Ətraflı axtarış
Baxanların
11324
İnternetə qoyma tarixi: 2010/02/20
Sualın xülasəsi
Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə fitnəsini yatırtmaqdan qorxurdumu?
Sual
Mənim nəzərimdə Nəhrəvan döyüşündə heç bir xəvaric münhərif olmamışdır; çünki həzrət Əli (ə) Müaviyə fitnəsini yatırtmaq üçün qorxurdu və yəqin olaraq bildirdi ki, Müaviyə münafiqdir və öldürülməsi lazımdır.
Qısa cavab

Xəvaric Əlinin (ə) tərəfdarları olan bir dəstə idi ki, Siffeyn döyüşündə hakimiyyət cərəyanında o həzrətdən üz çevirdilər, o həzrətdən itaət etməyib xarici adlandırıldılar. Bunun üçün də onlara Mariqin də deyilir.

Xəvariclərin münhərif olması (haqqı azmaları):

Bu dəstə bir çox yerlərdə haqqı danmış və yollarını azmışdırlar. Lakin onlardan bəzilərinə işarə edirik:

1. Əhli sünnət əqidəsinə əsasən Əli (ə) Peyğəmbərin (s) dördüncü xəlifəsi idi lakin şiə əqidəsinə əsasən O həzrət birinci İmam və Allah Peyğəmbərinin vəsisi və canişinidir ki, ondan itaət etmək vacibdir. Amma Nəhrəvan əhalisi o həzrətlə müxalifət edib nəticədə o həzrətlə müharibə etdilər ki, ən böyük haqq yoldan azmaq kimi sayılır.

2. Xəvaric elm və dindən bəhrələnmədiyi üçün Siffeyn döyüşündə İmamların Quranı nizələrə keçirməsi hiyləsindən sonra dedilər: Bunlar da bizim kimi müsəlmandırlar onlarla müharibə etmək olmaz lakin Əli (ə) ki, Əməvilərlə saziş bağlamağa razı deyildi məcbur etdilər hakimiyyətə razılıq versin, lakin qəbul etdikdən sonra O həzrətlə müxalifət etdilər.

3. Xəvariclərin İmam Əliyə (ə) tutduqları nöqsanlardan biri də bundan ibarət idi ki, deyirdilər: "" إن الحکم الا لله ayəsinə əsasən hökm yalnız Allaha məxsusdur və odur ki, həkəmeyni qəbul etmək yəni Quran və qeyd olunmuş ayəyə diqqətsizlik! Ayədən bu cür səhv anlayış əldə etmək bu məzhəbin digər çaşqınlıqlarından sayılır.

4. Onların başqa bir haqdan uzaq olmalarından biri də bu idi ki, deyirdilər: Hər kəs kəbirə günah etsə İslamdan çıxmış və kafir sayılır, yalnız o halda ki, tövbə edib müsəlman ola. Buna əsasən müsəlmanların can və mallarını özləri üçün halal bilirdilər. Amma O həzrətin müaviyəylə müharibə etməsi barəsində şübhə içində qalması, kifayətdir Həzrətin Siffeyndə Şam camaatına söylədiyi sözlərə diqqət etmək lazımdır ki, döyüş meydanından qaçdılar. Həzrət buyurdu: (Gedin) onlardan qalanlarını öldürün çünki onlar şeytanın dostlarıdırlar, öldürün o şəxsləri ki, Allah və onun Peyğəmbərinin dediklərini yalan sayırlar.

Bunun üçün də O həzrət Müaviyəylə müharibə etməkdə iki fikirli deyil bəlkə bunu istəyir və öz tərəfdarlarını bu işə dəvət edirdi.

Ətreaflı cavab

Münasib cavab əldə etmək üçün iki hissədə bəhs edirik.

Birinci: Nəhrəvan döyüşündə Xəvariclər haqq yoldan azmışdılarmı?

İkinci: Əli (ə) Müaviyə fitnəsini yatırtmaqda nigaran idimi; yəni yəqin etmirdi ki, Müaviyə münafiqdir onu öldürmək lazımdır?

Bəhsə başlamamışdan əvvəl yaxşıdır ki, bu dəstə barəsində bəzi açıqlamalara işarə edək:

Bu dəstə Mariqin, Xəvaric və Nəhrəvanlılar kimi tanınmışdırlar. "Mərq" Ərəb lüğətində xaric və çıxmaq mənasında istifadə olunur o cür ki, deyirlər:

«يمرق السهم من الرمية»

yəni ox kamandan çıxdı.[1]

İmamların vəsfi zamanı oxuyuruq:

«الرَّاغِبُ عَنْكُمْ مَارِقٌ»[2]

Mariqun o şəxslərdir ki, Allah dinindən çıxıb Peyğəmbərin (s) canişiniylə müharibə etməyi özlərinə icazə verdilər.[3]

Başqa bir ibarətlə; Əlinin (ə) tərəfdarları olan bir dəstə ki, Siffeyn döyüşündə həkəmiyyət cərəyanında O həzrətlə müxalifət edib O həzrətdən ayrıldılar və O həzrətdən itaət etməkdən xaric oldular odur ki, onlara Mariqin deyilir.[4]

Xəvaric Peyğəmbərin (s) kəlamında

Baxmayaraq ki, xəvaric zahirdə Müsəlman, namaz oruc və ... əhli idilər odur ki, digər müsəlmanlar onlarla müharibə etməyə çətinlik çəkirdilər odur ki, Peyğəmbər əvvəlcədən bu dəstədən xəbər vermiş və onları tanımağın nişanələrini açıqlamışdır. Misal üçün:

A: O həzrət xəvariclər barəsində buyurur: Tez bir zamanda mənim ümmətimdən xoş söhbət və çirkin rəftarlı dəstə yaranacaqdır, onlar insanları Allah kitabına doğru dəvət edərlər bir halda ki, özlərinin ondan xəbəri olmaz. Quranı oxuyarlar lakin onu oxumaqdan bəhrələnməzlər, dindən xaric olarlar o cür ki, ox kamandan xaric olar. Onlar dinə qayıtmazlar o cür ki, ox kamana doğru qayıtmaz, onlar ən pis məxluqlardır. Sevinsin o şəxslər ki, bu tayfanın əliylə ölərlər və yaxud onlarla döyüşüb onları öldürsün. Hər kəs onları öldürsə onlardan layiqlidir, bu zaman soruşdular: Ey Allahın Rəsulu! Bu cür insanların əlamətləri nədir? Buyurdu: Bu tayfanın nişanəsi başlarını ülgüclə qırxarlar. Bu hədisi Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql etmişdir.[5]

B: Peyğəmbər (s) Əli (ə)- a buyurur: Məndən sonra Nakissinlərlə (Cəməl əshabı) Qasitin (Müaviyənin əshabı) və Mariqin (xəvariclər) döyüşəcəksən.[6]

C: Əli (ə) Xəvariclərlə müharibəyə getdiyi zaman buyurdu: Əgər bundan qorxum olmasaydı ki, bu cihadın nə qədər savabı vardır və bu işdən çəkinəsiz, hər an sizə xəbər verərdim Peyğəmbərin (s) bu yollarını azmışlarla müharibə etməyi ki, onların haqq yoldan azmaları üzündəndir. Həqiqətən onların arasında əli qısa və naqis, qadın sinəsi kimi sinəsi olan bir kişi vardır, onlar Allahın ən pis bəndəsi və yaradılmışların ən çirkinidir. Onları öldürən Allahın ən yaxın bəndələridirlər. O şəxs Məxrəc (yəni naqis) ləqəbiylə o tayfadadır lakin bu ləqəblə məruf deyildir. Lakin öldürüldükləri zaman Əli (ə) onu ölülər arasında axtarmağa başlayıb dedi: And olsun Allaha yalan demədim və mənə yalan deyilməd, (o halda axtarırdı) sonra onu ölülər arasında tapdı bu zaman onun köynəyini kənara kəçib çiyinində qadın sinəsi kimi şiş müşahidə etdi...Əli (ə) onu tapdıqda təkbir deyib buyurdu: Həqiqətən bu həqiqəti axtaran insanlar üçün ibrətdir.[7]

Xəvariclərin haqq yoldan azmaları

Xəvariclər bir neçə yerdə haqqdan üz çevirərək yollarını azmışdırlar. Biz burada Məsum İmamların (ə)[8] rəvayətlərindən bəhrələnərək onlardan bir neçəsinə işarə edib açıqlayırıq.

  1. Peyğəmbərin xəlifəsi və Məsum İmamın əleyhinə qalxmaq

Sünnü əqidəsinə əsasən Əli (ə) Peyğəmbərin (ə) dördüncü xəlifəsi, şiə əqidəsinə əsasən isə birinci Məsum İmam və Peyğəmbərin vəsisi və canişinidir. Ondan itaət etmək vacibdir lakin Xəvaric O həzrətin əksinə çıxaraq onunla müxalifət etdilər və nəticədə o Həzrətlə müharibə etdilər ki, onların ən böyük yollarını azmalarından hesab olunur. Odur ki, Sünnü məzhəblərindən olan Mötəzilə və Əşairə Xəvaricləri kafir bilirlər.[9]

Əli (ə) Abdullah ibni Abbası Xəvariclərə tərəf göndərdiyi zaman o camaatın yanına gedib dedi: Ey dostlar maraqlıdır sizin kimi bir camaat öz İmamından üz çevirib ona qarşı düşmən olmusunuz?[10]

  1. Dindən səhv nəticə əldə etmək üzündən həkəmiyyəti qəbul etməkdə israrlı olmaları

Xəvariclər baxmayaraq ki, döyüşlərdə bir çox ölkələri fəth etmişdilər lakin dindən yalnız onun zahirini anlayıb dindən yüksək dərəcədə dərk etməmişdirlər. Siffeyn döyüşündə Şamlıların hiyləgərcəsinə Quranı nizələrə keçirməsindən sonra dedilər: Onlar da bizim kimi müsəlmandırlar onlarla müharibə etmək olmaz və Əlini (ə) ki, Əməvilərlə saziş etməkdə razı deyildi məcbur edib həkəmiyyətə razılıq aldılar.

Əli (ə) onlara nəsihət olaraq buyurur: Məgər onlar Quranları hiylə üzündən nizələrə keçirdikləri zaman demədiniz: Bu camaat bizimlə qardaş və bir məsləkdədirlər? Bizdən fürsət istəyib Qurana sığınmışdırlar, bəs bizim nəzərimiz budur ki, onlara inanıb onlardan əl çəkək?

Mən cavabında sizə dedim:

Bu zahirdə iman daxildə isə düşmənçilik və ədavət olan bir işdir. Əvvəli rəhmət nəticəsi isə peşmançılıqdır! Olduğunuz kimi qalın əvvəlki yolunuzdan çıxmayın, cihad zamanı düşmənlərinizi sıxıb hər səs- küyə etina etməyin; çünki bu hay- küyə cavab verdiyinizdə yolunuzu azacaq və etina etmədiyiniz zaman onlar zəlil və xar olacaqlar.[11]

Lakin yenə də görürəm ki, onlar öz İmamlarının sözündən çıxıb münhərif oldular.

  1. " إن الحکم الا لله" ayəsi barəsində münhərif olmaları

Xəvariclərin ən mühüm münhərif olduqları yerlərdən biri də bu idi ki, İmam Əli (ə)- a nöqsan tutaraq deyirdilər:

«إن الحکم الا لله»[12]

ayəsinə əsasən hökm Allaha məxsusdur odur ki, həkəmiyyəti qəbul etmək yəni Quran və qeyd olunmuş ayəyə diqqətsizlik! Baxmayaraq ki, həkəmiyyət barəsində olunan dəlil batildir, lakin biz onun əhəmiyyətinə əsasən həll və nəqs edici bir neçə dəlilə işarə edirik.

Həll edici cavab

Əli (ə) həkəmeyn barəsində buyurur: Biz bu ixtilaf və döyüşü sona vermək üçün, digərlərini bu iş üçün təyin etməmişik, bəlkə yalnız Quranı təyin etdik, Quran cild arasında olan xətlərdən ibarət olduğu üçün, dil açıb danışmır odur ki, tərcümə edən bir şəxsə ehtiyacı vardır. Bu zaman yalnız insanlar ondan söz aça bilər. O zaman ki, onlar məni dəvət etdilər bizim aramızda Quran hakim olsun, biz o cür bir tayfa deyildik ki, Qurandan üz çevirək bir halda ki, Allah- Taala buyurur: Əgər .bir şeydə ixtilaf etdiniz onu Allah və onun Rəsuluna tapşırın"[13] ixtilafları Allahın ixtiyarında qoymaq o deməkdir ki, onun kitabını hakim seçək və ixtilafları onun Peyğəmbərinə tapşırmaq isə onun dediklərinə əməl etmək deməkdir. Hər zaman İlahi kitab hakimliyə tələb olunsa, biz ən layiqli insanlar olarıq və əgər Peyğəmbərin (s) dediklərinə əməl olunsa onun dediklərinə sayğılı insanlar olarıq (odur ki, hər iki halda haqq bizimlədir).[14]

Başqa bir məzmunda Həzrət Əli (ə) onların cavabında buyurur:

«کلمة حق یراد بها الباطل»[15]

Çünki Xəvariclərin لا حكم الّا للّه cümləsinin tərcüməsində deyirdilər, hər hansı bir Allah kitabında yoxdursa ondan itaət etmək düzgün deyildir və ona əməl etmək rəva sayılmır. O həzrət buyurur: Bəli Allah hökmündən başqa hökm yoxdur. Lakin Xəvariclər öz mənfəətləri üçün Allah hökmündən başqasını istəyir və Allahdan başqa rəhbərliyi inkar edirlər, bunlara əsasən əgər Allahdan başqası üçün heç bir əmr və hakimiyyət yoxdursa, Allahdan başqası üçün rəhbərlik və hakimiyyətdə (nəfy) inkar olunur; çünki hökmü sabit etmək və cəmiyyətin mənafeyini nəzərə almaq camaatın məişətinə riayət etməkdir. Xəvariclərin vasitəsiylə hökmü Allahdan başqası üçün nəzərdə tutmaq, hökmü insanların ixtiyarından kənar nəzərdə tutmaqdır. Hakimiyyəti Xəvariclər tərəfindən inkar etmək səbəb oldu ki, İmam onları təkzib edib buyursun: "Şübhəsiz ki, insanlar xeyirxah və yaxud onun əksinə olmalıdırlar". Başqa cür desək Xəvaric Allah hökmündən başqa hökmləri inkar etdikləri üçün əslində hakimiyyəti inkar etdilər lakin Allah hakimiyyətindən başqa hakimiyyəti inkar etmək batil fikirdir. Nəticə alırıq ki, Xəvariclərin də bu cür fikirləri batildir, sonra o Həzrət buyurur: Amma cəmiyyət üçün xeyirxah və yaxud pis insanın rəhbərliyi lazımdır. Bunun üçün də Xəvariclərin bu fikrini icra etmək mümkün deyil və rədd olunur.[16]

Köklü cavab

Əgər bu ayəni Xəvariclərin dediyi kimi qəbul etsək Peyğəmbərlərin, İmam və bizim həyatımızda bir çox nöqsan və çatışmamazlıqlarla qarşı- qarşıya gələcəyik ki, onlardan bəzilərinə işarə edirik.

İmam Baqir (ə) Nafeə buyurur: Bu Mariqə (xəvariclərə) de necə Əmirəl- möminindən (ə) ayrılmağı caiz bildilər o halda ki, onun kənarında Allaha yaxın olmaq üçün ona kömək etməklə (həkəmiyyət cərəyanından əvvəl) öz qanlarından keçdilər? Sənin cavabında deyəcəklər: O Allah dini barəsində hakim qərar verdi, onlara de:

A: Allah özü də Peyğəmbərinin (ə) şəriətində hakimliyi öz bəndələrindən iki kişiyə tapşırmışdır o yerdə ki, (kişiylə qadın arasında ixtilaf olduqda) buyurur: "Bəs kişinin və qadının tərəfindən iki nəfər kişi hakim olaraq təyin edilsin, əgər onlar (kişi və qadın) barışmaq istəsələr Allah onlar arasında mehribançılıq yaradar.[17]

B: Allahın Rəsulu (s) Bəni Qərizə döyüşü cərəyanında və onların həyatı barəsində hakimliyi Səd ibni Məaza tapşırdı...[18]

Bunun üçün də İmam Əli (ə)- a nöqsan tutmaq olmaz çünki O Həzrət Allahın kitabına və Peyğəmbərin dediklərinə əməl etmişdir.

  1. Başqa bir münhərif olmaları isə kəbirə günah əhlini kafir bilmək

Onlar deyirlər: Kəbirə günah edən şəxs dindən çıxmış və kafir sayılır, yalnız o halda ki, tövbə edib müsəlman olsun.

Buna əsasən müsəlmanların can və mallarına (öz fikirlərinə) əsasən kafirlər) təcavüz etməyi halal bilirlər).

Əli (ə) bu barədə Xəvariclərə deyir: Əgər düşünürsünüz mən xəta edib haqq yoldan azmışam, bəs nə üçün Peyğəmbər ümmətinin hamısını mənə görə münhərif sayırsınız? Mənim səhvimi onlar üçün hesab edirsiniz? Onları mənim günahım üzündən kafir sayırsınız?

Qılınc ələ alıb bilməzcədən zərbə endirir günahlı və günahsızı bir sayaraq qılıncdan keçirirsiniz? Bir halda ki, bilirsiniz Allahın Rəsulu (s) ailəli zinakarı daş- qalaq etdikdən sonra ona namaz qıldı və mirasını ailəsinə verdi, qatili öldürüb mirasını ailəsinə verdi, oğrunun əlin kəsib ailəsi olmayan zinakarı cəzalandırdı və qənimətdən onların payını verdi ki, müsəlman qadınlarla ailə qursunlar. Bəs Peyğəmbər (s) onları günahları üçün cəzalandırır və İlahi həddləri onlar üçün icra edir lakin İslamda olan haqqlarını payimal etmir, onların adlarını müsəlmanlar dəftərindən silmir. (Bəs kəbirə günah etməklə kafir olmalıdır) siz (Xəvaric) ən pis camaat və şeytanın əl vasitəsi digər insanların haqq yoldan azmasına səbəb olursunuz.[19]

Amma Sualın ikinci hissəsi

Əli (ə) Müaviyə fitnəsinin atəşini yatırtmağa inanırdımı?

Bu suala cavab vermək üçün Əlinin (ə) Müaviyə barəsində olan nəzərinə işarə edirik ki, məlum olsun o həzrət Müaviyə fitnəsini yatırtmaqda iki fikirli idi ya xeyr?

Birinci: Mötəzilə məzhəbindən olan ibni Əbil Hədid adlı alim nəql edir: Peyğəmbərin (s) səhabələrindən olan bir çox dəstə Əliylə (ə) birlikdə idilər ki, Peyğəmbərdən (s) eşitmişdilər Müaviyəni müsəlman olduqdan sonra lənətləmiş və buyurmuşdur: Müaviyə kafir, münafiq və cəhənnəm əhlidir. Bu haqda rəvayətlər məşhurdur.[20]

Necə olur ki, Əlinin (ə) əshabı bu rəvayəti eşidir lakin Əli (ə) özü bunu eşitmir?

İkinci: İmam (ə) Müaviyənin təhdidləri qarşısında öz məktubunda yazır: (İslamdan əvvəl) hamımız mehriban və bir idik amma sizinlə bizim aramızda əvvəlcədən iman və küfr əsasında ayrılıq düşdü biz (Allaha və onun Rəsuluna) iman gətirdik siz isə kafir oldunuz. İndi isə biz haqq yolda payidar siz isə haqqdan azmısınız. Sizlərdən hər bir şəxs iman gətirərsə çarəsizlikdəndir; çünki İslamın ilk günlərində Allahın Rəsuluyla döyüşürdünüz.[21]

Üçüncü: Bu bir sualdır ki, Xəvaric ibni Abbasdan soruşmuşdurlar və Əli (ə) onu eşitdikdə cavabında buyurur: Elə dediniz ki, sən özün də şübhəyə düşdün. Həkəmeyn barəsində dediniz Müaviyə və bizim haqqımızda nəzər edin əgər Müaviyə bizdən layiqlidirsə, onu vilayət məqamına təyin edin və əgər mən camaat üçün vilayət və xilafət məqamına layiq görülürəmsə, o zaman məni bu məqama təyin edin. Mənim bu sözüm Müaviyəyə və digərlərinə nisbətdə şübhə üzündən deyil bəlkə yalnız insaf üzündən idi ki, Allah- Taala buyurur: Şübhəsiz biz sizinlə hidayət və ya aşkara münhərif edirik.[22] O halda Allahın heç bir şübhəsi yox idi və bilirdi ki, Peyğəmbəri haqdır lakin bu cür söyləyir. Xəvariclər deyirlər: Ey Əli (ə) bu da sizin əksinizə olan bir dəlildir bizim etirazımız qarşısında.[23]

Həzrət Əlidən (ə) iki hədislə Siffeyn döyüşündə O həzrətin mövqeyini açıqlayır bəhsi sona yetiririk.

O həzrət Kufə məscidində minbərə çıxıb buyurur: Ey Kufə camaatı düşmənlə qarşı- qarşıya durmursunuz əgər qalxmasanız Allah sizin onlardan layiqli olduğunuz bir dəstəni sizə hakim qərar verəcəkdir. Digər bir yerdə Siffeyn döyüşündəki Şamlılar döyüş səhnəsindən qaçırlar öz ətrafında olanlara buyurur: (Gedin) onları qalanlarını ki, şeytanın dostlarıdırlar öldürün, öldürün o şəxsləri ki, deyirlər Allah və onun Peyğəmbəri yalan dedilər.[24]

Bunun üçün də O həzrətin Müaviyəylə döyüşdə heç bir şübhəsi yox idi bəlkə öz dostlarını onunla döyüşməyə çağırırdı.

Bu cür haqdan azmaq bununla nəticələndi ki, bu dəstə (ibni Mülcəm və həmkarı Əməs ibni Qeysin vasitəsiylə) O Həzrəti şəhadətə yetirdilər (şəhid etdilər).[25]

 


[1] - Fərahidi, Xəlil ibni Əhməd, Əl- Eyn kitabı, cild 5, səh 160. Hicrət nəşriyyatı, Qum, ikinci çap, 1410 hicri qəməri.

[2] - Hər kəs sizdən üz çevirsə dindən çıxmışdır, Biharul- ənvar, cild 99, səh 150 (Came Kəbirə ziyarəti).

[3] - Tureyhi, Fəxrud- din, Məcməul- Bəhreyn, cild 5, səh 235. Murtəzəvi nəşriyyatı, Tehran, üçüncü çap, 1375 hicri şəmsi.

[4] - Təbərsi, Əhməd ibni Əli, Ehticac, Ğəffari Mazandarani, Mizamuddin Əhməd, cild 1, səh 229- 230, Murtəzəvi nəşriyyatı, Tehran, birinci çap.

[5] - Təbərsi, Əlamul- Vəra bi- Ələmul- huda, səh 33 (Zendeqaneye çahardəh Məsum (ə)) Ətarudi, Əzizullah, səh 46- 47. İslamiyyə nəşriyyatı, Tehran, birinci çap, 1390 hicri qəməri.

[6] - Təbərsi, Əlamul- Vəra Bi- Əlamul- huda, səh 33.

[7] - Mofud, İrşad, Rəsuli Məhəllatıl, cild 2, səh 317, İslamiyyə nəşriyyatı, Tehran, ikinci çap.

[8] - Əhli- beyt rəvayətlərindən itaət üzündən deyil yalnız dəlil gətirərək istifadə olunmuşdur.

[9] - Hilli, Əlfəyn, Vicdani, səh 7, Sədi və Məhdəvi nəşriyyatı, Tehran birinci çap.

[10] - Təbərsi, Əhməd ibni Əli, Ehticac Ğəffari Mazandarani, cild 2, səh 254.

[11] - Təbərsi, Əhməd ibni Əli, Ehticac Cəfəri, cild 1, səh 403- 404, İslamiyyə nəşriyyatı, Tehran, birinci çap, 1381 hicri şəmsi.

[12] - Yusif surəsi, ayə 67.

[13] - Nisa surəsi, ayə 59.

[14] - Təbərsi, Əhməd ibni Əli, Ehticac, Cəfəri, Behrad, cild 1, səh 4-4- 405.

[15] - Nəhcül- bəlağə, (Nəgcül- bəlağə müəssisəsi) səh 610, kəlam 40, Bunyade Nəhcül- bəlağə nəşriyyatı, birinci çap, 1372.

[16] - Nəhcül- bəlağə şərhinin tərcüməsi Nəşrul- kitab nəşriyyatı, ikinci çap, 1362 hicri şəmsi.

[17] - Nisa surəsi, ayə 35.

[18] - Təbərsi, Əhməd ibni Əli, Ehticac Cəfəri, cild 2, səh 162- 163.

[19] - Nəhcül- bəlağə, Tərcümə Dəşti, intişarate məşhur nəşriyyatı, birinci çap, Qum, 1379.

[20] - Cilveye Tarix dər şərhe Nəhcül- bəlağə, ibni Əbil- Hədid, cild 7, səh 220, Ney nəşriyyatı, Tehran, ikinci çap, 1375.

[21] - Nəhcül- bəlağənin tərcüməsi, (Zamani) səh 819- 820, Məktub 64, Müəsseye intişarate Nəbəvi nəşriyyatı, on ikinci çap, Tehran, 1378.

[22] - Səbə surəsi, ayə 24.

[23] - Təbərsi, Əhməd ibni Əli, Ehticac, Ğəffari Mazandarani, cild 2, səh 255.

[24] - Nəqəvi, Qayini, Xorasani, Məhəmməd Təqi, Miftahul- Səadət fi şərhe Nəhcül- bəlağə, cild 5, səh 248, Məktəbətul- mustəfəvi nəşriyyatı, Tehran; Mühəddis Nuri, Müstədrəkül- Vəsail, cild 11, səh 66, 12441 və 12442. Alul- beyt müəssisəsi Qum, 1408 hicri qəməri, 15

«وَ عَنْهُ (ع) أَنَّهُ قَالَ يَوْمَ صِفِّينَ اقْتُلُوا بَقِيَّةَ الْأَحْزَابِ وَ أَوْلِيَاءَ الشَّيْطَانِ اقْتُلُوا مَنْ يَقُولُ كَذَبَ اللَّهُ وَ رَسُولُهُ ؛ 16، وَ عَنْهُ (ع) أَنَّهُ حَرَّضَ النَّاسَ عَلَى مِنْبَرِ الْكُوفَةِ فَقَالَ يَا مَعْشَرَ أَهْلِ الْكُوفَةِ لَتَصْبِرُنَّ عَلَى قِتَالِ عَدُوِّكُمْ أَوْ لَيُسَلِّطَنَّ اللَّهُ عَلَيْكُمْ قَوْماً أَنْتُمْ أَوْلَى بِالْحَقِّ مِنْهُمْ.»

[25] - Mofid İrşad, Rəsuli Məhəllati cild 1, səh 18.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...