Ətraflı axtarış
Baxanların
7756
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Bir-biri ilə müqayisədə bəzi günahlar digərlərindən bir neçə qat artıq cəzaya malikdir?
Sual
Dini mənbələrə və hədislərə əsasən günahların cəzasının (bir-biri ilə müqayisədə) xüsusi miqdarı vardırmı? Məsələn, zinanın günahı musiqiyə qulaq asmaqdan 34 dəfə artıqdır və sair?
Qısa cavab

Quran ayələrindən və Əhli-beyt (əleyhimus-salam) hədislərindən məlum olur ki, günahların dünya və axirətdəki cəzalarının müxtəlif mərtəbələri vardır. Quranda şirk günahı “zülmün ən böyük mərtəbəsi” ikimi qeyd olunur. Həmçinin bəzi günah işləri görən adamlara ilahi əzab vədəsi verilir ki, bu da həmin günahın nə qədər böyük və qəbahətli olduğunu göstərir.

Günahın dünyəvi cəzaları da müxtəlifdir. Bəzi günahlar üçün şallaq, bəziləri üçün edam, bəziləri üçün kəffarə, bəziləri üçün isə cərimə təyin olunmuşdur.

Ətreaflı cavab

Allah-taala insanın əbədi xoşbəxtliyi və səadəti üçün müxtəlif qayda-qanunlar, fərman və göstərişlər vermişdir. İnsan bu göstərişlərə əməl edəcəyi təqdirdə dünya və axirətdə səadətə çatar, müxalifət etdiyi surətdə isə özünü həqiqi səadətdən məhrum etmiş olur. Günah – Allahın göstərişləri qarşısında itaətsizlik etmək, bəndəlik və itaət hüdudlarından xaric olmaq və Onun əmr və fərmanlarını yerinə yetirməməkdir.[1] Günahlar malik olduqları dünya və axirət cəzaları ilə əlaqədar bir-biri ilə fərqlənir.

Günahların Quranda təsnifatı

Quran-kərim şirki (Allaha şərik qoşmağı) ən böyük günah kimi təqdim edərək buyurur: إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیم “Həqiqətən şirk çox böyük bir zülmdür.”[2] Başqa bir ayədə buyurulur ki, Allah-taala günahları şirkə və şirkdən aşağı səviyyədə olmaqla iki qismə bölərək buyurur: “Allah, Ona şərik qoşmağı bağışlamır, lakin ondan aşağı səviyyəli günahları istədiyi şəxslər üçün bağışlayır.”[3]

Başqa bir yerdə buyurur: “Hər kəs böyük günahlardan və çirkin əməllərdən uzaqlaşsa – kiçik günahlardan başqa (belə ki, bəzən onlara mürtəkib olur), Allahın məğfirəti (bağışlaması) genişdir.”[4]

Başqa sözlə desək, Allah-taala fərman verir ki, “Əgər böyük günahları tərk etsəniz, Allah “ləməm”i – insanın bəzən mürtəkib olduğu kiçik günahları sizin üçün bağışlayır. Əlbəttə, bu şərtlə ki, kiçik günaha israr və onu təkrar etməsin.”[5]

Rəvayətlərdə günahların bölgüsü

Əhli-beyt (əleyhimus-salam)-ın rəvayətlərində də günahlar kəbirə (böyük) və səğirə (kiçik) olmaqla iki qismə bölünür. İmam Sadiq (əleyhis-salam) Quran ayələrindən istifadə etməklə aşağıdakı əməlləri kəbirə günah hesab edir:[6]

Allahın rəhmətindən naümid olmaq (“Yüsif” 78), Allahın məkrindən əmin-amanlıq hissi keçirmək (“Əraf” 99), valideynə qarşı ağ olmaq (“Məryəm” 32), mömin insanı qəsdən qətlə yetirmək (“Nisa” 93), pak və iffətli qadınlara töhmət vurmaq (“Nur” 23), yetim malını mənimsəmək (“Nisa” 10), cihaddan qaçmaq (“Ənfal” 16 ), sələmçilik (“Bəqərə” 277), zina etmək (“Furqan” 68-69), xəyanət etmək (Ali İmran” 161), vacib zəkatı verməmək (“Tövbə” 35), sehrlə məşğul olmaq (“Bəqərə” 102), günah üçün yalandan and içmək (“Ali İmran” 77), əhd-peymanı pozmaq (“Bəqərə” 27).[7]

Dünyadakı cəzaları ilə əlaqədar günahlar müxtəlif mərtəbələrə malikdir: bəzilərinin cəzası edamdır, o cümlədən qəsdən adam öldürmək, möhsinə zina və s. Bəzi günahların cəzası da şallaq zərbəsidir, o cümlədən qeyri-möhsinə zina, şərab içmək və s.[8] Bəzi günahların cəzası isə kəffarə və cərimədən ibarətdir, o cümlədən orucu pozmaq, əhdi-peymanı pozmaq, anda xilaf çıxmaq və s. Bunların kəffarəsi (cəriməsi) oruc tutmaq, yaxud fəqirlərə təam verməkdir.[9]

Amma zinanın musiqi ilə müqayisəsinə gəldikdə isə, deməliyik ki, musiqiyə nisbətən zinanın haramlığı daha çoxdur. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və belə nəql olunur: “Ğina (musiqi) zinanın nərdivanıdır.”

İmam Sadiq (əleyhis-salam) da buyurur: “Ğina olan ev fəsad və əxlaqsızlıqdan amanda olmaz.”[10]

Bu iki rəvayətdə ğinaya qulaq asmaq zina etməyin müqəddiməsi hesab olunmuşdur. Amma, biz zinanın musiqiyə (haram ğina) qulaq asmaqdan 34 dəfə artıq günah olmasını deyən mətləbə dair bir dəlil tapmadıq.

İslam mədəniyyətində günahların müxtəlif mərhələləri vardır. Amma diqqət yetirmək lazımdır ki, günah nə qədər kiçik olsa da, Allah-taalanın yüksək və müqəddəs məqamına qarşı edildiyi üçün böyük sayır. İmam Baqir (əleyhis-salam) buyurur: “Günahın kiçikliyinə yox, kimin müqabilində günaha cürət etdiyinə fikir ver.”[11]



[1] Əllamə Əsgəri, “İsmətul-ənbiya vər-rusul”, səh. 78

[2] “Loğman” surəsi, ayə: 13

[3] “Nisa”surəsi, ayə: 116

[4] “Nəcm” surəsi, ayə: 32

[5] عَنْ عَمَّارِ بْنِ مَرْوَانَ الْقَنْدِیِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ لَا صَغِیرَةَ مَعَ الْإِصْرَارِ وَ لَا کَبِیرَةَ مَعَ الِاسْتِغْفَارِ

[6] “Vəsailuş-şiə”, 15-ci cild, səh. 319, hədis 2

[7] “Qurani-kərimdən 105 mövzu”, Əkbər Dehqan, səh. 210-212

[8] İslam cəza qanunlarının 3-cü maddəsindən – “İslam cəza qanunlarının şərhi”, Mürtəzəvi, səh. 1

[9] “Tovzihul-məsaile mərace”, orucun hökmləri, əhdin hökmləri və s.

[10] “Suallar və cavablar”, səh. 22, “Musiqinin hökmləri”, səh. 32

[11] “Biharul-ənvar”, 77-ci cild, səh. 168; “Əhli-beyt (əleyhimus-salam) hədislərində 150 mövzu”, Əkbər Dehqan, səh. 247

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    28446 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • İmam Hüseyn (ə)- ın Şəhrbanu xanımla izdivacı doğrudurmu?
    19631 تاريخ بزرگان 2011/12/25
    İmam Hüseyn (ə)- ın İslam qoşununa əsir düşən Şəhrbanu ilə izdivacı barədə, neçə nəzər mövcuddur, çünki rəvayətlərin bəzisində bu xanımın Ömərin xilafəti zamanında əsir düşməsi yazılıb və digərlərində Osmanın xilafəti zamanı. Həmçinin onun və atası üçün çoxlu adlar qeyd olunubdur. Bu məsələlərə nəzər saldıqda, imam Hüseyn (ə) ın həyat yoldaşının ...
  • Cövhər və ərəzin arasında fərq varmı?
    8180 İslam fəlsəfəsi 2011/06/21
    Cövhər lehsikologiya nəzərindən gövhər (ərəbləşmiş kəlmə) kəlməsinin tərcüməsidir.Ərəz, peyda olma, üz vermə, ərz etmək və ... mənasındadır.[1]Filosoflar cövhərin tərifində belə deyiblər:«الجوهر ماهیة اذ وجدت فی الخارج وجدت لا فی موضوع مستغن عنها»"Əl- cövhəru mahiyyətun iza vucudət fil- xaric ...
  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    7987 Təfsir 2012/02/08
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • Səcdəli surələrin tilavətinin yaratdığı çətinlikləri (səcdə etmək mümkün olmayan məkanlarda) necə aradan qaldırmaq olar?
    7085 Nizamlar hüquq və əhkam 2011/09/18
    Bütün müctehidlərin fətvalarına əsasən səcdəsi vacib olan ayələri oxuduqdan və ya eşitdikdən sonra insana səcdə etmək vacibdir.Həzrət İmam Xomeyni (r.ə.) bu barədə buyurur: "Dörd surənin hər birində ("Nəcm", "Fussilət", "Ələq" və "Səcdə" surələrində) bir səcdə ayəsi vardır. İnsan bu ayələri oxuduqdan və ya eşitdikdən sonra dərhal səcdə etməlidir. Əgər ...
  • Əqd xütbəsinin fəlsəfəsin bəyan edin?
    8381 Əxlaq 2011/10/30
    İslam nəzərindənevlənmək ailənin və təbii olaraq ictimaiyyətin təşkili üçün bir müqəddəs əhd və peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən: Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq paklıq və iffət, hisslərin möhkəmlənməsi və bir çox başqa faydalardır. Bu müqəddəs əhdi peyman Allah Taalanın müəyyən etdiyi ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    7963 Quran elmləri 2010/11/10
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8074 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • İnsanın ölümündən sonra ruhu dünyada gedən proseslərdən, baş verən hadisələrdən xəbərdar ola bilərmi?
    11261 Qədim kəlam 2011/09/10
    Qurani- kərim ayələrindən, məsumlardan (ə) bizə gəlib çatan rəvayətlərdən ruhların ölümdən sonra dünyaya qayıtması, öz qohumlarının əhvalından və ... xəbərdar olması istifadə olunur. İlahi mələklərin də bu işdə vasitə olması nəinki inkar edilmiş, bəlkə açıq-aşkar bəyan edilmişdir.Bir rəvayətdə gəlmişdir:1.     "Həqiqətən, mömin ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    5932 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164975 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164959 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120016 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114186 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111610 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94389 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55178 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55008 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46542 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46050 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...