ixtiyari vücudun zatında və onun dərəcələrində tapırıq və onu vücudun zatı bilirik. Görəcəyik ki, fəlsəfi cəhətdən bir varlığın iradəsi və ixtiyarı olmadan təkamül təsəvvürü mümkün deyil. Bunun təsəvvürü ki, varlıq məcburi şəkildə təkamülə yetişir, mənası budur ki, vücudu təkamül əsnasında ixtiyarda təkamülü olmur.

Bir halda ki, bu iki iş birdir və bir- birinin eynidir. İnsan haqqında ki, ixtiyarın ən yüksək həddinə məxsusdur, Allahın xəlifəlik məqamı onun həmin ixtiyar məqamıdır ki, onun bütün məxluqlara üstün olmasına səbəb olubdur.

Onun insandan alınması həqiqətdə həmin məqamın və dərəcənin alınması deməkdir. Bu da hədəfin və qərəzin ziddi hesablanır.

Başqa sözlə desək ixtiyar varlığın hər bir dərəcəsində ikinci dərəcəli iş deyil bəlkə o dərəcənin zatının bir hissəsi hesablanır. Buna əsasən onu vücudun zatından ayırlaq mümkün deyil.

Fəlsəfi cəhətdən varlıq aləmində ki, onun müxtəlif dərəcələrində agahlıq və şüur var, əsasən cəbr hakim deyil ki, insan təkcə ondan istisna olmuş olsun. bəlkə əksinə nə təkcə insan dünyanın bütün məxluqları təfviz olmadan ixtiyar qaydasına şamildirlər. Amma insan Allah xəlifəliyinə lazım xüsusi həddə ixtiyardan bəhrələnibdir. Buna İlahi əmanətdə deyilir.

Bu məqam insanın əsl məqamıdır və bu məqama görə dünyanın bütün məxluqatına üstün olubdur. Necə ki, Qurani kərimdə buyurur:

«إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا»[2]

Bir əmanəti göylərə yerə və dağlara təqdim etdik, ama onu götürməkdən boyun qaçırtdılar və ondan qorxurlar və insan onu götürdü və o zalim və nadandır".

Buna əsasən təkümül ümumi şəkildə və Allah vilayətinə və xilafətinə nayil olmaq xüsusi şəkildə insan haqqında, ixtiyar olmadan əqli cəhətdən qeyri- mümkün hesablanır. Bu cəhətdən əvvəldən Allahın iradəsi ali feyzlə məxluqata nisbət baş veribdir. Amma məxluqatın zatı şəkildə tələbləri onların kamilliyinin zahir olmasına mane olubdur.

Hər nə bizim əndamımızın nasaz qamətindəndir.

Yoxsa sənin təşrifin kiminsə başı üzərindən əskiy deyil.

Deyilənlərdən aydın oldu ki, varlıqda olan təkamül ixtiyarda olan təkamülün eynidir.

Onun ali dərəcəsi də Allah xəlifəsi omaqdır. Varlıqda ali dərəcə ixtiyar da ali dərəcəni tələb edir. İrfanıi nəzərdən də xəlifəliyi öz zatında bu mənayadır ki, insan nəhayətdə Allah eşqində fani olur və Allahla qalır.

Bu ən uca eşq dərəcələrinin tələbidir. Eşqdə ixtiyarın zatıdır. Buna əsasən insan təkümülünün nəhayətin təsəvvür etmək ki, Allahçı olmaq iradəsinin aynasıdır. Eşq gövhəri olmadan zatən qeyri mümkündür və eşqin məcburluqla arası yoxdur, bəlkə eşq ixtiyarın əsl gövhəridir.[3]

 


[1] - Qədrdan qara mülki, Məhəmməd Hüseyn, Cəbr və ixtiyara üçüncü baxış, səh 159, nəql olunub, Səbzvari, Molla Hadi, Əsrarül- hökm, səh 113.

[2] - Əhzab surəsi, ayə 72.

[3] - bu mövzuda artıq axtarış üçün əlaqəli mövzularda fəlsəfi və irfani cəhətdən "Əmrun beynəl- əmreynə" habelə bərzəx aləmində iradə, ixtiyar və vücudun dərəcələrinə müraciət edin.

 

Başqa dillərdə Q tərcümələr