Ətraflı axtarış
Baxanların
9997
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
“Əraf” surəsinin külli məzmunu və onu qiraət etməyin fəziləti nədir?
Sual
“Əraf “surəsinin külli məzmunu və onu qiraət etməyin fəziləti nədir?
Qısa cavab

Əraf” surəsi Məkkədə nazil olmuşdur[1] və 206 ayədən ibarətdir. Rəvayət və təfsir mənbələrində bu surənin məzmun və qiraətinin fəziləti barəsində müəyyən mətləblər nəql olunmuşdur. Suala diqqət yetirməklə bu mövzunu iki bölmədə təqdim edirik:

a) “Əraf” surəsinin fəziləti[2]

“Əraf” surəsini oxumaq üçün çoxlu fəzilət bəyan olunmuşdur ki, onların çoxu axirətlə əlaqədardır:

1. Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurur: “Hər kəs “Əraf” surəsini oxusa, Allah onunla Şeytanın arasında maneə qərar verər və qiyamət günü  Adəm (əleyhis-salam) onun şəfaətçisi olar.”[3]

2. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs hər ayda “Əraf” surəsini oxusa, qiyamət günü qorxusu və qəm-qüssəsi olmayanların cərgəsində olar. Əgər onu hər cümə oxusa, qiyamət günü hesab-kitabı olmayanların cərgəsində olar.”[4]

3. O həzrət yenə buyurur: “Bu surədə möhkəm ayələr vardır. Onun qiraətini və ona əməl etməyi tərk etməyin! Çünki qiyamət günü (bu surə) onu qiraət edənlərin lehinə şəhadət verəcəkdir.”[5]

Diqqət yetirmək lazımdır ki, bütövlükdə Quranın, yaxud onun müəyyən surə və ayələrinin tilavəti üçün nəql olunan mühüm savab, fəzilət və mükafatlar bu mənaya deyildir ki, insan onları yalnız vird (zikr) surətində oxusun və dildə tələffüzlə kifayətlənsin; əksinə, Quranı oxumaq onu başa düşmək üçün, başa düşmək də fikirləşmək üçün, fikirləşmək isə ona əməl etmək üçündür.[6]

b) “Əraf” surəsinin bəhslərinə qısa baxış

Bu surədə:

1. Bu surənin 46-48-ci ayələrində “Əraf” səhabələrindən söz açılır, surə məhz buna görə “Əraf” adlandırılmışdır;[7]

2. Allah və məad ilə əlaqədar məsələlərə qısa, eyni zamanda dolğun işarələr vardır;[8]

3. İnsanın şəxsiyyətini dirçəltmək üçün Adəmin xilqətini mühüm şəkildə şərh edir;[9]

4. Allah-taalanın hidayət yolunda Adəm övladlarından aldığı əhd-peymana işarə vardır;[10]

5. Tövhid, haqq-ədalət, təqva və pəhrizkarlıq yolundan azanların məğlubiyyətlərini göstərmək və həqiqi möminlərin qələbələrini bəyan etmək üçün əvvəlki qövmlərin və keçmiş peyğəmbərlərin, o cümlədən Nuh, Lut və Şüeybin (əleyhimus-salam) həyatını və onların başına gələn əhvalatları bəyan edir, Bəni-israilin qarşılaşdığı hadisələri ətraflı şəkildə irəli çəkir və həzrət Musa (əleyhis-salam)-ın Fironla mübarizəsi ilə sona çatır.[11]

6. Sonda bir daha Allah və məad məsələsinə qayıdır, bu yolla bəhslərini təkmil edir.[12]

 

 

 


[1] Məkkədə nazil olan surələrə “Məkki surələr”, Mədinədə nazil olan surələrə isə “Mədəni surələr” deyilir. Bu ikisinin hüdudlarının təyini ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır, lakin onların arasında üç nəzəriyyə məşhurdur:

a) Məkki surələr və ya ayələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətindən qabaq, Mədəni surə və ayələr isə hicrətdən sonra nazil olanlardır – hətta Məkkədə nazil olsa, yaxud Peyğəmbərin Mədinədə olmadığı səfərlərdə nazil olsa belə;

b) Məkki surə və ayələr Məkkədə nazil olanlardır, hətta hicrətdən sonra nazil olsa belə; Mədəni surə və ayələr də Mədinədə nazil olanlardır. Buna əsasən, səfərdə nazil olan surə və ayələr nə Məkki, nə də Mədəni surələr deyildir;

v) Məkki surə və ayələr Məkkə əhalisinə xitabən, Mədəni surə və ayələr isə Mədinə əhalisinə xitabən nazil olanlardır. Bax: Hələbi, Əli Əsğər, “Quran elmləri ilə tanışlıq”, səh. 108 və 109, “Əsatir”, nəşri, Tehran, 4-cü çap, 1374-cü şəmsi il; Süyuti, Cəlaləddin, “Əl-itqan fi ülumil-Quran”, 1-ci cild, səh. 81-84, “Darul-kitabil-ərəbi”, Beyrut, 2-ci çap, 1421-ci qəməri il

[3] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, Məhəmməd Cavad Bəlağinin müqəddiməsi ilə: 4-cü cild, səh. 608, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 3-cü çap 1372-ci şəmsi il

[4] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal və iqabul-ə’mal”, səh. 106, “Şərif Rəzi” nəşriyyatı, Qum, 2-ci çap, 1406-cı qəməri il

[5] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, tərcümə və təhqiq: Riza Setudə, 9-cu cild, səh. 41, “Fərahani”, nəşriyyatı, 1-ci çap, Tehran, 1360-cı şəmsi il

[6] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 59 və 60, "Darul-kutubil-islamiyyə", Tehran,  1-ci çap, 1374-cü şəmsi il

[7] Qürəşi, Seyid Əli Əkbər, “Təfsiru Əhsənil-hədis”, 3-cü cild, səh. 357, “Besət” qurumu, Tehran, 3-cü çap 1377-ci şəmsi il

[8] “Təfsiri-nümunə”, 6-cı cild, səh. 75

[9] Yenə orada

[10] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 8-ci cild, səh. 6, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1417-ci qəməri il

[11] Qiraəti, Möhsün, “Nur”, təfsiri, 4-cü cild, səh. 15, “Qurandan dərslər” mədəni-maarif mərkəzi, Tehran, 11-ci çap, 1383-cü şəmsi il

[12] Qiraəti, Möhsün, “Nur”, təfsiri, 4-cü cild, səh. 15, “Qurandan dərslər” mədəni-maarif mərkəzi, Tehran, 11-ci çap, 1383-cü şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45265 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...
  • Bəndəlik nədir? Bəndə kimdir? Bəndəlik yolu ilə necə getmək olar?
    11169 Əməli əxlaq 2010/09/27
    Lüğət alimləri abadəti xüzu və zəlilliyin sonu mənasında məna edirlər. Onlar deyirlər: İbadət xuzu və təvazönün ən üstün mərhələsi olduğuna görə, yalnız o şəxsə layiqdir ki, ehsan və nemətin və vücud və təkamülün ən uca mərhələsi onda olsun. Bu cəhətdən Allahdan qeyrisinə olan ibadət şirkdir, çünki, ibadətdə ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    5721 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • Qızım bir il bundan qabaq evləndiyi ərindən ayrıldı. Bu haqda əri ya onun ailəsi tərəfindən heç bir təklif verimədi və boşanmaqdan da danışmadılar? Qızımın başqa bir şəxslə evlənməsi haramdırmı?
    5219 Nizamlar hüquq və əhkam 2012/03/11
    Həzrət Ayətullah əl- uzma Sistaninin (muddə- zilluhul- ali) dəftəri: Əri ilə əlaqə yaratmaq üçüç Həzrət Ayətullahın vəkillərindən birinə müraciət edin. Əgər yaşamaq istəmirsə və boşamırsa da, onu boşamaq üçün, vəkil bizə məlumat versin. Həzrət Ayətullah əl- uzma Məkarim Şirazinin (muddə- zilluhul- ali) dəftəri:
  • Mühitlə rabitətə zərər çəkməmək və avara (sərgərdan) olmamaq üçün pişiyi sonsuz etməyin hökmü nədir?
    5697 Nizamlar hüquq və əhkam 2012/01/09
    Həzrət Ayətullahul- üzma Xamineinin dəftərxanası:Əgər heyvanın əziyyətinə səbəb ola, caiz deyil.Həzrət Ayətullahul üzma Məkarim Şirazinin dəftərxanası:Əgər bu iş lazım və zəruri ola, maneəsi yoxdur.Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin cavabı bu şərhlədir:Əgər bi iş heyvana əziyyət vermədən baş tutarsa və məsləhət onu istəyərsə, maneəsi yoxsur. ...
  • Qülüvv nədir? Ondan necə uzaqlaşmaq olar?
    7389 Qədim kəlam 2012/06/23
    Lüğətdə “qülüvv” artıqlıq və yüksəlişə deyilir. Başqa sözlə desək, qülüvv həddi-hüdudu aşmaqdır. Daha yaxşı ifadə ilə: hər bir şeydə öz məqam, hədd və əndazəsindən aşmağa və onun hüdudlarını keçməyə qülüvv deyilir. Allah-taala Quranda qülüvvə belə işarə edir: “Ey kitab əhli! Dininizdə qülüvv etməyin (həddinizi aşmayın) və Allah ...
  • Гуран бахымындан һикмәтин елмлә фәрги вармы?
    7422 Təfsir 2010/04/22
    “Һикмәт” сөзү лүғәтдә һагг вә һәгигәтлә ујғун данышыг вә әмәл, елм вә әгл васитәсилә һагга јетишмәк, ја инсаны һагга чатдыран шејә дејилир. “Елм” исә билмәк, бир шејин һәгигәтини дәрк етмәк, билик вә аҝаһлыг мәналарындадыр.Гуранда “һикмәт” ...
  • Allah zalımların zülmünün həqiqi (gerçək) faili deyil?
    6107 Qədim kəlam 2012/06/13
    Bu sualın cavabında bir neçə nöqtəni yada salmaq lazımdır: Bütün zalımların zülmünün kölgəsi dörd şeydə xülasələşir: 1. Cəhalət. 2: Ehtiyac. 3: Çirkin əxlaq. 4: Acizlik. Amma Allah bütün bu işlərdən pak və uzaqdır. Heç bir zülm onun zatına yol tapa bilməz. Buna əsasən ...
  • Təzə qızılı (işlənmiş) bir miqdar çox köhnə qızıl ilə dəyişməyin düzgün olmamasının səbəbi nədir?
    6615 Əhkam və hüquq fəlsəfəsi 2011/10/06
    Sələdə ayə və rəvayətlərdə qəti şəkildə pislənib və haram edilmiş və onun haram olmasının bəzi hikmətlərinə də işarə olubdur. Cəmiyyətdə borc almağa meylin aradan getməsi, sələmənin zalım hərəkət olması və cəmiyyətin ehtiyacı olan ticarətlərə camaatın meylinin aradan getməsi kimi şeylər, sələmənin haram olması hikməti kimi açıqlanıbdır. Amma diqqət etmək ...
  • İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə əmr edə bilərmi?
    6490 Əməli əxlaq 2012/07/22
    Ailədə həyat və məişət xərclərinin təmin edilməsi kişinin vəzifəsidir və o öz həyat yoldaşını bu işdə şərik olmağa vadar edə bilməz. Əlbəttə, öz ərinin razılığını əldə etmək üçün qadının gördüyü hər bir iş əgər şəriət qayda-qanunları və meyarları ilə zidd olmazsa onun üçün çoxlu savab da gətirəcəkdir. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164320 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161871 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119354 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112820 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    108734 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93376 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54606 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    52492 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45635 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45265 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...