Ətraflı axtarış
Baxanların
19622
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
Sual
Əli (əleyhis-salam) Allah tərəfindən xəlifə seçildiyini bilə-bilə nə üçün Əbu Bəkr, Ömər və Osmanla beyət etdi?! Əgər “müxalifət etməyə qüdrət və bacarığı yox idi” desəniz, onda qüdrəti olmayan bir şəxsin imamət məqamına ləyaqət və səlahiyyəti olmaz! Çünki yalnız o şəxs imam ola bilər ki, imamət məsuliyyətini öhdəsinə almağa qüdrəti olsun. Əgər “imamın qüdrəti var idi, amma öz qüdrətindən istifadə etməmişdi” - desəniz, bu da xəyanət sayılır və xain şəxs imam ola bilməz! Ümmətə rəhbərlik məqamında ona etimad etmək olmaz. Halbuki, imam Əli (əleyhis-salam) xəyanət və sair kimi rəzalət xüsusiyyətlərindən pakdır, o heç vaxt xəyanət etməzdi. Bu barədə düzgün cavabınız nədir?
Qısa cavab

Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi.

İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə fiziki güc işlətmək düzgün deyildir. Hikmət sahibi və ağıllı insan hər bir müşkülü ona münasib yolla həll etməlidir.

Üçüncüsü, dinin qorunması, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bu yolda çəkdiyi əzab-əziyyət və böyük zəhmətlərinin hədərə getməməsindən ibarət olan daha mühüm məsləhətlər xatirinə İmam (əleyhis-salam)-ın bir dəstə ilə birlikdə xəlifələrə beyət etməsinin mənası bu deyildir ki, onların qüvvələrindən qorxmuş və ya onlarla müqayisədə ümmətə rəhbərlik və imamət məqamı üçün daha az qüdrət və bacarığa malik olmuşdur.

Dördüncüsü, tarixdən və imam Əli (əleyhis-salam)-ın kəlamlarından məlum olur ki, o həzrət xəlifələrin dövründə mövcud vəziyyətlə əlaqədar dəfələrlə etirazını bildirmişdi. Lakin düşmənlərin müqabilində islam hökumətinin gücləndirilməsi, qorunub saxlanması və qüvvələndirilməsi yolunda heç bir səyini əsirgəmirdi.

Ətreaflı cavab

İslamın əvvəllərindəki tarixə nəzər yetirməklə aydın olur ki:

Əvvəla, hələ Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak cənazəsi dəfn olunmamışdı ki, bir dəstə adam Bəni-Saidə adlı səqifədə (kölgəlikdə)  Əli (əleyhis-salam)-dan başqası ilə beyət etdi, halbuki Əli (əleyhis-salam) o həzrətin qüsl-kəfən işlərinə məşğul idi.[1] Amma Peyğəmbərin vəfalı səhabələrindən bir dəstəsi, o cümlədən Abbas ibni Əbdül-Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Xalid ibni Səid, Miqdad ibni Əmr, Salman Farsi, Əbuzər Ğifari, Əmmar ibni Yasir, Bəra ibni Azib, Übeyy ibni Kəb və s. Əbu Bəkrlə beyət etmədilər. Onlar imam Əli (əleyhimus-salam)-dan tərəfdarlıq edirdilər.[2]

“Müsnədi Əhməd”in (1-ci cild, səh. 55) və Təbərinin (2-ci cild, səh. 466) aşkar dediyinə görə bu adamlar etiraz əlaməti olaraq həzrət Zəhra (əleyha salam)-ın evində bir yerə yığışmış və Əbu Bəkrə beyətdən imtina etmişdilər.[3]

Tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) onun evinə yığışaraq onunla beyət etmək istəyənlərin cavabında buyurmuşdu: “Sabah sübh saçlarınızı qısaltmış halda gələrsiniz!” Lakin sabah üç nəfərdən başqa heç kəs gəlmədi.[4]

Həmçinin, tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) Fatimənin həyatda olduğu vaxtda qədər beyət etməmişdi. Lakin camaatın ondan üz çevirdiyini gördükdə Əbu Bəkrlə razılaşmaq məcburiyyətində qaldı.[5]

Buna əsasən, Əli (əleyhis-salam), onun öz köməkçiləri, eləcə də Peyğəmbər səhabələrindən bir dəstəsi  o həzrətin vəfatından sonra bir müddətə qədər Əbu Bəkrlə beyət etməmişdilər. Beyət etdikləri zaman isə yalnız islamın əslinin və islam hökumətinin qorunub saxlanmasına görə bu tədbiri gördülər.

Bilazəri imam Əli (əleyhis-salam)-ın beyətinin səbəbini açıqlayaraq yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatından sonra ərəb qəbilələrindən bir dəstəsi mürtəd oldular. Bu zaman Osman Əli (əleyhis-salam)-ın yanına gəlib dedi: “Ey əmi oğlum! Sən beyət etməyincə, bir kəs bu düşmənlərlə müharibəyə getməyəcəkdir.” Əli (əleyhis-salam) ilə çox müzakirə və danışıq aparandan sonra axırda Əli (əleyhis-salam) Əbu Bəkrlə beyət etdi.”[6] Amma Əli (əleyhis-salam) həm Əbu Bəkrin xilafəti dövründə, həm də ondan sonrakı dövrlərdə bu hadisələrlə əlaqədar daim şikayət və etiraz edirdi.

Həmin barədə buyurur: “Agah olun! Allaha and olsun ki, Əbu Bəkr xilafət paltarını öz əyninə geydi, halbuki o bilirdi ki, mənim islam hökumətinə olan məqamım dəyirman daşının mehvəri (oxu) kimidir ki, daş onun ətrafına fırlanır ... Buna görə də mən xilafət ridasını boşladım, ətəyimi yığaraq ondan kənara çəkildim. Fikirləşirdim ki, tək-tənha şəkildə öz haqqımı almaq üçün qiyam edimmi?! Yoxsa bu irticaçı mühitdə səbir edim?! ... Düzgün dəyərləndirdikdən sonra səbir etməyi daha ağıllı və məsləhətə uyğun gördüm. Elə bir halda səbir edirdim ki, sanki gözümdə tikan, boğazımda sümük qalmışdı.”[7]

Amma “Əli (əleyhis-salam) bu qədər şücaətə malik olması ilə eyni zamanda nə üçün qiyam etmədi və əməli tədbir görmədi?” sualına gəldikdə isə, cavabda demək lazımdır: Bütün çətinliklər və problemlər qılınc gücünə və müharibə ilə həll olunmur, hər yerdə fiziki güc işlətmək rəva deyildir. Hikmətli və ağıllı insan çətinliklərin həll olunmasında ən münasib olan yolları seçməlidir. Güclü rəşadət və qüdrətə malik olmaq, müharibə meydanlarında şücaət göstərmək başqa işlərdə də həmin üslubdan istifadə etməyə əsla icazə vermir.

Harun (əleyhis-salam) çox fəsahətli bir insan və həzrət Musa (əleyhis-salam)-ın vəsisi idi. Buna baxmayaraq Musanın qövmünün buzova pərəstiş etdiyini gördükdə sadəcə haqqı bəyan etməkdən və onları ilahi əzabdan qorxutmaqdan başqa bir iş görmədi. Həzrət Musa (əleyhis-salam) kəskin etiraz etdikdə Harun Bəni-israilin buzova pərəstiş etməsinin qarşısını almamasının və heç bir əməli tədbir görməməsinin səbəbini belə bəyan etdi: “(Harun) dedi: Ey anam oğlu! (Ey qardaşım!) Mənim saqqalımı və başımı tutma! Mən sənin “Bəni-İsrailin arasında təfriqə saldın və tövsiyələrimi unutdun!” deyəcəyindən qorxdum.”[8]

Quran İbrahim (əleyhis-salam)-ın bütpərəstlərdən ayrılmasına işarə edərək buyurur: “İbrahim onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən (bütlərdən) kənara çəkildi.”[9] Həmçinin Əshabi-kəhf cavanlarının öz zalım qövmlərindən uzaqlaşması da belə bəyan edilir: “Və (onlara dedik:) Onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən kənara çəkildiyiniz zaman bir mağaraya sığının ki, Allah Öz rəhmət sayəsini sizin üzərinizə salsın və bu məsələdə sizin üçün bir aramlıq qərar versin.”[10]

Camaatla bu cür rəftar edib kənara çəkilməsinə görə onları qorxaq, yaxud xain adlandırmaq düzgün bir iş olardımı?! Halbuki belə şəraitdə ən münasib yol məhz onların tutduğu yoldur.

İslam dininin qorunub saxlanmasından, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir ömürlük zəhmətlərinin hədərə getməməsindən ibarət olan belə bir dəyərli məsləhət naminə İmam Əli (əleyhis-salam)-ın müəyyən şəxslərə beyət etməsi bu mənaya deyildi ki, öz canı üçün onların qüdrətindən qorxmuş və vahimə hissi keçirmiş olsun, yaxud islam ümmətinə imamət və rəhbərlik məqamında onlardan daha az qüdrət və ləyaqətə malik olsun. Belə ki, əgər imamət ona həvalə edilsəydi, onun rəhbərliyə qüdrəti hamı üçün sübuta yetərdi.

Həzrət özünün qiyam etməməsinin səbəbini bəyan edərək buyurur: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından və köməkçilərin vəfasızlığından sonra öz ətrafıma baxdım, ailəmdən başqa bir köməkçi görmədikdə onların ölümə verilməsinə razı olmadım. Tikanlı gözlə gözümü yummağa, sümük qalan boğazla hadisələrin acı şərbətini içməyə məcbur oldum. Öz qəzəbimi uddum, hənzəl otundan da acı olan səbir şərbətini içərək səbri özümə peşə etdim.”[11]

Həzrət Əli (əleyhimus-salam) başqa yerdə qiyam etməməsinin səbəbini belə bəyan edir: “... Bu gün elə bir şəraitdə qərarlaşmışam ki, danışsam deyərlər ki, hökumətə hərissən, əgər sükut etsəm deyərlər ki, ölümdən qorxursan!”[12]

Bir sözlə, Əli (əleyhimus-salam)-ın beyəti qorxu üzündən deyildi (belə ki, dost-düşmən onun misilsiz şücaətinə etiraf edirdi), əksinə, islamın məsləhətinin hifz olunması, ümmətin vəhdətinin qorunub-saxlanması və öz haqqının dirçəldilməsi ilə əlaqədar dostun və köməkçinin azlığı idi. Hər bir həqiqi rəhbər də məhz bu yolu seçməli idi, hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də köməkçilərinin azlığına görə, habelə həmin az miqdarın qorunub saxlanması və islamın məsləhətinin hifz olunması üçün öz qövmündən aralanaraq Mədinəyə köçməyə məcbur oldu ki, müəyyən müddətə qədər gözləsin və köməkçiləri çoxaldıqdan sonra Məkkəni fəth etsin. Başqa bir yerdə müşriklərlə sülh bağlamağa məcbur olur. Belə hallarda “Peyğəmbər özünü peyğəmbər bildiyi halda nə üçün müşriklərlə sülh etdi?!” demək olarmı?! “Əgər onlarla qarşılaşmağa qüdrəti yox idisə, onda rəhbərlik və peyğəmbərlik səlahiyyəti yox idi!” deyə iddia etmək olarmı?!

Buna əsasən, həzrət Əli (əleyhis-salam) özünün haqq canişin olduğunu bilə-bilə İslam cəmiyyətinin məsləhətini hazırkı vəziyyətə dözüb səbir etməkdə görürdü. Çünki o həzrət Allah yolunda şücaət göstərmək, qüdrət və şəmşirdən istifadə etmək yerlərini gözəl şəkildə bilirdi, lakin Peyğəmbərin vəfatından sonra islam cəmiyyətinin (acınacaqlı) vəziyyətinə səbir etməyi bütün şücaətlərdən üstün bir iş hesab edirdi. Əgər belə bir şəraitdə qılıncdan istifadə etsəydi, onun özünün, bütün qohum-qəbiləsinin və köməkçilərinin güc işlətməsi nəticəsində yenicə cücərmiş islam ağacının kökləri quruyub aradan gedə bilərdi. Buna görə də o həzrət özünün şəxsi mənafe və məsləhətini daha mühüm əhəmiyyət kəsb edən bir işin – islamın əsasının qorunması yolunda qurban verdi.



[1] “Kənzul-ummal”, 5-ci cild, səh. 652

[2] “Süyuti, “Tarixul-xüləfa”, səh. 62, “Darul-fikir” çapı, Livan; “Tarixi Yəqubi”, 2-ci cild, səh. 124-125; Təbəri, “Tarixul-uməm vəl-muluk”, 2-ci cild, səh. 442, “İstiqamət” çapı, Qahirə; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 156 (haşiyə), “Darus-sadir” çapı

[3] Yenə orada

[4] “Məalimul mədrəsəteyn”, Əllamə Əsgəri, 1-ci cild, səh. 162

[5] Təbəri, “Tarixul-üməmi vəl-muluk”, 2-ci cild, səh. 448, “İstiqamət” çapı, Qahirə

[6] “Ənsabul-əşraf”, 1-ci cild, səh. 587

[7] “Nəhcul-bəlağə”, 3-cü xütbə, səh. 45

[8] “Taha” surəsi, ayə: 94:

قالَ یَا بْنَ أُمَّ لا تَأْخُذْ بِلِحْیَتی وَ لا بِرَأْسی إِنِّی خَشیتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَیْنَ بَنی إِسْرائیلَ وَ لَمْ تَرْقُبْ قَوْلی

[9] “Məryəm” surəsi, ayə: 49:

 فَلَمَّا اعْتزََلهَُمْ وَ مَا یَعْبُدُونَ مِن دُونِ الله

[10] “Kəhf” surəsi, ayə: 16:

وَ إِذِ اعْتزََلْتُمُوهُمْ وَ مَا یَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُاْ إِلىَ الْکَهْفِ یَنشُرْ لَکمُ‏ْ رَبُّکُم مِّن رَّحْمَتِهِ وَ یُهَیئّ‏ِْ لَکمُ مِّنْ أَمْرِکمُ مِّرْفَقًا

[11] "Nəhcul-bəlağə", xütbə, 26, səh. 73

[12] Yenə orada, xütbə 5, səh. 51

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7970 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Buda dini, ilahi din olubdurmu?
    8225 Qədim kəlam 2010/12/05
    Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər. 1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    7007 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Rəhbərin fətvasına əsasən, məğrib və işa namazları nə vaxt qəza olur?
    32694 Nizamlar hüquq və əhkam 2011/05/05
    Rəhbərin dəftərinin cavabı: Məğrib və işa namazının axır vaxtı, şəri gecə yarısıdır (şəri zöhrdən 11/15 saat sonra). Ehtiyat budur ki, əgər o vaxta kimi namaz qılmayıbsa, sübh azanına kimi mafizzimmə [1] niyyəti ilə yerinə yetirsinş ondan sonra namaz qəza olur.[2] Gecə yarısından sonra ya ...
  • Siffeyn və Nəhrəvan müharibələrinin baş vermə səbəbləri nə idi?
    18269 تاريخ کلام 2012/04/19
    Siffeyn müharibəsinin ən mühüm səbəbi Müaviyənin həzrət Əli (əleyhis-salam)-a beyətdən imtina etməsi idi. O, Əli (əleyhis-salam)-ı Osmanın qətlində müttəhim edirdi. Bu müharibədə Əli (əleyhis-salam)-ın qoşunu tam və qəti qələbə ərəfəsində olan zaman Əmr Asın hiyləsi ilə Müaviyənin xeyrinə tamam oldu və həkəmeyn (münsiflər) hadisəsi ilə imam Əli ...
  • Məskən faizsiz borc hesablarında yığılan pullara xums düşürmü?
    6479 Nizamlar hüquq və əhkam 2011/05/31
    Bir şəxsin yaşamaq üçün evi yoxdur və ev almaq ya ehtiyacı olduğu şeyləri almaq üçün əmanətə pul qoyubdur, bu pula xums düşürmü? Sualının cavabında Rəhbər buyurur: Qazanc mənfəətindən əmanətə qoyulan pul, əgər yaşayış xərclərini ödəmək üçün olarsa, xums ilinin əvvəlində, xumsu var. Yox əgər əmanətə qoyulan pul yaşayışın zəruri şeylərini ...
  • Hansı şərtlər daxilində dua mütləq qəbul olunur?
    27870 Əməli əxlaq 2011/03/06
    “Dua” kəlməsi çağırmaq, hacət istəmək, kömək diləmək mənasınadır və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termində isə, dua Allah-taaladan hacət istəmək mənasınadır. Quranda “dua” və bu kökdən alınan kəlmələr təqribən 13 mənada işlədilmişdir.Dua bir növ ibadət olduğundan, sair ibadətlər ...
  • Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
    14549 Əməli əxlaq 2011/09/07
    İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.Şeytana ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    6316 Cürbəcür 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Müntəzər (intizarı çəkilən) Məhdi barəsində şiənin nəzəri nədir?
    10624 Qədim kəlam 2010/11/10
    Yuxarıdakı sual çox külli və ümumi olduğundan, qərara almışıq ki, həzrət Məhdi (əleyhis-salam)-ın həyatı, qeybət dövrünün xəbərləri və zühur əlamətlərinə qısaca işarə etmiş olaq. O həzrətin adı “ م.ح.م.دM.h.m.d”dir. Onun çoxlu ləqəbləri vardır, o cümlədən: Qaim, Müntəzər, Sahibul-əsr və s. O həzrətin əziz atası imam ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168860 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166648 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122062 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115943 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115224 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96659 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61048 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56677 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49424 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47412 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...