Ətraflı axtarış
Baxanların
8514
İnternetə qoyma tarixi: 2011/11/19
Sualın xülasəsi
İdman hərəkətləri əgər misiqi ilə birgə olarsa, işkalı varmı? Ümumiyyətlə bu hərəkətlər rəqs hökmündədir?
Sual
O idmanlar ki, onları sürətlə yerinə yetirmək üçün iti (yeyin) musiqilərə ehtiyac vardır, hökmü nədir? Əgər bu idmanları yerinə yetirməkdə hədəf bədənin sağlamlığı, çəkinin azalması yaxud çoxalması ola və rəqs olmaya, hökmü nədir? Əgər başqa şəxslərin, o cümlədən məşqçinin niyyəti bəzən idman etmək əvəzinə oynamaq ola, hökmü nədir?
Qısa cavab

Oynamaq və musiqi, bir- birindən ayrı iki mövzudur ki, hər birinin özünə məxsus hökmü vardır. Yəni haram oynamaq ilə haram musiqinin bir yerdə olması halında bunları yerinə yetirən şəxs ayrı- ayrılıqda iki haram işə mürtəkib olur.

Fəqihlərin əksəriyyəti mütrüb və eyş- nuş məclislərinə münasib musiqini haram bilirlər, amma bəziləri hər bir musiqini haram bilir və onun növlərinin arasında fərqi qəbul etmirlər.

Oynamaq barədə gərək deyək ki, oynamağın tərifində müxtəlif əsaslar vardır: bəziləri deyirlər: Oynamaq, özünə uyğun (biçimli) hərəkətlərdir ki, eyş- işrətə xatir yerinə yetirilir. və bəziləri deyirlər: Hər bir əməl ki, ürfdə ona oynamaq deyirlər, oynamaq hökmləri ona şamil olur.

Onun hökmü barədə də bir dəstə onu (oynamağı) qəti surətdə haram bilir və başqa bir dəstə isə haramlığını, fəsad yaxud haram işlə birlikdə olduğu halda bilirlər. Hər bir halda əgər haram oynamaq və ya haram musiqi dinləmək ünvanı idman hərəkətlərinə aid olmaya, maneəsi yoxdur və belə işlərdə lazımdır ki, hər bir mükəlləf öz mərcəi- təqlidinə müraciət edə.

Ətreaflı cavab

Qeyd olunan suala cavab verməzdən öncə lazımdır ki, "Tərəb (şadlıq, şənlik)" "ləhv (eyş, işrət") və "eyş- işrət məclisləri" istilahlarından məqsəd aydınlaşa. Çünki, bunlar haram musiqinin göstəriciləridir (Əlamətləridir).

1.             Tərəb: Yüngül xasiyyətlilik halına deyilir ki, mahnı ya təranə eşitməklə insanın canında (ruhunda) əmələ gəlir və onu mötədillik (mülayimlik) halından çıxarır. Bu iş təkcə şadlıq halına məxsus deyil, bəlkə mümkündür qəmli və hüznlü təranələrdən də yarana. [1]

2.             Ləhv: Fəqihlərin ləhv kəlməsimnən məqsədləri, bəstələnmiş mahnının əyyaşlıq və fəsad məclisləri ilə uyğunluğundan ibarətdir. Yəni mümkündür bir nəğmə şadlandıran olmaya, amma fasiqlərin iclaslarında yayılmış nəğmələrdən ola. [2]

3.             Eyş- işrət məclisləri: Məqsəd, əyyaşlıq, şəhvətpərəstlik, oynamaq və rəqs etmək üçün təşkil olunan məclislərdir və dindarların ürfündə günah məclislərindən hesab olunur. [3]

Bu müqəddiməyə diqqət etməklə musiqi denləmək barəsində mərcəi- təqlidlərdən bəzisinin nəzəriyyələrinə işarə olunur: Fəqihlərin əksəriyyəti "ləhvi" olan musiqi növünü haram bilirlər nəinki, bütün musiqi növlərini. Bəzisi mətrəb musiqini dinləməyi də haram bilirlər. [4]

Həzrət Ayətullah üzmalar imam Xomeyni (r), Xaminei, Sistani, Fazil Lənkərani (r) və Məkarim Şirazi buyururlar: Mütrüb olan hər bir növ musiqini bəstələmək və ona qulaq asmaq cayiz deyil. Haramlıqda meyar musiqinin şad və ya qəmli olması deyilŞ, bəlkə meyar, mütrüb olub- olmamasıdır. [5]

Gülpayqani (r.h): Musiqini eşitmək və ya onu səsləndirməyi qəti surətdə (istər ləhvi və mütrüb olsun ya olmasın) haramdır. [6]

Safi Gülpayqani: Camaatın (ürfün) musiqi bildiyi hər bir şeyi dinləmək, bəstələmək, öyrənmək, öyrətmək və onun adətlərini satmaq (qəti şəkildə) haramdır. [7]

Nuri Həmədani: Mütrüb və ləhvi sayılan, xoşgüzəranlıq və günah məclislərinə münasib mahnılara qulaq asmaq caiz deyil. [8]

Vəhid Xorasani: Xoş güzəranlıq və günah məclislərinə münasib hər bir ləhvi mahnıya qulaq asmaq caiz deyil. [9]

Bəhcət (r.h): Ləhvə (eyş- işrətə) məxsus olan adətlərin səsləndirilməsi ləhvdən başqa yerdə vacib ehtiyata əsasən caiz deyil və onların ləhvdə (eyş- işrətdə) səsləndirilməsi qəti şəkildə lazımdır və mütrib musiqini də dinləmək haramdır. [10]

Təbrizi: Xoş güzəranlıq məclislərinə uyğun olan musiqi ləhvi musiqidir və onu səsləndirmək və qulaq asmaq haramdır. [11]

Bütün müctəhidlərin rəyinə əsasən əgər musiqi haram növdən ola, [12] onun həyəcanlandırıcı olub- olmaması, qəmli ya şad olması, radio- televizor yaxud başqa yerdən yayımlanmasının onun haram olmasında heç bir təsiri yoxdur. [13]

Buna əsasən baxmayaraq ki, idman özü- özlüyündə maneəsi yoxdur, amma həmin idmanlarda haram musiqiyə qulaq asmaqla caiz deyil. Baxmayaraq ki, idmandan məqsəd sağlamlıq və buna oxşar şeylərdir.

Amma sualın başqa bir hissəsi ki, rəqs və idman hərəkətləri barəsindədir, gərək deyək ki, əgər bu idman hərəkətləri rəqs ünvanına aid edilsə, rəqs hökmü ona da aid olacaq. Musiqinin haramlığı rəqsin haramlığından ayrıdır və rəqsin özünə məxsus hökmü vardır.

Rəqs barəsində mərcə alimlərinin tərifi fərqlidir:

Həzrət Ayətullah üzmalar: İmam (r), Bəhcət (r), Təbrizi (r), Xaminei, Sistani, Fazil (r.h) və Gülpayqani: Hər bir əməl ki, ürf ona rəqs deyə.

Məkarim Şirazi: Rəqs, ritmli hərəkətlərdir ki, eyş- işrət məqsədinə yerinə yetirilir. [14]

Buna əsasən əgər bir yerdə rəqs ünvanı ona deyilmiş ola, onun hökmü mərcə alimlərinin nəzərində aşağıdakı şərhlədir:

İmam Xomeyni (r.h): Vacib ehtiyata əsasən qadınların hər yerdə oynamağı istər toy, istərsə də ad günləri məclislərində caiz deyil, qadının öz həyat yoldaşı üçün oynamasından başqa. [15]

Həzrət Ayətullah Gülpayqani: Qadının öz həyat yoldaşı üçün oynamağından başqa hallar haramdır. [16]

Həzrət Ayətullah Əraki: Rəqsin maneəsi vardır. [17]

Həzrət Ayətullah Bəhcət: Rəqsin qəti şəkildə maneəsi vardır. [18]

Həzrət Ayətullah Saafi Gülpayqani: Ancaq qadının öz həyat yoldaşı üçün oynamağı caizdir və bundan başqa hallar haramdır. [19]

Həzrət Ayətullah Vəhid Xorasani: Vacib ehtiyata əsasən qəti şəkildə oynamaq caiz deyil. [20]

Həzrət Ayətullah Sistani: Vacib ehtiyata əsasən caiz deyil qadın və ərinin oynamağından başqa, o da o yerdə ki, başqası olmaya. [21]

Həzrət Ayətullah Məkarim: Təkcə qadının əri üçün oynamağı caizdir, bundan başqalarının maneəsi vardır. [22]

Həzrət Ayətullah Xamneyi: Əsil oynamağın maneəsi yoxdur, əgər haram bir işə səbəb olmasa. (məsələn haram şəhvətin həyəcanlandırılması, musiqi dinləmək və s.) və bu məsələdə oynamağın növləri arasında fərq yoxdur. [23] Yenə buyurur: Ümumi şəkildə əgər oynamaq, şəhvətin həyəcanlandırılması, haram işin yerinə yetirilməsi və yaxud əxlaqsızlıqla nəticələnə, haramdır. [24]

Əgər qadının əri üçün (yaxud əksinə) oynamağı haram işlə birlikdə olmasa maneəsi yoxdur. [25]

Əgər qadının əri üçün (yaxud əksinə) oynamağı haram işlə birlikdə olmasa maneəsi yoxdur. [26]

Həmçinin mərcə alimlərinin cavabı bu sual üçün ki, qadın yaxud kişi edə bilərmi təklikdə və başqalarının gözündən uzaq (hətta öz həyat yoldaşının) idman etmək məqsədilə oynaya? Bu şərhlədir:

Ayətullahlar imam (r.h), Təbrizi, Xaminei və Sistani: Maneəsi yoxdur, amma yaxşıdır ki, mömin ləhvdən çəkinə. [27]

Ayətullahlar Bəhcət, Fazil, Nuri və Vəhid: Vacib ehtiyata əsasən caiz deyil. [28]

Nəticə budur ki, əgər oynamaq yaxud haram musiqi dinləmək ünvanı [29] idman hərəkətlərinə aid edilə maneəsi vardır və əgər bu cür olmasa maneəsi yoxdur və belə işlərdə lazımdır ki, hər bir mükəlləf öz mərcəyi təqlidinə müraciət edə.

Hər halda qeyd olunan sual mərcələrin katibliyinə (dəftərxanasına) göndərilib və alınan cavablar aşağıdakılardır:

Həzrət Ayətullahül- üzma Məkarim Şirazinin katibliyi (dəftərxanası).

Əgər musiqi, ləhv və əxlaqsızlıq məclislərinə uyğun olmaya maneəsi yoxdur.

Həzrət Ayətullahül- üzma Xamineinin katibliyi:

Əgər musiqi ləhvi (əxlaqsız, eyş- işrət) olmaya maneəsi yoxdur və onu müəyyən etmək mükəlləfin öz öhdəsindədir.

Oynamaq əgər şəhvətin oyadılmasına, haram işin yerinə yetirilməsinə yaxud əxlaqsızlığa səbəb ola və ya qadın naməhrəm kişilərin arasında oynaya, haramdır.

Həzrət Ayətullahül- üzma Saafi Gülpayqaninin katibliyi:

İdman öz- özlüyündə yaxşıdır, amma əgər musiqi alətləri və ya oynamaqla birlikdə ola, caiz deyil. Allah alimdir.

Əlaqədar göstəricilər:

1.     Göstərici: Musiqinin halal və haramlıq dəlilləri, sual 388 (sayt: 401).

2.     Göstərici: Halal musiqini haramdan tanımağın yolu, sual 14034 (sayt: 13806).

3.     Göstərici: Musiqinin xasiyyəti və haramlığı, sual 1078 (sayt: 1256).

4.     Göstərici: Musiqinin haramlıq dəlilləri, sual 16428. (sayt: 16467).

5.     Göstərici: Yayımlardan musiqi dinləməyin hökmü, sual 1358 (sayt: 1381).

6.     Göstərici: İdman məqsədi ilə oynamağın hökmü, sual 18374 (sayt: 17944).

7.     Göstərici: Hədislərdə oynamağın haramlığı, sual 12886 (sayt: 12652).



[1]   - Tələbəlik sualları və cavablar (musiqinin hökmləri), Şəhid Müctəba Hüseyni, səh 40.

[2]   - Həmin, səh 41.

[3]   - Həmin, səh 42.

[4]   - Tozihul- məsaile mərace, cild 2, səh 813 və 913; Məsaile cədid, cild 1,səh 47.

[5]   - Qadın və kişi ilə əlaqəli hökmlər, Seyid Məsud Məsumi, səh 227.

[6]   - Həmin, səh 228.

[7]   - Seyid Möhsin Mahmudi Məsaile cədid, mərace və alimlərin nəzərindən, səh 54.

[8]   - Tələbəlik sualları (musiqinin hökmləri), seyid Müctəba Hüseyni, səh 43.

[9]   - Həmin.

[10]   - Tozihul- məsail risaləsi, müxtəlif məsələlər, səh 3, məsələ 20.

[11]   - Seyid Məsud Məsumi, Qadın və kişi ilə əlaqəli hökmlər, səh 228.

[12]   - Əlbəttə bəyan olduğu kimi mərcə alimlərindən bəziləri musiqinin bütün növlərini haram bilirlər.

[13]   - Musiqinin hökmləri və qadın və kişi ilə əlaqəli hökmlərə müraciət oluna.

[14]   - Seyid Müctəba Hüseyni, Tələbəlik sualları və cavablar, (musiqinin hökmləri), səh 84.

[15]   - Seyid Möhsin məhmudi, Məsaile- cədid, mərace və alimlərin nəzərindən, səh 203.

[16]   - Həmin.

[17]   - Həmin.

[18] - Həmin.

[19]   - Həmin.

[20]   - Həmin.

[21]   - Həmin.

[22]   - Həmin.

[23]   - Seyid Məsud Məsumi, Qadın və kişi ilə əlaqəli hökmlər, səh 219.

[24]   - Tozihul- məsail. (İmam Xumeyninin haçiyələri), cild 2, səh 970

[25]   - Həmin.

[26]   - Seyid Müctəba Hüseyni, Tələbəlik sualları və cavablar (musiqinin hökmləri), səh 84.

[27]   - Həmin.

[28]   - Həmin.

[29]   - Yaxud bəzi əsaslara uyğun haram oynamaq.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslam və xristiyanlıqda mənəviyyatın fərqləri?
    9468 Təzə kəlam 2011/10/04
    Hər bir dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Xristiyanların özlərinin də etiraf etdiyinə görə xristiyan dininin mənbələri ağıla zidd təlimlərlə zəngindir. Təbii ki, belə mənbələrdən götürülən mənəviyyat bir çox kənara çıxmalarla müşahidə olunacaqdır. Bu islamla xristiyanlıq arasında olan ən mühüm ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    8599 Quran elmləri 2010/11/10
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Ümumi hökmlərin açıqlanmasından əlavə, fiqhi məsələlərin şaxələri də Qurani kərimdə açıqlanıbdırmı?
    7047 مبانی فقهی و اصولی 2013/07/15
    Qurani kərim ayatul əhkamda ümumi şəkildə islamın müqəddəs şəriətinin hökmlərini açıqlasa da, ümumiyyətlə məsələlərin şaxələrini və xırdalıqlarını açıqlamaq istəməmişdir. Amma bəzi yerlərdə uyğun gəldik də hökmün əsası qoyulduqdan sonra, onun bəzi şaxələrinə də işarə edibdir. Burda nümunə olaraq bu məsələlərdən bəzisini yalnız ayələri zikr etməklə gətiririk:
  • Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
    9002 Quran elmləri 2011/11/06
    Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1] ...
  • Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
    8145 Əməli əxlaq 2011/07/28
    İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    8781 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...
  • Məsihilərlə evlənməyin şərt və hökmləri hansıdır?
    8937 Nizamlar hüquq və əhkam 2011/06/27
    İslam nəzərindən, məsihilər kitab əhlindəndirlər. Şiənin təqlid mərcələrinin nəzərinə əsasən, müsəlman qadın onlarla evlənə bilməz. həm daimi evlilik həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhlindən olmayan kafir qadınlarla daimi ya müvəqqəti evlənə bilməz. Amma müsəlman kişilərin kitab əhli qadınlarıyla müvəqqəti evlənməsi barəsində möhkəm nəzər icazəli olma və daimi ...
  • Kişilər üçün ağ qızıldan istifadə etmək haramdırmı?
    19023 Kişilər üçün ipəyin və qızılın haramlığı 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur. Ayətullah əl-uzma Sistaninin ...
  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    6186 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    6987 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168399 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166343 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121729 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115774 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114775 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96376 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60299 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56424 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49015 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47174 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...