Please Wait
5904
Rical (elm adıdır) mənbələrində qeyd olunanlara əsasən iki qadın şəxsiyyəti "Həmadə" adında olubdur ki, biri "Həmadə bint Rəca" və başqası "Həmadə bintil- Həsən". Belə nəzərə gəlir ki, həqiqətdə bu ikisi bir nəfər ola. Bu xanım, İmam Sadiqin (ə) səhabələrindən olub və Kuleyni və Şeyx Səduq onun vasitəsilə İmam Sadiqdən (ə) rəvayət nəql ediblər.[1]
Mərhum Nəcaşi onun qardaşının Ziyad ibn İsa əbu Übeydə Heza olduğunu söyləyib və Şeyx Tusi, bu xanımın qardaşını Rəca ibn Ziyad kimi tanıtdırır.
Buna əsasən, həm onun qardaşının adı İxtilaflıdır, həm də atasının adı.
Bu ixtilafları nəzərə alaraq mümkündür deyək ki, "Həmadə" adına iki şəxs vardır. Amma bəyan olunduğu kimi, Nəcaşinin ibarətinin zahirindən bir nəfərin olduğu istifadə olunur. İxtilafın həllində belə deyilibdir:[2] Əbu Übeydə Hezanın adı Ziyad ibn əbi Rəcadır. (Nəinki, Rəca) və əbi Rəcanın adı Mənzir ya Ziyaddır. Buna əsasən Həmadə, Rəcanın qızı deyil, bəlkə əbi Rəcanın qızıdır. Bəs onun atasının adı nə Nəcaşi, nə də şeyx Tusinin "rical" mənbəsi ilə uyğun deyil.
Necə ki, onun qardaşının adı şeyx Tusinin deyil. Nəcaşinin nəzəri ilə uyğun gəlir, yəni Həmadə, əbi Rəcanın qızı və Ziyad ibn əbi Rəcanın bacısıdır. Amma buna diqqət etməklə ki, ravi tanıyanlardan heç biri əbu Übeydənin atasının adı əbi Rəca deməyiblər, ehtimalı vardır ki, Həmadə və əbu Übeydə ögəy bacı- qardaş olalar.
Bu sualın ətraflı cavabı yoxdur.