Ətraflı axtarış
Baxanların
13506
İnternetə qoyma tarixi: 2011/09/10
Sualın xülasəsi
Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
Sual
Şiə məzhəbinin neçə əsas firqəsi vardır? Mümkünsə onlar haqqında bizə məlumat verin.
Qısa cavab

"Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı sevən və ona məhəbbət bəsləyən, ya Həzrət Əli (ə)-ı Osmandan üstün hesab edən kəs və ya Həzrət Əli (ə)-ı Osmandan və ilk iki xəlifədən və eləcədə bütün səhabələrdən üstün hesab edən kəs. Həmçinin, Həzərt Əli (ə)-ın Peyğəmbərdən sonra birbaşa O Həzrərtin təyinatı ilə canişin təyin edilməsinə inanc bəsləyən şəxsə də şıə deyilmişdir. Lakin şiə kəlməsinin mənası barəsində ən yaxşı tərif budur: "Şiə Həzrət Əli (ə)-ın çanişinliyinin nəss (Peyğəmbər (s) tərəfindən söylənilib birmənalı şəkldə başa düşülən ifadə) yolu ilə isbat olunmasına inanan və Həzrət Əli (ə)-ın sevimli Peyğəmbərimizdən (s) sonra çanişinliyə ən layiqli şəxs olduğunu qəlbən qəbul edən şəxsdir".

Şiə kəlməsinin geniş ümumi mənası vardır. Söylənilən tərifə əsasən bütün şiə firqə və sektorlarına, məsələn: zeydiyyə, keysaniyyə, ismailiyyə və s. şamil olur.

Əhli-beyt (ə) ardıcıllarını başqa adlarla da adlandırırlar. Məsələn, cəfəri, talibi, ələvi, fatimi, imami və s. deyə müraciət edirlər.

Şiə məzhəbinin əsas firqələrinin sayı barəsində bir necə fikir mövcuddur. Bağdadi öz kitabında şiələrin əsas firqələrinin üç firqədən ibarət olduğunu yazır. Onlar zeydiyyə, keysaniyyə və imamiyyədən ibarətdirlər. Lakin Şəhristani ismailiyyəni də əsas şiə firqələrinin sırasına daxil edir. Xacə Tusi (Allah ona rəhmət etsin) qələmə aldığı "Qəvaidül-əqayid" kitabında Bağdadinin fikri ilə razılaşır və əsas şiə firqələrinin zeydiyyə, keysaniyyə və imamiyyədən ibarət olmasını qeyd edir. Şiə alimləri, tarixçi və etnoqrafların arasında qəbul edilən geniş yayılmış fikir bundan ibarətdir ki, əsas təşəyyö (şiə məzhəbi, şiəçilik) firqələrinin sayı üç firqədən ibarətdir, lakin onun şaxə və sektorları barəsində müxtəlif fikir söylənilmişdir.

Ətreaflı cavab

"Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir.[1]

Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir:

1.     Şiə Həzrət Əli (ə)-ı sevən və ona məhəbbət bəsləyən mənasını daşıyır.

2.     Şiə Həzrət Əli (ə)-ı Osmandan üstün hesab edən kəsdir və Əli (ə) şiəsi ifadəsinin qarşılığı Osman şiəsi ifadəsidir.

3.     Şiə Həzrət Əli (ə)-ı Osmandan və ilk iki xəlifədən və eləcədə bütün səhabələrdən üstün hesab edən kəsdir.

4.     Şiə Həzərt Əli (ə)-ın Peyğəmbərdən sonra birbaşa O Həzrərtin təyinatı ilə canişin təyin edilməsinə inac bəsləyən şəxsdir.

Əlbəttə, bu təriflərin heç biri tam, dolqun və kəskin deyildir. Bəlkədə, tarix boyu mövcud olmuş bütün şiə firqələrini diqqət mərkəzində saxlamaqla, şiə kəlməsinin mənası barəsində ən yaxşı tərifin aşağıdakından ibarət olmasını qeyd etmək olar: "Şiə Həzrət Əli (ə)-ın çanişinliyinin nəss (Peyğəmbər (s) tərəfindən söylənilib birmənalı şəkldə başa düşülən ifadə) yolu ilə isbat olunmasına inanan və Həzrət Əli (ə)-ın sevimli Peyğəmbərimizdən (s) sonra çanişinliyə ən layiqli şəxs olduğunu qəlbən qəbul edən şəxsdir". Bu tərifdə nəss kəlməsinin xüsusi əhəmiyyəti vardır, bu kəlmə şiə məzhəbi və başqa məzhəblər arasındakı məzhəb ayrılığının mənbəyi və dönüş nöqtəsidir. Çünki başqa məzhəblər sevimli Peyğəmbərin (s) çanişinliyinin seçki yolu ilə olduğunu vurğulayırlar, lakin şiələr onun nəss və Həzrət Peyğəmbərin (s) təyinatı ilə baş tutacağını bildirirlər.

Təşəyyönün (şiəlik, şiə məzhəbi) yaranma tarixçəsi

Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, şiəlik sevimli Peyğəmbərin (s) vəfatından sonra əmələ gəlmişdir. Bu tədqiqtçılar bir neçə qrupa bölünürlər:

Bir qrupun fikrinçə şiəlik Səqifə günü yarandı; həmin gün bir dəstə böyük səhabələr açıq-aşkar israrla səsləndilər: Əli (ə) imamət və xilafətə hər bir kəsdən daha layiqdir.

İkinci qrup tədqiqtçılar şiəliyin yaranmasının Osmanın xilafətin axırlarına təsadüf etdiyini söyləyirlər. Onlar bu dövrdə Abdulla ibn Səbanın fikirlərinin yayılmasını şiəliyin əmələ gəlməsi ilə əlaqələndirməyə çalışırlar.

Üçüncü qrup tədqiqatçılar bu fikirdədirlər ki, şiəlik "Əd-dar" fitnəsi günü (üçüncü xəlifənin qətlə yetirildiyi gün) meydana çıxmışdır.

Dördüncü qrup tədqiqatçıların fikrincə şiəlik "həkəmiyyət" məsələsindən Əli (ə)-ın şəhadətinə qədər olan bir müddətdə əmələ gəlmişdir.

Beşinci qrup tədqiqatçılar isə şiəliyin yaranmasını Kərbəla qiyamı və İmam Hüseyn (ə)-ın şəhadəti ilə əlaqələndirmək istəyirlər.

Bu parakəndə və dağınıq fikirlərin qarşısında bir sıra tədqiqatçılar başqa nəzəriyyələr də söyləmişlər. Onların fikrincə şiəliyin kökləri gedib Həzrət Rəsulullah (s)-in dövünə çıxır: O Həzrət dəfələrlə Həzrət Əli (ə)-ın davamçı və köməkçiləri haqqında bu kəlməni işlətmişdir. Şiə alimləri arasında mərhum Kaşifül-qita, Şeyx Məhəmməd Hüseyn Müzəffər və Məhəmməd Hüseyn Zeyn Amuli, sünni alimləri içərisində Məhəmməd Kürd Əli belə qeyd etmişlər: Əziz Peyğəmbərin (s) zamanında bir sıra səhabələr "Əli şiəsi" kimi tanınırdı.[2]

Haqq budur ki, şiəliyin bünövrəsi Peyğəmbərin (s) öz dövründə və Peyğəmbərin (s) öz əli ilə quruldu. Peyğəmbər (s) vəfat etdikdən sonra şiələrin sırası bəlli oldu və Həzrət Əli (ə)-ı Peyğəmbərin çanişini bilən insanlar "Əli şiəsi" adlandırıldılar.

Şiə kəlməsinin geniş ümumi mənası vardır. Söylənilən tərifə əsasən bütün şiə firqə və sektorlarına, məsələn: zeydiyyə, keysaniyyə, ismailiyyə və s. şamil olur. Lakin burada şiələrlə bağlı bir sıra başqa kəlmə və terminlər də işlədmişlər ki, şiə kəlməsinin qeyd etdiyimiz geniş ümumi mənası ilə uyğunluq kəsb etmir. Bəzən Əhli-beyt (ə) davamçılarını o kəlmə və terminlərlə adlandırırdılar. Bu dini terminlərin hər biri barəsində qısa da olsa məlumat verməyi lazım bilirik. Bu kəlmə və terminlərlərın bəzisi aşağıdakılarından ibarətdir:

1.     Rafizi: "Rəfz" ərəb dilçiliyində "rədd etmək", "tərk etkək" və "bir işi kənara qoymaq" mənasınadır. Şiəliklə mübarızə aparanlar bu kəlməni, adətən, şiələri məzəmmət və təhqir etmək istədikdə işlədirdilər. Şiələrin bu kəlmə ilə adlandırılmqları barəsində belə deyirlər: Şiələr ilk iki xəlifənin hakimiyyətini qəbul etməyərək rədd etdilər, buna görə də "rafizi" adlandırıldılar. Bəziləri isə başqa faktoru irəli çəkirlər: Rafizi o şiələrə deyilir ki, Zeyd qiyam etdiyi zaman ilk iki xəlifəyə qarşı nisbətən mülayim mövqe tutduğuna görə onun qoşununu tərk etdilər. Hər iki mənadan hər birini qəbul etsək, yenə də rafizi kəlməsi və şiə kəlməsinin ümumi mənası eyni anlamı ifadə etmirlər. Çünki bu kəlmə zeydiyyə firqəsinin bəzi qruplarına aid ola bilmir.

2.     Cəfəri: İmam Sadiq (ə) özünün yorulmaz fəaliyyəti ilə məsum imamların (ə) rəhbərliyinə inam bəsləyən şiələrə fiqh və kəlam elmlərində xüsusi bir sima bəxş etdi. Elə buna görə də, o müqəddəs şəxsiyyətin təlimlərindən yararlanan şiələr "cəfəri" adı ilə tanındılar. Bu gün şiə kəlməsi isna əşər (on iki) kəlməsi ilə sinonim kimi işlənir, lakin ismaililərə də şamil olur. Çünki onlar da İmam Sadiq (ə)-ın imamlığını qəbul edirlər.

3.     İmami: İmamlardan hər birınin dövründə Həzrət Fatimə (s)-ın övladlarından olan məsum imamın imamətinə iman gətirən və bu yolu on ikinci imama kimi davam etdirən şiələrə "imami" deyirdilər. İmami kəlməsi özünün tarixi seyrində müxtəlif dövrlərin tələbinə uyğun olaraq başqa mənalar da daşımışdır, məsələn Həzrət Əli (ə)-ın zamanında şiə kəlməsinin sinonimi kimi işlədilmişdir. Lakin bu gün isna əşər kəlməsi ilə eyni mənalı kəlmə kimi çıxış edir.

4.     Xassə: Bu termin daha çox fiqh və hüquqi mətinlərində, ammə (çoxluq təşkil edən müsəlmanlar) kəlməsinin qarşılığı olaraq işlədilir və şiə mənasını ifadə edir. Bu terminin on iki imamçı şiələrin fiqh kitablarında xüsusi bir anlamı da vardır ki, öz fiqhini və hüquqi məsələlərini on iki məsum imamdan götürən fiqh məktəbinə deyilir.

5.     Ələvi: Bəlkə də bu kəlmə bir zamanlar şiələrin kəlam elmində qəbul etdikləri prinsipə (Həzrət Əlinin üstünlüyünə inam) dəlalət etmək üçün işlədilirdi, lakin sonralar daha çox özünün nəsil, nəsəb və soy-kökü mənasında, yəni şəxslərin Həzrət Əli (ə)-a nəsil və soy-kök bağlılığını bəyan etmək üçün işlədilmişdir.

6.     Fatimi: Bu kəlmə daha çöz nəsil və soy-kök bağlılığını bildirmək üçün işlədilir. Ondan İmam Həsən (ə) və İmam Hüseyn (ə) övldlarını Məhəmməd Hənəfiyyənin (keysaniyyə firqəsi özlərini onun ardıcılları hesab edirlər) övladlarıdan ayırmaq üçün istifadə edilir. Çünki baxmayaraq ki, Məhəmməd Hənəfiyyə Həzrət Əli (ə)-ın oğullarından biridir, lakin Həzrət Fatimə (s)-ın övladlarından deyildir.

7.     Talibi: Bu termin də nəsl və soykök bağlılığını bildirir, lakin əhatə dairəsi əvvəlki iki kəlmədən daha artıqdır. Talibi, Əbu Talibin övladları mənasınadır və o böyük şəxsiyyətin Həzrət Əli (ə)-dan başqa oğullarının sülbündən əmələ gələn övlad və zürriyyətinə də şamil olur. Bu kəlməni dəqiq qavramaq üçün Əbülfərəc İsfəhaninin "Məqatilüt-talibin" kitabını mütaliə etmənizi tövsiyə edərdik. Orada bütün talibilərin qiyamları, o cümlədən Cəfər ibn Əbu Talibin övladlarının qiyamları barəsində də materiallar verilmişdir.

Bunlar tarix boyu şiələrin adlandırıldıqları kəlmə və adların toplusu idi.

Şiə məzhəbi özünün şanlı tarixi boyu enişli-yoxuşlu yolları arxada qoymuşdur. Bəzən tarix bu məzhəbi bütün dünyaya hakim olmaq astanasında qoyan zirvələrə yüksəltmiş, bəzən də süquta uğrada biləcək dərələrin kənarına endirmişdir. Əsrlər boyu bu məzhəbi başqa məzhəblərdən fərqləndirən ünsürlər – İslam təlim-tərbiyə sisteminin müxtəlif sahələrində dərin köklərə, zəngin ənənələrə malik təcrübə, dövlət qurmaq və hökümət təşkil etmək iddiası və bu iddianı tarixin müxtəlif dövrlərində dəfələrlə isbat etmək məharəti və ən nəhayət, tarix boyu müstəqil şəxsiyyət və azad təfəkkürə malik olması olmuşdur. Şiə məzhəbi dərin fəlsəfi, hüquqi, əxlaqi və sxolastik və s. köklərə malikdir. Elə buna görə də onun əleyhinə aparılan bütün təbliğatlar, təzyiqlər və məhrumluqlara baxmayaraq bütün dünyada özünə geniş yer açmış, hər bir yerdə sayları günbəgün artan çoxlu ardıçıllar cəlb etmişdir. Burada ürək ağrısı ilə etiraf etməliyik ki, təfriqəçilik və müxtəlif şaxələrə bölünməyin acınacaqlı fəsadları, qədimdən bütün din və məzhəbləri bürüyən müxtəlif firqələrə parçalanmaq mərəzi az-çox şiə məzhəbinə də sirayət etmişdir. Hər halda, ümüd edirik ki, bütün müsəlmanların, əziz Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) həqiqi davamçılarının günbəgün artan agahlığı sayəsində müsəlmanlar öz birlik və həmfikirlilikləri ilə düşmənin arzusunu ürəyində qoyacaq, batil məzhəblərin hamısını tarixin arxivinə göndərəcək və vahid bayrağın altında toplaşacaqdır.

Şiə məzhəbinin əsas firqələrinin sayına gəldikdə isə, bunun ətrafında bir necə fikir mövcuddur:

Bağdadi öz kitabında şiələrin əsas firqələrinin üç firqədən ibarət olduğunu yazır. Onlar zeydiyyə, keysaniyyə və imamiyyədən ibarətdirlər. O, əvvəl qulat (əliallahi) firqəsini də şiə məzhəbinin qollarından hesab edir, ancaq sonra qeyd edir ki, onlar islamdan çıxdıqlarına görə islam firqələridən sayılmırlar.[3]

Şəhristani ismailiyyəni də əsas şiə firqələrinin sırasına daxil edir və əsas şiə firqələrinin sayını beşə çatdırır.[4]

Xacə Tusi (Allah ona rəhmət etsin) qələmə aldığı "Qəvaidül-əqayid" kitabında Bağdadinin fikri ilə razılaşır və əsas şiə firqələrinin zeydiyyə, keysaniyyə və imamiyyədən ibarət olmasını qeyd edir.[5] Qazi İzzuddin İyci də əsas şiə firqələrinin sayının üçdən ibarət olduğu fikrindədir: keysaniyyə, zeydiyyə və ismailiyyə.

Bəziləri əsas şiə firqələrini dörd firqədən ibarət hesab edirlər: imamiyyə, keysaniyyə, zeydiyyə və ismailiyyə.

Şiə alimləri, tarixçi və etnoqrafların arasında qəbul edilən geniş yayılmış fikir bundan ibarətdir ki, əsas təşəyyö (şiə məzhəbi, şiəçilik) firqələrinin sayı üç firqədən ibarətdir, lakin onun şaxə və sektorları barəsində müxtəlif fikir söylənilmişdir.

Daha ətraflı məlumat əldə etmək üçün "Əl-fərq bəynül-firəq", "Miləl və nihəl" və "Qəvaidül-əqayid" kitablarını mütaliə edə bilərsiniz.

Həmçinin aşağıdakı mövzularda yazılan kitablara müraciət etməniz tövsiyə olunur:

1.     Şiə məzhəbinin qol və şaxələri.

2.     Şiə məzhəbi ilə tanışlıq.



[1] - "Əl-qamusul- mühit", cild. 3, s. 61-63; "Tacül- ərus", cild. 5, s. 405; "Lisanül- ərəb", cild. 7, s. 258; "Ən- nəhayət", İnb Əsir, cild. 2, s. 246.

[2] - "Tarixi təşəyyö dər İran", Rəsul Cərəian, s. 24-28.

[3] - "Əl-fərq bəynül-firəq", Bəğdadi, Əbdülqahir, s. 21-23.

[4] - "Miləl və nihəl", Şəhristani, cild. 1, s. 147.

[5] - Tusi, Xacə Nəsir, "Qəvaidül-əqayid", Əli Rəbbaninin düzəlişləri ilə, s. 110.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərməyin dəlili var?
    11288 Nizamlar hüquq və əhkam 2012/02/07
    Namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərmək müstəhəb əməllərdən biridir və hədis kitablarında da ona işarə olunmuşdur. Onu düzgün yerinə yetirmək bu cürdür: 1.             Əgər namaz qılan .əxs, camaat namazında imamdırsa, qiblədən dönməmiş sağ gözüylə sağ tərəfə nəzər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56710 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Höccətiyyə təşkilatının əqidəsi nədir? Bu günkü gündə fəaliyyət göstərirmi?
    7957 Fiqh tarixi 2011/11/20
    Höccətiyyə təşkilatı, şəmsi iliylə 1332- ci il mordad ayının 28- ci tarixində Şeyx Mahmud Zakirzadə, hələb şəhərində dünyaya göz açmış bir şəxs tərəfindən Bəhaiyyə məzhəbiylə mübarizə məqsədiylə təsis olunmuşdur. Bu təşkilat bir baxımdan qarşılıq ümumi bir təşkilat və şöbələrdən ibarətdir: Tədris, tədqiq, yazıçılıq, hidayət, xarici ...
  • Əgər mən pis və yaramaz işlərə qurşansam, Allah-taala məni tərk edəcək və mənə məhəbbət göstərməyəcəkdirmi?
    6399 Əməli əxlaq 2012/03/14
    Şeytan insanın qəddar düşmənidir, o var-gücü ilə çalışır və daim səy edir ki, bütün insanları günahlara, çirkin və yaramaz işlərə sövq etsin, bu yolla da onlarla Pərvərdigar arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahdan uzaqlaşdırsın. Amma Allah-taala Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə sevir, onların ...
  • "Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
    6384 Təfsir 2012/02/07
     «صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2] Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım ...
  • Затында мүрәккәб олмајан бәсит ваҹиб варлығын кәнарында мүрәккәб, мүмкүн варлығы неҹә тәсәввүр етмәк олар?
    6790 İslam fəlsəfəsi 2011/05/21
    Варлыг аләминин нәзминдә бүтүн варлыгларын олмасына бахмајараг, һәр биринин өз һәгигәтләринә мүнасиб олараг мүхтәлиф мәгамлары вардыр. Онларын һәм мүштәрәк олмалары вә һәм дә ихтилафлары вүҹудларында мүәјјәнләшир. Варлыг аләминин ән јүксәк мәртәбәси һеч бир һәдд вә һүдуду олмајан Һагг-тааланын мәгамыдыр. Она ҝөрә дә Һагг-тааланын мүгәддәс затында һеч ...
  • Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?
    7767 Təfsir 2012/04/18
    Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsi ilə öz həqiqətini yenidən ələ gətirmə mənasınadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Özünü tanımanın fitri, dünyəvi və ...
  • Əgər cənnətin dərəcələri varsa, cəhənnəmdə bu cürdür?
    10005 Qədim kəlam 2012/02/09
    O ki Quran ayələrindən və rəvayətlərdən cəhənnəmin təbəqələri və dərəcələri haqqında ələ gəlir; budur ki, cəhənnəmdə cənnət[1] kimi müxtəlif təbəqələrə sahibdir ki, günahkarlar öz günah və cinayətinin dərəcəsinə uyğun olaraq, bu təbəqələrin birində yerlərib və əzaba düçar olacaqlar. İmam ...
  • Başqasının uşağını validenylərinin icazəsi ilə ədəbləndirməkdən ötrü döymək olarmı?
    4548 Cürbəcür 2015/05/30
    Sualın mövzusunda həddi buluğa çatdıqdan sonra icazə yoxdur və artıq bu yaşda ata-ananın icazəsinin təsiri yoxdur. Amma bəzi fəqihlər[1] zərurət olan halda buna icazə verirlər və o həddə qədər ki, uşağın bədəni qızarmış və qaralmış olmasın. Əlavələr: Mərce təqlid alimlərinin bu suala cavabları:
  • Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq?
    7478 معاد و قیامت 2012/09/01
    Allah ki, mütləq şəkildə fəyyazdır və feyz daimidir, bu fəyyazlıq daimi və ardıcıl yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Allahın fəyyaz və cavad olması yaratmaq və icad etməklə baş verir. Nəticədə fəyyaz olmağın tələbi yaradmaqdır. Allah heç vaxt feyzindən maneçilik ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165504 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120527 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115074 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113390 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95292 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56710 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55402 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47303 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46515 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...