Please Wait
9104
Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil.
Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” düşmənlərinin şeytani planlarla bu İlahi dəvətin qarşısını almaq istəmələridir. Amma Allah təala öz peyğəmbərinin canını qorumaq və dininin inkişafı üçün tədbir görür və onların planlarını ürəklərində qoyur.
Bu ayənin mənasını başa düşmək üçün “İlahı məkr” dedikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.
“Məkr” Ərəb lüğətində bugünki Azərbaycan dili lüğətində olduğu mənadan çox fərqlidir. Çünki bugnki azərbaycan dilində “məkr” şeytani və pis planlarda işlədilir. Amma ərəb lüğətində isə hər iki növ planlara aid edilir. Rağib İsfəhaninin “Mofrədat” kitabında oxuyuruq: “Məkr hər hansı bir şəxsi məqsədindən yayındırmaqdır”[1] (istər yaxşı məqsədli işlərdə istərsə də pis).
Buna əsasən “məkr” Quranda şeytani və ziyanverici planlar barəsində işlədilmişdir ki, bugünki azərbaycan dilində işlədilən mənanı daşımır və həmçinin yaxşı planlarda da işlədilən mənanı kəsb etmir. Buna görə Qurani Kərimdə bəzən “ məkr” “xeyir” sözü ilə birlikdə işlədilmişdir. Məsələn: « وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرينَ» “Allah təala ən yaxşı tədbir edəndir”[2] və bəzən də “məkr” “pis” sözü ilə işlədilmişdir. Məsələn: « وَ لا يَحيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِه» “Onların pis plan və fikirləri yalnız onların başında çatlayacaqdır”[3]
Bu ayədə Allaha aid edilən “məkr” sözü onu nəzərdə tutmuşdur ki, “Məsihin” düşmənləri özlərinin şeytanı planları ilə İlahi dəvətin qarşısını almqğa çalışırdılar. Amma Allah təala peyğəmbərin canını qorumaq və dinini inkişaf etdirmək üçün tətbir tökərək, onların planlarını məhv etmişdir. [4]
Buna görə məkr həmişə və hər yerdə pis mənada deyildir. Bu söz Allah təala barəsində işlədildiyi zaman ziyanverici planları məhv etmək mənasında işlədilir. Bu söz fasidlər barəsində işlədildikdə isə islahedici proqramların qarşısını almaq mənasında işlədilir.[5]
[1] - Əl- mofrədatu fi əribil Quran, səh 772.
[2] - Al- İmaran, ayə 54.
[3] - Fatir, ayə 43.
[4] - Təfsire nümunə, cild 2, səh 566 və 567.
[5] - Təfsire nümunə, cild 15, səh 498