Ətraflı axtarış
Baxanların
10508
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Nə üçün müsəlmanlar (şiələr) tövhid əhli olmaqla eyni zamanda daşın üzərinə, yaxud Kəbəyə doğru səcdə edirlər?
Sual
Nə üçün siz daşın üzərinə, yaxud Kəbəyə doğru səcdə edirsiniz? Bilirik ki, tövhid əhlisiniz və səcdəni Allah üçün edirsiniz, amma nə üçün bir şeyin üzərinə olmalıdır? Məgər buddistlər və bütpərəstlər də bu işi görmürlərmi?!
Qısa cavab

Müsəlmanlar (şiələr) tövhid əhlidir və yalnız yeganə Allahın müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadət əməllərində əncam verilən səcdənin xüsusi şərtləri vardır və o şərtlərə riayət etmək lazımdır. O cümlədən, insan səcdə zamanı üzü qibləyə – Kəbəyə doğru dayanmalı, öz alnını yerə və ya yerdən göyərən, yaxud yerin maddəsindən olan şeylərə qoyub səcdə etməlidir. Bunun mənası daş və ya Kəbə üçün səcdə etmək deyildir. Yəni “daşın üzərinə səcdə etmək”lə “daş üçün səcdə etmək” arasında əsaslı fərq vardır. Aydındır ki, şirk və haram olan şey daşın üzərinə səcdə etmək deyil, daş üçün səcdə etməkdir. Biz müsəlmanlar daşın üzərinə və qibləyə doğru dayanıb səcdə edirik, bizim səcdəmiz daşın üzərinə və qibləyə doğru (və Allah qarşısında) edilən səcdədir. Halbuki, bütpərəstlər daşın və ya digər cansız əşyaların özü üçün səcdə edirlər! Bu da bir müsəlmanın səcdə etməsi ilə bir bütpərəstin səcdə etməsi arasında mövcud olan böyük və mühüm fərqdən ibarətdir.

Ətreaflı cavab

İşarə etdiyiniz kimi, müsəlmanlar (və əsas etibarı ilə şiələr) tövhid əhlidir və yalnız yeganə Allah müqabilində və Ona xatir səcdə edirlər. Amma İslam nəzərindən namaz kimi ibadətlərdə edilən səcdənin müxtəlif şərtləri vardır və onlara riayət olunmalıdır. Əlbəttə, bu şərtlər və hökmlər hikmətsiz qoyulmamışdır.

O şərtlərdən biri budur ki, insan üzü qibləyə (Kəbəyə doğru) dayansın. Belə ki, “Tovzihul-məsail” kitablarında belə yazılır: “Məkkeyi-müəzzəmədə yerləşən Kəbə evi qiblədir və insan onun qarşısında (onunla üzbəüz) dayanıb namaz qılmalıdır. Lakin Kəbədən uzaqda yaşayanlar “üzü qibləyə namaz qılır” deyiləcək şəkildə dayansalar kifayətdir. Həmçinin heyvan başı kəsmək kimi bir sıra başqa işlər də üzü qibləyə yerinə yetirilməlidir.” [1]

Digər şərti budur ki, insan səcdə edərkən gərək öz alnını yerə, yaxud yerin maddəsindən olan və ya yerdən cücərən (yeyilən və geyilən olmayan) şeylərə qoysun. Belə ki, risalədə deyilir: “Gərək yerə və yerdən çıxıb yeyiləsi və geyiləsi olmayan şeylərə səcdə edilsin, o cümlədən taxta, ağacın yarpağı və s. Yeyilən və geyilən şeylərin üzərinə səcdə etmək səhih deyildir. Həmçinin mədəndən çıxarılan mineral maddələrə və faydalı qazıntılara, o cümlədən qızıl, gümüş, əqiq, firuzəyə səcdə etmək batildir. Amma mərmər, qırmızı və qara daşlar kimi yerdən çıxarılan mədən daşlarına səcdə etməyin eybi yoxdur.” [2]

Buna görə də şiələr həmişə səcdə zamanı öz alnını pak və təmiz torpaqdan hazırlamış möhürə qoyurlar. Bu şərtlərə riayət olunması əsla daş və ya Kəbə üçün səcdə etmək mənasına deyildir. Daş üçün səcdə etmək bütpərəstlərin əncam verdiyi işdir və bu iş şirk və haramdır. Biz müsəlmanların Kəbəyə doğru dayanıb daş üzərinə səcdə etməyimiz tamamilə başqa məsəlidir. Bununla buddistlərin və bütpərəstlərin əncam verdiyi işlərin arasında nə qədər fərq vardır! Bütlərin, daşdan və taxtadan düzəldirmiş şeylərin müqabilinə səcdə edənlər bu işi Allah müqabilində ibadətin şərti bilirlər, yoxsa o əşyalarını özlərini məbud hesab edilər?! Bu mühüm və əsaslı fərq bir müsəlmanın (Allah üçün daşa) səcdə etməsi ilə bir bütpərəstin daş üçün səcdə etməsi arasında mühüm bir fərqdən ibarətdir.

Əlaqədar görünüşlər: Sual 16574 (16311), Görünüş: “Həzrət Yusif (əleyhis-salam)-a təzim səcdəsi”



[1] “Tovzihul-məsail” (İmam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 431, məsələ 776

[2]   Yenə orada səh. 585 məsələ 1076

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    6593 Nizamlar hüquq və əhkam 2011/10/11
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • Əgər ölən şəxsin gözü və qulağı ölümdən sonra açılırsa, nə üçün öz ölümündən sonrakı hadisələr barəsində başqalarından soruşur?
    12423 Qədim kəlam 2010/11/10
    Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, ...
  • Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
    8704 ثواب و عقاب 2012/09/01
    Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir. Digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bu iki qrup ayələr bir- biri ilə ziddiyyət təşkil etmir. Əksinə ...
  • Нәјә ҝөрә гадынын ирсдә пајы кишинин ирсинин јарысы гәдәрдир?
    8151 Nizamlar hüquq və əhkam 2010/07/18
       Кишинин ирсинин гадынынкындан чох олмасынын сәбәбләриндән бири гадынын аилә хәрҹләринин кишинин өһдәсиндә олмасыдыр. Јәни, киши өз хәрҹләрини өдәмәкдән әлавә гадынын вә ушагларынын да јашајыш хәрҹләрини өдәмәлидир. Башга тәрәфдән, киши меһријјәни верән, гадын исә аландыр.
  • Təthir ayəsi Quranın hansı surəsindədir?
    11214 Təfsir 2011/11/03
    Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır. Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə ...
  • İnsanı Allah-taalanın düzgün yolundan (siratul-müstəqim) azdıran nədir? Bu inhiraf ixtiyarlıdır, ya yox?
    7966 Qədim kəlam 2011/06/25
    İnsanısiratimüstəqimdən (düzgünyoldan) inhirafaçəkənamilləritanımaqdanötrüilknövbədə “sirat” və
  • İmam ilə xəlifənin fərqi nədir?
    11536 Qədim kəlam 2011/05/17
    Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və ...
  • Dinozavr barəsində İslamın nəzəri nədir?
    14536 Təfsir 2011/07/28
    Quran hidayət kitabıdır və bu məqsədə kömək edən hər bir şey bu müqəddəs kitabda qeyd olunmuşdur. Mətləbin bəyanında onun tutduğu üslub – məsələlərin külliyyatına və əslinə işarə etməkdir, çox az hallarda məsələnin dəqiqliyinə, incəliyinə və təfərrüatına ...
  • İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında olan şəhidlərin neçəsi Peyğəmbər səhabəsi idi?
    8144 Dahilərin sirəsi 2012/02/13
    Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir ...
  • Əgər sərvət toplamağı pisləyən rəvayətlər düz olarsa insanların hətta bəzi alimlərin sərvətli olması necə həll olur?
    7666 İqtisad fəlsəfəsi 2011/10/17
    Birinci: Qeyd olunan rəvayətlər düzdür sənəd cəhətindən zəifdir, amma bu haqda başqa rəvayəti nəzərə alanda sənədin zəif olması düzəlir. Məzmun nəzərindən bu rəvayət o sərvət toplamağa işarə edir ki, ya qeyri şəri yollardan ələ gəlib yada o sərvətin xums və zəkat kimi mali və maddi təklifləri ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168474 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166392 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121775 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115787 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114847 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96400 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60404 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56445 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49062 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47205 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...