Ətraflı axtarış
Baxanların
10295
İnternetə qoyma tarixi: 2015/07/29
Sualın xülasəsi
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Sual
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir? Bu mövzu haqqında şiə kitablarında xəbər varmı?
Qısa cavab
Bəzi rəvayətlərdə nəql olunub ki, İmam Əli (əleyhissalam) dünyaya gəldikdən üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) təzə doğulmuş körpəni görməkdən ötrü Fatimə binti Əsədin evinə gedir. Rəvayət belə  nəql olunur: İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olarkən, İmam Əli (əleyhissalam) anasının qucuğında Onu görürü və özünü sirkələyərək İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) üzünə gülür və O Həzrətə belə salam verir: “Allahın salamı, rəhmət və bərəkəti sizə olsun!” Sonra İmam Əli (əleyhissalam) Allahın izni ilə səsini sinəsində gizlədir. Yenə də ayəni oxuyur: “Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) * O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”[1] Ondan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Möminlər sənin vasitənlə hidayət olacaqlar.” İmam Əli (əleyhissalam) bundan sonra yenə də ayələrin davamında belə tilavət edir: “Onlardır (bilin) varis olanlar -  Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”[2] İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Ey Əli! Allaha and olsun ki, sən möminlərin əmirisən! Sən, elmin əsasında olanlara rəftar edərsən, onlar da sənin əmirliyini qəbul edərlər. Sən onların yol göstərəni olarsan, onlar da sənin yolunu qəbul edərlər.” Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə binti Əsədə belə buyurur: “Əmim Həmzənin də yanına get və onu da bu təzə doğulmuş uşağla müjdələ!” Fatimə soruşur: Əgər mən özüm getsəm, mən gələnə kimi kim bu uşağa süt verəcək?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur: “Mən özün onu doyduraram.” Fatimə soruşur: Siz?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu zaman mübarək dilini İmam Əlinin (əleyhissalam) ağzına qoyur. Bu anda, on iki zülal çeşmə İmamın (əleyhissalam) ağzına qida verir. Bu münasibətlə həmin günü Tərviyə güna adlandırırlar. Fatimə binti Əsəd qayıtdıqdan sonra İmam Əlinin (əleyhissalam) başı üstündən bir nurun səmaya tərəf ucaldığını müşayət edir. Sonrakı gün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Fatimə binti Əsədin evinə gəlir.  İmam Əlinin (əleyhissalam) gözü İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) sataşan kimi ona salam verir və bir növ işarə edir ki, məni qucağına al, dünənki mənə verdiyindən yenə ver. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Onu qucağına alır. Fatimə binti Əsəd dedi: Kəbənin Allahına and olsun ki, Əli, O Həzrəti tanıdı! Fatimənin bu sözünə görə həmin günü Ərəfə günü adlandırırlar.”
Rəvayətin sənədi:
Bu  rəvayəti nəql edən ilk şəxs Şeyx Tusi olmuşdur.[3] Digər mənbələr də ona istinad ediblər.[4] Şeyx Tusi nəql etdiyi bu rəvayətə görə üç silsilə ravidən nəql edir ki, onların hər biri ya mürsəl və ya zəifdirlər. Bu cəhətdən, rəvayəti sənəd cəhətdən düzgün və səhih hesəb etmək olmaz.
Rəvayətin mövzusu;
Amma bu rəvayətin iki cəhətdən əsas mövzuda iradı var ki, aşağıda onu araşdırırıq;
Əvvəl; bu rəvayətdən nəql olunan bəzi məsələləri adi insanların təbiəti ilə uyuğun gəlməsinə baxmayaraq, möcüzə etiqadı ilə qəbul etmək olar. Amma, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) dilinin əmməsi vasitəsi ilə həmin günü Tərviyə günü adlandırmaq və ya həmin gündən iki gün sonra İmam Əlinin (əleyhissalam) İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) tanıması münasibəti ilə həmin günü Ərəfə günü kimi qeyd etmək qəbul olunmaz bir mövzudur. Ona görə ki, əgər İmam Əlinin (əleyhissalam) doğum gününü ən məşhur nəzərə görə rəcəb ayının 13-ü kimi nəzərə alsaq,Tərviyə və Ərəfə günü bu hadisədən dörd ay sonra baş vermişdir. Halbuki, rəvayətdə bütün bu hadisələrin təvəllüddən iki gün sonra baş verməsi qeyd olunur.
İkinci: Baxmayaraq ki, Qurani-Kərimdə bəzən bəzi fərdlərin dilindən bəzi kəlmələr nəql olunur, məsələn Quranda oxuyuruq: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"[5]  Amma Quranda nəql olunmuş bütün bu ifadələr xüsusi fərdlərə aiddir. Yəni, Quranın özü nəql edir ki, bu sözləri başqalarından nəql edir. Amma, Quranını başqalırından nəql olnumamış mətnini kimlərinsə vasitəsi ilə nəql olunması kimi dilə gətirmək, İslam təlimləri ilə uyuğun gəlmir və bundan əlavə, Quranın özü də təsdiq edir ki, hətta İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəlcədən xəbəri olsa da vəhy gəlməzdən qabaq ayələrini dilində zikr etməyə ixtiyarı yoxdur. “Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" - de.”[6]
“(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!) «[7]
Ona görə də qeyd olunmuş rəvayətin mövzusu araşdırılan ayələrin mətni ilə uyuğun gəlmir.
 

[1] Möminlər surəsi 1-2
[2] Möminlər surəsi 10-11
[3] Şeyx Tusi, Əl-Əmali, səh.708; Qum, Darus-Səqafə nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili
[4] Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh.36; Beyrut, Daru ehya turasi ərəbi nəşriyyatı, ikinci çap, 1403 h.qəməri ili; Bəhrani SEyyid haşim, Əl-Burhaq fi təfsiril-Quran, c.4; səh.13; Tehran, Bunyad besət nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili.
[5] Həşr surəsi -10
[6]  Taha surəsi 114
[7] Qiyamət surəsi 16
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...