Ətraflı axtarış
Baxanların
14032
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Cəfr elmini, “mənaya” və “bəlaya” elmlərini izah edin.
Sual
Cəfr elmini, “mənaya” və “bəlaya” elmlərini izah edin.
Qısa cavab

Cəfr elmi barəsində məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, cəfr – Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in vasitəsi ilə Əli (əleyhis-salam)-ın və ondan da sonrakı imamların ixtiyarına verilən bir sıra ilahi maarif məcmuəsidir. Onun bir hissəsi qiyamət gününə qədər baş verəcək hadisələr barədə elmdən ibarətdir, ona “mənaya və bəlaya” elmi də deyilir.

Cəfr termini rəvayətlərdə üç mənada işlədilmişdir: birincisi “cəfr” kitabıdır, ikincisi dəridən hazırlanan böyük bir qabda (sandıqçada) yerləşdirilən kitab və əsərlərin məcmuəsidir (ağ cəfr), üçüncüsü isə Peyğəmbərin silahı saxlanan qırmızı cəfrdir.

Ətreaflı cavab

Məşhur nəzəriyyəyə əsasən, cəfr elmi ədədlərdən, hərflərdən və onların nisbətlərindən istifadə etməklə (iddiaya əsasən) hər bir məchul məsələyə münasib cavab verilən həmin hüruf elmidir. Bu yolla verilən sual hərflərə və ədədlərə çevrilir, xüsusi mərhələni keçdikdən sonra nəticə etibarı ilə hasil olan ədədlər və sonra da müəyyən hərflər verilən sualın cavabını bəyan edir. Bu elm bir çox dinlərdə müxtəlif adlarla mövcud olmuş və bəzi qruplar o elmə sahib olduğunu iddia etmişlər.

Amma şiə rəvayətlərinə əsasən imamlar (əleyhimus-salam) cəfr barəsində bizim ixtiyarımızda başqa məlumatlar qoyurlar. Belə ki, bunun məşhur cəfr (hüruf) elmi barəsində deyilənlərlə xüsusi və aşkar təfavütləri vardır. Burada o rəvayətlərin bəzilərini qeyd edirik:

“Cəfr” – qoyun, yaxud keçi, yaxud dana dərisi deməkdir.[1] Bu elmin və maarifin cəfr adlandırılması ilə əlaqədar nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, bu elmlər ya dərinin üzərinə yazılan, ya da dəridən hazırlanmış böyük bir şeyin (sandıqçanın) içərisində yığılan əsərlər məcmuəsidir.

Şiə rəvayətlərinə uyğun olaraq cəfr külli şəkildə ilahi maarif məcmuəsindən ibarətdir. Bu maarif məcmuəsi Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dan Əli (əleyhis-salam)-a nəql olunmuş və Əli (əleyhis-salam) da özündən sonrakı imamların ixtiyarına vermişdir.

Bu elmlərin bəzisi qiyamətə qədər baş verəcək hadisələrə şamildir ki, ona “mənaya və bəlaya elmi” də deyilir. Bəzi rəvayətlərdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Əli (əleyhis-salam)-ın sirr səhabəsi olan Salman da bu elmi (mənaya və bəlaya) bilirdi.[2]

Qeyd etmək lazımdır ki, rəvayətlərdə deyilən cəfr üç növ imiş: birincisi, cəfr kitabıdır, ikincisi, böyük dəridən hazırlanmış bir şeydə saxlanılan kitablar və əsərlər (buna ağ cəfr deyilir), üçüncüsü isə Peyğəmbərin silahıdır və qırmızı (əhmər) cəfr adlandırılmışdır. Çünki Allahın qəhr və qəzəbinin nişanəsi olan qılınc sahibi onu müharibə məqsədi ilə açır.[3]

Bunların hər biri ilə əlaqədar çoxlu rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərdə də onların hamısı bir yerdə zikr olunmuşdur ki, onların bəzilərini qeyd edirik:

1. Cəfr kitabı

a)

عنْ أَبِي عَبْدِ اللَّهِ (ع) ... وَاللهِ إنَّ عِنْدِي‌ لَجِلْدَيْ مَاعِزٍ وَضَأنٍ إمْلَاءُ رَسُولِ اللهِ صلي الله عليه و آله وَ خَطَّهُ عَلِيٌّ عليه السّلام بِيَدِهِ ...

İmam Sadiq (əleyhis-salam) buyurur: “Allaha and olsun! (Keçi və ya qoyun) dərisindən olan bir şey mənim ixtiyarımdadır. Onun içindəkilər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası ilə deyilmiş və Əli (əleyhis-salam) da onları öz əli ilə yazmışdır!...”[4]

b)

عِنْدَنَا الْجَفْرُ وَ هُوَ أدِيمٌ عُكَاظِيٌّ قَدْ كُتِبَ فِيهِ حَتَّي‌ مُلِئَتْ أكَارِعُهُ، فِيهِ مَا كَانَ وَ مَا هُوَ كَائنٌ إلَي‌ يَوْمِ الْقِيَمَةِ

“Cəfr elmi yalnız bizim ixtiyarımızdadır. O, yazılarla dolu olan ükazi dərisindən ibarətdir. Onda indiyə qədər baş vermiş və qiyamət gününə qədər baş verəcək hadisələrin hamısı qələmə alınmışdır.”[5]

v)

إِنِّي نَظَرْتُ فِي كِتَابِ الْجَفْرِ صَبِيحَةَ هَذَا الْيَوْمِ وَهُوَ الْكِتَابُ الْمُشْتَمِلُ عَلَى عِلْمِ الْمَنَايَا وَالْبَلَايَا وَالرَّزَايَا وَعِلْمِ مَا كَانَ وَماَ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ الَّذِي خَصَّ اللهُ تَقَدَّسَ اسْمُهُ بِهِ مُحَمَّدًا وَاْلاَئِمَّةَ مِنْ بَعْدِهِ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلاَمُ، وَتَأَمَّلْتُ فِيهِ مَوْلِدَ قَائِمِنَا وَغَيْبَتَهُ وَإِبْطَاءَهُ وَطُولَ عُمُرِهِ وَبَلْوَى الْمُؤْمِنِينَ بِهِ مِنْ بَعْدِهِ فِي ذَلِكَ الزَّمَانِ وَتَوَلُّدَ الشُّكُوكِ فِي قُلُوبِهِمْ مِنْ طُولِ غَيْبَتِهِ وَارْتِدَادِ أَكْثَرِهِمْ عَنْ دِينِهِمْ وَخَلْعِهِمْ ربْقَةَ الْاِسْلَامِ مِنْ أَعْنَاقِهِمْ

İmam Sadiq (əleyhis-salam) öz səhabələrindən birinə buyurdu: “Bu gün sübh cəfr kitabına baxırdım. Allah-taala ölümlərin, bəlaların, müsibətlərin elmini, keçmişdə olanların və gələcəkdə – qiyamət gününə qədər baş verəcək hadisələrin hamısını bu kitabda yazılmış, onu Həzrət  Muhəmməd (səlləllahu əleyhi və alih)-ə və ondan sonrakı imamlara məxsus etmişdir. Mən bu kitabda diqqət etdim, bizim َQaimimizin təvəllüdünü, onun qeybdə olacağını, qeybət dövrünün çox uzun çəkəcəyini, qeybət dövründə möminlərin düçar olacaqları çətinlikləri, bu dövrün çox uzun olduğuna görə çoxlarının qəlbində şəkk-şübhə yaranacağını, (nəticədə) onların əksəriyyətinin mürtəd olaraq dindən və islamdan çıxacağını müşahidə etdim.”[6]

Ağ cəfr

 قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) يَقُول‏ انَّ عِنْدِيَ الْجَفْرَ الابْيَضَ. قَالَ: قُلْنَا: وَ أيُّ شَيْءٍ فِيهِ؟! قَالَ: فَقَالَ لِي‌: زَبُورُ دَاوُدَ وَ تَوْرَاةُ مُوسَي‌ وَ إنْجِيلُ عِيسَي‌ وَ صُحُفُ إبْرَاهِيمَ وَالْحَلَالُ وَالْحَرامُ؛ وَ مُصْحَفُ فَاطِمَةَ، مَا أزْعُمُ أنَّ فِيهِ قُرْآناً، وَ فِيهِ مَايَحْتَاجُ النَّاسُ إلَيْنَا وَ لَا نَحْتَاجُ إلَي‌ أحَدٍ

İmam Sadiq (əleyhis-salam) buyurdu: “Ağ cəfr mənim ixtiyarımdadır.” “O nədir?” deyə soruşduqda, həzrət buyurdu: “Davudun Zəburu, Musanın Tövratı, İsanın İncili, İbrahimin səhifələri, (bütün) halal və haramlar; Fatimənin Müshəfi... (hamısı ondadır). Mənim fikrimcə, onda Qurandan heç bir şey yoxdur. Onda bütün insanların ehtiyac duyduğu şeylərin hamısı vardır və bizim heç bir şəxsə ehtiyacımız yoxdur.”[7]

3. Qırmızı cəfr

a)

عِنْدِي الْجَفْرَ الْأَحْمَرَ قَالَ قُلْتُ وَ أَيُّ شَيْ‏ءٍ فِي الْجَفْرِ الْأَحْمَرِ قَالَ السِّلَاحُ وَ ذَلِكَ إِنَّمَا يُفْتَحُ لِلدَّمِ يَفْتَحُهُ صَاحِبُ السَّيْفِ لِلْقَتْل

İmam Sadiq (əleyhis-salam) buyurur: “Qırmızı cəfr mənim ixtiyarımdadır...” Ravi soruşdu: “Qırmızı cəfrdə nə vardır?” Həzrət buyurdu: “Silah. Buna görə qırmızı cəfr adlandırılmışdır ki, qılınc sahibi onu müharibə üçün açacaqdır.”[8]

b)

قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع جُعِلْتُ فِدَاكَ يَا ابْنَ رَسُولِ اللَّهِ يَسِيرُ الْقَائِمُ بِسِيرَةِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فِي أَهْلِ السَّوَادِ فَقَالَ لَا يَا رُفَيْدُ إِنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ سَارَ فِي أَهْلِ السَّوَادِ بِمَا فِي الْجَفْرِ الْأَبْيَضِ وَ إِنَّ الْقَائِمَ يَسِيرُ فِي الْعَرَبِ بِمَا فِي الْجَفْرِ الْأَحْمَرِ

Ravi deyir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Yəbnə Rəsulillah! Həzrət Qaim eynilə Əli ibni Əbi Talib kimi rəftar edəcəkdirmi?” Həzrət buyurdu: “Xeyr. Həqiqətən Əli ibni Əbi Talib ağ cəfr əsasında əməl edirdi, Qaim isə qırmızı cəfrdə olanlara əsasən əməl edəcəkdir.”[9]

v)

وَ أَمَّا الْجَفْرُ الْأَحْمَرُ فَوِعَاءٌ فِيهِ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ لَنْ يَخْرُجَ حَتَّى يَقُومَ قَائِمُنَا أَهْلَ الْبَيْت

İmam Sadiq (əleyhis-salam) buyurur: “Qırmızı cəfr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in silahını özündə saxlayan bir qabdır, o heç vaxt çölə çıxarılmaz; yalnız bizim Qaimimiz qiyam edən zaman çıxarılar.”[10]

Nəticə

İmamların cəfri bir kitabda (cəfr kitabında) yığcam və sirli şəkildə gələn ilahi elmlərin – istər şəriət elminin, istər batini elmlərin, istər hikmətin, istərsə də qüdrət və sair elmlərin həqiqətinə şamil olan ümumi mənalı bir şeydir. Yaxud müxtəlif kitablardan ibarət olan çox dəyərli bir məcmuədir ki, onda hər bir şey təfsilatı ilə qeyd edilmişdir. Ya da ilahi qüdrətin və qəhrin təcəssüm etdirən şeyə – Peyğəmbərin silahına şamildir (qırmızı cəfr).

Təbiidir ki, imamlar öz batinlərində bu əsərlərə və elmlərə malikdirlər və onun zehində saxlanması mənasına olan kitabətə – yazılmağa ehtiyacları yoxdur. Əsas məsələ bu kitabın batini həqiqətidir, lakin bu elmilərin zahirdə də yazılması ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) imla edir, Əli (əleyhis-salam) da onu yazırdı.[11] Burada çoxlu sirlər və məchul məsələlər vardır ki, biz onları dərk etməkdən acizik.

Deməli, imamların cəfri camaat arasında məşhur olanların əksinə olaraq, sadəcə irfani hərf və ədədlər elmindən ibarət deyildir ki, onu rəml, üstürlab və sair kimi şeylərlə yerinə yetirmək olsun. Baxmayaraq ki, cəfr kitabı (cəfr üçün deyilən üç ünvandan birində) bir yazı ilə aləmin bütün sirlərinə, xəbərlərinə və həqiqətlərinə şamildir. Yəqin olaraq demək lazımdır ki, bu adi bir yazı deyildir; o, ədəd və ya hərflərin vasitəsi ilə qələmə alınan sirli yazılara oxşayır, onların bütün təfsilatı imamın vasitəsi ilə əldə edilir. Lakin bəzi hərf və ədəd iddiaçılarının əlində olan və islamdan əvvəllər də mövcud şeyləri imamların malik olduğu cəfr elmi hesab etmək olmaz. Bu elm (hürufilik elmi) də bir növ ilahi maarifdən natamam şəkildə istifadə və çıxarışlardan ibarətdir və rəml və ya nücum elminə oxşar bir fənnə (taleyə baxmaq və kahinlik kimi) çevrilmişdir. Onun əsas hədəfi qeybi xəbərlərin çıxarılmasıdır, o cümlədən gələcəkdən xəbər vermək və başqa işlər.

Deyilənlərdən aydın olur ki, cəfl Əhli-beyt maariflərinin və irfanın sirlərindən ibarətdir. Rəvayətlərə uyğun olaraq misilsiz ilahi maarifə malikdir və yəqin şəkildə, bəzi iddiaçıların əlində mövcud olan və “qəribə elmilər” ünvanı ilə deyilən fənlərdən və üslublardan daha yüksəkdədir.

Nübüvvət və imamətin tarixində daim irafani elmlərdən və maariflərdən sui-istifadə edilmiş, maddi məqsədlər üçün bir vasitəyə; yaxud kahinlərin, fövqəltəbii qüdrətlərə meyl edənlərin əlində bir vasitəyə çevrilmişdir. Əlbəttə, irfandakı ədəd elminin həqiqəti (bu məqama malik olan ariflər onlardan lədunni şəkildə bəhrələnirlər) dua yazmaq, sehr, rəml və sair kimi işlərdən müqayisə olunmaz dərəcədə yüksəkdir və bu iksinin arasında dərin fərqlər vardır. Hafizin dili ilə desək, ilahi sirlər gözbağlayıcılıqların vərəqləri ilə müqayisə oluna bilməz, baxmayaraq ki, bəzi hallarda zahirdə bir-birinə oxşayırlar:

رقم مغلطه بر دفتر دانش نزنيم

سِرّ حق بر ورق شعبده ملحق نکنيم

 


[1] İbni Mənzur, “Lisanul-ərəb”, 4-cü cild, səh. 142, “cəfr” kəlməsi; Xəlil, “Əl-eyn” kitabı, 6-cı cild, səh. 110, “cəfr” maddəsi

[2] “ "Biharul-ənvar", 22-ci cild, səh. 346:

يَا أَعْرَابِيُّ لَا تَغْلَطَنَّ فِي سَلْمَانَ فَإِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى قَدْ أَمَرَنِي أَنْ أُطْلِعَهُ عَلَى عِلْمِ الْمَنَايَا وَ الْبَلَايَا وَ الْأَنْسَابِ وَ فَصْلِ الْخِطَاب

“Ey ərəb! Əsla Salman barəsində səhv etmə! Çünki Allah-taala mənə əmr etmişdir ki, mənaya və bəlaya elmini, nəsəb elmini və fəsli-xitabı ona (Salmana) öyrədəm.”

[3]

وَ ذَلِكَ أَنَّهَا يُفْتَحُ لِلدَّمِ يَفْتَحُهُ صَاحِبُ السَّيْفِ لِلْقَتْل

“Buna görə qırmızı cəfr adlandırılmışdır ki, qılınc sahibi onu müharibə üçün açacaqdır.”

[4] Əllamə Məclisi, "Biharul-ənvar", 46-cı cild, səh. 46, “Vəfa” müəssisəsi, Beyrut, 1409

[5] Yenə orada, səh. 48

[6] Yenə orada, 51-ci cild, səh. 219

[7] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 240, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

[8] Yenə orada

[9] Məclisi, "Biharul-ənvar", 52-ci cild, səh. 313

[10] Yenə orada, 26-cı cild, səh. 18

[11] "Biharul-ənvar", 26-cı cild, səh. 45:

سِنَانٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ ذُكِرَ لَهُ وَقِيعَةُ وُلْدِ الْحَسَنِ وَ ذَكَرْنَا الْجَفْرَ فَقَالَ وَ اللَّهِ إِنَّ عِنْدَنَا لَجِلْدَيْ مَاعِزٍ وَ ضَأْنٍ إِمْلَاءَ رَسُولِ اللَّهِ ص وَ خَطَّ عَلِيٍّ ع وَ إِنَّ عِنْدَنَا لَصَحِيفَةً طُولُهَا سَبْعُونَ ذِرَاعاً أَمْلَاهَا رَسُولُ اللَّهِ ص وَ خَطَّهَا عَلِيٌّ ع بِيَدِهِ وَ إِنَّ فِيهَا لَجَمِيعَ مَا يُحْتَاجُ إِلَيْه

Sinan nəql edir ki, İmam Sadiq (əleyhis-salam)-ın yanında Hüseyn (əleyhis-salam)-ın təvəllüd hadisəsi barədə danışıldı, biz də cəfrdən söz açdıq. Həzrət buyurdu: “Allaha and olsun! Qoyun və ya keçi dərisindən olan cəfr yalnız bizim ixtiyarımızdadır. O, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası və Əli (əleyhis-salam)-ın əlyazması ilə yazılmışdır. Bizim ixtiyarımızda bir səhifə də vardır ki, onun uzunluğu 70 ziradır (təqribən 35 metr). O da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası və Əli (əleyhis-salam)-ın əlyazması ilə yazılmışdır. Onda ehtiyac duyulan bütün şeylər (hökmlər və s.) vardır.”

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 1
22.05.2012
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...