Ətraflı axtarış
Baxanların
5862
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Etiqadlarımı möhkəmləndirmək üçün hansı işləri görməliyəm?
Sual
Əgər etiqad cəhətindən daha möhkəm olmaq istəyirəmsə, hansı işləri görməliyəm?
Qısa cavab

Dini tanımaq və mənəviyyat əldə etmək üçün cavanlıq dövrü qızıl bir fürsət hesab olunur. Etiqadlar təkcə elm öyrənməklə hasil olmur; əksinə bu, insanın öz ruhunu, qəlbini saflaşdırmasına, əməli tədbirlərinə də bağlıdır. Etiqadların əsas mehvəri Allahı tanımaqdan ibarətdir. Quranda insanın öz daxilində və kainatda fikirləşib mərifət tapması tövsiyə edilir. Dünya ilə əlaqədar təfəkkür etmək, bu barədə yazılan kitabları mütaliə etmək Allah barəsində əqli mərifət kəsb etməyə kömək olur. Amma daha artıq əhəmiyyət kəsb edən məsələ, yəni nəfsi tanımaq barədə iki yol təqdim olunur. Birincisi, insanın özündə təfəkkür etməsi, nəfsinin əsər və sifətlərində dərindən düşünməsidir ki, bu iş bizə Xaliqin əzəmətini çatdıra bilər. İkinci isə nəfsdə seyr etməkdir. Bunun da dörd mərhələsi vardır: a) Tənhalıqda olmaq, b) Sakit bir mühitdə Allah-taala ilə birlikdə olmaq, v) Öz (maddi) vətənindən uzaqlaşmaq, q) Özünün vüsal və hicranı. Bundan əlavə iki mühüm məsələyə də daim diqqət yetirmək lazımdır: Birincisi ilahi hökmlərə, dini göstərişlərə əməl etməkdə ciddiyyətli olmaqdır ki, bu da elə təqvadan ibarətdir. İkincisi, Allahla ülvi bağlılıq əldə etmək, Ona məhəbbət bəsləmək, habelə Onun vəlilərini, dostlarını sevmək. Bu ikisi də insanın imanını günbəgün artırır.

Ətreaflı cavab

İnsanın öz etiqad və imanını gücləndirməsi çox dəyərli və müqəddəs bir tədbirdir. Gərək insan bu müqəddəs işin qədir-qiymətini bilsin, bu yolda təmkinlə, səbirlə fəaliyyət göstərsin. Qəlbdəki səthi mərifətlə kifayətlənmək olmaz; etiqadları kökündən araşdırıb dərinləşdirmək lazımdır. Bu məqsədə çatmaq üçün iki yol mövcuddur ki, hər ikisi bir-birinin yanında olmalıdır. Birincisi, həm elmi, həm də əqli və fəlsəfi cəhətlərdən etiqadların gücləndirilməsi, daxili cəhətdən islah edilib düzəldiləsi, batini seyr ilə Allahın tanınmasıdır. Əlbəttə, bunlarla eyni zamanda əxlaqi göstərişlərə və dini hökmlərə tam ciddi şəkildə əməl etmək, Allahla ülvi əlaqə yaratmaq, Allah-taalaya və Onun övliyalarına məhəbbət bəsləmək də lazımdır ki, bunlar insanın iman və etiqadlarının güclənməsinə səbəb olur. Bu məsələni dörd istiqamətdə araşdırırıq:

1. Elmi mərifətin gücləndirilməsi

Etiqad hər bir şəxsin öz-özlüyündə qəti nəticəyə çatmalı olduğu işlərdəndir və bu məsələdə başqalarına təqlid etmək, onların dediyini təkrarlamaq rəva deyildir. Digər tərəfdən, bünövrəsi və təməli təfəkkür və təhqiq əsasında olan etiqad prinsiplərinə imanın əməl məqamında da güclənməsinə ciddi cəhdlə çalışmaq lazımdır. Çünki iman gətirmək “etiqad prinsiplərini bilmək”dən tamamilə ayrıdır. Çox hallarda bir nəfərin tövhid barəsində elmi ola bilər, lakin iman gətirməyə bilər. Necə ki, Qurani-kərim fironçuların barəsində buyurur: “Haqq olmasına (qəti şəkildə) yəqin etdikləri halda zülm və tüğyan üzündən Musanı inkar etdilər. Gör fəsad edənlərin axır-aqibəti necə olur!”[1]

Bu hərəkətin ilk mərhələsi insanın özü və kainat (bütün varlıq aləmi) barəsində dərindən təfəkkür edərək aşağıdakı suallara qənaətbəxş cavab tapmasıdır: Bu aləmin gerçəkliyi vardırmı? Əgər gerçəkliyi vardırsa, mənim bu varlıq aləmi məcmuəsindəki yerim haradır? Görəsən varlıq aləminin şüuru vardırmı, yoxsa şüursuzdur? Bu dünyanın və kainatın hikmətli və tədbir edən bir Xaliqi vardırmı? Bu suallardan hər birinə müsbət, yaxud mənfi cavab verilməsi sonrakı mərhələlərdə əsaslı yol ifa edəcəkdir. Əli (əleyhis-salam) bu barədə buyurur: “Allah rəhmət etsin o bəndəyə ki, haradan gəldiyini, harada qərarlaşdığını və hansı istiqamətə gedəcəyini bilir.”[2] Bu suallar insanın ayıqlığına və huşyarlığına səbəb olan suallardır.

İlk mərhələdə insan özündə “Allahşünaslıq” məsələsini həll edərək çalışmalıdır ki, bu mərifətdə mümkün olan həddə qədər irəliləsin, Pərvərdigarın digər xüsusiyyətlərini və sifətlərini dərk edə bilsin. Bu mənzildə seyr etmək üçün hər şeydən öncə başqalarının təfəkkür nəticələrindən kömək almaq daha faydalı ola bilər. Bu mərhələni keçdikdən, dünyanın hikmətli və qüdrətli Xaliqi olmadan yaranmasının qeyri-mümkün olmasını dərk etdikdən sonra bu sual yaranır: görəsən kainatın xaliqi olan Allah bəşərin kamalı üçün bir yol təyin etmişdirmi, yoxsa onu özbaşına buraxmışdır? Burada nübüvvət məsələsi irəli çəkilir.

Bu zəmində peyğəmbərlərin nübuvvətini isbat etmək üçün Quran ən böyük möcüzəli bir yol göstərəndir. Bu asimani kitaba sığınmaqla, onun haqq olması ilə əlaqədar özünün gətirdiyi tədqiq üslubu  və istidlallar barəsində dərindən fikirləşməklə bu həqiqətləri dərk etmək olar. Bunun ardınca da imamət, məad və sair ilahi maariflərlə əlaqədar bir çox məqamlar və suallar aydınlaşacaqdır.

2. Batini seyr

Allah barəsində yəqinə çatmağın müxtəlif qisimləri vardır və bunların hər birinə çatmaq üçün xüsusi bir yolu ötmək lazımdır. Bu yollardan biri də insanın öz nəfsində və ruhunda dərindən təfəkkür etməsidir. Qurani-Kərim insanları bu məsələyə dəvət edir və təkidləndirir. İnsanın özündə təfəkkür etməsinin müxtəlif surətləri vardır ki, bu da mənəvi seyri-sülukda lazımdır. Yəni bu, Allahı tanımaq yolunda insanın özünü tanımasından  istifadə olunan bir məsələdir. Aşağıdakı hədis də həmin məsələyə işarədir: “Hər kəs öz nəfsini tanısa, şübhəsiz, Rəbbini də tanımış olar.”[3] [4] Bu mərifət insanın daxili ilə əlaqəli olduğundan, daha təsirlidir və həmişə qalandır. Burada özünü tanımağın iki yönü ilə tanış oluruq:

a) Özünün vücud xüsusiyyətləri və sifətləri barəsində təfəkkür etmək; bu yol  bizi özümüzün (ruhumuzun) çox dərin vücud təsirləri və öz həqiqətimizdə mövcud olan əsrarəngiz yönləri ilə tanış edir. Bu da Allah-taalanın zatı, sifəti və felləri ilə əlaqədar bəsirətimizi artıra bilər. Başqa sözlə, bu iş tövhiddə dərin mərifətə səbəb olar, onun mərtəbələri, həqiqətləri barəsində agahlığımızı artırar.

b) İnsanın özü və onun ruhunun yönlərində seyr. Bu, daha dərin və çətin bir mərhələdir. Amma həmin səfər insanın öz ruhunda edildiyi üçün Allaha doğru seyrdə ən yaxın yol hesab olunur. Xüsusi keyfiyyətlə və məxsus yollarla baş verən bu yolda salik hər bir şeydən əl üzərək öz həqiqətinə qayıtmalıdır. Bu zaman onun nuri həqiqəti təcəlli edir, daha sonra mərifət və şühud (Haqqın qəlbən əyani müşahidəsi) yolları onun üzünə açılır, mərifət seyri başlanır, ruhi və mənəvi halətlərdə dillə bəyan edilə bilməyəcək qədər irəliləyir.

Bu batini-mənəvi seyrin necə baş verməsini araşdırırıq, çünki etiqadların dərinləşib möhkəmlənməsində böyük rol ifa edir.

1) Tənhalıq xəlvəti

Öz daxili aləmimizdə dərindən fikirləşməklə başa düşəcəyik ki, tək-tənhayıq, özümüzü hər bir şeydən ayırmışıq. Həmişə xüsusi bir tənhalıq xəlvətində qərar tuturuq, yalnız özümüzü hiss edir və özümüzdə olanları başa düşürük. Belə olan halda tənhalığımızdan xəbər verən bəzi ayələrin həqiqətləri bizim üçün müəyyən qədər aydınlaşır. Lakin adi halda biz tənha olsaq da, ona diqqət yetirmirik, ölüm zamanı Pərvərdigarımızın hüzuruna yetən zaman (qiyamət günü) bunu dərk edəcəyik.[5]

2) Allahın hüzurunda xəlvət

Tənhalıq xəlvətində insan yalnız öz həqiqi qəyyumu ilə – yəni o kəs ki, bizim Xaliqimiz, tədbirçimiz və bizə varlıq verəndir – birlikdə görür. O zaman görür ki, yalnız Allah ilə birlikdədir və Onunla möhkəm, qırılmaz əlaqədədir. Bu halətdə həmişə Allah ilə xəlvət halında olacağıq; qeyriləri yox, yalnız O bizimlə olacaq.[6]

Əgər öz daxilimizdəki seyr zamanı müvəffəqiyyət qazana bilsək, tövhid nuru bizim batinimizdə təcəlli etməyə başlayacaq, şirkin büsatı sarsılacaq, iman hökmləri meydana gələcəkdir. Həqiqətin üzərindəki hicablar kənara çəkiləcək, həqiqi mənada ayılacağıq, Allahdan başqa heç kəsi özümüzün vəlisi (qəyyumu) və müdəbbiri (tədbirçisi) hesab etməyəcəyik. Hər bir fayda və ziyanın yalnız Allah tərəfindən olduğunu biləcəyik, hökmün yalnız Ona məxsus olduğunu dərk edəcəyik, mütləq cəlal və cəmalın yalnız Onda olduğunu müşahidə edəcəyik, nəhayət Onu özümüzün yeganə məbudumuz biləcəyik. Bu mərhələdə başa düşəcəyik ki, Mütəal Allahdan başqa heç bir vəli, köməkçi və məbud yoxdur.[7] İnsanlar öz batil və puç xəyalları ilə Ondan başqasını özlərinə köməkçi və vəli hesab edir, özləri üçün məbud sayırlar,[8] nəticədə azğınlıq yolunu ötüb keçirlər.

3) Vətəndən uzaqlıq

Tənhalıq xəlvətində əgər insan özünə qayıdaraq öz daxilində seyr etsə, bununla eyni zamanda özünü yalnız öz Qəyyumu ilə birlikdə görsə, əyani şühudla dərk edəcəkdir ki, özünün həqiqi məqamından – qürb vətənindən (ilahi dərgahdan) uzaqlaşmış, bir və ya bir neçə şeyi əldən vermişdir. Başqa sözlə, bu zaman insan qürbət hissi keçirir və görür ki, onunla əsl vətəni arasında – kamil şühud və qürb vətəni arasında çox uzun fasilə düşmüş, onunla özünün əsl məqamı arasında bir, yaxud bir neçə hicab fasilə salmışdır. Bu zaman qürbətin sıxıntısını, fərağın qəmini aşkar şəkildə hiss edəcəkdir. Bu fərağın necəliyini bu məqama layiq olanlar bilir, bu, danışığa, qələmə, vəsfə gəlməz. Əgər ruhu pərvaz etdiyinə görə müəyyən bir şeyi desə, eynilə Hafizin dediyi aşağıdakı şer kimi olacaqdır:

ياد باد آن‌كه سرکوي توام منزل بود                                                            ديده را روشني از خاک درت حاصل بود

Necə gözəl halda idim: sənin küçənin başı mənzilim idi,

Sənin qapının torpağından gözlərim aydın idi.”

4) Özündən hicran və vüsala nail olmaq:

Salik seyrin davamında bu həqiqətə nail olur ki, Allahdan hicab arxasında və fəraqda olması ilə eyni zamanda Onun dərgahına çox yaxındır. Yəni, O bizə çox yaxındır, biz də Ona yaxınlaşmışıq.[9] Görəcəyik ki, indiyə qədər təsəvvür etdiyimiz şeylər bizim üçün daha çox hicab və bizi məqsədimizə çatmağı daha çox çətinləşdirən şey imiş.

Bir sözlə, görəcəyik ki, biz məhcur (tərk olunmuş) olsaq da, eyni zamanda O bizə hər şeydən daha yaxındır, hətta bizim özümüzdən belə özümüzə yaxındır.[10] Bu zaman başa düşəcəyik ki, mövcud olan hicablar və pərdələr bizim özümüzlə və bizim özümüzdədir. Belə olmasaydı, onda nə üçün Allahın bizə yaxın olması ilə eyni zamanda Ondan pərdə arxasındayıq və Onu qəlbən müşahidə etməkdən məhrumuq?! O ki, bizə hamıdan artıq yaxındır və hər bir yerdə, hər bir mühitdə, hər yerdə və hər şeydə hazırdır?!

Bu hicab və ya hicablar – (düzgün olmayan) əməl və niyyətlər, əxlaqlar və bağlılıqlar, sair qaranlıqlar; habelə, insanın Allahdan qeyri şeylərə və özünə diqqət yetirməsidir. Nicat yolu da özünü bütün bu şeylərdən paklamaq, onların hamısını özündən uzaqlaşdırmaq, ruhi paklıqla, mənəvi saflıqla, Allahdan qeyri hər bir şeydən ümidini kəsməklə, Allahı tələb və zikr etməklə, batini seyr-sülukla şühud vətəninə tələsməkdədir. Əlbəttə, bu məqam –  inqita məqamının mənası güşəneçnlik, üzlət etməklə deyil, əksinə, gərək insan bu işləri elə camaatın arasında olmaqla eyni zamanda yerinə yetirsin, amma onlarla birgə də olmasın. Yəni ilahi yönə malik olmayan, məsiyət (günah) işlərdə onlardan ayrı, amma yaxşılıqlarda onlarla bir olsun.

Əli (əleyhis-salam) buyurur: “Arif o kəsdir ki, özünü tanısın, sonra onu Allahdan uzaqlaşdıran hər bir şeydən özünü azad və pak etsin.”[11]

Nəfs barəsindəki mərifəti Allaha mərifət üçün bir körpü kimi təqdim edən şey şəriətin qəbul etdiyi həmin əməli seyri-sülükdür ki, bu da yalnız dinin və müqəddəs şəriətin göstərişlərinə əməl etməklə həyata keçir. Həqiqətdə insanı ilahi camalın şühudu (əyani müşahidəsi) məqamına çatdıran bu iş, öz həqiqətini tanımaq, öz əsil məqsədinə doğru hərəkət etməkdir və bu, təqvadan başqa bir yolla müyəssər ola bilməz.[12]

3. Dini göstərişlərə əməl edərkən tam ciddiyyətli olmaq

Dini mənbələrimizdə “ən böyük cihad” ünvanı ilə təqdim olunan məsələ – nəfsin rəzalətlərdən saflaşdırılması imanın güclənməsi və ruhi təkamülün ən mühüm amillərindən biridir. Eləcə də ibadətlərin qayda-qanunlarına və şərtlərinə riayət etməklə düzgün şəkildə əncam verilməsi insanın etiqad və inanclarının güclənməsində çox müsbət təsir qoyur, imanını möhkəmləndirir. Quran və rəvayət baxımından insanın (yaxşı) əməli onun dini inanclarının güclənməsində, yaxud (pis əməli də) onun zəifləməsində çox güclü təsirə malikdir. Qurani-Kərim buyur: “Allaha (o qədər) ibadət et ki, yəqin sənə doğru gəlsin.”[13]

Digər tərəfdən də yaramaz əməllər və günah işlər insanın imanını tədrici olaraq süstləşdirir, hətta onu küfrə doğru belə çəkir. Quran bu barədə buyurur: “Çirkin əməl və pis (günah) işlər görənlərin axır-aqibətləri bu oldu: kafir olaraq Allahın ayələrini təkzib və məsxərə etdilər.[14]

4. Ülvi (atifi) əlaqə bərqərar edilməsi

İnsanın mühüm yönlərindən biri olan ülvi (emosional, atifi) yön onun etiqadlarında çox təsirli rol ifa edir. Hətta bəzi hədislərə “din məhəbbətdir” deyə buyurulur. İmam Baqir (əleyhis-salam) buyurur: “Din məhəbbətdən başqa bir şey deyildir!”[15]

Həqiqi məhəbbət insanı öz məhbubuna itaətə vadar edir. Məhbubunun ondan istədiyi hər bir şeyi ən gözəl surətdə yerinə yetirir və onun göstərişlərinə qeydsiz-şərtsiz itaət edərək. İmam (əleyhis-salam) qeyd olunan hədisin davamında bu ayəni tilavət etmişdir: “Ey Peyğəmbər, de: əgər Allahı sevsəniz, mənə tabe olun ki, Allah da sizi sevsin.[16]

 


[1] “Nəml” surəsi, ayə: 14: وَ جَحَدُواْ بهِا وَ اسْتَيقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَ عُلُوًّا فَانظُرْ كَيفَ كاَنَ عَقِبَةُ الْمُفْسِدِين

[2] Feyz Kaşani, Məhəmməd Möhsün, “Əl-vafi”, 1-ci cild, səh. 116, İsfahan, 1-ci çap, 1406-cı qəməri il:

عن أمير المؤمنين (ع) حيث قال: «رَحِمَ اللّٰهُ امْرَءًا أَعَدَّ لِنَفْسِه ِوَاسْتَعَدَّ لِرَمْسِهِ وَ عَلِمَ مِنْ أَيْنَ وَ فِي أَيْنَ وَ إِلَى أَيْنَ

[3] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 2-ci sild, səh. 32, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[4] Əlavə məlumat üçün bax: “Əl-mizan” təfsiri, Əllamə Təbatəbai, “Maidə” surəsinin 105-ci ayəsinin təfsiri

[5] ...و يأتِينا فَرداً “O tənhalıqda Bizim tərəfimizə gələcəkdir...” وَکُلُّهُم آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْداً “Asimanda və yerdə olanların hamısı qiyamət günündə tənha şəkildə Allahın hüzuruna gələrlər.”

[6] “Hədid” surəsi, ayə: 4: هُوَ مَعَکُم أَينَ مَا کُنتُم “Harda olsanız, O (Allah) sizinlədir.”

[7] “Bəqərə” surəsi, ayə: 107: أَلَم تَعلَم أَنَّ اللهَ لَهُ مُلکُ السَّماواتِ وَألارضِ وَمالکُم مِن دونِ اللهِ مِن وَلِي وَلا نَصِيرٍ

”Məgər bilmirsən ki, asimanların və yerin səltənəti (hakimiyyəti) Allaha məxsusdur?! Və sizin üçün Allahdan başqa heç bir başçı və köməkçi yoxdur (və sizin məsləhətinizi bilib, təyin edən yalnız Odur)?!”

[8] “Furqan” surəsi, ayə: 55: وَيعبُدُونَ مِن دُونِ اللهِ مالا ينفَعُهُم وَلا يضُرُّهُم

“Allahdan başqa onlara nə fayda verən, nə də zərər çatdıran bir varlığa (bütə) ibadət edirlər.”

[9] “Qaf” surəsi, ayə: 16: وَ نَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

[10] “Ənfal” surəsi, ayə: 24: وَاعْلَمُوا أَنَّ اللهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ

[11] “Ğurərul-hikəm”, səh. 240, hədis 4841, “Dəftəri təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il

اَلْعَارِفُ مَنْ عَرَفَ نَفْسَهُ فَأَعْتَقَهَا وَنَزَّهَهَا عَنْ کُلِّ مَا يُبْعِدُهَا

[12] Şücai, Məhəmməd, “Məqalələr”, “Süruş” nəşriyyatı, Tehran, birinci çap, 1372-ci il, 3-cü cild, səh. 223-224

[13] “Hicr” surəsi, ayə: 99

[14] “Rum” surəsi, ayə: 10

[15] Kuleyni, “Kafi”, 8-ci cild, səh. 79, “Darul-kutubil-islamiyyə”

[16] “Ali-İmran” surəsi, ayə: 31

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...