Ətraflı axtarış
Baxanların
8107
İnternetə qoyma tarixi: 2013/01/08
Sualın xülasəsi
Nəzirlə əhdin nə fərqi nədir?
Sual
Nəzirlə əhdin nə fərqi nədir?
Qısa cavab

Nəzr, əhd və and içmək, ona əməl edilməsi (hər biri üçün qərar verilən şərtləri nəzərə almaqla) lazım olan, Allahla bağlanmış bir əhd və peymandır.

Ona görə də, bu cəhətdən bir- birinə oxşayırlar. Aşağıda əvvəlcə hər birinin tərifi, sonra fərqləri açıqlanacaq.

  1. "Fiqh terminində" nəzir; yəni insanın Allaha xatir yaxşı işi görməyə ya Allaha xatir edilməməsi yaxşı olan bir işi tərk etməyə özünü vadar etməsi.[1]

Nəzrin düzgün olmasının şərtlərindən biri[2] budur: İnsanın nəzr etdiyi işə, nəzr edən şəxsin onu yerinə yetirməyə gücü çatmalı və müqəddəs İslamın şəriəti nəzərindən bəyənilən olmalıdır. Məsələn vacib və müstəhəbbi yerinə yetirmək ya haram və məkruhu tərk etmək və ya bir cəhətdən yaxşı olub və nəzr edənin də həmin cəhəti qəsd edərək nəzr etdiyi mübah işi yerinə yetirmək.[3]

  1. Əhd budur ki, insan Allahla bir işi görməyə ya tərk etməyə peyman etsin.[4] Bir işi yerinə yetirməyə əhd edən şəxs üçün, o işin şəriətdə daha yaxşı olması lazım deyil. Onun mübah olması və onu etməyin onun üçün din ya dünyada məsləhətli olması kifayət edər.[5]
  2. Yəmin (and): Gələcəkdə yerinə yetirmək ya tərk etmək qəsdi olan işi, təkid üçün, insan Allah Taalanın adlarından birinə and içir və o işi etməyi ya etməməyi özünə vacib edir. O iş mübah da olsa[6], lakin yerinə yetirilməsinə and içilən iş, haram və məkruh olmaz. Onu etməməyə and içilən iş, vacib və müstəhəb olmaz. Əgər mübah bir işi etməyə ya ondan uzaq olmaya and içsə, o işi etmək ya ondan çəkinməyin hətta dünyəvi də olsa ağıla uyğun bir məsləhəti olsa, onun adı düzdür və ona uyğun əməl etməlidir.[7]
  3. Hər birinin tərifinə diqqət edərkən, nəzr və əhd arasında yalnız deyilişdə fərqin olmasını anlayırıq. Məsələn, əgər bir nəfər, "Allahla hər gecə, gecə namazı qılmağına ya mənim xəstəm sağalsa min tümən sədəqə verməyimə, əhd edərəm"- deyə buna əhd deyirlər. Əgər "Allaha xatir hər gecə, gecə namazı qılacam ya səfərdə olanım qayıtsa, fılan yaxşı işi görəcəm"- deyə buna nəzr deyirlər. Nəzrdə deyilən bütün məsələlər və şərtlər, əhddə də, var.

Nəzrdə deyilən məsələ və şərtlərin hamısı, andda da var, yalnız bu fərqlə ki, nəzr və əhddə raceh olmalı (vacib ya müstəhəbbi yerinə yetirmək və ya haram və məkruhu tərk etmək), lakin andda işin üstün olması lazım deyil. Amma mərcuh (faydasız və mənasız) da olmamalıdır. Yəni and vacib ya müstəhəbbi tərk etməyə və ya haram ya məkruhu yerinə yetirməyə aid olmamalıdır.

Qeyd etməliyik ki, əhdin kəffarəsi, nəzrin kəffarəsi kimidir. Yəni altmış fəqiri doyurmaq, ya ardıcıl iki ay oruc tutmaq, ya da bir qul azad etmək.[8] Amma anda əməl etməməyin kəffarəsi belədir: Bir qul azad etməli, ya on fəqiri doyurmalı, ya onları geyindirməli və əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır.[9]

  1. Nəzr, əhd və anda əməl etməyin kəffarəsi barəsində, aşağıdakı göstəricilərə baxın:

"Əhdə əməl etməməyin kəffarəsi, sual 661

"Andın sınması", sual 6846

 


[1] - İmam Xumeyni, İzahlı hökmlər, Araşdırıcı və tənzimləyən: Qulupur Gilani, Müslim, səh 560, m 2510, İmam Xumeyni (rh)- nin əsərlərinin nəşr və tənzimləmə müəssisəsi, Qum, çap birinci, 1426 q.

[2] - Baxın: Göstəricilər: "Ən yaxşı nəzr", sual 873; "Nəzri dəyişdirmək", sual 1956; "Nəzr və and və əməli yerinə yetirə bilməmə", sual 12565ş

[3] - Həmin, səh 561, m 2517, 2518, 1426 q.

[4] - Meşkini, Mirza Əli, Mustələhatul- fiqh, səh 381- 382, Bica, Bina, Bita.

[5] - Əllamə Hilli, Həsən bin Yusif, Qəvaidul- əhkam fi mərifətil- həlali vəl- həram, cild 3, səh 295, İslami nəşrlər mərkəzi, Qum, çap birinci, 1413 q; Safi Gülpayqani, Lütfüllah, Hidayətul- ibad, cild 2, səh 255, Darul- Quranul- kərim, Qum, çap birinci, 1416 q.

[6] - İrəvani, Baqir, Durusun təmhidiyyə fil- fiqhil- istidlali ələl- məzhəbil- Cəfəri, cild 2, səh 498, Qum, çap ikinci, 1427 q.

[7] - Musəvi Gülpayqani, Seyid Məhəmməd Rza, Hidayətul- ibad, Araşdırıcı və tənzimləyən; Sabiti Həmədani, Əli, Neyri Həmədani, Əli, cild 2, səh 190, Darul- Quranul- kərim, Qum, çap birinci, 1413 q.

[8] - İmam Xumeyni, İzahlı hökmlər (Məhşi), toplayan: Bəni Haşimi Xumeyni, Seyid Məhəmməd Hüseyn, cild 2, səh 662, İslami nəşrlər mərkəzi, Qum, çap səkkizinci, 1424 q.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...