Ətraflı axtarış
Baxanların
7566
İnternetə qoyma tarixi: 2011/10/06
Sualın xülasəsi
Bizə qarşı pislik edən yaxınlarla ged- gəlimiz necə olsun?
Sual
Ged- gəl haqqında budur ki, yeddi yaşında atamı itirmişəm. O zamandan indiyə kimi əmimdən və bibimdən heç bir yaxşılıq görməmişəm. Onlar bizim ailəyə qarşı Atamın sağlığındada əllərindən gələn zülmü ediblər. Hətta sehrə də əl atıblar. İndi təqribən 10 ildir ki. əmim və bibimlə heç cür ged- gəlimiz yoxdur. (Baxmayaraq ki, əmimlə qonşuyuq salam əleykimizdə yoxdur). İzahı budur ki, əmimə salam verdim amma cavab gəlmədi. Bu ki, deyirlər əgər 2 nəfər 3 günə kimi küsülü olsalar (ged- gəlləri olmasa) onların heç cür ibadəti qəbul olmaz. Belə bir halda mənim vəzifəm nədir. (indiyə qədər azı çalpışmışam əmim oğlanlarıyla aramızda salamımız olsun). Bağışlayın ki, sualım uzun oldu.
Qısa cavab

Yaxın qohum əqraba ilə ged- gəlin mənası ehsan və lütf ilə əlaqə saxlamaq deməkdir. Hamıya qarşı bir şəri vəzifədir və uzun ömürlük, yaxşı əxlaq, ruzinin çoxalması kimi bir çox yaxşı faydaları və əsərləri vardır. Bütün yaxınlarla (qadın kişi, təqvalı təqvasız, müsəlman kafir, zalim saleh) ged- gəl və əlaqə olmalıdır. Həzrəti Əlidən (ə) nəql olub buyurublar: Yaxınlarınızla əlaqəniz və ged- gəliniz olsun. Onlar sizinlə əlaqəni kəssələrdə belə. Əlbəttə qohumlarla əlaqənin dərəcələri vardır ki, şəraitə və şəxslərə nisbət fərqlidir; bəli o halda ki, dini və dünyəvi zərərlərə səbəb ola zərəri olmayan həddə qədər dəyişmək və azaldmaq lazımdır. Məsələn zalim və günahkarla əmr be məruf və nəhy əz münkərlə (yaxşılığa əmr etmək və pislikdən çəkindirmək). Münasibətdə olasan ki, bu cürə ki, bu əlaqə onun əməllərinin təsdiqi hesablanmasın və o kəsə qarşı ki, onu görməyini istəmir. Üz- üzə yox başqalarının vasitəsi ilə onunla əlaqə saxlayıb onun vəziyyətindən xəbərdar olasan. Hər halda öz mərhəmətini müxtəlif yolarla çatdırasan.

Ətreaflı cavab

Sileyi rəhmin lüğəti və fiqhi mənası:

Rəhm lüğərdə və ürfdə yaxınlar və qohumlar mənasındadır.[1] Fiqh terminində də fəqihlərin bəzilərinin rəyi həmin lüğəti mənadır; yəni bütün yaxınlar və qohumlar əlbəttə bu şərtlə ki, nəsəbi olsunlar nəin ki, səbəbi, istər kişi olsunlar istər qadın, istər vərəsələrdən olsun istərsə də yox, məhrəm olsunlar və ya qeyri məhrəm, müsəlman olsun ya kafir. Ata tərəfdən ya ana tərəfdən ya hər iki tərəfdən. Əlbəttə nəsəb cəhətdən çox uzaq olmasınlar. Çünki camaat onları o şəxsin qohumları və yaxınları bilməlidir, əks halda demək olar ki, insanların hamısı bir- birləri ilə qohum əqrabadırlar. Bu nəzərə əsasən bütün bu yerlərdə meyar və ölçü ürfdür.[2] Bu sözlə yanaşı alimlərdən bəzisi rəhmi o qohumlar mənasına bilirlər ki, irsin təbəqələrində qərar tutsunlar ki, bütün övladları hətta xala nəvələrin, dayı nəvələrin, bibi nəvələrin əhatə edir və ümumi olur.[3] Amma sile lüğətdə ehsan və hədiyyə mənasınadır.[4] İstilahda məhəbbət və lütf ilə əlaqə saxlamaq mənasınadır ki, onun müqabilində uzaqlıq və əlaqə kəsmək durur; buna əsasən sileyi rəhm yaxınlarla əlaqə yaratmaq ehsan etməkdir ki, onun müqabilində qəti rəhm (əlaqəni kəsmək)- dir.

Nəticələr və əsərlər:

Məsumların sözlərində sileyi rəhm üçün çoxlu dünya və axirət faydaları sadalanıbdır ki, aşağıdakı iki nümunə ilə kifayətlənirik: Həzrəti İmam Baqir (ə) buyurubdur: Sileyi rəhm (qohumlarla əlaqədə olmaq) "əməlləri" pak, "malları" artıq bəlaları uzaq, hesabı asan edər, və "əcəm" təxirə salar.[5]

Necəki, görürsünüz sadalanan nəticələrin bəzisi dünya işləri ilə əlaqəlidir bəzisi isə axirət işləri ilə.

İmam Sadiq (ə) buyurur: Sileyi rəhm, əxlaqı yaxşı əli bağışlayan, ürəyi və canı xoş edir. Ruzini çoxaldır əcəli və ölümü təxirə salır.[6]

Bu sadə və yaxşı iş o qədər faydalıdır ki, bəzən İlahi təqdir ona xatir dəyişir və Allah bu yaxşı işə mükafat olaraq insanın ömrünü çoxaldır. Əksinə olaraq qohumlarla əlaqəni kəsmək o qədər pis və nifrətlidir və Allah yanında bəyənilməmişdir ki, insanın ömrünü azaldır.

Bu təkan verən hədisə diqqət edin:

İmam Sadiq (ə) buyurub: "Biz sileyi rəhm" kimi bir şey tanımırıq ki, (bir- başa) ömürü çoxaldsın o yerə qədər ki, əgər bir nəfərin ömrünə üç il qalıbdırsa o adam sileyi rəhm edənlərdən olur. Allah otuz il ömrünə artırır və o otuz üç il yaşayır və bəzən bir kəsin əcəlinə otuz üç il qalıbsa qohumlarla əlaqəni kəsdiyi üçün ömrü azalır və əcəlinə üç il qalır".[7]

Sileyi rəhmin sərhəddi:

Bu davranış ədəbi, təqvalı və pak yaxınlara məxsus deyil: Bir əxlaqı vəzifədir ki, günahkarlara bəlkə kafirlərə də qarşı sabitdir. Nə çox imanlı yaxınların ged- gəli bərəkət nə günahkarlarda islah olub təsirləniblər. Əgər bu əlaqənin pis yaxınların rəftarına təsiri olmasa da belə bizim vəzifəmiz əlaqə saxlamaqdır. Rəvayətdə gəlibdir ki, şiələrdən biri İmam Sadiq (ə)- dan soruşur: Yaxınlarımdan bəzisinin əqidəsi və təfəkkürü mənim əqidəmlə fərqlidir onların mənim boynumda haqqı var?

Həzrət buyurdu:

Bəli qohumluq və yaxınlıq haqın heç bir şey kəsmir. Əgər səninlə həm fikir və həm əqidə olsalar sənin üzərində iki haqq varlarıdır. Biri qohumluq haqqı ikincisi İslam və müsəlmançılıq haqqı.[8]

Əgər qohumlar insanı incidsələr də belə əlaqə kəsməyə haqqımız yoxdur. Hədisdə gəlibdir ki, bir kişi Allahın rəsulunun (s) xidmətinə gəlib və dedi: Ey Allahın Rəsulu! Mən qohumlarımla əlaqə saxlayıram amma onlar məni incidirlər qərara gəlmişəm onları tərk edim. Həzrəti Peyğəmbər buyurdu: Onda Allah da səni tərk edər!...

Dedi: Bəs nə edim?

Allahın rəsulu (s) buyurdu: Səni məhrum edənə, əta elə, səninlə əlaqə kəsənlə əlaqə saxla, sənə zülm edəni bağışla, nə vaxt bu cür etsən Allah sənə arxa və dayaq olacaq.[9]

Həzrəti Əli (ə)- dan rəvayət olub ki, buyurdu: Qohumlarınızla əlaqəniz və ged- gəliniz olsun onlar sizinlə əlaqə kəssələr də belə.[10]

əgər bəzi qohumların evinə getmək onları narahat edirsəvə yaxud bizə hörmətsizlik olarsa, yenə də sileyi rəhm vəzifəmiz aradan getmir. Bu halda ki, başqa yolarla ki, problem yaradmır əlaqə saxlanılır. Məsələn evlərinə getmədən telefonla əlaqə saxlamaq və yaxud başqalarının vasitəsi ilə onların əhvalını soruşub və onlara kömək etmək həm maddi və həm də başqalarının qarşısında onlardan dildə himayədarlıq etmək. Hər halda yaxınlarla qəribə kişi rəftar etmək olmaz. Bütün çətinliklərə baxmayaraq qohumlarla əlaqə saxlamalıyıq.[11]

Bəli əgər sileyi rəhmin dünyəvi ya dini zərərlər olarsa gərək zərəri olmadığı həddə dəyişilsin.

Əlaqənin keyfiyyəti:

Aydındır məhəbbətin və ehsanın keyfiyyətində ölçü və meyar ürfdür: Çünki adamların adətlərin və rəsmlərin nəzərə alaraq onların yaxın və uzaq olması fərq edir.[12] Bu əlaqənin növü insanların ehtiyacına bağlıdır mümkündür onların bəzilərinin ehtiyacı olsun və bəzilərinin ehtiyacı olmasın amma eyni halda başqasına ehtiyacı var məsələn əldən düşmüş qoca qadın və kişiyə kömək olunmalıdır. Bəzilərinin ola bilsin fikri və pisixoloji köməyə ehtiyacı var və onlardan bəzisinin hal- əhval tutmaqdan başqa heç bir şeyə ehtiyacı yoxdur.

Hər halda sileyi rəhmin dərəcələri vardır ki, şəxsi qüdrətin, ürfi ictimaiyyəti, adamların ehtiyacın və rəftarın nəzərə alaraq onları cavablandırmaq fərqlidir. Hansı dərəcədə mümkündürsə bu dini proqram icra olunmalıdır.



[1] - Əl- muncid ərrəhm, zu rəhm ey zu qurabə.

[2] - Mərhum Ayətullah Fazilin camiul- məsailindən istifadə olunub, cild 1, səh 494 sual 1773 (Bəlağ saytı).

[3] - Məsəl mərhum Təbrizi və Xoyi siratin- nicat, cild 1, səh 433.

[4] - Əlmuncid Əssilə; ələtiyyə vəl ehsan vəl caizə.

«الصلة : العطیة و الاحسان و الجائزة»

[5] - Üsuli kafi, cild 2, səh 150.

«صلة الارحام تزکی الا عمال و تنمی الاموال و تدفع البلوی و تیسر الحساب وتنسی‏ء فی الاجل‏»

[6] - Həmin, səh 150- 151.

«صلة الارحام تحسن الخلق و تسمح الکف و تطیب النفس و تزید فی الرزق وتنسئ الاجل‏»

[7] - Həmin, səh 152.

[8] - Mizanul hikmə, cild 4, səh 83.

[9] - Biharul- ənvar, cild 71, səh 100.

[10] - Həmin, səh 92.

«صلوا ارحامکم و ان قطعوکم‏»

[11] - Mərhum Təbrizi və Xoinin Siratun- nicatından istifadə olunub, cild 3, səh 294.

[12] - Əttaibu fi bəyani silətürrihəm, mərhum kərəki, səh 30 (hozə saytından istifadə edilmişdir.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    8230 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    7091 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    7745 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Xallaqiyyətdə tövhidin mənası nədir?
    11294 Qədim kəlam 2012/02/15
    Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə. ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14821 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    10193 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    10803 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Dinin bəlası nədir?
    8632 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8990 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6690 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168830 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166638 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122048 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115931 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115198 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96644 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56666 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49413 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47404 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...