Ətraflı axtarış
Baxanların
8570
İnternetə qoyma tarixi: 2011/10/04
Sualın xülasəsi
İslam və xristiyanlıqda mənəviyyatın fərqləri?
Sual
İslam və xristiyanlıqda mənəviyyatın əsas fərqləri nədir?
Qısa cavab

Hər bir dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Xristiyanların özlərinin də etiraf etdiyinə görə xristiyan dininin mənbələri ağıla zidd təlimlərlə zəngindir. Təbii ki, belə mənbələrdən götürülən mənəviyyat bir çox kənara çıxmalarla müşahidə olunacaqdır. Bu islamla xristiyanlıq arasında olan ən mühüm fərqdir. Yəni xristiyanlığın mənbələrinin dəyərinə əsasən burada olan mənəviyyat qəbul edilə bilməz və ağıla da ziddir. Bu kamala çatmaq istəyən insanı məqsədinə doğru apara bilməz. Bugünki qərb mənəviyyatı bundan daha da zəif vəhydən məhrumdur. Amma islamda mənəviyyat vəhydən götrülmüş təlimlərdir. İslam mədəniyyətində insanın bütün həyatının hər tərəfi, nigah, iş, dərs oxumaq hətta səyahətə getmək və yatmaq və s mənəvidir. Əgər hər bir insan öz həyatını peyğəmbərlərin gətirdiyi həqiqi həyata çevirə bilsələr, hamı mənəviyyat sahibi ola bilər.

Ətreaflı cavab

Mənəviyyat ərəb qramatikasına görə məsdər olub mənəvi olmaq deməkdir. Mənəviyyat Dehxudanın lügət kitabında belə izah edilir: Həqiqi, doğru, əsl, mütləq, batini və psixi ( ruhi). O şey ki, yalnız qəlb vasitəsilə tanınır. [1] Bəzən belə də fikir irəli sürürlər ki, mənəviyyat sözü məna sözündən götürülmüşdür. Bu söz metafizik xarici hislər müqabilində işlənən zehni hisdir ki, varlıqın xarici həqiqəti müqabilində zenhi varlıqın həqiqətidir.

Buna uyğun olaraq onu qeyd etmək olar ki, islam otimaloğiyasının təbirinə əsasən mənəviyyatı ruha aid etmək mümkündür. Onu daxili həqiqət kimi qəbul etmək olar.

Amma diqqət etmək lazımdır ki, bu tərif mənəviyyatla ruhaniyyətin əsas fərqlərini əks etdirir. Bunlar daxili və xarici olmaqla iki tərəfə malikdirlər ki, birinci tərəf müxtəlif mərhələlərə malikdir və sonda həqiqətə çatır.[2]

Hər halda mənəviyyat müxtəlif sahələrdə işləndiyindən onun tərifi də çox çətindir. Xristiyanlıqda mənəviyyat müqəddəs ruhda həyatın nəzəriyyə və həyata keçməsi ya şagirdliyin həyata keçməsidir. Buradan belə anlaşılır ki, bugün mənəviyyat sözü iki mənada işlədilir: Bir tərəfdən ruhaniyyət və müqəddəsliyə işarə edilir və digər tərəfdən həyata məna verən mənasında işlədilir.[3]

Aydındır ki, belə mənəviyyat insanın inanc və etiqadı varlıq aləmi ilə nisbətdə birbaşa həqiqət və gerçəkliyi yoxdur. Bu səbəbdən islam və xristiyanlıqda mənəviyyatın tanınması və bu iki dinin dünyagörüşlərinin və idalogiyalarının müqaisəsidir ki, öndə olan öz ardıcılları təsvir edirlər.

Başqa sözlə hər dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Buna görə ilk olaraq bu iki dinin təlimləri və etibarlı və dəyərli müqəddəs kitabları müqaisə edilməlidir ki, bu müqaisə nəticəsində mənəviyyat məsələsində onların mühüm fərqləri aydınlaşsın. Mənəviyyat islam dininin batin və gözəlliyini bəyan edən bir sözdür. Onun əmələ gəlmə tarixini Peyğəmbərə (s) Qurani kərim ayələrinin nazil olma vaxtı ilə həmzaman hesab etmək mümkündür. Qurani kərim nazil olduğu vaxtdan bu günə kimi müxatəblərinin qəlb və ağıllarına mənəviyyat bəxş edən əsas mənbə olmuşdur. Quran mənəviyyatın həm ruhaniyyət və müqəddəslik mənasına həm də müsəlmanların həyatına məna verici və mənalandırıcı mənaya malikdir.[4]

Burada onu qeyd etmək lazımdır ki, xristiyanların müqəddəs kitabı olan həm qədim və yeni əhd kitabına 73 kitab şamil olunur ki, tarix boyu müxtəlif dəyişikliklərə məruz qalmış və orada ağla zidd olan bir çox məsələlər mövcutdur. İncil sənəd baxımından etibarlı deyildir. Xristiyanlar özləri dörd cür incili qəbul edirlər ki, Havarilər onu Həzrət İsanın (ə) vəfatından illər sonra yazmışlar. Xristiyan keşişlərindən olan Tomas Mişel bu barədə belə yazır:

“İlk illərdə xristiyanlar müqəddəs kitab kimi Yəhudulərin kitabından başqa kitabları yox idi. Yavaş- yavaş Pulos və dörd incili yazanlar, Petros, Yəhud və digərləri Allah tərəfindən İsaya (ə) nazil olanları öz imanlarına uyğun yazmağa başladılar”[5] O başqa bir yerdə etiraf edir: “ Yeni əhdin bəzi hissələrini yazanları tanıəmırıq”[6] O öz kitabında Quran və müqəddəs kitablarını müsəlman və xristiyanlar baximindan belə müqaisə edir:

İslam

Xristiyanlıq

Quran

Ətiq və yeni əhd

Bir müqəddəs kitab

Müqəddəs kitablar toplusu

Ərəb dilində

İbrani, Arami və yunan dillərində

Onun müəllifi Allahdır

Onun müəllifi Allah və insan

İslam peyğəmbəri Allahdan nəyi

İnsan ilahi xəbərləri özünə məxsus metod

Eşidibsə onu da nəql etmişdir

və düşüncə ilə nəql edir

23 il ərzində vəhy olunmuşdur

bir neçə əsr ərzində yazılmışdır

İlahi xəbərlər əzəli və öyrəniləndir

İlahi xəbər əzəli və öyrəniləndir

 

Belə məlum olur ki, incilin etibarı və istinad edildiyi yer indiki tövratdan zəifdir. Çünki əsl incil bir kitab olduğu halda bugünki incilin dörd yerə bölnməsi insanı daha çox şübhəyə salır. Kilsə ixtilafların qarşısını almaq üçün səksən incilin içərisindən dörd incili qəbul etmişdir. (Məta, Yuhənna, Mərqus, Luqa.)[7]

Lakin bütün alimlər səmavi kitaba sahib olan dinin yalnız islam olduğunu qəbul edirlər. Fərz etsək ki, Quranın yerinə biz də Təbəri tarixinə, İbn Hüşamin tarixinə və bunun kimilərə malik olsaydıq, bizim vəziyyətimiz də Xristiyanlar kimi olardı. Yalnız bu tarixlər onlardan fərli olaraq həqiqəti əks etdirirlər. Lakin incili yazanlar öz fikirlərini və anladıqlarını orada qeyd etmişlər. [8]

Digər tərəfdən xristiyanlar təslisə ( üçlü) inanırlar. Allah təala barəsində üç tərəf nəzərdə tuturlar və İsanı (ə) Allah təalanın təcəssum və təcəllisi kimi qəbul edirlər. Bu məsələ ağıla ziddir və bunu Xristiyan alimləri də etiraf edirlər. Bu barədə bəzi Xristiyan alimlər belə deyirlər: Təcəssüm məsələsi ağıl, məntiq, hiss, maddi və fəlsəfi qanunlara ziddiyyət təşkil edir. Amma biz bunu təsdiq edirik və inanırıq ki, bu ağıla sığan olmasa da mümkündür. [9]

Zati günaha və “fəda” məsələsinə inanc da xristiyanların batil və xurafatlarındandır. “ Yəni insan növü Adəmin günahının varisidir və insanlar öz pis əməlləri ilə deyil yalnız Adəmin nəslindən olduğları üçün zati cəhətdən günahkar dünyaya gəlirlər. Burada məqsəd ondan ibarətdir ki, insanlar Allahdan qorxmadan, ondan kömək istəmədən və şəhvət istəkləri ilə dünyaya gəlirlər.[10]

Bu barədə Tomas Akyunas belə söyləyir: “ Günahla doğulmaq bizə üç cür təsir edir: Birincisi Ruhumuzu çirkləndirir, biz fitri cəhətdən allahdan uzaqlaşmağa meyilliyik və çalışırıq ki, özümüzü ilahi qanun və ağıla zidd yollarla qane edək. İkincisi biz şeytanın əsiri kimi doğulmuşuq.”[11]Amma islama görə insan zati və fitri cəhətdən pak doğulur. Onu yaradılışında Allaha meyillilik və pərəstiş vardır. İnsanlıq özündə olan İlahi fitrətin köməkliyi əmçinin peyğəmbərlərin və səmavi kitabların yol göstərmələri ilə qüvvətlənərək, İlahi hidayət yolunu müəyyən edir, nəfs və şeytani hisslərinə qələbə çalır və kamala və məqsədə doğru irəliləyir.[12]

Xristiyanlıqda olan bedət və inhiraflar Əhli- beytin (ə) hədislərinə əsasən Pulos deyilən bir şəxs tərəfindən xristiyanlığa əlavə edilmişdir.[13]

“Pulosu xristiyanlığı yaradan ikinci şəxs hesab edirlər. O İsanın (ə) əlehtarlarından olmuş və həzrət İsanın (ə) şagird və ardıcıllarına əziyyət və işkəncələr vermişdir. İddia etdiyinə görə tövbə etmiş və xristiyanlığın təbliğinə başlamış. Amma onun təbliğ etdiyi xristiyanlıq kəşf və toplanmış din olmuşdur ki, onu müxtəlif yunan, yəhudi, misr və s təfəkkürlərdən götürülmüşdür. [14]

Buna baxmayaraq xristiyan kəlam elmi Pulosu müdafiyə etməkdədir. Lakin onlar öz yazılarında Pulosun məqamını qaldırsa da bu istər istəməz həqiqəti və bizim iddialarımızı üzə çıxartdı. Çünki onlar Pulosu yüksəltməklə Həzrət İsanın (ə) Həvarilərinin məqamını kiçiltdilər. Pulosun həvarilərdən olmamasına baxmayaraq onu həvarilərdən üstün hesab etdilər. O belə yazır: “ Pulosun xristiyan əqidəsi yeni əhdin ən böyük ilahiyyatşünaslıqıdır. Təəccüblüdür ki, o İsanın (ə) həyatında ona zərrə qədər də belə əlaqə göstərməməsinə baxmayaraq onu İsanın (ə) iş və həyatının ən gözəl təfsirçisi kimi qələmə verirlər.... O Yəhudun müqəddəs kitabını öyrənən və şəriətdə mütəxəssis olmuşdur. Lakin on iki nəfər həvarilər və İsanın digər şagirdləri sadəlövh idilər. Bundan əlavə o böyük şəhərdə böyümüşdü. O nəticədə İsanın (ə) xəbərini yüksək səviyyəli şəhərlərə və Roma imperatorluğuna çatdırmağa qadir oldu. [15]

Belə inhiraflar və kənara çıxmalar olan mənbədən götürülən mənəviyyat təbii olaraq düzgün olmayacaq. Yəni xristiyanlığın mənbəyinin dəyər və etibarına əsasən belə mənəviyyat qəbul edilməzdir. Eyni halda ağıla ziddir. Kamala çatmaq istəyəni mənzil başına çatdırmağa qadir deyil. Bir alimin dediyinə əsasən: “ Mən mənəviyyatın ağıldan necə kənar ya ağıla zidd olmasını başa düşə bilmirəm. Yəni elə mənəviyyat olsun ki, ağıla zidd olsun. .... Ağıla zidd olan mənəviyyatı mən qəbul etmirəm.”[16]

Tərki dünyalıq, zahidlik və s kimi xüsusiyyətlər mənəviyyatdandır. İnhiraflar da elə buradan əmələ gəlmişdir.

Əlbəttə bütün bu ayinin ardıcılları inhiraf və bedətlər onların bilməməsi ucbatından yaranmışdır, yəni bu əmrdə müqəssir olmasalar eybi yoxdur. Həqiqətən də bəzi müsəlmanlar kimi xristiyanların da kamala çatmaq, Allaha yaxınlaşmaq istəklərini onların hərəkət və danışıqlarından anlamaq mümkündür.   

Burada onu qeyd etmək lazımdır ki, bugün qərb dünyasında təbliğ edilən mənəviyyat hətta İsanın (ə) təlimlərindən də yoxsuldur. Bugün qərb dünyasının mənəviyyatı hətta belə zəif vəhy əlaqəsindən də məhrumdur.

Bu barədə ustad Rəhimpur Əzğədinin dediyi sözlər diqqətə layiqdir. O deyir: Qərbdə adlandırılan müasir mənəviyyat, yüz əlli il öncəsinə qədər idi. Xristiyan dininin mənəviyyatı qərb pərəst olduğdan sonra onun yerinə sekularist mənəviyyat yaratdılar. Bəşəriyyəti sənaye işlərinə cəlb etmək üçün onun əqli köklərinə və hüquqi cəhətlərinə diqqət yetirmədilər. Yəni mənəviyyatın bir tərəfdən əqli olması digər tərəfdən ədalət ilə əlaqəsi kəsildi. Yəni bir yalan və qurama mənəviyyat yaratdılar. Bu həqiqətdə onu bir sənətə, sənayeyə, texnoloji sənaye mənəviyyatına çevirdilər. Bu o kəslərin həyat və yaşayışına rahatçılıq gətirdi ki, onun həyat üçün izahı yoxdur və həyatın mənasını başa düşmür. Həyat barəsində məna uydurmaq niyyətindədir.

Qərbin müasir mənəviyyatı dünyəvi bir malxulyalıqdır. Həqiqətdə müasir qərb mədəniyyəti donuz sərmayəçiliyini desertinə bulaşdırmışdır. Bu gün qərbdə müasir mədəniyyət və ya sekularist mədəniyyət adlı məktəb geniş yayılmışdır. Burada yayılan cərəyanlardan biri də Mənaçılar və ya ruhçular “ İspiriçualizm” bir tərəfdən onun mərifəti köklərini kəsdilər digər tərəfdən onun varlıq və antolojik köklərini qırdılar. Daha sonra insanın fitri cəhətdən mənəviyyata ehtiyacını ödəmək üçün yalan və qurama həqiqətdə dünyəvi və kəşf olunmuş mənəviyyat düzəltdilər. Həqiqətən də sekular sərmayəçi mədəniyyətdə pizza sifarişi kimi mənəviyyat sifariş edirlər.

Bu sperçualizm qərbdə yaranmışdır. Tovhidi və ənbiya mənəviyyatına zidd olaraq bir yığılma mənəviyyatdır. Bir hissə hinduzim və buddizmdən götürürlər və bir hissə də xristiyanlıqdan götürüb qarışdırırlar. Əlhadi Qəşri pozituoistini götürərək onu “ Aqzistansiolizm” ilə hörürlər. Onlar ona əməl etmək, qanun, əxlaq, dəyərləndirmə və ondan əqidə istəyi yerinə bundan yalnız onlara rahatçılıq verməyinə diqqət edirlər. İndi siz bu mənəviyyatı Peyğəmbər (s) və Məsum İmamların (ə) söylədiyi mənəviyyatla müqaisə edin. Qərbin uydurma mənəviyyatı iki axırıncı əsrdə tovhidi irfan və peyğəmbər mənəviyyatın yerini tutmaq istədi. Lakin son yola gəlib çıxdı. Qərblilər özləri də etiraf edirlər ki, bu düzəlmə mənəviyyat bir zehnin məsuludur. Bir subyektiv işdir. Bizim obiyektiv həqiqi üzvə sahib olmadığımız halda, eyni halda bu mənəviyyatdan rahatçılıq istəyirlər. Məlum deyil ki, bizim heç bir obiyektiv üzvə sahib olmadığımız, həqiqəti olmayan və ağıla sığmayan olduğu halda heç bir vəzifəni nə həqiqət nə fəzilət nə də ədalət vəzifəsini təyin etmir. Belə olan halda bu necə bəşəriyyətə rahatçılıq vermək istəyir. Təbiidir ki, belə rahatçılıq yaranmayacaq. Bu gün narkotik maddə, LSD, həşiş, marixuana və s ilə rahatçılıq və mənəviyyata çatmaq istəyirlər.

Doğurdan da təbiyyətdən, dünyadan, zehn, ağıl, can, insanın həyatından və hətta hər şeydən mənəviyyatı təmizləsən, hər şeyi sekularizmlə təfsir etsən və insanla heyvanın fərqini yalnız fizioloji quruluşda görsən, son zamanlarda üçüncü yarana dalğa ki, biologiya və psixologiya elmləri belə qənaətə gəldilər ki, insanın anatomiyası ilə heyvanın anatomiyası arasında heç bir fərq yoxdur. O vaxt ki, onlar arasında fərqin olmadığını söylədilər, ruh və fitrəti inkar etdilər. Sonda məad və başlanğıcı inkar etdilər. Bəs necə və nə ilə bəşəriyyətə rahatçılıq vermək istəyirsiniz?

İndi yalan mənəviyyatı irfan və Quran mənəviyyatı ilə müqaisə edin. Quran insanı bir tərəfdən mənəviyyata dəvət edir, səcdə edin, yaxınlaş və fərdin ən xəlvət həyatına qarışır. Həmin Quran cəmiyyətin ən varlı insanlarına əmr edir: Hər kəs cəmiyyətin kasıb və yoxsullarına kömək etməsə, Allah onlara əzab vədəsi verir. İslam mənəviyyatı simvolik və fantaziya deyil. İslam mənəviyyatı işsiz insanlara məxsus deyil. İslam mənəviyyatı bit sahəyə aid deyil ki, bir sahədə arif və peşəkar müqəddəs olsunlar və qalan həyatlarını heyvan kimi yaşasınlar. Peyğəmbər (s) və İmamların (ə) gətirdiyi irfan və mənəviyyatın yuxarı və aşağı mərtəbələri vardır. Amma insanlar ən aşağı və adi həyatlarında hüzur sahibidirlər. İslam mənəviyyatında Peşəkar arif yoxdur. İrfan bir iş deyil ki, digərləri həyatları qeyri irfani olsun. Digərləri işsiz olsunlar ki, arif ola bilsinlər. Mənəviyyat maddiyyatdan ayrı deyil. Buna görə islam mədəniyyətində insan həyatının bir hissəsi maddi digər hissəsinin mənəvi olması barəsində fikir yoxdur. İnsanın bütün həyatı, evlilik, iş, dərs, hətta səyahət, yatmaq və s peyğəmbərlərin gətirdiyi əsl həyat olarsa hamı mənəviyyatlı həyata sahib ola bilər.

Əgər siz onların kitablarını oxusanız belə sekular və müasir mənəviyyat o kəslərin işinə yarayır ki, dünya onları sıxsın və sonra yorğunluqlarının getməsi üçün Yoqa ilə məşğul olsunlar. Hər nə yemişdilərsə həzm olsun, sonra sərmayəçilik süfrəsinə otursunlar və sonra yenə də sömürgəçiliklə məşğul olsunlar. Onlar deyirlər ki, mənəviyyatın batil və düzgün olmasından danışmayın. Deyin görək Mənəviyyatın maddi fayda və xeyirinin nədir?

Amma bu gün danışdığımız islam mədəniyyətində mənəvi hədəflərə qeyri mənəvi yolların dalınca getməklə çatmaq mümkün deyil. Bizim cəmiyyətimizdə demokratik liberallıqla və ya iqtisadi sərmayəçiliklə mənəviyyatı uzlaşdırmaq və ona yamamaq istəyən kəslərə- doğrudur onların bəziləri qüdrətlidirlər- onların dəm vurduğları mənəviyyatın buddist, qirmızıdərili irfan ya da xristiyan spiriçualizm mənəviyyatı ola bilər, amma Quran mənəviyyatı ola bilməyəcəyini söyləmək istəyirəm. İslam mənəviyyatı ağıl, ictimai ədalət və iqtisadiyyatla həmahəng olmalıdır. Onlarla əlaqədə olmalıdır. İslam mənəviyyatı buludların arxasında deyil. Zorla həyata keçirilən bir şey deyil. Bir şəxsə xass olan bir şey deyil. [17]

Daha ətraflı məlumat üçün:

Sual 1593 ( Sayt: 1588), İnteks: Dinin mənəviyyatla əlaqəsi.



[1] - Dehxuda, Əli Əkbər, lüğət name, vajeyi mənəvi.

[2] - Ofoqe həqiqət, bərdaşte səhih əz mənəviyyat, xəbərgozariye mehr, gruh din və əndişe.

[3] - Həmin

[4] - Həsən İsməti, Goftimane mənəviyyat, ruznameye camecəm.

[5] - Tomas Mişel, Klame məsihi, Tərcumeye Hüseyn tofiqi.

[6] - Həmin, səh 116.

[7] - Ngareş İslam be sair ədyan və meləl, Seyid Məhəmməd Musəvizade, səh 117.

[8] - İrfan və niyaz be mənəviyyat dər camee emruz, kitabe nəqde şumareye 40, Seyid Yəhya Yəsribi, səh 323.

[9] - İslam ayini bərgozide, Əhməd məsced camei, səh 138.

[10] - Amuzeye nicat az didgah Əllame Təbatəbai ba didgahe rayece məsihiyyət, Mustafa Azadiyan, səh 19 

[11] - Əql və etiqadi dini, Maylk Petrusson, səh 469

[12] - Amuzeye nicat, Mustafa Azadyan, səh 328.

[13] - Bəharul ənvar, cild 8, səh 311.

[14] - Fəslnameye pəjuheşi səbah, səh 5.

[15] - Kəlame məsihi, Tomas Mişel, səh 55.

[16] - Əqlaniyyət və mənəviyyat dər İslam, Dr İbrahim Dünyani, səh 10.

[17] - Sayte ayəndeye roşən, Həsən Rəhimpur Əzğədi, kode mətləb: 7601

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163893 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159562 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118847 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112043 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106215 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92701 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54216 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50035 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45091 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44534 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...