Please Wait
5669
Sizin sualınız ali məqamlı mərcəyi-təqlidlərin dəftərxanalarından soruşulmuş və ona aşağıdakı şəkildə cavab verilmişdir:
Həzrət Ayətullah əl-uzma Xamenei (müddə zulluhul-ali)
“Tələbkarın borclunun malını təqas etməyə (öz haqqının əvəzinə malikin əmlakından bir şey götürməyə) o zaman icazə verilir ki, borclu şəxs öz borcunu inkar etsin, yaxud onu ödəməkdə səhlənkarlığa yol versin, habelə haqqın alınması üçün də təqasdan başqa bir yol olmasın. Bundan qeyri sürətlərdə icazəsi olmadan onun malını götürmək və istifadə etmək caiz deyildir.”
Həzrət Ayətullah əl-uzma Sistani (müddə zilluhul-ali)
“Əgər sizin ondan alacağınız (onun öhdəsində haqqınız) varsa və onu verməkdən imtina edirsə, borcunu iqrar etdiyi surətdə təqas ünvanı ilə (onun malından) sizin əlinizə düşən şeylərdən (haqınız qədər) götürə bilərsiniz.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali)
“Şəxsi hadisədən xəbərimiz yoxdur, lakin ümumi şəkildə əgər bir şəxs başqasının haqqını yeyərsə və o şəxs də qarşılıqlı olaraq onun əmlakını əldə edə bilərsə, yalnız öz haqqının miqdarında ondan götürə bilər, bu şərtlə ki, fəsada (məs. dava-dalaşa) səbəb olmasın.”
Həzrət Ayətullah əl-uzma Safi Gülpayqani (müddə zilluhul-ali)
“Qeyd olunan halda yaxşı olar ki, mağazanın sahibinə müraciət etməklə dinc şəraitdə öz haqqınızı alasınız, yaxud səlahiyyətli məhkəməyə müraciət etməklə məsələni həll edə bilərsiniz.”
Həzrət Ayətullah Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı
“Əgər qanun yolu ilə, yaxud mağaza sahibi ilə dostluq şəraitində olan müzakirə yolu ilə öz haqqınızı almağa imkan olmasa, bağladığınız müqaviləyə (razılaşmaya) uyğun olaraq öz haqqınızın miqdarında onun malından götürə bilərsiniz.”