Ətraflı axtarış
Baxanların
7307
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İslam ilə məsihilik arasında Allahın övlad sahibi olub-olmaması ilə əlaqədar ziddiyyət necə izah edilə bilər?
Sual
Biz inanırıq ki, Allah nə doğmuş, nə də doğulmuşdur. Amma məsihilər həzrət İsa (əleyhis-salam)-ı “Allahın oğlu” hesab edirlər! İlahi dinlər arasındakı bu təzad necə izah edilə bilər?
Qısa cavab

“Tövhid” surəsindən aydın olduğu kimi, müsəlmanların əqidəsi budur ki, Allah-taala nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur. Bütün tövhid dinləri də belə etiqada malikdir və həzrət Məsihin dini də bu külli qaydadan istisna deyildir. Çünki bütün ilahi dinlər əql və sağlam insan fitrəti əsasında qurulmuşdur. Əql və fitrət isbat edir ki, Allah-taala bütün aləmlərin xaliqidir və hər bir şeydən ehtiyacsızdır. Aydındır ki, belə bir Xaliqin ataya və ya övlada heç bir ehtiyacı yoxdur. Çünki ata və övlada malik olmaq cisim olmağı və ehtiyaclı olmağı tələb edir, halbuki Allah-taala bu kimi nöqsanlı sifətlərdən pak-pakizə və münəzzəhdir.

Amma hazırkı məsihilərin iddia etdiyi məsələ bu ilahi dində çoxlu təhriflərin baş verdiyini və həqiqi məsihilikdən uzaqlaşmasını göstərir.

Ətreaflı cavab

“Tövhid” surəsində buyurulur: “Allah səməddir (elə bir varlıqdır ki, bütün ehtiyaclılar Onu nəzərdə tuturlar).[1] Nə bir kəsi doğmuş, nə də bir kəsdən doğulmuşdur.” Bəzi təfsirçilər “ləm yəlid və ləm yuləd” cümləsini “səməd” kəlməsinin təfsiri (izahı) hesab edirlər.[2] Yəni Allah-taalanın səməd olmasının mənası budur ki, “nə Ondan bir kəs dünyaya gəlmiş, nə də Özü bir kəsdən dünyaya gəlmişdir.”

Əqli baxımdan səməd olan Allah-taalanın doğmaq və doğulmaq kimi sifətlərə malik olması qeyri-mümkündür. Çünki bir varlığın digər varlıqdan dünyaya gəlməsi onun hissələrə malik olması və bu hissələrin parçalana bilməsinə dəlildir, eləcə də bölünə bilən bir şey də mürəkkəb (hissələrdən tərkib tapmış) olmalıdır. Başqa sözlə desək, doğan bir şeyin özünün müxtəlif hissələri olmalıdır və hər şey də hissələrə malik olsa, (tərkib tapmaq üçün) özünün hissələrinə ehtiyaclı olacaqdır. Çünki bu hissələr bir yerə cəm olub bir-birinin yanında qərarlaşmayana qədər həmin varlıq vücuda gəlməz. Deməli, bir varlığın Allahdan dünyaya gəlməsi əqli nəzərdən qeyri-mümkündür. Əgər buna inansaq, Allah-taalanı möhtac hesab edirik ki, bu da Allah-taalanın müqəddəs Zatı ilə uyğun gəlmir. Həqiqətdə belə bir etiqad Allahı ümumiyyətlə tanımamağa dəlalət edir.

Allahın bir kəsdən doğulmadığına gəldikdə isə, səbəbi budur ki, Allahın digər bir varlıqdan dünyaya gəlməsi də mümkün deyildir; yalnız ona ehtiyaclı olan halda mümkündür. Yəni əgər, nəuzu billah, Allah-taala təvəllüd tapmış olsa, təbiidir ki, doğulduğu şəxsə ehtiyaclı olmalıdır. Əvvəldə qeyd etdik ki, vacibul-vücud (hər bir cəhətdən ehtiyacsız) olan, zatən hər bir şeydən ehtiyacsız (ğəni) olan Allahın bir kəsə ehtiyaclı olması mümkün deyildir. Deməli, Allah-taalanın bir şəxsdən doğulması və ya bir şəxsin Ondan doğulmasının mənası yoxdur.

Müəyyən ilahi dinlərin təlimlərində əqlin qəti göstərişləri (misal üçün, Allahın hər bir varlıqdan ehtiyacsız olması və bütün varlıqların Ona ehtiyaclı olması kimi) qanunu ilə müxalif  və təzadlı olan bir şey göründükdə demək lazımdır ki, belə bir din təhrifə uğramışdır və özünün həqiqi tövhid yolundan azmışdır.

Biz inanırıq ki, bütün ilahi peyğəmbərlər, o cümlədən həzrət İsa (əleyhis-salam) bu əqidədə idi və “ləm yəlid və ləm yuləd” əqidəsini cəmiyyətdə yayırdı. Quranın buyurduğuna görə həzrət İsa (əleyhis-salam) həyatının ilk anlarında – beşikdə ikən sui-zən edənlərin və bədxahların cavabında möcüzəli şəkildə buyurmuşdu: “Mən Allahın bəndəsiyəm və O, mənə asimani kitab verərək məni peyğəmbər qərar vermişdir.”[3] Deməli, müəyyən qrupların əqlin qəti hökmünün əksinə olaraq onu “Allahın oğlu” hesab etməsi bu dində vücuda gələn azğınlığı göstərir. Tədqiqatçılar inanırlar ki, bu dindəki mövcud inhiraf və azğınlıqlar Puls adlı bir şəxsin tərəfindən icad edilmişdir.

Yəhudi bir şəxs olan Puls o dövrün məsihilərinin ciddi və barışmaz müxaliflərindən və fərisiyan dəstəsindən idi. O, məsihilərə əzab-əziyyət və işgəncə verib günahsız insanları qətlə yetirməkdə heç bir əməldən əsir gəmirdi. Amma zahirdə İsa (əleyhis-salam)-ın dininə iman gətirdi, bundan sonra məsihilərin mahir və qüdrətli təbliğatçılarından oldu. O öz sözlərində İsa (əleyhis-salam)-ın dininin haqq olmasını elə bəyan etdi ki, avam xalq kütlələri tərəfindən dərhal qəbul edildi. O, tövratdan müəyyən şahidlər gətirməklə yəhudi dinindən ayrılaraq məsihiliyi qəbul etməsini camaata izah verirdi. Puls 20 il müddətində təbliğat apardı. Bir neçə il müddətində həzrət İsa (əleyhis-salam) dininin rəvayətlərini və hədislərini cəm etmişdi.

Pulsun təlim verdiyi etiqad prinsipləri:

1. Məsihi dininin dünya səviyyəli olması;

2. Üçallahlığa etiqad və bunun ardınca da İsanın və Ruhul-Qudusun ilahiləşdirilməsi;

3. İnsanları günahlardan paklamaq məqsədi ilə Allahın oğlunun yer üzünə gəlməsi;

4. İsanın ölülərin arasından qiyam edərək asimana getməsi, sonra Allahın yanında oturaraq mühakimə yürütməsi.

Puls İsanın ilahiləşdirilməsi əqidəsini camaat arasında yayan ilk şəxs idi. O deyirdi: “Xilaskar Məsih ilahi mələkutu və hakimiyyəti yer üzündə qərarlaşdıracaq, qiyam etdikdən sonra bir daha geri qayıdacaqdır. Deməli, İsa həm bu dünyanın, həm də o dünyanın nicat verəni, xilaskarıdır. O Allahdır, elə bir varlıqdır ki, hər kəsdən əvvəl olmuşdur və hər bir şey ondan vücuda gəlmişdir.”[4]

Bu kimi yanlış əqidələr məsihilərdən bir çoxu üçün dözüləsi deyildi, hətta Məsih (əleyhis-salam)-ın həvarilərindən bəziləri bu əqidə ilə mübarizəyə qalxmış, Pulsu inkar etmişdilər.

İsanın ilahiləşdirilməsi və onun Allahın oğlu olması barəsində Pulsun əqidəsi o qədər puçdur ki, hətta mövcud müqəddəs kitablar belə[5] onun əql ilə zidd olan etiqadını sübut edə bilməz. Üstəlik, elə həmin müqəddəs kitabın vasitəsilə əql ilə zidd olan bu əqidənin rəddini tapmaq olar.[6]

Məsihilərin müqəddəs kitabı “Əhdi-ətiq” və “Əhdi-cədid”dən təşkil olunmuşdur. Əhdi-ətiq yəhudilərin kitabı olan Tövratdır və onun özü də 39 kitabdan ibarətdir. Əhdi-cədid isə məşhur incil kitabıdır. Bu iki kitab (Əhdi-ətiq və Əhdi-cədid) birlikdə “Müqəddəs kitab” kimi tanınır və məsihilər tərəfindən ehtirama layiq görülür.

Əhdi-ətiqdə İsanın Allahın oğlu olması barəsində heç bir söz getmir və məsihilərin iddia və daha çox istinad etdiyi kitab olan Əhdi-cədiddə isə, bəzən İsanın bəşər olmasına işarə edilir (və onun Allah və Allahın oğlu olması inkar edilir), bəzən isə İsanın Allah və ya Allahın oğlu olmasını qeyd edilir.

Biz bunların bəzilərini qeyd və tənqid edirik:

a) Bəşər növü olan İsa

1. “İndi seçdiyim və Mənim dostum olan bəndəmi... belə ki, xatirim ondan xoşhaldır.”[7]

2. Məsihilərin müqəddəs kitabının bir hissəsi olan “əməllər”də deyilir: “İbrahimin, İshaqın və Yəqubun Allahı – bizim əcdadlarımızın Allahı Öz bəndəsi İsanı əzəmətli etdi.”[8]

Buna əsasən, təhrif olunmuş mövcud müqəddəs kitabın aşkar ibarələrində İsa “Allahın bəndəsi” və “Onun seçdiyi şəxs” kimi təqdim olunur.

b) İlahiləşdirilmiş İsa

1. Mərqos incilində (39-37:16) deyilir. “Həqiqətdə bu kişi (İsa) Allahın oğlu idi.”[9]

Bu təbirin cavabında demək lazımdır ki, əvvəla: Burada İsanın Allahın oğlu olması dedikdə onun həqiqi mənası nəzərdə tutulmur, əksinə bu kimi hallarda “ata” və ya “oğul” olmağın məcazi mənası nəzərdə tutulur. Məsələn, məsihilərin kitabının bir yerində deyilir: “Onu qəbul edən şəxslərə qüdrət verdi ki, Allahın övladları olsunlar. Yəni Onun adına iman gətirən hər bir şəxs qandan, cəsədin istəyindən və camaatın istəyindən yox, əksinə Allahdan təvəllüd tapmışdır.”[10]

Başqa yerdə isə deyilir: “Ey həbiblər! Gəlin bir-birimizə məhəbbət göstərək, çünki məhəbbət Allah tərəfindəndir, hər kəs məhəbbət etsə, Allahdan doğulmuş və Allahı tanımış olur.”[11]

Deməli, məsihilərin müqəddəs kitabının ədəbiyyatı ilə tanış olan bir kəs görəcəkdir ki, orada bütün möminlər və salehlər “Allahın oğlanları” ünvanı ilə təqdim edilir. Amma indiyə qədər bir kəs “möminlər Allahdan doğulmuşdur” deyə iddia etməmişdir.

Bu ibarə ilə İsanın Allahın oğlu olduğunu deyən ibarə arasında nə kimi fərq vardır?! Təkcə möminlər üçün deyil, hətta xüsusi insanlar üçün də “ata”, yaxud “oğul” ifadəsi işlənmişdir!

Həmçinin, Müqəddəs Kitabda Allah-taala həzrət Süleyman barəsində buyurur: “Mən onun atası, o da Mənim oğlum olacaqdır.” [12] Halbuki həzrət Süleyman (əleyhis-salam) barəsində belə bir iddia (Allahın həqiqi övladı olması) edilməmişdir.

Deməli, hətta əgər bu incil həzrət Məsih (əleyhis-salam)-a nazil olan həmin incil olsaydı belə, yenə də həzrət Məsihin Allahın oğlu və Allahın da onun atası olmasına heç bir dəlaləti yoxdur. Bu da sonralar icad edilmiş təhrif və inhirafdan ibarətdir.

Üçüncüsü: Müqəddəs kitabda mövcud olan çoxlu təzadlar göstərir ki, hazırkı bu kitab (həzrət İsaya nazil olan) asimani kitab deyildir. Misal üçün, bəzi hallarda İsanı Allahın bəndəsi, bəzi hallarda isə Allahın oğlu olduğunu (onun Allahın oğlu olmasını Allahdan doğulma hesab etdikdə) deyən halları qeyd etmək olar.

Belə təzadlar səbəbi ilə məsihi aləminin böyük şəxsiyyətlərindən bəziləri etiraz edərək bu batil əqidəni tənqid etmişlər. Onlardan biri də Liviyanın ən böyük yepiskopu Ariyus 325-ci ildə bu əqidəni rədd edərək demişdir: “Allah xilqətdən tamamilə ayrıdır. Belə isə, yer üzünə gələrək insanlar kimi doğulan həzrət Məsihi tanımadığı Allahla bir hesab etməyimiz mümkün deyildir.”[13]

Bu etirazlar nəticəsində Neyqiyyə şəhərində bir şura təşkil edildi və yenidən əqidə üsulları tənzim olundu. Bu etiqadlar hamı üçün vacib edildi və bir qanun kimi irəli çəkildi.

İlahiləşdirilmiş İsanı Puls ixtira etsə də, bu şura onun (Pulsun) nəzərini məsihilərin əqidəsi kimi təsbit etdi. Bu inhiraflar indiyə qədər də məsihilərin arasında yayılmışdır.

Deməli, ilahi dinlər arasında heç bir ziddiyyət yoxdur. Amma təəssüflər olsun ki, hazırkı məsihilər həzrət İsanın haqq təlimlərini dəyişdirərək ondan uzaq düşmüşlər. Halbuki, həzrət İsanın təlimləri ilə İslam təlimləri arasında heç bir ziddiyyət olmamışdır və islam dini kamil din ünvanı ilə əvvəlki dinlərin hamısını təkmil edir.



[1] “İxlas” surəsi, ayə: 2, Məkarim Şirazinin tərcüməsi

[2] “Əl-mizan”ın tərcüməsi, 20-ci cild, səh. 672; "Təfsiri nümunə", 27-ci cild, səh. 439

[3] “Məryəm” surəsi, ayə: 30

[4] Mübəlliği Abadi, Abdullah, “Dinlər və məzhəblər tarixi”, 2-ci cild, Pulsun tərcümeyi-halı; “İmam Cavad (əleyhis-salam)” adına internet saytı

[5] “Məsihiyyətlə tanışlıq və tədqiqat” (“Təlimat” kitabının müəlliflər heyəti), hövzənin təbliğat bölməsi, səh. 25

[6] “Məsihiyyətlə tanışlıq və tədqiqat” (“Təlimat” kitabının müəlliflər heyəti), hövzənin təbliğat bölməsi, səh. 25. Amma bizim əqidəmiz budur ki, bu mövcud kitab da həzrət İsa (əleyhis-salam)-a nazil olan kitab ola bilməz

[7] Matta incili, 18-12

[8] “Əməllər”, 13-3

[9] Mərqos incili, 39-37:16

[10] Yuhənna incili, 13-12:1

[11] Yühənnanın 1-ci, risaləsi, 7:4, müqəddəs kitabın bir hissəsi

[12] “Tarixlərin əvvəlləri”, 14-11:17, müqəddəs kitabın bir hissəsi

[13] “Qədim kilsələrin tarixi”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
    12607 Quran elmləri 2012/03/14
    Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7199 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7478 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Bir müsəlman ailədə doğulan övlad ilk növbədə müsəlmandır, yoxsa adi insan?
    6727 Qədim kəlam 2012/01/18
    İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    8245 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Бәда, Лөвһ-мәһфуз, Китаби-мубин (ашкар китаб), Лөвһи мәһв вә исбатын мәнасы нәдир?
    8126 Qədim kəlam 2010/03/11
    Бәда, лүғәтдә ҝизлиндән сонра ашкар олан мәнада ишләнир. Гурани-Кәримдә дә һәмин мәнада ишләнмишдир. “Вə (o зaмaн) Аллaһдaн oнлaрa ҝүмaн eтмəдиклəри ҝөрүнəҹəкдир.” [i] Алимләр арасында јарадылыш аләминдә “бәда” сөзү, шәриәтдәки нәсх мәнасына бәнзәр бир мәна вә рәјин ...
  • Allah təalanın məkrinin mənası nədir?
    10615 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8620 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    13730 Qədim kəlam 2012/04/17
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    20239 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168964 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166749 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122173 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116018 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115355 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96760 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61213 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56748 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49534 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47490 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...