Please Wait
7955
İslam nəzərindən, məsihilər kitab əhlindəndirlər. Şiənin təqlid mərcələrinin nəzərinə əsasən, müsəlman qadın onlarla evlənə bilməz. həm daimi evlilik həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhlindən olmayan kafir qadınlarla daimi ya müvəqqəti evlənə bilməz. Amma müsəlman kişilərin kitab əhli qadınlarıyla müvəqqəti evlənməsi barəsində möhkəm nəzər icazəli olma və daimi evlilikdə ehtiyata əsasən olmaz.
Həzrət imam Xumeyni bu məsələ barəsində buyurur: "Müsəlman qadın kafirlə (həm əsli- hərbi, həm kitabi həm mürtəddi- fitri və milli) evlənə bilməz,[1] həm daimi həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhli olmayan kafir qadınlarla həmçinin mürtədlə (fitri ya milli) daimi ya müvəqqəti evlənə bilməz. Amma kitab əhlindən olan (Yəhudi ya nəsrani) qadınlarla evlənmək barəsində fəqihlər arasında neçə nəzər var:
- Məşhur nəzər daimi evlənməyin qadağan və müvəqqəti evliliyin icazəli olmaz.
- Ümumiyyətlə olmaz. (Həm də daimi, həm də müvəqqəti evlilik).
- Ümumiyyətlə evlənmək olar.
- Bizim nəzərimiz müvəqqəti evliliyin möhkəm nəzərlə icazəli olması və daimiliyin ehtiyata əsasən qadağan olması.[2] Vacib ehtiyata əsasən kitab əhlindən olan kafir qadınlarla daimi evlilik də icazəli deyil. Amma yəhudi və nəsrani kimi kitab əhli olan qadınları siğə etməyin iradı yoxdur".[3]
Buna əsasən, təqlid mərcələrinin nəzərinə əsasən, yalnız müsəlman kişinin məsihi qadınla (kitab əhli) müvəqqəti evliliyi icazəlidir. Amma məsihi kişininmüsəlman qadınla daimi və müvəqqəti evliliyi düzgün deyil. Müsəlman kişinin kitab əhli qadınla daimi evlənməsi barəsində neçə nəzər var. Aşağıda hazır ki mərcələrin neçəsinin nəzərini aşağıda gətiririk:
1. Safi: Daimi evliliyin icazəli olması, mümkündür.Amma müsəlman qadınla evlənməyin mümkün olması zamanı şiddətli məkruhdur. (Ehtiyat edilsin).
2. Xoyi və Təbrizi: Ehtiyat müstəhəbbə əsasən, daimi evlilik icazəli deyil.
3. Nuri: Möhkəm nəzər budur ki, daimi evlilik icazəlidir. Amma müsəlman qadınla evlənmək mümkün olan yerdə, ehtiyat tərk olunmasın.
4. Fazil: Ehtiyat vacibə əsasən, icazəli deyil.
5. Zəncani: Zahiri hpkm, evliliyin (həm müvəqqət, həm də daimi) batil olmamasıdır. Məkruh və müstəhəbbi ehtiyata müxalifdir, xüsusi ilə daimi evlilikdə.[4]
[1] - İzahlı hökmlər (Əl- məhşi lil- imamil- Xumeyni), cild 2, səh 468, məsələ 2397. Qeyd olunan fəqihlərin nəzərlərini bilmək üçün, baxın: Əl- fiqh Ələl- məzhəbil- xəmsə, Məhəmməd Cavad Muğniyə, cild 2, səh 47- 49.
[2] - Həmin.
[3] - Həmin.
[4] - İzahlı hökmlər, (Əl- məhşi lil- imamil- Xumeyni), cild 2, səh 468- 469.