Ətraflı axtarış
Baxanların
8699
İnternetə qoyma tarixi: 2011/07/02
Sualın xülasəsi
"Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
Sual
Quran-kərimin bir çox yerində xatırladılan "möminlər" müsəlmanların hansı qrupudur?
Qısa cavab

Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.

Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ilə müqayisəli fikirlərin və müxtəlif əqidələrin dəqiq tədqiqatı zamanı Əhli-beyt (ə) ardıcıllarının Quranda keçən həqiqi möminlər və imanın ali dərəcəsini qazanan şəxslər olduğu məlum olur. Əlbəttə, Əhli-beyt (ə) ardıcıllarından məqsəd fikirdə, etiqadda və əməldə həqiqətən Əhli-beyt (ə) ardıcılı olan, yalnız iddia və adla kifayətlənməyən şəxslərdir.

Bunun əsnasında üç mühüm nöqtəyə diqqət etmək lazımdır:

1.             İslam anlayışı imandan geniş mənanı əhatə edir. Yəni, "mömin" kəlməsi xüsusi termindir və rəvayətlərdə onun üçün spesifik şərtlər bəyan olunmuşdur. Deməli, mömin termininin spesifik şərtlərindən birinin fərddə tapılmaması, onun müsəlman olmamasına gətirib çıxarmır.

2.             Müsəlman firqələrinin hamısı Əhli-beytə (ə) ehtiram göstərir. Müsəlman məzhəbləri İslamın zühurundan indiyədək Əhli-beytə (ə) olan müxtəlif əlaqə və məhəbbətlərini daim izhar etmişlər. Belə ki, əhli-sünnənin dahi alimlərindən əhli-beytin (ə) fəzilətləri haqqında müstəqil kitablar yazmışlar. Ətraflı cavab bölməsində onlardan bəzilərinə işarə edəcəyik.

3.             Əhli-beyt (ə) ardıcılları digər müsəlman məzhəblərinə ehtiramla yanaşırlar. Keçənlərdən indiyədək bir-biriləri ilə qohumluq, öyrədib və öyrənmək, ictimai və siyasi həmrəylik kimi xoş münasibətlər qurmuşlar. Belə ki, bir çox şiə alimləri əhli-sünnə alimlərindən dərs almışlar. Necə ki, bir çox şiələr əhli-sünnə hədis kitablarının rəvayətçiləri hesab edilmişdir.

Bütün hallarda müsəlmanların vəhdəti İslam dininin inkişafında ən mühüm amil və İslam düşmənlərinin müqabilində ən böyük müdafiə vasitəsidir. Buna görə də ikinci dərəcəli məsələlərdən daim öndə olmalıdır.

Ətreaflı cavab

Mömin leksikada "əmn" kökündən götürülmüş təsdiq etmək, etimad etmək, qəlb aramlığı, xüzu və itaət etmək mənasındadır.[1] Möminlər kəlməsi təsdiq edənlər mənasında işlənir.

Terminologiyada isə mömin Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olandır. Peyğəmbər (s) buyurdu: "İman, qəlblə tanımaq, dildə demək, bədən üzvləri ilə əməl etməkdir".[2]

Quranda möminlərin nişanələri:

Quranda möminlərin xüsusiyyətləri bunlardır:

A.            Namazı bərpa etmək, namazda xüşu

B.            Zəkat vermək və Allah yolunda xərcləmək

C.            Allaha təvəkkül

D.            Yaxşılıqlara dəvət və pisliklərdən çəkinmək

E.            Puç, faydasız işlərdən çəkinmək

F.            İffətin qorunması

G.            Allaha, Peyğəmbərə (s) itaət və onların müqabilində təslim olmaq[3]

Əlbəttə, Quranda möminlərin nişanə və xüsusiyyətləri təkcə bunlarla bitmir. Bəlkə demək lazımdır ki, həqiqi möminlər Allah və Peyğəmbərin (s) qanunlarına itaətkar və sırf təslim şəxslərdir.[4] Nəinki bəzi qanunları qəbul edib bəzilərini isə rədd etsin. Hədislər də möminin bir çox xüsusiyyətlərini demişlər. Onlardan bəzilərini xatırladırıq: Tənhalıqda nəciblik, fəqirlikdə sədəqə, müsibətdə səbir, qəzəbdə həlmlik, qorxmaqla yanaşı düz danışmaq, Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allah əmrinə boyun əymək, Allahın qəzasına razı olmaq kimi sifətlər.[5]

Baxmayaraq ki, möminlər təsdiq və itaət baxımından eynidirlər - qəbul etsək ki, fərdlər elmi dərəcə, ciddiyyət, praktiki aktivlik baxımından fərqlidirlər - nəticədə onların iman dərəcələri bərabər deyil və iman baxımından fərqlidirlər.[6]

İmam Sadiq (ə) buyurur: "İman pillələri bir-bir çıxılan on pilləlil nərdiban kimidir".[7]

İmanın dayaqlarından biri Əhli-beytin (ə) vilayətini qəbul etməkdir. Quran ayələrindən, Peyğəmbər (s) və Əhli-beytin (ə) sözlərindən Əhli-beytə (ə) itaətin iman anlayışında əsas rola malik olması başa düşülür. Əhli-beyt (ə) məktəbi əsasında həyatını tənzimləməyən şəxsin imanının dayaqları kamil deyil.

Nümunə üçün bir neçə ayə və hədisi nəzərinizə çatdırırıq:

a.             "Təbliğ" ayəsində deyilir: 

" Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq."[8]

İbn Əsakir (əhli-sünnə alimlərindən) bu ayənin Peyğəmbərə (s) "Qədir-Xum" günü, Əlinin (ə) şəninə nazil olmasını səhih sənədlə İbn Səid Xidridən nəql edir.[9] Ayəyə əsasən həzrət Əlinin (ə) vilayətinin elanı Peyğəmbər (s) risalətinin dayaqlarından sayılmışdır. Deməli, həzrət Əlinin (ə) vilayətini qəbul etmək Peyğəmbər (s) risalətini qəbul etməyin əsas dayaqlarındandır.

b.            "Vilayət" ayəsində deyilir:

"Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir."[10]

Əhli-sünnənin təfsir və rəvayət kitablarında bu ayənin Əlinin (ə) şəninə nazil olduğu qeyd edilir.[11] Deməli, həzrət Əlinin (ə) vilayətini qəbul etməyən şəxs, Allahın əsas qanunlarından birini qəbul etməmişdir. Bu ayədə həzrət Əlinin (ə) vilayəti Allah və peyğəmbərinin (s) vilayəti ilə yanaşı qeyd edilmişdir. Allah və Peyğəmbər (s) vilayətinin qəbulunun imanın əsas dayaqlarından olduğunu bilirik. Demək, həzrət Əlinin (ə) vilayəti də imanın əsas dayaqlarındandır. Bir çox başqa ayələrin olmasına rəğmən bu iki ayə ilə sözümüzü ixtisar edirik.

Sözügedən temada Peyğəmbərdən (s) çoxlu hədislər vardır. İxtisarla onlardan bir neçəsinə işarə edirik:

a.             "Səqəleyn" hədisi:

Şiə və əhli-sünnə mütəvatir şəkildə Peyğəmbərdən (s) nəql edirlər ki, o həzrət buyurdu: "Mən sizin aranızda iki dəyərli şey qoyuram. Əgər onlardan yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız. Biri Allahın kitabı (Quran), digəri isə ailəmdir".[12] Bu hədis insana Əhli-beytə (ə) (Peyğəmbər ailəsinə) bağlanmaqla yolunu azmayacağını izah edir. Demək, Əhli-beytə (ə) itaət imana dəxildir.

b.            "Səfinə" hədisi:

c.             Peyğəmbər (s) buyurub: "Mənim Əhli-beytimin misalı, Nuhun gəmisi misalındadır. Ona süvar olmayan atəşdə qalacaqdır."[13] Bu hədisdə Əhli-beytə (ə) itaətin imanda dəxil olması aydındır.

d.            "Mənzilət" hədisi:

Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sənin mənə nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir".[14] Hədisə görə "nübuvvət" məqamından başqa Peyğəmbərin (s) bütün məqamı, ləyaqəti, yüksək rütbəsinə Əli (ə) də malikdir. Deməli, Peyğəmbərə (s) itaətin əsil imana aiddiyyəti olduğu kimi həzrət Əliyə (ə) itaət etmək də əsil imana dəxildir.

İmam Baqir (ə) bu haqda buyurur: "İslam beş dayağla möhkəmdir: namaz, zəkat, oruc, həcc və vilayət. Vilayət qədər heç nəyə dəvət olunmamışdır".[15]

Həmçinin İmam Sadiq (ə) buyurub: "İmamsız yer üzü şübhəsiz məhv olar".[16] Deyilən hədislərdən imanın gerçəkliyində imamət və vilayətin əhəmiyyəti, mövqeyi cox gözəl şəkildə məlum olur.

Qeyd olunan məzmunlardan Quranın göstərişləri ilə dəqiq harmoniya yaradan, əsas əqidə prinsipləri, teoriyası və əxlaq, fiqh, praktiki nəzəriyyələri tam şəkildə Quranla uyğunluq təşkil edən məzhəbin, yalnız Əhli-beyt (ə) məktəbi olması aydınlaşır. O məktəb ki, Peyğəmbər (s) Əhli-beytinə (ə) ardıcıllıq etməklə Quran ayələrini və Peyğəmbər (s) sünnəsini dərk etməyi, özlərini zülmətdən, azğınlıqdan və İslamdan uzaqlaşmadan hifz etməyi bacarmışlar.

Mövzunun aydın olması üçün qeyd olunanlardan əlavə daha iki nöqtəyə diqqət etmək lazımdır:

Birinci nöqtə:

Şiə və əhli-sünnə məzhəbi ardıcılları Peyğəmbərdən (s) nəq edirlər ki, o həzrət buyurdu: "Müsəlmanlar arasında doğru qrup (Əhli-beyt (ə) ardıcılları) şiələrdir".[17]

İkinci nöqtə:

Şiə (Əhli-beyt (ə) ardıcılları) əqidə və maarifinin Quran ayələri ilə tətbiqi tədqiqatı.

Bu barədə tədqiqat üçün şiə alimlərinin şiə əqidələri haqda yazdıqları kitablara; "Əqaid əl-İmamiyyə", mərhum Müzəffərin təlifi, "Amuzeşi-əqaid", Misbah Yəzdinin təlifi, "Mənşuri-əqaidi-İmamiyyə" Cəfər Sübhaninin təlifi, "Şiə" Əllamə Təbatəbaiinin təlifi, "əl-Müraciət və əsl əş-Şiə və usuliha" kimi kitablara müraciət edə bilərsiniz.

Əlbəttə, məktəb və qrupları araşdırmaq üçün birincisi onların ideologiya, teoriya, əqaid və fikirləri mötəbər və qəbul edilən mənbələrdən araşdırdıqdan sonra onun düzgün və ya batil olmasına hökm verilməsi məlum məsələdir. İkincisi iddiaçı fərdlərin və qrup tərəfdarlarının aslılıq və qeyri-aslılığı məktəbin haqq və ya batil olmasına dəlalət etmir. Deməli, şiə dedikdə yalnız iddiaçı, ad və kimlik baxımından şiə sayılanlar deyil, bəlkə elm, etiqad, iman və əməl baxımından şiə maarifini, həqiqətlərini tanıyan və onlara bağlı şəxslər nəzərdə tutulur. Necə ki, imamlar (ə) da bu nöqtəyə işarə etmişlər.

İmam Baqir (ə) buyurub: "And olsun Allaha bizim şiəmiz yalnız Allahdan qorxan və Ona itaət edən və təvazö, xüşu, əmanətə riayət, Allahı çoxlu yad etmək, oruc tutmaq, namaz qılmaq, ata-anaya yaxşılıq, yoxsul qonşuların, şikəst, borclu şəxslərin, yetimlərin qeydinə qalmaq, sözdə düzgünlük, Quran oxumaq, camaat haqqında yaxşılıqdan başqa şey danışmaqdan dili qorumaq kimi xüsusiyyətlərlə tanınan şəxslərdir".[18]

Sonda üç məzmuna işarə etmək zəruridir:

1.             İslam anlayışı imandan geniş mənanı əhatə edir. Yəni, "mömin" kəlməsi xüsusi termindir və rəvayətlərdə onun üçün spesifik şərtlər bəyan olunmuşdur. Deməli, mömin termininin spesifik şərtlərindən birinin fərddə tapılmaması, onun müsəlman olmamasına gətirib çıxarmır.

İmam Baqir (ə) buyurur: "İman qəlbdə yer alan və Allaha birləşən şeydir. Əməl Allaha itaət və əmrlərinə təslim olmaqla onu təsdiq edəndir. İslam isə söz və əməllə zahir olandır. O şeydir ki, ümumi camaat və bütün firqələr onun vasitəsilə canları hifz, irs və miras bölünmüş və nigahları halal olur. Onun vasitəsi ilə insanlar namaza, zəkata, həccə, oruca yığışırlar və onunla küfrdən xaric olub imana nisbət verilirlər...".[19]

2.             Müsəlman məzhəblərinin demək olar ki, hamısı Əhli-beytə (ə) ehtiram göstərir. Müsəlman məzhəbləri İslamın zühurundan indiyədək Əhli-beytə (ə) olan müxtəlif əlaqə və məhəbbətlərini daim nümayiş etdirmişlər. Belə ki, əhli-sünnənin dahi alimlərindən əhli-beytin (ə) fəzilətləri haqqında müstəqil kitablar yazmışlar. Onlardan bəzilərinə işarə edirik:

1.             "Məvəddə əl-qürba", Mir Sir Əli Şafei

2.             "Yənabiu əl-məvəddə", Şeyx Süleyman Bəlxi Hənəfi

3.             "Merac əl-vüsul fi mərifəti Ali ər-Rəsul", Hafiz Camaləddin Zərəndi

4.             "Mənaqibi və fəzaili Əhli-beyt" Hafiz Əbu Nəim İsfahani

5.             "Mənaqibi Əhli-beyt" İbn Məğazəli (Şafei fəqihlərindən)

6.             "Rişfə əl-sadi min bəhri fəzaili bəni ən-Nəbi əl-Hadi", Seyid Əbi Bəkr ibn Şəhadət əd-Din Ələvi

7.             "Əl-İthaf bi hubbi əl-Əşraf", Şeyx Abdullah Məhəmməd ibn Amir Şəbravi

8.             "Əhya əl-meyyit bi fəzaili Əhli-beyt", Cəlaləddin Süyuti

9.             "Fəraid əs-səmtin fi fəzail əl-Mürtəza və əz-Zəhra və əs-Sibteyn", Şeyxül İslam İbrahim ibn Məhəmməd Hüveyni

10.          "Zəxair əl-Üqba", İmam əl-Hərəm Şafei

11.          "Füsul əl-mühimmə fi mərifə əl-Əimmə", Nurəddin ibn Səbbağ Maliki

12.          "Təzkirətul xəvassul- Ümmət fi mərifə əl-Əimmə", Yusif Səbt ibn Cuzi

13.          "Kifayə ət-Talib" Məhəmməd ibn Yusif Gənci Şafei

14.          "Mətalib əs-suul fi mənaqib Ali ər-Rəsul" Məhəmməd ibn Təlhə Şafei

3.             Əhli-beyt (ə) ardıcılları digər müsəlman məzhəblərinə ehtiramla yanaşırlar. Keçənlərdən indiyədək bir-biriləri ilə qohumluq, öyrədib və öyrənmək, ictimai və siyasi həmrəylik kimi xoş münasibətlər qurmuşlar. Belə ki, bir çox şiə alimləri əhli-sünnə alimlərindən dərs almışlar. Misal üçün, deyilənlərə görə əhli-sünnə alimlərindən qırx nəfər "Şəhidi-əvvəl" Məhəmməd ibn Məkkiyə hədis nəql etməyə icazə vermişdir.[20]

Bütün hallarda müsəlmanların vəhdəti İslam dininin inkişafında ən mühüm amil və İslam düşmənlərinin müqabilində ən böyük müdafiə vasitəsidir. Buna görə də ikinci dərəcəli məsələlərdən daim öndə olmalıdır.

Ətraflı məlumat üçün: Bax:

1.             Sual 248, Göstərici: Şiə və cənnət

2.             Sual 283, Göstərici: Cənnət və qeyri-müsəlmanlar

3.             Sual 323, Göstərici: Təqsirkarlar və cəhənnəmdən nicat.



[1] - "Möcəm məqayis əl- lüğət", "Əqrəb əl-məvarid", "Fərhəngi-Came", "əmn" kəlməsi

[2] - "Kənz əl-əmal", səh. 95

[3] - "Ənfal", 2-4; "Tövbə", 71; "Muminun", 1-11

[4] - "Nisa", 65 və 150

[5] - "əl-Kafi", cild.2, səh. 71 və 232

[6] - "Ənfal", 4; "Mücadələ", 11; "Nisa", 95; "Tövbə", 20

[7] - "Üsul əl-kafi", cild.2, səh. 45

[8] - "Maidə", 67

[9] - İbn Əsakir, "İmam Əli (ə)", tərcümə, cild.2, səh. 86

[10] - "Maidə", 55

[11] - Vahidi "Əsbab ən-nüzul", səh. 133; Zəməxşəri "Kəşşaf", cild.1, səh. 649 – Əbu Bəkr Cəssas "Əhkam əl-Quran", cild.2, səh. 446

[12] - "Səhihi-Tirmizi", cild.5, səh. 621

[13] - "Nəhayə", İbn Əsir, "zəx" maddəsi

[14] - "Səhihi-Tirmizi", cild.5, səh. 641

[15] - "Əl-Kafi", cild.2, səh. 18

[16] - "Əl-Kafi", cild.1, səh. 179

[17] - "Dürr əl-mənsur", cild.6, "Bəyyinə", 7 ayəsinin təfsirində; "əl-Mizan", cild.2, səh. 341

[18] - "Töhəv əl-uqul", səh. 338

[19] - "Əl-Kafi", c.2, səh. 26

«عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ سَهْلِ بْنِ زِیَادٍ وَ مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ جَمِیعاً عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ عَلِیِّ بْنِ رِئَابٍ عَنْ حُمْرَانَ بْنِ أَعْیَنَ عَنْ أَبِی جَعْفَرٍ ع قَالَ سَمِعْتُهُ یَقُولُ الْإِیمَانُ مَا اسْتَقَرَّ فِی الْقَلْبِ وَ أَفْضَى بِهِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ وَ صَدَّقَهُ الْعَمَلُ بِالطَّاعَةِ لِلَّهِ وَ التَّسْلِیمِ لِأَمْرِهِ وَ الْإِسْلَامُ مَا ظَهَرَ مِنْ قَوْلٍ أَوْ فِعْلٍ وَ هُوَ الَّذِی عَلَیْهِ جَمَاعَةُ النَّاسِ مِنَ الْفِرَقِ کُلِّهَا وَ بِهِ حُقِنَتِ الدِّمَاءُ وَ عَلَیْهِ جَرَتِ الْمَوَارِیثُ وَ جَازَ النِّکَاحُ وَ اجْتَمَعُوا عَلَى الصَّلَاةِ وَ الزَّکَاةِ وَ الصَّوْمِ وَ الْحَجِّ فَخَرَجُوا بِذَلِکَ مِنَ الْکُفْرِ وَ أُضِیفُوا إِلَى الْإِیمَانِ وَ الْإِسْلَامُ لَا یَشْرَکُ الْإِیمَانَ وَ الْإِیمَانُ یَشْرَکُ الْإِسْلَامَ وَ هُمَا فِی الْقَوْلِ وَ الْفِعْلِ یَجْتَمِعَانِ کَمَا صَارَتِ الْکَعْبَةُ فِی الْمَسْجِدِ وَ الْمَسْجِدُ لَیْسَ فِی الْکَعْبَةِ وَ کَذَلِکَ الْإِیمَانُ یَشْرَکُ الْإِسْلَامَ وَ الْإِسْلَامُ لَا یَشْرَکُ الْإِیمَانَ وَ قَدْ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ قالَتِ الْأَعْرابُ آمَنَّا قُلْ لَمْ تُؤْمِنُوا وَ لکِنْ قُولُوا أَسْلَمْنا وَ لَمَّا یَدْخُلِ الْإِیمانُ فِی قُلُوبِکُمْ فَقَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ أَصْدَقُ الْقَوْلِ قُلْتُ فَهَلْ لِلْمُؤْمِنِ فَضْلٌ عَلَى الْمُسْلِمِ فِی شَیْ‏ءٍ مِنَ الْفَضَائِلِ وَ الْأَحْکَامِ وَ الْحُدُودِ وَ غَیْرِ ذَلِکَ فَقَالَ لَا هُمَا یَجْرِیَانِ فِی ذَلِکَ مَجْرَى وَاحِدٍ وَ لَکِنْ لِلْمُؤْمِنِ فَضْلٌ عَلَى الْمُسْلِمِ‏"»

[20] - "Əl-Lümə əd-Dəməşqiyyə", səh. 16

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    6619 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Başqasının uşağını validenylərinin icazəsi ilə ədəbləndirməkdən ötrü döymək olarmı?
    4298 Cürbəcür 2015/05/30
    Sualın mövzusunda həddi buluğa çatdıqdan sonra icazə yoxdur və artıq bu yaşda ata-ananın icazəsinin təsiri yoxdur. Amma bəzi fəqihlər[1] zərurət olan halda buna icazə verirlər və o həddə qədər ki, uşağın bədəni qızarmış və qaralmış olmasın. Əlavələr: Mərce təqlid alimlərinin bu suala cavabları:
  • Məsum kəlməsinin xarici mənası nədir?
    10589 Qədim kəlam 2012/06/13
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Başqasının malından vəqf etməyin hökmü nədir?
    6178 Nizamlar hüquq və əhkam 2011/10/11
    Vəqf etmək o vaxt düzgün olar kivəqf edən özü sahib olduğu maldan vəqf etsin.[1] Nəticədə zorla aldadmaqla və nahaq başqalarından mal ilə verilmiş vəqf batildir vəqf edən o mala zamindir və boynunda həqqunnas var başqa sözlə desək bu vəqf etməklə boynundan həqqunnas götürülmür.
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7627 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • Tarixdə imamların bir baxışla insanları batini (mənən) hidayət etmələrinin nümunəsi vardırmı?
    5734 Qədim kəlam 2012/04/10
    İmamət məqamının “haqq məzhəbinin ali hədəflərini həyata keçirmək və məqsədə çatdırmaq mənasından ibarət olan hidayət” olmasına diqqət yetirməklə bu məqam təkcə zahirdə yol göstərməyə deyil, təkvini hidayətə də şamildir. Bu, hazırlığı olan qəlblərə imamın ruhi nüfuzu, batini təsiri, vücud şüasının saçması və onları mənən hidayət etməsi mənasınadır. ...
  • Niyə İslami ölkələrdə fəsad rəvac tapır və yayılır?
    6841 Nəzəri əxlaq 2010/06/15
    Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin ...
  • Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ədalətli olması ilə ziddiyyəti yoxdurmu?
    19298 Təfsir 2011/04/13
    Bu ayə təlaq verilmiş (boşanmış) qadınlar barəsində olan ayədir və rəci təlaqın hökmlərindən biri yəni iddə zamanında onların ərlərinin qayıtmasıdır. Ümumi bir qanuna yəni qadınların hüquq və vəzifələrinin bərabər olmasına işarədir. Quran ayələrinin cəmindən və bu ayədən məlum olur ki, Allah üstünlüyü təqvada bilir. Hökmlərdə qadınla kişinin bərabər olmasını ...
  • haqqında qeybət olunandan hallallıq almadan edilən qebyətdən tövbə etmək olarmı?
    6416 Əməli əxlaq 2015/05/28
    Qeybətin haqunnas olduğunu nəzərə alaraq, ilk mərhələdə halallıq və razılıq lazımdır. Ondan sonra Allah dərgahında tövbə etmək zalımdır. Amma, hər hansı dəlilə görə qeybət olunmuş şəxsdən hallalıq almaq mümükün olmasa, əgər məsələ açıqlansa daha acınacaqlı hadisələrə səbəb olarsa ...bu halda, Məsum İmamların (əleyhimussalam) rəvayətlərinə əsasən, istiğfar etməli ...
  • Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
    12902 Nizamlar hüquq və əhkam 2012/03/14
    Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164567 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163157 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119632 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113421 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110067 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93844 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54775 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53662 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45971 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45638 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...