Please Wait
6824
İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.
Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:
«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْراةُ قُلْ فَأْتُوا بِالتَّوْراةِ فَاتْلُوها إِنْ کُنْتُمْ صادِقِینَ»
Bütün növ yeməklər bəni İsrailə halal idi, məgər o şeylər ki, İsrail (Yəqub) Tövrat nazil olmamışdan əvvəl özünə haram etmişdi. De: Əgər siz doğru deyirsiniz Tövratı gətirin və onu oxuyun. Müfəssirdən bəziləri bu haqda belə deyiblər:
"Bu ayədə söhbət o şeylərdəndir ki, oratda Bəni İsraili itaətsizliklərinə görə cəzalandırmaq üçün onlara haram olmuş idi. Amma onlar iddia edirdilər ki, bu şeylərin haram olması bu hədəflərə (qeyd olunan səbəbə) görə olmayıb bəlkə ona görədir ki, babaları İsrail ki, həmin Yəqubdur bu şeyləri özünə haram edib və övladlarına da bu cür qalıbdır; lakin qüdrətli Allah bu mübarək ayədə süd və dəvə əti kimi yeməklərin bəzilərinin haram olması haqqında yəhudilərin sözlərini rədd edib və deyir, bütün pak yeməklər Tövrat şəriətinin başlanqıcında bəni İsrail üçün halal idi bundan başqa Yəqub Tövratın nazil olmağından əvvəl dəvə ətinin ona zərəri olduğu üçün və ya nəzr etmişdi dəvənin ətindən və südündən yeməsin və içməsin, amma tədricən onun tabeçilərindən bəzilərinə bu iş oxşar gəldi və onlar təsəvvür etdilər ki, bu Allahın haram buyurduğudur, ona görə bu ayə bəyan edir ki, bu mövzunu Allaha nisbət vermək töhmətdir və Allah pak yeməklərdən heç birini Tövrat nazil olmamışdan əvvəl bəni İsrailə haram etməyibdir, amma Tövrat nazil olandan Musa (ə) ilə pis rəftar etdiklərinə görə Allah onları cəzalandırıb və bəzi yeməkləri yeməyi onlara qadağan edibdir".[1]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Davud Pənah, Əbulfəzl, Ənvarul- irfan fi təfsiril- Quran, cild 6, səh 228- 229, Sədr nəşriyyatı, Tehran, 1375 hicri şəmsi.
Bu sualın ətraflı cavabı yoxdur.