Please Wait
24986
İslam dininin bəyanına əsasən ilkin surətdə bütün qərarları insan öz əql və zəkası ilə irəli sürməlidir. Amma əgər insan öz əql- zəkası ilə düzgün qərar verə bilməsə, bu halda əql insana başqalarının təcrübəsindən istifadə edərək məsələni daha şəffaflaşdırmağı əmr edir. Əgər bununlada nəticə əldə olunmazsa "əql" yenidən kimdənsə məsləhət almağı irəli sürür. Sonra əql və zəka ən mehriban varlıqdan "Allah- Taaladan" məsləhət almağı əmr edir. O elə bir məsləhət verəndir ki, bütün insanların yaxşılığını istəyir. Belə məsləhətə İslam mədəniyyətində "istixarə" deyirlər. yəni ən gözəl xeyir istəmək və xeyir tələb etmək istixarə adlanır.
Bu sualın cavabını dəqiqləşdirmək üçün istixarə barəsində aşağıdakı verilən qeydlərə nəzər salmaq lazımdır.
1). İslam dinində bütün qərar və əmirlərin başında insanın öz əql- zəkası durur. Yəni İslam dini hər bir şeyin qərarlaşmasını insanın öz öhdəsinə qoynuşdur. İslam dininin bəyanına əsasən "əql"Allah- Taalanın insana bəxş etdiyi ən böyük dəyərli nemətdir. İnsan öz əqlinin çırağı ilə bütün qaranlıq yolları keçərək səadətə yetişə bilər. bu minvalla həyatının bütün çətinliklərini asanlıqla həll edə bilər. Qurani kərimdə də Allah- Taala insanlara bütün işlərini zəka və əqillə yerinə yetirməyi dəfələrlə əmr etmişdir. Həmçinin öz işlərini ağılsız yerinə yetirən şəxsləri ən pis yaradılış adlandırmışdır.[1]
İmam Əlinin (ə) bəyanına əsasən Peyğəmbərlərin gəlmələrinin əsas səbəblərindən biri də insanların ağıllarının çiçəklənməsidir.[2]
Hətta müqəddəs şəri hökümlərin çıxarılmasında da əqlin amillərdən biri olması bəllidir.
2). Həmçinin İslam dinində konkret olaraq bir qərara gəlməkdə əqlə kömək edən amillərdən biri də "məsləhət" dir. Yəni başqalarının həyat təcrübəsindən istifadə etməklə məsələyə şəffaflıq gətirmək insan əqlinin vasitəsi ilə həll edə bilməyəcəyi məsələləri bəzən məsləhətin vasitəsi ilə çox asan şəkildə həll edə bilir. Yəni bir sözlə desək "məsləhət əqlin məsələdə olan naqisliyini kamilləşdirir.
3). Amma bəzən də görürsən ki, insan uzun- uzadı təfəkkürdən və məsləhətdən sonra yenə də tərəddüddədir. Yəni özünü heç bir anlamda sakinləşdirə bilmir. nəzərdə tutduğu məsələnin həlli daim onu narahat etməkdir. Bu yerdə zəka və şəriət insanı ayrı bir qapıdan məsləhət almaq üçün istiqamətləndirir. O qapı elə bir qapıdıdır ki onun sahibi bütün bəndələrin pis və yaxşı əməllərindən agah olduğu halda yenə də insanların yaxşılığını istəyir. İslam dinində bu terminin adı "istixarə"dir. İstixarə sözünün birini seçmək və gözəllik axtarmaqdır.[3] Əlbəttə bunu da qeyd edək ki, "istixarə" sözünün lüğətdə əsas iki mənası vardır. Biz əvvəldə qeyd etdiyimiz məna (xeyir tələb etmək) İslam dininə və hədislərə aid edilir. Yəni əsas mənanı özünə oradan cəlb edir. Dini hədislərə istinad edərək deyə bilərik ki, ən düzgün zərərsiz məsləhətdə elə budur. Bundan əlavə belə istixarə etmək dua ünsürlü olduğu üçün ibadətdən hesab olunar. Çünki bu yerdə bütün şəkk- şübhələr aradan gedər və tərəf müqabilin ürəyi sərinlik tapar. İmam Sadiq (ə) bu barədə buyurub: "Allah- Taala deyir: Mənim bəndələrimin çatışmayan cəhəti və bədbəxtçiliyi bundadır ki, işi görməzdən əvvəl istixarə etdirmirlər".[4]
İstixarənin ikinci mənası isə xeyir tələb etmək və şəkk şübhəni aradan aparmaqdır. Müqəddəs İslam dinində istixarənin ikinci mənası barəsində üç nəzər irəli sürülmüşdür:
1). Bəzi baxışlarda hətta ən kiçik əqli məsələni belə istixarə yolu ilə həlledir və Allaha pənah aparırlar.
2). Bəziləri isə bütün işləri əqlin və təfəkkürün öhdəsinə qoyur və istixarəni inkar edirlər.
3). Amma üçüncü sırada özünə yer tutmuş insanlar isə zəkanın və məsləhətin məqamını qorumaq şərti ilə istixarədən elə istifadə edir ki, əql və məsləhət ona əhsən deyir. İslam dininin ən çox bəyəndiyi və təsdiq etdiyi istixarə növüdə məhz elə budur. Çünki qeyd etdiyimiz kimi, istixarə əqlin və məsləhətin yetmədiyi və həll edə bilmədiyi iki yoldan birini insana həvalə edir.
İstixarə halal və haramı, vacib və qeyri vacibi, müsbət və mənfini... bir- birindən ayırmaq üçün deyildir. Əksinə iki yoldan birindən Allah- Taaladan xeyir deləməkdir. Amma gələcəkdə nə baş verəcək və ya gələcəkdə bu işi edim ya xeyir, bu kimi işlər artıq baxıcılığa bənzər əməllərdir və istixarə bu kimi işlərdən xaricdir. Həmçinin necə istixarə etmək barəsində də İmamlardan (ə) bir sıra göstərişlər bizə gəlib çatmışdır.[5]
Nəticə:
İstixarə və onun barəsində yuxarıda dediklərimizlə kifayətlənirik. Əgər sual verənin kitab açmaqdan məqsədi elə istixarədirsə, yuxarıda qeyd olunanlar ona da şamil olur. Əgər bundan ayrı bir anlamdırsa, bizim bu barədə dəlillərimiz yoxdur.