Please Wait
6720
"Əssəlamu ələykə ya höccətəllahi la təxfa", « السلام علیک یا حجة الله لا تخفی » İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir. [1]
Onun mənası barədə iki ehtimal vermək olar:
1. İmam Zaman (ə.c.) Allahın höccətidir və onun höccət olması qəti olan əqli və nəqli dəlillərlə sabit olubdur; [2] çünki onun İmaməti aydın olub və heç bir sağlam olan əqli gizlin və örtülü deyil.
2. Allahın höccəti olan İmam Zaman (əşc.) bizim aramızdadır və gizlin deyil, amma biz onu görmürük; buludun altında qaib olan günəş kimi. [3]
Baxmayaraq ki, əsrin İmamının (ə.c.) cismi qeyb zamanında xətərlər və başqa məsləhətlərin varlığı illətinə camaatın gözündən gizlindir (məxfidir), amma ona və onun İmamətinə elm tapmaq camaat üçün örtülü deyil və hamının ondan agahlığı var, mömin insanların canında və qəlbində yer tutubdur, möhkəmlənibdir və sarsılmazdır. Camaat onun qeybi inayətləri və yol göstərmələri səbəbinə yaşayırlar.
Bu barədə daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:
"İmam Zamanın (ə.c.) uzun ömürlüyünün fəlsəfəsi", sual 5019 (sayt: 5483).
"İmam Zaman (ə.c.) və camaatın hidayəti", sual 2787 (sayt: 3247).
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 99, səh 117, Dare ihyaut- turasil- ərəbiy, Beyrut, ikinci çap, 1403 h.q.; Amuli Kəfəmi, İbrahim ibn Əli, Əl- misbah, səh 495, Darur- Rza (zahidi), Qum, ikinci çap, 1405 h.q.
[2] - Müraciət et: " "İmam Zamanın (ə.c.) yaşamasının əqli və nəqli dəlilləri", sual 17722 (sayt: 17388) ; "İmam Həsən Əsgərinin (ə) övladının olmasını sübut edən rəvayətlər və onun anasına vəsiyyəti", sual 2757 (sayt: 3254) göstəriciləri.
[3] - Müraciət et: "Qeyb əsrində İmam Zamanın (ə.c.) varlığının faydaları", sual 13908 (sayt: 13719) .