Please Wait
8984
Ərəb qramatikasında: "Zirar" mufaələ babındandır. Lüğətdə ziyan vurmaq[1] (bilərəkdən[2]) mənasında işlədilmişdir.
Quranın Tövbə surəsində bu məsələyə işarə olunmuşdur.Zirar məscidinin bu cür adlandırılmasının illəti; bu cəhətdən olmuşdur ki, münafiqlərdən bir dəstəsi öz çirkin hiylələrini İslam və müsəlmanların əleyhinə həyata keçirmək üçün Mədinədə məscid tikmək qərarına gəlmişdirlər ki, məscid ünvanıyla, Peyğəmbər və müsəlmanlara zərbə vurmaq üçün bir mərkəzləri olsun.[3]
Zirar məscidinin dastanının xülasəsi belədir: Münafiqlərdən bir dəstə Peyğəmbərin yanına gəlib o həzrətdən istədilər ki, onlara icazə versin. Bəni Salim qəbiləsi olan məntəqədə (Qubu məscidi yaxınlığında) bir məscid tiksinlər ki, qocalar, xəstələr və zəif insanlar onda namaz qılsınlar. O cümlədən həzrətdən xahiş etdilər ki, o məscidə gəlib, orada namaz qılsın; O vaxt ki, Tövbə surəsinin 107- dən 110- cu ayəsinə kimi ayələri Peyğəmbərə (s) nazil olub onların işlərinin sirrini aşkar etdi və bundan sonra İslam Peyğəmbəri əmr etdi bu məscidi yandırsınlar və yerində
qalanını viran etsinlər.[4]
Bu məsələni bütün təfsir alimləri və bir çox tarix və hədis mənbələri qeyd etmişdir, baxmayaraq ki, bəzi mövzularında fərqli bəhs olunmuşdur.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Fərhənge əbcədiye ərəbi- farsi, səh 564. (ضارّ) kəlməsinin tozihi.
[2] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 8, səh 137. Darul- kitab Əl- İslamiyyə, Tehran, birinci çap, 1374. Hicmi şəmsi.
[3] - Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, cild 3, səh 228, Darul- kitab, əl- İslamiyyə, Tehran, altıncı çap, 1371, hicri şəmsi.
[4] - Nümunə təfsiri, cild 8, səh 134; höccəti, eyyid Məhəmməd Baqir, Əsbabun- nuzul, səh 56- 57, Dəftəre nəşre fərhənge İslami, Tehran, altıncı çap, 1377, hicri şəmsi; İbni Kəsir əl- dəməşqi, əbul- fəda İsmayil ibni Ömər, əl- bidayə və əl- nihayə, cild 5, səh 21- 22. Darul fekr, Beyrut 1407 hicri qəməri. Tərcümə edən nisbət verilir Bələmi- yə, Tarixnameye Təbəri, Təhqiq Rövşən, Məhəmməd, cild 5, səh 1503 və 1504, Əl- Borz nəşriyyatı, Tehran, üçüncü çap, 1373, hicri şəmsi.
Bu sualın ətraflı cavabı yoxdur.