Please Wait
5972
لَا يَتْرُكُ النَّاسُ شَيْئاً مِنْ دِينِهِمْ لِإِصْلَاحِ دُنْيَاهُمْ إِلَّا فَتَحَ اللَّهُ عَلَيْهِمْ مَا هُوَ أَضَرُّ مِنْهُ “İnsanlar dünyalarını islah (abad) etmək üçün dinlərindən bir şeyi tərk etsələr, Allah onlar üçün ondan da zərərli bir şeyi qarşılarına çıxarar” hədisi “Nəhcul-bəlağə”nin çox hikmətlərə malik olan qısa kəlmələrindəndir. İmam Əli (əleyhis-salam) bu cümlədə buyurur: İnsanların dünyadakı istək və arzuları saysız-hesabsızdır. Dünyaya meyl və hərislik qapıları insanın üzünə açılanda hər bir istəyin özü də dünyaya daha artıq hərisliyi və ona lazım olan şərtləri tələb edir. Habelə, o, dünya və ondakı uzun-uzadı arzulara yaxınlaşdığı qədər Allahdan uzaqlaşır. Buna görə onda dünyəvi hədəflə və din göstərişlərini ayaq altına qoyaraq, tapdalamaq əsasında əldə olunan dünya qazancı dünya malı əldə etmək və onunla zinətlənmək üçün digər bir qapının açılmasına səbəb olur və onun ziyanı əvvəlkindən daha çox olur. Çünki bu zaman dünya malına qərq olmaq (hissləri) çoxalır və Allahdan uzaqlaşmaq daha artır.([1]) ([2])
Bu rəvayət bəyan etmək istəyir ki, insan dünya mənfəətlərinə çatmaq üçün dini göstərişləri görməməzliyə vurarsa, onun zərəri qazancından çox olacaqdır.
İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədis də bu məzmundandır:
مَثَلُ الدُّنْيَا كَمَثَلِ مَاءِ الْبَحْرِ كُلَّمَا شَرِبَ مِنْهُ الْعَطْشَانُ ازْدَادَ عَطَشاً حَتَّى يَقْتُلَهُ
“Dünyanın məsəli dəryanın (şor) suyu kimidir: susuz insan ondan nə qədər içsə, bir o qədər susuz olacaqdır, nəhayət insanı qətlə yetirəcəkdir.”[3]
Yəni susuz insan şor suyu içməklə bir mənfəət qazanmaq istəyir, lakin özü də bilmədən daha artıq zərərə düşür.
[1] “Nəhcul-bəlağə”, hikmət 103
[2] Bəhrani, İbni Meysəm, “Nəhcul-bəlağə”nin şərhi, tərcüməçilər: Məhəmmədi Müqəddəm, Qurbanəli və başqaları, 8-ci cild, səh. 98, Məşhəd, “İslami tədqiqatlar” qurumu, birinci çap, 1385-ci il
[3] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 70-ci cild, səh. 125, “hübbüddunya və zəmmuha” babı, 1404-cü qəməri il