Ətraflı axtarış
Baxanların
12757
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?
Sual
إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsirini qısa şəkildə bəyan edin.
Qısa cavab

Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1]

Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət və kömək etmək mənasındadır.[4]

“Həmd” surəsinin ilk ayələri Allahın zat və sifətində tövhidi bəyan edir, إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsi isə fellərdə və ibadətdə tövhidi çatdırır. İbadətdə tövhid budur ki, Allahın müqəddəs zatından başqa heç kəsi və heç nəyi pərəstişə və ibadətə layiq bilməyək, yalnız Onun fərmanına itaət edək, Onun zatından başqasının müqabilində bəndəlik və təslimdən uzaq olaq. Fellərdə tövhid budur ki, bütün varlıq aləmində həqiqi mənada təsir edənin yalnız Allah olduğunu bilək. Nəinki səbəblərin ardınca getməyək, əksinə inanaq ki, təsir edən hər bir səbəb yalnız Allahın fərmanı ilə təsir qoyur.[5] Bu təfəkkür və etiqad insanı Allahdan qeyri hər bir şeydən və kəsdən ayıraraq yalnız Allaha doğru yönəldir.[6]

İmam Riza (əleyhis-salam) buyurur: “İyyakə nə’budu kəlməsi bəndənin Allah dərgahına yaxınlaşıb rəğbət bəsləməsinə, əməldə ixlas göstərməsinə səbəb olur, Ondan qeyrisinə yox. “İyyakə nəstəin” daha artıq ibadətə tövfiq tapmağı, verilən nemətlərin davamını və kömək Allahdan istəməkdir.”[7]

Bir neçə təfsir incəliyi[8]

1. Yalnız Allah pərəstişə layiqdir, kömək axtarmağa layiqli olan yeganə həqiqət də Allahdır.[9]

2. Əvvəlki ayələr insanın etiqadlarına aid idi, bu ayədə isə insanın əməli, yəni pərəstiş bəyan olunur. Buna diqqət yetirməklə iki nəticə almaq olar: 1. İnsanın düşüncə və təfəkkürləri onun əməl, rəftar və davranışının əsasıdır; 2. Allah-taalanın bütün varlıq aləminə rübubiyyəti – Rəbb olması, Rəhman və Rəhim olması, qiyamət günündə mütləq hakim və malik olması Onun pərəstişə layiq olmasının ən mühüm dəlilidir.[10]

3. Allahın hüzurunda özünü görməməzliyə vurmaq (heç hesab etmək) Ona ibadətin ədəb qaydalarından biridir. “Mən” kəlməsinin yerinə “biz” kəlməsindən istifadə edilməsi bəzən qarşı tərəfi əzəmətlə yad etmək üçündür, bəzən də xudbinlik və mənəmlik hislərindən uzaq olmaq üçün. Kəlamda mövcud olan şahidlər məqsədin nə olduğunu bəyan edir. Burada bəndəlik məqamına münasib olduğundan məqsəd xudbinlikdən və mənəmlikdən uzaq olmaqdır. Buna görə də “nə’budu” kəlməsi birinci şəxsin cəm formasında gəlmişdir.

4. İnsanın Allaha ibadəti və ibadətdə xalis niyyətdə olması yalnız ilahi köməklər sayəsində mümkündür. “Nəstəin” feli “Həmd” surəsindən əldə oluna bilən bütün vəzifələrdə kömək istəməyə şamildir, onlardan biri də yeganə Allaha pərəstiş lüzumudur ki, “yalnız Sənə ibadət edirik” cümləsindən məlum olur.

5. İnsan Allaha ibadətdə tam ixtiyar sahibi olmaqla eyni zamanda Onun yardımı və köməyi olmadan ibadət edə bilməz.[11] O, bütün işlərdə Allahın kömək və yardımına ehtiyaclıdır.

 


[1] “Fatihə” surəsi, ayə: 5

[2] Aşağıdakı görünüşlərə bax: “İbadətin yolları”, sual 8931 (sayt 9918); “İbadət Allah üçün, yoxsa özün üçün?”, sual 378 (sayt 389), “İbadətin dərəcələri və hüzuri-qəlb”, sual 14743 (sayt 14486).

[3] Bostani, Fuad Əfaram – Məhyar, Rza, “Əbcəd” lüğəti, səh. 60, “istianət” kəlməsi, “İslami” nəşriyyat, Tehran, 2-ci çap, 1375-ci şəmsi il

[4] Fərahidi, Xəlil ibni Əhməd, “Əl-eyn” kitabı, 2-ci cild, səh. 253, “Hicrət” nəşriyyatı, Qum, 2-ci çap, 1410-cu qəməri il; Cavadi Amuli, Əbdüllah, “Təsnim”, 1-ci cild, səh. 425, “İsra” nəşriyyatı, Qum,

[5] Aşağıdakı görünüşlərə bax: “Tövhidin mərtəbələri”, sual 1913 (sayt 3445); “Allah, Onun sübuti və səlbi sifətləri”, sual 2330 (sayt 2858)

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 42 və 43, "Darul-kutubil-islamiyyə", Tehran, birinci çap, 1374-cü şəmsi il

[7] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzurhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 1-ci cild, səh. 310, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il.

[8] Haşimi, Əli Əkbər, “Təfsiri rahnəma”, 1-ci cild, “Həmd”, surəsinin 5-ci ayəsinin izahında, “Quran” mədəni-maarif mərkəzi, Qum (azacıq ixtisar dəyişikliklə)

[9] “İyyakə” məf’ulunun (tamamlıq), “nə’budu” və “nəstəin” fellərindən qabağa keçməsi həsrə dəlalət edir.

[10] “Həmd” surəsinin ilkin ayələrindən bəhs etdiyimiz ayəyə qədər diqqət yetirməklə.

[11] “İyyakə nəstəin”in mənasına diqqət yetirməklə.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Təthir ayəsi Quranın hansı surəsindədir?
    11178 Təfsir 2011/11/03
    Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır. Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə ...
  • Nə üçün Quranda "leyl" (kecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?
    7560 Təfsir 2012/03/11
    Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur: Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəzərindən başqalarına hədiyyə verməyin qayda-qanunları hansılardır?
    7046 Əməli əxlaq 2012/04/09
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əməli rəftar və davranışlarından biri başqalarına hədiyyə vermək və başqaları da hədiyyə verdikdə onu qəbul etmək idi. Amma o həzrətdən nəql olunan rəvayətlərə əsasən, bu iş insanın özü və başqaları üçün əzab-əziyyətə, məşəqqətə səbəb olmamalıdır. Çünki bu işdə əsas məqsəd ülfət və ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    7011 İrs 2013/08/27
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    31824 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    7551 Təfsir 2012/04/17
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Инсанын өз ишләриндә ихтијары вармы?
    9799 Qədim kəlam 2010/03/11
    Дәфәләрлә һәјатымызда өз ичәримиздә гәриб вә тәнһалыг јолларында галырыг. Һәм дә елә бир јол ки, орда һәрәкәт етмәкдән башга чарәмиз јохдур. Бу һәмән сабит вә әввәлҹәдән тәјин олунмуш һәјат јолудур. Јәни, милләт, аилә, бој, гәд-гамәт, гулаг вә саир.. мәсәләләрдә олдуғу кими. Амма, дәфләрлә ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14675 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168371 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121700 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115769 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114752 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96328 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60206 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56408 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    48967 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47167 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...