Ətraflı axtarış
Baxanların
25393
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Habil və Qabil kim ilə evlənmişdi?
Sual
İnsan nəsli necə davam etmişdir? Habil və Qabil kim ilə evlənmişdi?
Qısa cavab

Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik:

1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz.

2. Adəmin övladlarının bir-biri ilə evlənməsi mümkün olmadığından, onlar yer üzündə əvvəlcədən olan digər insan nəslinin qızları ilə evləndilər. Sonralar onların övladları bir-biri ilə əmi uşağı oldular və bir-biri ilə evləndilər. Bu nəzəri də bəzi rəvayətlər dəstəkləyir. Çünki Adəmin nəsli yer üzündə mövcud olan ilk insanlar olmamış, ondan əvvəllər də yer üzündə müəyyən insan növləri mövcud olmuş və yaşamışdır.[i]

Əlbəttə, belə nəzərə çarpır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğun olmuş olsun.



[i] Bax: “Dini suallar”, Məkarim Şirazi, səh. 453, İslami tədqiqat müəssisəsi, Sual: “Lütfən Habil ilə Qabilin evlənmə məsələsini qısa şəkildə izah edərək buyurun ki, onlar öz bacıları ilə evləndilərmi?”

Ətreaflı cavab

Tarixi və rəvayət mənbələri insan nəslinin Adəm (əleyhis-salam)-ın üçüncü övladı və onun vəsisi və vəliəhdi olan Şeys və ya Hibətullahdan davam etməsini demişlər. Habil Qabilin əli ilə qətlə yetirilmişdi. Üsyankarlıq və günah nəticəsində qovulan Qabil günah və fəsad işlər ardınca getdi. Onun övladları da atasının əməl və rəftarlarına tabe olaraq üsyankarlıq və tüğyana qurşandılar və Nuh (əleyhis-salam)-ın tufanı hadisəsində hamılıqla məhv olub aradan getdilər. Bundan sonra Şeysin nəsli qalıb davam etdi.[1]

Amma Adəm (əleyhis-salam)-ın övladlarının  kimlə evlənməsinə gəldikdə isə, bu çox müəmmalı bir bəhsdir. Rəvayət mənbələrimizdə bir-biri ilə təzadlı olan çoxlu rəvayətlər gözə dəyir. Bəziləri “Nisa” surəsinin birinci ayəsinə istinad edərək[2] inanırlar ki, Adəmin övladlarının nəsli yalnız Adəm ilə həyat yoldaşı Həvvanın vasitəsi ilə davam etmiş və bu məsələdə üçüncü bir varlıq rol ifa etməmişdir.

Bu da Adəmin övladlarının bacı-qardaşla evlənməsini tələb edir. Çünki əgər onlar digər insan növündən olan qızlarla evlənsəydilər, Allahın “minhuma – o ikisindən (Adəm-Həvvadan) nəslini davam etdirdi” –  deyə buyurması mənasız olardı.

Çoxlu rəvayətlərdə nəql olunan bu məsələ çox da təəccüblü deyildir. Çünki bəziləri məsum imamlardan nəql olunan hədislərə istinadən bu cür evlənmənin mübah (icazəli) olduğunu qeyd etmişlər. Onlar demişlər ki, o zaman bacı ilə qardaşın evlənmənin haramlıq hökmü hələ Allah tərəfindən verilməmişdi.

Aydındır ki, hər bir işin qadağan olunması Allah tərəfindən haram edilməyə bağlıdır. Müəyyən zərurətlər və məsləhətlərin tələbi ilə hər hansı bir işin müəyyən zaman dövründə caiz, sonradan isə qadağan edilməsinə nə mane ola bilər?!

“Ehticac” kitabında nəql olunur ki, imam Səcad (əleyhis-salam) Qureyşdən olan bir kişi ilə bəhs edərkən buyurdu:  – Habil Qabillə birlikdə doğulan (onunla əkiz olan) bacısı Lovza ilə evləndi, Qabil isə Habillə birlikdə doğulan (onunla əkiz olan) bacısı İqlimaya ilə evləndi.

Ravi deyir ki, Qureyşdən olan kişi soruşdu: – Habil və Qabil öz bacılarını hamilə etdilər?!

Həzrət buyurdu: – Bəli.                                                  

O kişi dedi: – Bu, hazırkı məcusların əməlidir!

Həzrət buyurdu: – Məcuslar bu işi görəndə biz onu batil (və qanunsuz) hesab ediriksə, səbəbi budur ki, onlar bu işi Allah tərəfindən haram edildikdən sonra əncam verirlər... Bu məsələni inkar etmə! Çünki bu əməlin o gündə düzgün olması, bu gündə isə düzgün olmaması Allahın belə qərar verdiyi hökmüdür. Məgər Allah-taala Adəmin həyat yoldaşını onun özündən (onun palçığından) xəlq etmədimi?! Eyni halda görürük ki, Həvvanı onun üçün halal etdi. Deməli, bu şəriət hökmü o gündə Adəm övladlarının və onların xüsusi adamlarının şəriəti idi və sonralar Allah onun haram olma hökmünü nazil etdi.[3]

Lakin bunun müqabilində bəziləri başqa hədisləri əsas tutaraq Adəmin övladlarının heç vaxt bir-biri ilə evlənmədiyini demişlər.[4] Onlar inanırlar ki, Adəmin övladları digər insan nəslindən olan qızlarla evlənmişdilər. Çünki rəvayət mənbələrinə əsasən, həzrət Adəmdən əvvəl də yer üzündə başqa insan növləri mövcud imiş.[5]

Elmi tədqiqatlar da göstərir ki, ehtimal üzrə insan yer üzündə milyonlarla il qabaqcadan yaşamışdır. Halbuki, Adəmin xilqət tarixindən indiyə qədər çox da vaxt keçmir. Buna əsasən, qəbul etməliyik ki, Adəmdən əvvəl də yer üzərində müəyyən insan növləri yaşayırmış, Adəm yaralan zaman onların nəsli kəsilmək üzrə idi. Adəmin övladlarının onlardan əvvəlki insan nəsillərindən hər hansı biri ilə evlənməsinin nə maneəsi vardır?!

Lakin bu ehtimal yuxarıdakı ayənin zahiri ilə çox da uyğun deyildir. Fiqhi qanunlara əsasən  hədislər bir-biri ilə təzadlı olan zaman Quran ayələri ilə müvafiq olan hədisləri əsas tutmaq lazımdır.

Belə nəticə alınır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğundur. Necə ki, “Əl-mizan” təfsirinin müəllifi Əllamə Təbatəbai (r) birinci ehtimalı gücləndirərək qəbul etmişdir.[6]

Əlavə məlumat üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: “Əl-mizan”, 4-cü cild, səh. 245-dən sonra; “Əl-burhan”, “Əd-durrul-mənsur”, eləcə də peyğəmbərlərin həyatı barədə yazılan kitablar.[7]



[1] Hədisin ərəbcə mətni belədir:

قَالَ سَالِمُ بْنُ أَبِی الْجَعْدِ لَمَّا قُتِلَ هَابِیلُ مَکَثَ آدَمُ سَنَةً حَزِینًا لاَ یَضْحَکُ ثُمَ أَتَى فَقِیلَ حَیَّاکَ الله وَ بَیَاکَ أَیْ أَضْحَکَکَ قَالُوا وَ لَمَّا مَضَى مِنْ عُمْرِ آدَمَ مِائَةٌ وَ ثَلاَثُونَ سَنَةً وَ ذَلِکَ بَعْدَ قَتْلِ هَابِیلَ بِخَمْسِ سِنِینَ وَلَدَتْ لَهُ حَوَّاءُ شَیْثًا وَ تَفْسِیرُهُ هِبَةُ اللهِ یَعْنِی أَنَّهُ خَلَفٌ مِنْ هَابِیلَ وَ کَانَ وَصِیَّ آدَمَ وَ وَلِیَّ عَهْدِهِ وَ أَمَّا قَابِیلُ فَقِیلَ لَهُ اِذْهَبْ طَرِیدًا شَرِیدًا فَزِعًا مَذْعُورًا لاَ یَأْمَنُ مَنْ یَرَاهُ وَ ذَهَبَ إِلَى عَدَنٍ مِنَ الْیَمَنِ فَأَتَاهُ إِبْلِیسُ فَقَالَ إِنَّمَا أَکَلَتِ النَّارُ قُرْبَانَ هَابِیلَ لِأَنَّهُ کَان یَعْبُدُهَا فَانْصَبْ أَنْتَ أَیْضًا نَارًا تَکُونُ لَکَ وَ لِعَقَبِکَ فَبَنَى بَیْتَ نَارٍ وَ هُوَ أَوَّلُ مَنْ نَصَبَ النَّارَ وَ عَبَدَهَا وَ اتَّخَذَ أَوْلَادُهُ آلاَتِ اللَّهْوِ مِنَ الیراعِ وَ الطَّنْبُورِ وَ اْلمَزَامِیرِ وَ الْعِیْدَانِ وَ انْهَمَکُوا فِی اللَّهْوِ وَ شَرِبَ الْخَمْرَ وَ عِبَادَةِ النَّارِ وَ الزِّنَا وَ الْفَوَاحِش حَتَّى غَرَقَهُمُ اللهُ أَیَّامَ نُوحٍ باِلطُّوفَانِ وَ بَقِیَ نَسْلُ شَیْثٍ

“Biharul-ənvar”, 11-ci cild, səh. 220

[2] “Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun! Çünki O, sizin hamınızı bir insandan yaratdı və onun həyat yoldaşını da onun öz cinsindən xəlq etdi, o ikisindən çoxlu kişilər və qadınlar (yer üzündə) xəlq edib yaydı.” 

[3] “Əl-mizan” təfsiri, farsca tərcüməsi, 4-cü cild, səh. 236

[4]

("علل الشرائع") ابْنُ الْوَلِیدِ عَنْ أَحْمَدَ بْنِ إِدْرِیسَ وَ مُحَمَّدٍ الْعَطَّارِ مَعاً عَنِ الْأَشْعَرِیِّ عَنْ أَحْمَدَ بْنِ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ أَحْمَدَ بْنِ إِبْرَاهِیمَ بْنِ عَمَّارٍ عَنِ ابْنِ نُوَیْهِ عَنْ زُرَارَةَ قَالَ سُئِلَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) کَیْفَ بَدَأَ النَّسْلُ مِنْ ذُرِّیَّةِ آدَمَ (علیه السلام) فَإِنَّ عِنْدَنَا أُنَاساً یَقُولُونَ إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى أَوْحَى إِلَى آدَمَ (علیه السلام) أَنْ یُزَوِّجَ بَنَاتِهِ مِنْ بَنِیهِ وَ إِنَّ هَذِهِ الْخَلْقَ کُلَّهُمْ أَصْلُهُ مِنَ الْإِخْوَةِ وَ الْأَخَوَاتِ قَالَ أَبُو عَبْدِ اللَّهِ (علیه السلام) سُبْحَانَ اللَّهِ وَ تَعَالَى عَنْ ذَلِکَ عُلُوّاً کَبِیراً یَقُولُ مَنْ یَقُولُ هَذَا إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ أَصْلَ صَفْوَةِ خَلْقِهِ وَ أَحِبَّائِهِ وَ أَنْبِیَائِهِ وَ رُسُلِهِ وَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ وَ الْمُسْلِمِینَ وَ الْمُسْلِمَاتِ مِنْ حَرَامٍ وَ لَمْ یَکُنْ لَهُ مِنَ الْقُدْرَةِ مَا یَخْلُقُهُمْ مِنَ الْحَلَالِ وَ قَدْ أَخَذَ مِیثَاقَهُمْ عَلَى الْحَلَالِ وَ الطُّهْرِ الطَّیِّبِ...

“İləliş-şəraye” kitabında Zürarənin belə dediyi nəql olunur: İmam Sadiq (əleyhis-salam)-dan soruşdular: “Adəm (əleyhis-salam)-ın övladlarının nəsli necə davam etdi? Bizim məntəqədə bəzi adamlar deyirlər ki, Allah-taala Adəmə vəhy etdi ki, öz oğlanlarını qızları ilə evləndirsin. Bütün bu insanların hamısı da bacı-qardaşın bir-biri ilə evlənməsindən əmələ gəlib.”

İmam Sadiq (əleyhis-salam) təəccüblə buyurdu: “Allah bu deyilən (yaramaz) sözlərdən çox-çox ucadır, pak-pakizədir! Bu (yaramaz) sözü deyənlər həqiqətdə Allah-taalanın Öz seçdiyi məxluqatının, sevdiyi insanların, peyğəmbərlərinin, rəsullarının, mömin kişi və qadınların, müsəlman kişi və qadınların əslini və kökünü haramdan xəlq etdiyini demiş olurlar! Belə insanlar əslində deyirlər ki, Allah-taalanın bunları halaldan xəlq etməyə qüdrəti yox idi! Halbuki Allah onların hamısından halal və pak-pakizəlik əsasda əhd-peyman almışdır...”

[5] “Tövhid”, səh. 277, hədis 2, Tehran çapı; "Nəhcul-bəlağə"nin şərhi, İbni Meysəm, 1-ci cild, səh 173; “Xisal”, 2-ci cild, səh. 652, hədis 54; 2-ci cild, səh. 639, hədis 14, səh. 358, hədis 45. Əlavə məlumat üçün bax: Görünüş, “Quran və müqəddəs kitab nəzərindən bəşər növünün omrü”, sual 516, (sayt 563)

[6] "Təfsiri-nümunə", 3-cü cild, səh 244-249, iqtibasla; "Əl-mizan”, 4-cü cild, səh. 245-253, iqtibasla, “Mərhum Əllamə Təbatəbainin elmi əsərlərinin çapı” müəssisəsi

[7] Bax: “İslami təbliğat” dəftərxanasının suallara cavab bölməsi, “yaradılışın əvvəlində iki qardaşın (Habil və Qabil) varlığı ilə insan nəsli necə artmışdır?” sualı

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Quran necə kitabdır?
    7606 Təfsir 2011/08/23
    Qurani-Kərimsonilahixəbərolaraq, Allah-TaalatərəfindənMəhəmmədibnƏbdullahınvasitəsiiləinsanlarıhaqq
  • Höccətiyyə təşkilatının əqidəsi nədir? Bu günkü gündə fəaliyyət göstərirmi?
    8405 Fiqh tarixi 2011/11/20
    Höccətiyyə təşkilatı, şəmsi iliylə 1332- ci il mordad ayının 28- ci tarixində Şeyx Mahmud Zakirzadə, hələb şəhərində dünyaya göz açmış bir şəxs tərəfindən Bəhaiyyə məzhəbiylə mübarizə məqsədiylə təsis olunmuşdur. Bu təşkilat bir baxımdan qarşılıq ümumi bir təşkilat və şöbələrdən ibarətdir: Tədris, tədqiq, yazıçılıq, hidayət, xarici ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    11464 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Şiələrin nəzərində on ikinci imamın qeybdə olmasına etiqad bütün imamət nəzəriyyəsində şübhə yaradırmı?
    7125 Qədim kəlam 2010/11/10
    Sualda ümumi şəkildə və konkret nümunənin təyin edilmədiyi halda “qeybət dövrünün imamət nəzəriyyəsi ilə təzadı” irəli çəkildiyinə görə, imamın vəzifələrində müəyyən ünvanları zikr etməli, sonra onun qeybət dövrü ilə uyğun gəlib-gəlməməsini təhlil edəcəyik.İmamət – nübüvvətin ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7292 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    7098 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Cismani məadın baş verməsi üçün Yerdə yaşayan bütün insanların cisminə çatacaq qədər torpaq vardırmı?
    7122 Qədim kəlam 2012/04/19
    Məad həm cismani, həm də ruhanidir. Cismani məad – bədənin əsl (birinci dərəcəli) hissələrinin bədənə qayıtmasıdır. Bu əsl hissələr bəzi rəvayət mənbələrində “tinət” kimi təbir olunur. Bu təriflə, rəvayətlərə uyğun olaraq bütün insanlar ölüb çürüdükdən sonra qalan şey tinət və ilkin hissələridir. Axirət aləminə gedən şey də ...
  • Quranın nəzərində insan cahil zülmkardır, yoxsa Allahın xəlifəsi?
    8464 Təfsir 2011/01/13
    1.     Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    7063 سرنوشت حدیث 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...
  • Təvəllüs bayramı keçirmək haramdırmı?
    7123 Nizamlar hüquq və əhkam 2012/02/15
    Təvəllüd bayramı İslami sünnətlərdən deyil. Və İslami təlimatlarda sifariş olunmayıb ki, insan öz doğum gününü bayram etsin. Biz bu təzə sünnnəti məhkum etmək istəmirik, baxmayaraq ki, əcnəbilərin kor- koranə daxil olan (adət) sünnətlərini bəyənmirik; çünki etqadımız var ki, sünnətlərin gərək xalqın zehnində dərin kökləri olsun. Amma belədir (adət) ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168412 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166352 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121736 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115774 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114782 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96380 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60309 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56426 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49019 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47178 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...