Ətraflı axtarış
Baxanların
8484
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Uxdud səhabələri kim idi?
Sual
Quranda deyilən “Uxdud” səhabələri kimlər idilər?
Qısa cavab

“Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb  yandırmış və ağır  işgəncə ilə qətlə yetirmişlər.

Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa dünyanın müxtəlif yerlərində baş verən və bu qəbildən olan çoxlu hadisələrə işarə olması ilə əlaqədar müfəssirlər və tarixçilər arasında müxtəlif nəzərlər irəli sürülür. Onların ən məşhuru budur ki, bu hadisə Yəmən diyarındakı sonuncu Həmir padşahı Zu Nuas ilə əlaqədardır. Buna əsasən “Uxdud səhabələri” dedikdə dərin çalalar qazılıb odla doldurduqdan sonra Allaha imanlı olanları, sadəcə imanlı olmaq təqsiri ilə son nəfərlərinə qədər diri-diri yandırılan şəxslər nəzərdə tutulur.

Ətreaflı cavab

“Uxdud” kəlməsi böyük çala və ya xəndək mənasınadır.[1] Burada böyük xəndək nəzərdə tutulur ki, odla dolduruldu və imanlı olanları ora atıb işgəncə ilə və diri-diri yandırdılar.

Bu hadisənin hansı zamanda baş verməsi, hansı qövmə aid olması, onun xüsusi və konkret bir hadisə olması, yoxsa dünyanın müxtəlif yerlərində baş verən bu kimi hadisələri göstərən ümumi bir məna olması ilə əlaqədar müfəssirlər və tarixçilər arasında çoxlu bəhslər vardır. Onların ən məşhuru budur ki, bu hadisə Yəməndə yaşayan sonuncu Həmir padşahı Zu Nəasa aiddir.[2]

Həmir padşahlarının sonuncusu olan Zu Nəas yəhudi dinini qəbul etdi. Həmir qəbiləsi də ona tabe olaraq bu dini qəbul etdilər. Padşah öz adını dəyişib Yusif qoydu. Bir müddət bu minvalla keçdi, sonra ona xəbər verdilər ki, Yəmənin şimalında yerləşən Nəcran əyalətində bir dəstə insan hələ də həqiqi məsihi dinində qalmışlar. Zu Nənasın həm əqidələri onu vadar etdilər ki, incil əhlini yəhudi dinini qəbul etməyə məcbur etsin. O Nəcrana doğru hərəkət etdi və oranın əhalisini bir yerə yığdı, yəhudi dinini onlara təqdim etdi və israr etdi ki, onu qəbul etsinlər. Amma onlar bu işdən imtina edərək şəhid olmağa hazır oldular və öz ayinlərindən əl çəkmək istəmədilər. Zu Nəas göstəriş verdi ki, böyük bir xəndək qazıb odunla doldursunlar. Sonra onu yandırdılar və onlardan bir qrupunu diri-diri oda atdılar, bir qrupunu da qılıncla qətlə yetirdilər. Orada öldürülənlərin və yandırılanların sayı iyirmi min nəfərə çatırdı.[3]

Yuxarıdakı hadisə çoxlu təfsir və tarix kitablarında müxtəlif şəkillərdə və müfəssəl olaraq qeyd olunur. O cümlədən: “Məcməul-bəyan”da, Əbul-Fütuh Razinin “Təfsir”ində, Fəxr Razinin “Təfsiri-kəbir”ində, “Ruhul-məani”də, Qurtəbinin “Təfsir”ində və sair kitablarda “Buruc” surəsinin təfsirində; həmçinin İbni Hişamın “Sirə” kitabında[4] nəql edilmişdir.

Mənbələrdə qeyd olunur ki, imanlı insanları ağır işgəncələrlə qətlə yetirən bu rəhimsiz, daş ürəkli adamlar nəhayət ilahi əzaba düçar oldular və axıtdıqları nahaq qanların cəzasını elə bu dünyada aldılar, halbuki yandırıcı qiyamət əzabı onların intizarını çəkir.

Uxdud səhabələri barəsində dediklərimiz bu barədəki məşhur nəzəriyyə idi. Lakin bu barədə nəql olunan başqa rəvayətlərdə deyilir ki, Uxdud səhabələri dedikdə təkcə Yəməndə Zu Nəasın dövründə baş verən hadisə deyildir. Bəzi müfəssirlər bu barədə əlavə olaraq on nəzəriyyə də qeyd etmişlər.[5]

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” kitabında buyurur: “Uxdud kəlməsi yerdə olan böyük yarıq mənasınadır. Uxdud səhabələri çox zalım və qaniçən insanlar idi. Onlar yeri qazaraq onu odla doldurur və möminləri, məhz Allaha iman gətirdiklərinə görə ora doldurur və axırıncı nəfərlərinə qədər yandırırdılar... “Qutilə əshabul-uxdud” cümləsi xəbər vermək məqamında deyil, onlara qarğışdır. “Qutilə” dedikdə məqsəd onların Allah dərgahından uzaqlaşdırılması və lənətə düçar olmaları ilə əlaqədar qarğışdır.”[6]

Əlbəttə, təfsirçilərdən bəziləri demişlər: “Uxdud səhabələri dedikdə o qovmdə yandırılan mömin kişi və qadınlardır.” Bu halda “qutilə” kəlməsi xəbər cümləsi olur və bu imanlı kişi və qadınların odda yandırılmasından xəbər verir, onlara nifrin və qarğış etmək məqamında deyildir.[7]

 


[1] Rağib İsfahani, “Müfrədatu əlfazil-Quran”, “xədd” maddəsi

[2] Həmir Yəmənin məşhur qəbilələrindən biridir. Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 26-cı cild, səh. 338, "Darul-kutubil-islamiyyə", Tehran,  birinci çap, 1374-cü şəmsi il

[3]  Qummi, Əli ibni İbrahim, “Təfsiri Qummi”, tədqiq: Musəvi Cəzairi, Seyid Təyyib, 2-ci cild, səh. 1414, “Darul-kitab”, Qum, dördüncü çap, 1367-cı şəmsi il

[4]  1-ci cild, səh. 31

[5] Bu hadisənin ətraflı izahını “Təfsiri-nümunə”, 26-cı cild, səh. 338-340-da mütaliə edə bilərsiniz.

[6]َ Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri, 20-ci cild, səh. 251, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap 1417-ci qəməri il

[7] Təbərsi, “Məcməul-bəyan”, 26-cı cild, səh. 422, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 3-cü çap, 1372-ci il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...