Please Wait
5926
Həyat başlayandan indiyədək, həqiqətləri tanıyıb, onu digərlərinə tanıtdırmaq yolunda olub və insanlar üçün yalnız həqiqəti gətirmələrini öhdələrinə aldıqlarını elan edən şəxslər olublar.[1]
İlahi dinlər onların səylərinin nəticəsi olan Peyğəmbərlər, bu dəstədəndirlər. Haqqın İslam dinində nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün, Quran və rəvayətlərdə "haqq" kəlməsinin kökündən olan sözləri axtarmaq kifayətdir.
O biri tərəfdən, digər insanlar da, camaatı əfsanələr və faydasız işlərlə əyləndirməklə, bilərəkdən onları Allah yolundan çəkindirib öz istəklərinə çatmağa çalışırdılar.[2]
İndiki dövrdə internet dünyası adlanan bir dünya, həqiqi dünyanın tam qarşısında və ona ziddirmi?
Bu suala bizim cavabımız mənfidir. Hətta bizim fikrimizcə internet dünyası iki hissəyə bölünür:
- Həqiqətləri əks etdirən və həqiqi dünya ilə hər tərəfli əlaqəsi olan hissə. Bu hissəni həqiqətən ayrı formada araşdırmaq olmaz.
- Yalnız insanların xəyal və arzularını internet almində təqdim edən hissə. Bəzi insanlar, əyləncə ya həqiqətdən qaçmaq üçün ona üz tuturlar.
Bank və ticarət alış- verişlərini və həmçinin insanlar arasında həqiqi əlaqələrdə yeni texnologiyalardan hər cür istifadəni, birinci növdən saymaq olar. Həyəcanlı, kompyuter oyunlarının çoxu, özü və cəmiyyət barəsində yalan məlumatlar vermək və həmçinin dünya kanalları vasitəsi ilə xurafat yaymaq, ikinci dəstəyə salınmalıdır.
Buna əsasən, din bir həqiqət olaraq internet dünyasından istifadə etməklə, daha çox insanlara xidmət edib və daha çox məlumat onlara verə bilər. Bunun əksinə, düşmənlər də müxtəlif suallar yaymaq və faydasız işlərlə camaatı əyləndirməklə, bu yolda mənfi rol oynaya bilərlər.
Keçmişdə, camaatın çoxunun həqiqətə üz tutub və ya barmaqlarını qulaqlarına qoyub və gözlərini həqiqətə yummaları[3] məsələsini qabaqcadan demək mümkün olmadığı kimi, bizim aramızda heç bir Peyğəmbər olmayan və yalnız alimlərin onların sözlərini dünya camaatına çatdırdığı indiki dövrdə, internet aləminin genişlənməsi ilə qısa zamanda camaatın dinə üz tutmasının çox ya az olmasını qabaqcadan dəqiq demək olmaz.
Əlbəttə, insanların çoxunun din xəbərlərini eşitməkdən məhrum olduğu və ona görə də, dinə meyl etməmələri üçün bəhanələrinin olmasının mümkün olduğu keçmişin əksinə olaraq, din internet aləminə daxil olmaqla, yavaş- yavaş bu bəhanəni insanların hamısının əlindən xaric edib və onlara höccəti tamamlayacaq. İnternet dünyasında dinin təsvirini belə bir qabiliyyət və şəraitin zühurunda tapa bilərik.
Sonda, çox maraqlıdır atıncı İmam (ə) min üç yüz il qabaq belə bir vəziyyətin olacağını demiş və dünyada dinin genişlənmə mərkəzini Qum şəhərindən elan edibdir. İnternet aləmindən istifadə etmədən bəlkə də qeyri- mümkün olan işlərdən sayılan bir məsələ idi, O Həzrət buyurur:
«ثُمَّ يَظْهَرُ الْعِلْمُ بِبَلْدَةٍ يُقَالُ لَهَا قُمُّ وَ تَصِيرُ مَعْدِناً لِلْعِلْمِ وَ الْفَضْلِ حَتَّى لَا يَبْقَى فِي الْأَرْضِ مُسْتَضْعَفٌ فِي الدِّينِ حَتَّى الْمُخَدَّرَاتُ فِي الْحِجَالِ وَ ذَلِكَ عِنْدَ قُرْبِ ظُهُورِ قَائِمِنَا فَيَجْعَلُ اللَّهُ قُمَّ وَ أَهْلَهُ قَائِمِينَ مَقَامَ الْحُجَّة...»[4]
Sonra elm Qum adlı bir şəhərdə aşkar olar. O şəhər bütün dünyada dini məlumatlardan faydalanmayan heç bir kəs qalmayan hətta öz evlərindən çıxmayan qızların da dini elmlərdən faydalandığı zamana qədər, elm və mədəniyyət mərkəzi olacaq.bu məsələ Həzrət Məhdi (əc)- in zühurna yaxın bir zamanda baş verəcək. Allah Qum və orada yaşayanları O Həzrətin nümayəndələri qərar verəcək. Fikrimizcə, indi Qum şəhərində belə bir elmi sıçrayışın əlamətlərini görürük. Ümid edirik Allah O Həzrətin zühurunu daha tezləşdirsin.
[1] - Əraf surəsi, ayə 105
«حَقيقٌ عَلى أَنْ لا أَقُولَ عَلَى اللَّهِ إِلاَّ الْحَق»
[2] - Loğman surəsi, ayə 6
«وَ مِنَ النَّاسِ مَنْ يَشْتَري لَهْوَ الْحَديثِ لِيُضِلَّ عَنْ سَبيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَ يَتَّخِذَها هُزُوا»
[3] - Nuh surəsi, 7
«جَعَلُوا أَصابِعَهُمْ في آذانِهِمْ وَ اسْتَغْشَوْا ثِيابَهُم»
[4] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 57, səh 2131 h 23, Muəssisətu əl- vəfa, Beyrut, 1404 hicri qəməri