Ətraflı axtarış
Baxanların
7666
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Sual
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Qısa cavab

Cavab verməmişdən öncə, qeyd etmək lazımdır ki, əşyaları tərif etməyin yollarından biri, "məsəl" ilə tərif etməkdir. Yəni insanların çoxunun asanlıqla onu anlamaları üçün, əqli həqiqətləri, hissi və toxunula bilən şeylərə oxşatmaqdır. Çünki insanlar hiss olunan şeylərə adət ediblər. Bizim fikrimizcə, Quranın məsəllərində bu üslubdan istifadə olunub. Qurani məcid müxtəlif yerlərdə, bəzi hadisələri təmsil formasında açıqlayıb ki, iblisin dastanını həmin yerlərdən hesab etmək olar. Əlbəttə Quranın məsəllərinin xarici vücudu olub yoxsa yalnız təmsil olması barəsində, iki nəzər var:

1). Bəzi alimlərin fikrincə, bu məsəllər, ürfi oxşatmalar həddindədir. Xarici və həqiqi vücudları yoxdur və yalnız maddi dünyada yaşayan insanların zehinlərini yüksək maarif və varlıq aləminin gizli sirlərinə yaxın etmək üçündür.

2). Digər alimlərin fikrincə isə, bu məsəllər, o həqiqətlərin vücudlarına misaldır və bu oxşatma və məcazi bir şey deyil.

Bizim fikrimizcə, iblisin dastanı təkvini təmsildir. Allahın səcdə etməyə olan əmri, həqiqi əmr ola bilməz. Çünki bu əmr iki haldan xaric deyil, ya bu əmr təşrii və mövləvidir və ya təkvinidir. Əgər bu əmri mövləvi fərz etsək çətinliyə düşürük, çünki bu əmr təkcə şeytana deyildi, hətta ona və mələklərə də şamil olubdur, halbuki, mələklərə ilahi təklif oluna bilməz. Digər tərəfdən səcdəyə olan əmri, iki hissəyə bölmək olmaz ki, təşrii və təmsili olsun. Əgər əmri təkvini fərz etsək, əmr olunan şey Allahın iradə etdiyidir və onun baş verməsi, zəruri olmalıdır və ola bilməzki, baş verməsin, halbu ki, iblis səcdə etməyibdir və burada Allahın iradəsinin əksi baş veribdir. Ona görə də, bu dastanın həll etmək yolu, yalnız budur ki, qeyd olunan dastanı təmsili adlandıraq. Əlbəttə təmsili adlandırmaq, bu mənada deyil ki, həmin hadisə əsasən baş verməyib və yalnız xəyali bir dastandır, əksinə etibari işdən də dəqiq bir məna baş veribdir. Bəziləri belə fikirləşməsinki, bu mühüm dini hadisə və ilahinin böyük işi, əsl və kökündən xaricdə baş verməmişdir.

Ətreaflı cavab

Cavab verməmişdən öncə, neçə məsələni yada salırıq:

1)     İblis və təmsil kəlmələrinin mənası

İblis: Quranda bu kəlmədən məqsəd, diri, şüurlu, vəzifəli, gözə görsənməz, hiyləgər və sair bir varlıqdır ki, Allahın əmrindən çıxıb və Adəmə səcdə etmədi. Nəticədə qovuldu və əzaba layiq oldu. O Quranda çox yerdə şeytan adıyla, adlanıbdır. Yalnız on bir yerdə şeytan kəlməsinin əvəzinə, iblis kəlməsi işlənibdir.[1]

Lisanul- ərəb kitabında, iblis Allahın rəhmətindən məyus, və peşman olan varlığa məna olunubdur.

Qurani kərimdə, iblisin hansı cinsdən olmasına işarə olub, " کان من الجّن" iblis cinlərdəndir.[2] İblisin adlarının fərqli olması, onun cinsini dəyişməkdə rol oynamır. Həmçinin iblis kəlməsinin ərəb sözü olmasında şəkk var.[3]

Təmsil: Yəni məsəl gətirmək. Rağib İsfəhani deyir:

" والمثل عبارة عن قول فى شى‏ء یُشبه قولاً فى شى‏ء آخر بینهما مشابهة لیُبیّن احدهما الآخر "

"Məsəl, bir şey barəsində olan sözdür ki,digər bir şey barəsində olan sözə oxşayır, ta onlardan biri digərini açıqlaya və cismani edə."

2)     Məsəl ilə tərif və Quranda təmsilin üslubları: Hər bir şeyin tərifi ya hədlə, ya rəsmlə ya da məsəllədir.

Əşyaların tam həddini və tam rəsmini tanımaq, camaatın çoxu üçün çətindir. Çünki əşyaların zatını və zata lazım olan şeyləri anlamaq, hamı üçün mümkün deyil. Amma məsəl, zat və zata lazım olan şeyləri açıqlamır, əksinə eşidən üçün başa düşə biləcəyi şeyi tanıtdırmaq aləti qərar verir. Məsəl bir tərəfdən maarifi aşağı salır və digər tərəfdən eşidənin düşüncəsini yuxarı qaldırır. Əgər bir məsələ eşidənin düşüncəsi səthində olsa, onu dərk edə bilər. Necə ki, ruhla bədənin bir- birinə nisbətini tanımaq üçün, gəmi sürənlə gəminin rabirtəsi və rəhbərin cəmiyyətlə əlaqəsi məsəlini vururlar.

"...على العبارة و الاشارة و اللطایف و الحقایق فالعبارة للعوام و الاشارة للخواص و اللطّایف للاولیاء و الحقایق للانبیا "

Belə bir tərif nə həd və nə də rəsm tərifidir.[4]

Həzrət imam Hüseyn (ə) habelə imam Sadiq (ə) buyururlar: "Quran maarifinin dörd dərəcəsi var və insanların Qurandan aldıqları bəhrə fərqlidir: Ələl ibarəti vəl- işarəti vəl- lətayifi vəl- həqayiqi. Fəlibarətu liləvam vəl- işarətu lilxəvvas vəl- lətayifi liləvliya vəl- həqayiqu lil- ənbiya."[5]

Amma Quranın xitab etdiyi bütün şəxslər bu işdə müştərəkdirlər ki, səmavi xəbərləri anlayırlar. Baxmayaraq ki, düşüncə dərəcəsi, düşünülənin dərəcəsi kimi bərabər deyil. Ona görə də nəhayət dərk edirlər ki, nəyə inanmalı, nəyi etməli, hara getməli və hara getməməlidirlər və sair.

Məsəlin əsas mehvəri məsəl vurulanla onun uyğunluğudur ki, onu anlamağı asanlaşdırır. Məsəllərdə mübahisə etmək qəbul olunmur, yalnız o zaman ki, həmin məsələyə düzgün aidiyəti olmasın.

Nur və zülmət təmsili, haq və batil üçündür. Həmçinin heyvanlara, quşlara və bitkilərə təmsil, nəinki qeyri ərəb millətlər və tayfaların danışıq mədəniyyətində bu var, hətta mədəni və bədəvi ərəblərin danışığında da bu olubdur. Necə ki, keçmiş səmavi kitablarda, tövrat və incil kimi, də olubdur.[6]

3) Quranın təmsilləri iki baxışda:

Quranın məsəllərinin təhlilində, fikir sahibləri arasında, zehni açıqlamada yox, xarici həqiqətin izahı haqda iki nəzər var: Biri budur ki, bu məsəllər ürfi oxşatmalar həddindədirlər. və yalnız maddi dünyada olan, insanların zehinlərini, varlıq sisteminin gizli sirlərinə və yüksək maarifə yaxınlaşdırmaq üçündürlər.

Digər bir nəzər budur ki, məsəllər həqiqi varlıqların misal vücudunu açıqlayırlar və oxşatma və məcazi deyillər.

Bu iki nəzəriyyənin fərqi o yerdə ki, məsələn Allah insanları "uzunqulağa" ya "itə" oxşadıbdır, budur ki, birinci nəzəriyyəyə əsasən, bunlar həqiqətən uzunqulaq deyildirlər, amma uzunqulaq kimi həqiqəti anlamaqdan məhrum olduqlarına görə, o heyvana oxşadılıblar. Amma ikinci nəzəriyyəyə əsasən, bu təmsil onlardakı misali həqiqəti göstərir və əşyaların həqiqətlərinin oşkar olduğu yerdə, misali həqiqətləri aşkarlayır. Ona görə də bunlar qiyamətdə heyvan formasında məşhur olacaqlar.[7]

Yuxarıdakı məsələləri izah etdikdən sonra, qeyd etdiyimiz sualı açıqlayırıq ki, iblisin hekayəsi həqiqidir ya yalnız təmsildir?

Bu sualın cavabında belə deyilib: Səcdə etməyə olan əmr, həqiqi əmr ola bilməz. çünki, bu zaman iki haldan xaric deyil. Ya mövləvi və təşrii əmrdir.

" اقیمواالصلاة وآتو الزکوة و ارکعوا مع الراکعین "[8]

ayəsi kimi. Ya təkvini əmrdir. Bunun kimi " فقال لها و للأرض ائتیا طوعاً او کرهاً قالتا اتینا طائعین"[9] hər iki qismin problemi var. Təkvini əmrin problemi budur ki, ona qarşı çıxıla bilməz. çünki Allahın təkvini iradəsinin yaratdığı, vacib olur.[10] Əli (ə)- ın izahı ilə, Allahın sözü, qulaqla eşidilən səs ya nida deyil, əksinə iş və yaratmaqdır. Mövləvi və təşrii əmrin də problemi budur ki, mələklər vəzifəli və təklif əhli deyillər. Onlar üçün vəhy, Peyğəmbərlik, mövləvi əmr və vəhy behişt müjdəsi və cəhənnəm cəzası və itaətsizlik qarşısında olan itaət, təsəvvür olmur. Çünki çünki əgər bir varlıq xalis məsum olsa və günahın onda yolu olmasa, itaət zəriridir. Əgər itaət zəruri olsa, küfr və günah ondan baş verməz və təşrii əmr və nəhylər onun üçün dəlilsizdir.

Belə deyilməsi mümkündür ki, şək yoxdur ki:

Bir: Bu cür sözlər cin üçün də təsəvvür oluna bilər. Yəni onlar da, insan kimi, təşrii qanunlar, kitabların nazil olması və Peyğəmbərlərin göndərilməsinə malikdirlər.

İki: İblis cinlərdəndir.

Üç: İblis təşrii formada səcdəyə əmr olundu. Ona görə də, itaətsizlik və müxalifət kimi sözlər onun barəsində deyilə bilər.

Dörd: Mələklər və iblis, bir xtabla qarşılaşdılar və bir əmri yerinə yetirməyə əmr olundular.

Bu dörd müqəddiməyə diqqət etməklə, "uscudu" əmri min iblisə nisbət təşrii, olmasa amma mələklərə nisbət isə təşrii olmaması necə ola bilər?

Cavab budur ki:

Bir) səcdə əmrinin əsas xitab olunanları, mələklərdir və iblis onların içində idi. Əsas və çoxlu xitab olunanlar mövləvi və təşrii hökmə şamil olmadıqlarına görə, hökmün əsası da təşrii qismindən olmayıbdır.

İki) hökmün yalnız iblisə nisbət təşrii olması, həmin əmrin təşriiyə şamil olmasına səbəb deyil.

Üç) İblisə ayrı bir əmri isbat etməyin dəlilə ehtiyacı var ki, indiyə kimi əldə olunmayıb. Baxmayaraq ki, bəzi alimlər, "iz əmərtukə" ayəsindən belə bir ehtimalın olmasını bildiriblər.

Dörd) vahid əmri neçə qismə bölmək və onu təşrii və təmsili əmrə bölmək, ayənin əksinə və əmri bölmək üçün dəlilə ehtiyacı var ki, indiyə kimi, bu barədə heç bir dəlil gətirilməmişdir.

Qeyd olunanlara əsasən, əmrin hər iki növünün mələklər barəsində həqiqi olması, problemlidir. Həqiqi əmr üçüncü qismi təsəvvür olunmadığına və onun problemi də aradan qaldırıla bilinmir, ona görə də, səcdə əmrinin həqiqi olmasından danışıb və onu təmsilə aid etmək lazımdır. Təşrii və təkvini bir- birilə uyğun olmasa da, bir- birinin ziddi də deyillər, ta onların heç birinin olmaması qeyri mümkün olsun. Əlbəttə səcdə əmrinin təmsili olması, səcdə əmrinin əslən olmaması, xariclə uyğun olmayıb və insanların zehinlərinin düzəltdiyi və xəyal dastan olması mənasına deyil. Əksinə bu maraqlıdır ki, xarici mərifət və ağıla aid həqiqət görülən və hiss olunan formada deyilibdir. Həşr surəsində, Quranın dağa nazil olması və dağın məhv olması barəsində olan kimidir.[11] Başqa sözlə, təkvini həqiqi əmrin və təşrii həqiqi əmrin problemli olmasını açıqladıqdan sonra, indi ya qeyd olunan problemləri, əmrin həqiqi olmasıyla, aradan qaldırmaq lazımdır, ya da həm əmrin əsasını və onun baş verməsini yazmaq, həm də həqiqətən ilahi əmr olmayıb və təkvin və təşriidən xaric olan bir şeyi təsəvvür etmək üçün, üçüncü yolu seçmək lazımdır. Amma əmr yalnız təkvini və təşriiyə aid olduğuna və heç birinin problemlərinin aradan qalxmamasına görə, üçüncü yolu seçirik. Bu formada ki, əmrin həqiqi olmasını qəbul etmirik və onu təkvini təmsil adlandırırıq.[12]

Adəmə (ə) səcdə əmri, təkvini və nə də təşrii əmrdir, əksinə bir həqiqətin təmsilidir. O həqiqət budur ki, varlıq aləmində ən görkəmli dərəcə, insanlıq dərəcəsi və ilahi xəlifəlik dərəcəsidir ki, mələklər onun qarşısında baş əyirlər, amma şeytan bu dərəcənin oğrusudur.[13]

Quran nəzərindən, məsəllərin hədəfi:

Qurani məciddə, əlli məsəldən çox məsəl, gözə çarpır.

Təkcə bəqərə surəsinin ən azı on məsəl qeyd olunubdur. Bu məsəllərdə hansı hikmət var ki, Allah bu qədər məsəl gətiribdir?

Quranın ayələrində, Quran məsəllərinin hədəfi açıqlanıbdır ki, onun üçünə aşağıda işarə edirik:

1.      Bu məsəllər xatırlatma və yada salmaqdır və ilahi xəbərin həqiqəti onlarla, insanların zehnindən keçir.

2.      Bu məsəllər, varlıq aləminin həqiqətlərində düşünmək üçündür ki, onların hikmət və mövzusunda düşünməklə ələ gəlir.

3.      Bu məsəllər idrak üçündür və düşünməklə həqiqətlər tanınır və dərk olur.

Bu hədəflər, insanın idrak və düşüncəsinin təkamül seyri mərhələsindən, sayılırlar ki, sıra ilə İbrahim surəsinin 25, Həşr surəsinin 21 və ənkəbut surəsinin 43- cü ayələrində qeyd olublar.[14]



[1] - Qorşi Seyid Əli Əkbər, Qamusi Quran, "blis kəlməsi".

[2] - Müraciət edin, şeytan, mələk, ya cin göstəricisinə, sual 857

[3] - Ayətullah Cavadi, Əbdullah, Təsnim, cild 3, səh 319

[4] - Ayətullah Cavadi, Əbdullah, Təsnim, cild 3, səh 525

[5] - Biharul- ənvar, cild 75, səh 278

[6] - Ayətullah Cavadi, Əbdullah, Təsnim, cild 2, səh 509

[7] - Ayətullah Cavadi, Əbdullah, Təsnim, cild 2, səh 231

[8] - Bəqərə surəsi, ayə 43

[9] - Fussilət surəsi, 11

[10] - Yasin surəsi, ayə 82

[11] - Həşr surəsi, 21

[12] - Ayətullah Cavadi, Əbdullah, təfsiri mozui, cild 6, səh 183

[13] - Təmsil adlandırmaq, yalnız o yerlərdə olar ki, əqli ya nəqli dəlil bunu təsdiqləsin. Deməli etqadi üsullar və Quranın digər bəhsləri təmsil adlanmır.

[14] - Ayətullah Məkarim Şirazi, Nasir, Quranın gözəl misalları, səh 15

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...