Ətraflı axtarış
Baxanların
5975
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Səhraların yaranmasının fəlsəfəsi nədir?
Sual
Səhraların yaranmasının fəlsəfəsi nədir?
Qısa cavab

1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların insan üçün  hiss və müşahidə edilən faydalara malik olduğu kimi, susuz və quraqlıq səhralar da belə faydalara malik ola bilər.

2. Yer kürəsi özünün həyatı boyu həmişə eyni vəziyyətdə olmamış, müxtəlif iqlim şəraitlərini arxada qoymuşdur. Bir zamanlar yer kürəsinin əksər hissələri okeanların və dənizlərin altında olmuş və zamanın keçməsi ilə quruluğa çevrilmişdir.

3. İnsanların əli ilə nə qədər gözəl təbii mənzərələr, meşələr və s. məhv edilərək hal-hazırda quraqlıq səhralara çevrilmişdir! Bəzi səhralar da fəal və işgüzar insanların vasitəsi ilə əkin sahələrinə, məhsuldar bağlara çevrilmişdir.

4. Elm və texnologiyanın inkişaf etdiyi bugünkü dövrdə quru və yandırıcı səhralardan da istifadə etmək olar. Əgər onlardan düzgün proqram əsasında istifadə edilsə, həm məntəqə, həm də ölkə səviyyəsində özünə məxsus iqtisadi təsirlər qoyacaq, insanların həyat şəraiti və rifahının yüksəlməsinə, işsizlər üçün iş-peşə tapılmasına səbəb olacaq, səhralarda bir-birinin ardınca müxtəlif sənaye şəhərləri icad olunacaq, keçmişdəki əkinçilik sənayesi əvəzinə inkişaf etmiş texnologiya əmələ gələcəkdir. Bundan əlavə, quraqlıq səhralar və çöllər dünyanın hər yerində, xüsusilə İranda (qeyri-münasib təbii arizələr ünvanı ilə) mühüm turist cazibələri hesab oluna bilər.[2]

5. İnsanların xilqətində bir çox fərqlər vardır[3] və Allah-taala onun xilqətindəki bu  fərqlərdən müəyyən hədəfləri izləyir. Bu məsələ Yerin də xilqətində mövcuddur.

 

Əlaqədar görünüşlər:

“İnsanlarda ixtilaf və təfavütün fəlsəfəsi”, sual 12662 (sayt: az12544)

“Varlıqların xilqətində fərq”, sual 5381 (sayt: 6448)

“İnsanların ixtilaf və təfavütü”, sual 17695 (sayt: 17343)

 


[1] “Biz asimanları və yeri, onların arasında olanları oyun-oyuncaq xəlq etmədik.” “Ənbiya” surəsi, ayə:  16

[2] Kərdovani, Pərviz, “İranın səhra səyahətlərinin cazibələri”, “Rasixun” saytı

[3] “Allahın ayələrindən biri (də) asimanların və yerin xilqəti, sizin dil və rənglərinizin fərqləridir, bunlarda alimlər üçün ilahi nişanələr vardır.” “Rum” surəsi, ayə: 22; “Şübhəsiz, asimanların və yerin yaradılışında, gecə-gündüzün növbə ilə bir-birini əvəz etməsində əql sahibləri üçün (aydın) nişanələr vardır.” “Ali-İmran”,  surəsi, ayə: 190

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163709 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158196 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118571 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111496 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104362 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92332 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53979 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48527 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44680 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44085 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...